195
xüsusiyy
ətlər də vardır ki, insanın mənəviyyatını ləkələyir,
əxlaqi paklığa imkan vermir.
Ona gör
ə də müəllim dərs dediyi hər bir şagirdi fərdi
tanımalı və onların mənəviyyatında ola bilcək qüsurları
dönm
ədən aradan qaldırmağa çalışmalıdır. Təlim materiallalrı,
sinifd
ənxaric tədbirlər, özünün şəxsi nümunəsi, valideynlərlə iş,
ictimaiyy
ətlə əlbir fəaliyyət bu yolda onun ən yaxın kömək-
çisidir.
Suallar
1.Əxlaq nədir?
2.Əxlaq məfhumunun əhatə etdiyi mənalar hansılardır?
3.M
ənəviyyat = əxlaqi kamillik formulasını necə izah
etm
ək olar?
4.İnsanda əxlaqi –mənəvi şüur yaratmağın zərdüştilikdən
g
ələn yolu necədir?
5.Əxlaqi –mənəvi şüur yaratmağın imkan və yolları
hansılardır?
6.M
ənəvi şüur və mənəvi hisslərin qida mənbələri barədə
n
ə demək olar?
7.Əxlaqi –mənəvi şüurun insanda milli ruh yaradıl-
masından başlamasının səbəbləri nədir?
8.Milli ruh v
ə milli mənlik şüurunun olmadığı yerdə
hansı təzahürlər üzə çıxa bilər?
9. V
ətəni sevmək imandandır ifadəsini necə izah etmək
olar?
10.Hansı əxlaqi –mənəvi dəyərlər var?
11.Əxlaqi -mənəvi dəyərlər bir –birini necə tamamlayır?
12.Əxlaqi –mənəvi qüsurlar barədə nə demək olar?
Ədəbiyyat
1.Ağayev Ə.Ə. Azərbaycan ictimai –pedaqoji fikrində
şəxsiyyətin formalaşması problemi. Bakı, Avropa, 2005.
196
2.B
ədəlova Ə.S. Azərbaycan xalq pedaqogikası. Bakı,
Mü
əllim, 2009.
3.B
ədəlova Ə.S. Qloballaşma şəraitində böyüməkdə olan
n
əslin milli özünüdərk tərbiyəsi. Bakı, ADPU, 2013.
4.Əliyev P.B., Əhmədov H.H. Təhsil müəssisələrində
t
ərbiyə işinin təşkili. Bakı, ABU , Təhsil, 2006.
5.H
əşimov Ə.Ş. Yuxarı sinif şagirdlərinin şüurlu intizam
t
ərbiyəsi. Bakı, 1987.
6.Hüseynzad
ə R.L., İsmayılova M.C., Tərbiyə işi və onun
metodikası.Bakı, ADPU, 2012.
7.İbrahimov F.N., Hüseynzadə R.L. Pedaqogika (II
cild).
Bakı, Mütərcim. 2013.
8.Mollayeva E.Ə. Gender tərbiyəsi: tarixi, nəzəriyyəsi və
müasir probleml
əri. Bakı, Elm və təhsil, 2013.
9.
Qaralov Z.İ. Tərbiyə (prinsiplər, məzmun, metodika)
(1cild). Bakı, Pedaqogika, 2003.
6. Əmək tərbiyəsinin vəzifələri və məzmunu
Plan
1.Əmək tərbiyəsinin mahiyyəti, məqsəd və vəzifələri
2.Əməyin mənaları
3
. Əməyin növləri və onların təşkilinə verilən tələblər
4
. Şagirdlərin peşəyönümü işi
197
1.Əmək tərbiyəsinin mahiyyəti, məqsəd və vəzifələri,
m
ənaları. Şəxsiyyətin formalaşmasında ən vacib amillərdən
biri
əməkdir. Bütün mütəfəkkir şəxsiyyətlər qeyd etmişlər ki,
insanı əmək kamilləşdirmiş, onun hərtərəfli inkişafına təkan
vermişdir. Hətta təkamül nəzəriyyəsinə istinad edənlər belə
meymunun insana çevtilm
əsində əməyin rolu olduğunu
yazmışlar.
İslam Peyğəmbəri(S) halal əməklə məşğul olub ruzi
qazanan insanları təqdir etmişdir. “Qurani kərim”də, qədim
ədəbi -fəlsəfi abidəmiz “Avesta”da əməyə xüsusi diqqət yeti-
ril
mişdir. Azərbaycan xalq pedaqogikasında əmək və əməkçi
adam mövzusu birm
ənalı şəkildə rəğbət və hörmət məqamın-
dadır. Klassiklərimiz əməyi ən yüksək insani keyfiyyət kimi
d
əyərləndirmişlər. Təkcə N. Gəncəvinin hökmdarlara, şahza-
d
ələrə belə tərbiyə verən sadə, qocaman əmək adamlarını,
M.Ə. Sabirin əzən və öldürən satiralarında təəssübünü çəkdiyi
z
əhmətkeşləri misal gətirmək kifayətdir ki, əməyin mahiyyətini
d
ərk edək.
Əməyin mahiyyəti ondadır ki, insanı ucaldır; çünki
insan onun say
əsində kimsəyə əl açıb xəcalətə düşmür, maddi
nem
ətlər istehsal edir, özünün, ailəsinin rifahını yaxşılaşdırır,
yaşadığı cəmiyyətin inkişafına səbəb olur. Əməksevər adamlar
pis
əməllərdən uzaq olurlar. Əməyin belə misilsiz mahiyyəti
böyüm
əkdə olan nəslin əməksevər, əməyə məhəbbət ruhunda
t
ərbiyə olunması məqsədini aktuallaşdırır və vəzifələrini
doğurur.
M
əktəbdə əmək tərbiyəsinin məqsədi əməyə məhəbbət
v
ə əmək adamlarına hörmət aşılamaq, şagirdləri müasir sənaye
v
ə kənd təsərrüfatının, tikintinin, nəqliyyatın, xidmət sahəsinin
əsasları ilə tanış etmək, onlarda əmək vərdişləri və bacarıqlarını
fo
rmalaşdırmaq, şüurlu surətdə peşə seçməyə sövq etmək və
ibtidai
peşə hazırlığı verməkdən ibarətdir.
198
M
əqsədə çatmaq üçün görülən işlər isə müxtəlif vəzi-
f
ələri yerinə yetirməlidir.
Əmək tərbiyəsinin vəzifələrini iki
qrupa ayırmaq olar:
1.Böyüm
əkdə olan nəslin psixoloji cəhətdən əməyə
hazırlaması:
-onlara
əməyin həyati əhəmiyyətini başa salmaq;
-
əxlaqi keyfiyyətlin formalaşmasında əməyin rolunu izah
etm
ək;
-
əməyə məhəbbət, əmək adamlarına hörmət aşılamaq;
-
əməkdə iştirak etmək arzusunu formalaşdırmaq;
-
əməyin sosial mahiyyətini dərk etdirmək;
-
əmək nəticəsində yaranmış məhsullara qayğılı münasi-
b
ət tərbiyə etmək;
-
əməyə yradıcı münasibət formalaşdırmaq;
-
ələbaxım, tənbəl, tüfeyli şəxslərə qarşı barışmazlıq
hissl
əri tərbiyə etmək;
2. G
ənc nəslin əməli cəhətdən əməyə hazırlanması:
-özün
əxidmət, məişət, ictimai -faydalı fəaliyyət sahələri
üzr
ə adi əmək bacarıqları aşılamaq;
-
əmək mədəniyyətinin əsaslarını formalaşdırmaq;
-
əməyə dair verilən biliklərdən əmək prosesində istifadə
etm
ək bacarığı aşılamaq;
-politexnik bilikl
ərə yiyələndirmək;
-müasir s
ənayenin əsasları, aqrotexnika, kənd təsərrüfatı
texnik
ası və bunların hamısında kompüter texnologiyasından
istifad
ə haqqında ilkin təsəvvür və biliklərə yiyələndirmək;
-
peşə seçimində kömək göstərmək və s.
2.Əməyin mənaları. Tərbiyənin digər komponent-
l
ərindən fərqli olaraq əməyin bir çox mənaları vardır. Tərbiyə
işi ilə məşğul olan hər kəs həmin mənaları həm özü bilməli,
h
əm də tərbiyə etdiyi şəxslərə öyrətməlidir. Onlar hansılardır?
1.Əməyin iqtisadi mənası. İnsana həyatda vacib olan
bütün maddi v
ə mənəvi nemətlər əməyin məhsuludur. İqtisadi
inkişaf əməkdən asılıdır. Əmək, zəhmət olmayan yerdə iqtisadi
Dostları ilə paylaş: |