ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə38/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   34   35   36   37   38   39   40   41   ...   132

Əşir Bəşiroğlu 
 
109 
 
dağıdılmışdır.  1918-ci il azərbaycanlılar  üçün  yaddançıxmaz  ildir.  Həmin illər 
m
ətbuat səhifələrində  azərbaycanlıların  başına  gətirilən bəlalar  aşağıdakı  kimi 
göst
ərilmişdir.  
Erm
əni  əsgərlərinin hamilə  müsəlman  qadınlarının  qarnını  yırtaraq,  bətində 
artıq  formalaşmış  uşağı  çıxarıb  onun  başını  kəsmələrinə  bənzər vəhşiliklərinin 
fotoşəkillərini  daşnak  “Aşxavator”  işçi  qəzetindəkiləri görmürlərmi? “Qruziya 
q
əzeti”, 25 noyabr 1918-ci il.  
H
ər yerdə  meyidlər qıc olmuş,  eybəcər  hala salınmış,  yandırılmış,  meyidlər 
b
əzi yerlərdə  qalaq-qalaq, bəzi yerlərdə  tək-tək meyidlər,  kişi-qadın  və  uşaq 
meyidl
əri “Naş qolos” qəzeti 4 aprel 1918-ci il. 
Erm
əni hərbi hissələri  Bakıda  30  mindən çox müsəlmanı  vəhşicəsinə  qətlə 
yetirdi.  Uşaqlara  və  qadınlara  işgəncə  verildi, neçə-neçə  məhəllə  yandırıldı, 
Şamaxı  qəzasına  dəstələr göndərildi. Onlarla kənd atəşə  tutuldu,  qılıncdan 
keçirildi, 
əhali  qanına  qəltan  edildi,  Bakı  quberniyasının  başqa  yerlərində  də 
zorakılıqlar baş alıb gedirdi. Bununla eyni vaxtda daşnaklar dünyanın hər yerinə 
teleqramlar    yağdıraraq  şivən  qoparırdılar  ki,  müsəlmanlar erməniləri  qırırlar. 
“Az
ərbaycan” qəzeti 25 sentyabr 1918-ci il.  
Tarix
ə nəzər salaq: erməni daşnak töküntüləri başda Mikroyan olmaqla əsrin 
əvvələrində  Azərbaycanımıza  qarşı  soyqırım  siyasətini həyata keçirmək üçün 
hiyl
ələrə  əl  atırdılar.  Erməni  diasporları  öz  istəyinə  nail olmaqdan ötrü dəridən-
qabıqdan  çıxıb  məqam gözləyirdilər. 1943-cü ildə 3 dövlət  başçısının  iştirakı ilə 
keçiril
ən  Tehran  konfransında  (28  noyabr  1  dekabr)  sovet  İran  münasibətləri 
müzakir
ə  edilərkən belə  əlverişli  məqamdan istifadə  edən erməni diasporu 
konfrans  iştirakçısı,  SSRİ  Xarici  İşlər Naziri V.M.Molotova müraciət edərək 
İranda  yaşayan  ermənilərin erməni  ədəbiyyatından,  mədəniyyətindən, millətin 
ad
ət-ənənəsindən məhrum olmalarını nəzərə alaraq onların SSRİ-yə köçürülməsinə 
icaz
ə  verməsini  xahiş  etmişdir.  Şübhəsiz  Mikoyan  xarici  işlər naziri Molotovun 
saqqızını oğurlaya bilmişdir. İ.V.Stalinlə Tehranda olan danışıqdan sonra Molotov 
erm
ənilərin  SSRİ-yə  köçürülməsinə  içazə  vermişdir.  Bu  fürsətdən istifadə  edən 
erm
əni  ideoloqları  Sovet  rəhbərliyindən Ermənistan SSR ərazisindən 
az
ərbaycanlıların  Azərbaycan SSR-nin Kür-Araz  ovalığına,  güya  kənd 
t
əsərrüfatına  kömək məqsədi ilə  köçürülməsinə  icazə  almışdır.  Onlar  yaxşı 


C
əsur qardaşlar 
110 
 
bilirdil
ər  ki,  Muğanda  əhali  ancaq  qışda  yaşayır.  Köçəri tərəkəmələr  yayda  allı-
güllü  yaylaqlara,  qışda  isə  qışlaqlara  –Arana köçürdülər.  Muğanda  milyard  baş 
mal, qoyun, d
əvə,  at  saxlayırdılar.  May  ayında  tərəkəmələr öz dədə-baba 
yurdlarına-Saryer, Muradtəpəsi, Qırmızı təpə, Əyrisu, Soltan heydər dərəsi, Xanlar 
toxtası, Arxaşan, Təndir qaya, Leyli qaçan, Lala yurd, Qandallı yurd, Tarovluyurd, 
G
əlinqaya,  Ağdaban,  Əriməz,  Əyriqar,  Məmmədalı  gölü,  Yalyurd,  Niyazdüşən, 
D
əvəgözü, Mahmudlu dərəsinə  elat  camaatı:  -  Tatallar,  Aşıqlı,  Alı  Nəzərli, 
Allahyarlı,  İmamverdilər, Murtulu, Alpənahlı,  Buludlu,  Muğanlı,  Ovşar,  Xəlfəli, 
Hacalmuradlı,  Quru  bəyli,  Boçalı,  Kormazlı,  Araatlı,  Mərcanlı,  Soltanlı,  Hacı 
Feyzu
lla,  Hacı  Fərhad,  Saybalı,  Şükarlı,  Rəsullu,  Şahsevənli,  Əhmədalılar, 
Kürmahmudlu,  Ovşar,  Böyük  Mərcanlı  elat  camaatı  gələrdi. Hər  obanın  da  öz 
başçısı  vardı.  Telli  həsən  (Tatallar),  Qarahüseyn  (İmamverdilər),  Yetim  İsmayıl, 
Talıb, Qarakişi və s. Erməni diasporu bu icazəni alarkən, yəni Ermənistan SSR-dən 
az
ərbaycanlılar tarixi etnik torpaqlarından zorla qovulanda yaxşı bilirdilər ki, heç 
bir normal şəraiti olmayan, ilanlar mələşən susuz yerlərə yük vaqonunda köçürülən 
az
ərbaycanlılar  yollarda,  yeni  yerlərdə, Kürün sahilində, isti və  bulanlıq  sulu 
yerl
ərdə,  qızdırma,  vəba,  qarın  yatalağı  xəstəliyinə  tutulacaq, kütləvi  şəkildə 
qırılacaqlar. Sonralar bunu həyat özü təsdiqlədi. 1948-53-cü illərdə sürgün edilən 
soydaşlarımızın 40-45 faizi qısa müddətdə məhv oldu. SSRİ Nazirlər Sovetinin 23 
dekabr 1947, 10 mart 1948-ci il tarixli q
ərarlarının həyata keçirilməsinə nail olaraq 
h
əmin illər 480-dən çox kənd  boşaldıldı  və  xaraba  qaldı.  1948-53-cü illərdə  və 
ondan  sonrakı  dövrlərdə  Ermənistandan mərhələ-mərhələ  azərbaycanlıların 
qovulması,  milli  zəmində  məhv edilməsi,  yollarda,  qarlı  dağ  aşırımlarında 
donması, aclıq-səfalət, əzab və işgəncələrdən məhv olunmaları dəqiq araşdırılmalı 
beyn
əlxalq aləmdə  həlli  yolları  tapılmalıdır.  1948-53-cü illərə  aid rəqəmlər isə 
artıq  dəqiqləşdirilməlidir. Mərhələlər üzrə  baş  vermiş  bu  hadisə  nəticəsində 
az
ərbaycanlılara  vurulmuş  maddi  ziyan,  viran  qoyulmuş  məntəqələrin  sayı 
öyr
ənilməli beynəlxalq səviyyədə  təminat məsələsinin  yolları  tapılmalıdır.  1948-
53-cü ill
ər  departasiya  zamanı  və  digər departasiyalar dövründə  Azərbaycan 
Respublikasına  və  dünyanın  digər yerlərinə  köçmüş  azərbaycanlıların  sayı 

əyyən edilməlidir.  Xalqımızın  başına  gətirilmiş  oyunlar  təsdiq olunmaqla 
Az
ərbaycan tarixi yenidən elmi əsaslarla  işlənib  hazırlanmalı,  orta  və  ali 


Əşir Bəşiroğlu 
 
111 
 
m
əktəblərdə geniş tədris olunmalıdır. Mən əminəm ki, Azərbaycan respublikasının 
dövl
ət  komissiyası bu tarixi vacib  məsələlərin  öhdəsindən  uğurla gələcək. 20-ci 
yüzilliyin 
əvvələrindən sonuna qədər min bir hiylə və məkrlə qədim Azərbaycan 
torpaqlarında departasiyaya məruz qalan, zorla qovulan, sürgün edilən yüzminlərlə 
soydaşlarımızın  taleyi  indiyədək kifayət qədər öyrənilməmiş,  tarixi  həqiqətlər 
müt
əxəssislər tərəfindən  lazımı  səviyyədə  araşdırılmamışdır.  İrəvan qəzasında 
dünyaya  göz  açmış,  uşaqlıq  və  gənclik illərini  orada  keçirmiş  H.Həsənov  əsrin 
əvvələrini belə  xatırlayır:  -  İrəvan və  onun  ətraf yerləri azərbaycanlıların  qədim 
yaşayış yerlərindən biri idi. Erməni millətçiləri bir sıra dövlətlərin himayədarlığı 
il
ə XIX əsrin axırlarında XX əsrin əvvələrində Qafqazda “dənizdən dənizə” böyük 
Erm
ənistan  yaratmaq  xülyasına düşmüşdü.  1920-ci ildə  İrəvan  şəhər  adlandırılsa 
da, çox böyük olmayan q
əsəbəni  xatırladırdı.  Zəngibasar tərəfdən  şəhərin 
gir
əcəyində dəmiryol vağzalı vardı. Şəhərlə vağzalın arasındakı 3-4 km məsafədə 
bütün günü s
ərnişin daşıyan faytonçuların səsi eşidilirdi. O vaxt şəhər şərq libasını 
xatırladırdı. Şəhərin kənarları, həyətlər yaşıllığa bürünmüşdü. Azərbaycan tarixçisi 
İsgəndər bəy  Türkan  Münşin  məşhur  “Tarixi  olan  Şah  Abbas”ın  əsərində 
oxuyuruq: İrəvanda qədim Azərbaycanlı sakinləri və onlara doğma olan digər ellər, 
oymaqlar, burada göz
əl  bağlar,  baxçalar  salmışdılar.  Bir-iki mərtəbəli evlərin 
qarşısında  meyvə  bağları,  tərəvəz sahələri, azərbaycanlıların  əməksevərliyindən, 
torpağa  bağlılığından  xəbər  verirdi.  Əhalinin  əsas məşğuliyyəti  bağçılıq, 
t
ərəvəzçilik və  ayrı-ayrı  hallarda  maldarlıq  olardı.  Şəhərin  şimalında  meyvə 
bağları,  cənubunda  üzüm  plantasiyaları,  Zəngi  çayının  sol  sahilində  Dərəkənd 
deyil
ən yerdə  tut  bağları  salınmışdı.  Şəhərdən Dəmlə  və  Sərdar  bağlarına  gedən 
yol Z
əngi çayının üstündəki  Şah Abbas körpüsündən keçirdi. Zəngi dərəsinə enən 
yoxuşun  sol  tərəfində  dəbbaxxana  vardı.  İrəvan sənayesi demək olar ki, bu 

əssisədən ibarət  idi.  Şəhərin məhəllələri belə  adlanırdı:  Təpəbaşı,  Hacı 
Novruzalı,  Körpü  qulağı,  Dəmirli  bulaq,  Şirəçi, Müsəlman  çarşısı,  Müsəlman 
bazarı və s. hətta bu adlara bayatılar da qoşmuşdular.  
İrəvan çarşı bazar, 
İçində bir qız gəzər. 
Əlində kağız-qələm 
D
ərdliyə dərman yazar.  


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə