Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   56   57   58   59   60   61   62   63   ...   89

 
195 
xüsusiyy
ətlər də  vardır  ki,  insanın  mənəviyyatını  ləkələyir, 
əxlaqi paklığa imkan vermir. 
           Ona gör
ə  də  müəllim dərs dediyi hər  bir  şagirdi  fərdi 
tanımalı  və  onların  mənəviyyatında  ola  bilcək  qüsurları 
dönm
ədən aradan qaldırmağa çalışmalıdır. Təlim materiallalrı, 
sinifd
ənxaric tədbirlər, özünün şəxsi nümunəsi, valideynlərlə iş, 
ictimaiyy
ətlə    əlbir fəaliyyət bu yolda onun ən  yaxın  kömək-
çisidir. 
 
          Suallar 
         
1.Əxlaq nədir? 
         
2.Əxlaq məfhumunun  əhatə  etdiyi mənalar hansılardır? 
         3.M
ənəviyyat = əxlaqi kamillik formulasını  necə  izah 
etm
ək olar? 
         
4.İnsanda əxlaqi –mənəvi şüur yaratmağın  zərdüştilikdən 
g
ələn yolu necədir? 
         
5.Əxlaqi  –mənəvi  şüur  yaratmağın  imkan  və  yolları 
hansılardır? 
         6.M
ənəvi şüur və mənəvi hisslərin qida mənbələri barədə 
n
ə demək olar? 
          
7.Əxlaqi  –mənəvi  şüurun  insanda  milli  ruh  yaradıl-
masından başlamasının  səbəbləri nədir? 
          8.Milli ruh v
ə  milli mənlik  şüurunun  olmadığı  yerdə 
hansı təzahürlər üzə çıxa bilər?
 
         9.V
ətəni sevmək  imandandır  ifadəsini necə  izah etmək 
olar? 
        
10.Hansı əxlaqi –mənəvi dəyərlər var? 
        
11.Əxlaqi  -mənəvi dəyərlər bir –birini necə tamamlayır? 
        
12.Əxlaqi –mənəvi qüsurlar barədə nə  demək olar?
        
 
       
        
 
Ədəbiyyat 
        
1.Ağayev  Ə.Ə.  Azərbaycan ictimai  –pedaqoji fikrində 
şəxsiyyətin formalaşması problemi. Bakı, Avropa, 2005. 


 
196 
        2.B
ədəlova  Ə.S.  Azərbaycan  xalq  pedaqogikası.  Bakı, 

əllim, 2009. 
        3.B
ədəlova Ə.S. Qloballaşma şəraitində böyüməkdə olan 
n
əslin milli özünüdərk tərbiyəsi. Bakı, ADPU, 2013. 
        
4.Əliyev  P.B.,  Əhmədov H.H. Təhsil müəssisələrində 
t
ərbiyə işinin təşkili. Bakı, ABU , Təhsil, 2006. 
        5.H
əşimov Ə.Ş. Yuxarı sinif şagirdlərinin şüurlu intizam 
t
ərbiyəsi. Bakı, 1987. 
        6.Hüseynzad
ə R.L., İsmayılova M.C., Tərbiyə işi və onun 
metodikası.Bakı, ADPU, 2012. 
        
7.İbrahimov  F.N.,  Hüseynzadə  R.L. Pedaqogika (II 
cild).
Bakı, Mütərcim. 2013. 
         
8.Mollayeva E.Ə. Gender tərbiyəsi: tarixi, nəzəriyyəsi və 
müasir probleml
əri. Bakı,  Elm və təhsil, 2013. 
         9.
Qaralov  Z.İ.  Tərbiyə  (prinsiplər, məzmun, metodika) 
(1cild). Bakı, Pedaqogika, 2003. 
             
 
 
 
 
         
6. Əmək tərbiyəsinin vəzifələri və məzmunu 
          Plan 
          
1.Əmək tərbiyəsinin mahiyyəti, məqsəd və vəzifələri 
          
2.Əməyin  mənaları 
          3
. Əməyin növləri və onların təşkilinə verilən tələblər 
          4
. Şagirdlərin peşəyönümü işi 
  


 
197 
          
1.Əmək tərbiyəsinin mahiyyəti, məqsəd və vəzifələri, 
m
ənaları.  Şəxsiyyətin  formalaşmasında  ən vacib amillərdən 
biri 
əməkdir. Bütün mütəfəkkir  şəxsiyyətlər  qeyd  etmişlər ki, 
insanı  əmək kamilləşdirmiş,  onun  hərtərəfli  inkişafına  təkan 
vermişdir.  Hətta təkamül nəzəriyyəsinə  istinad edənlər  belə 
meymunun insana çevtilm
əsində  əməyin  rolu  olduğunu 
yazmışlar.
           
  
         
İslam  Peyğəmbəri(S) halal əməklə  məşğul  olub  ruzi 
qazanan  insanları  təqdir  etmişdir.  “Qurani    kərim”də, qədim 
ədəbi -fəlsəfi abidəmiz  “Avesta”da əməyə xüsusi diqqət yeti-
ril
mişdir.  Azərbaycan  xalq  pedaqogikasında  əmək və  əməkçi 
adam mövzusu birm
ənalı  şəkildə  rəğbət və  hörmət məqamın-
dadır.  Klassiklərimiz  əməyi  ən yüksək insani keyfiyyət kimi 
d
əyərləndirmişlər. Təkcə  N. Gəncəvinin  hökmdarlara,  şahza-
d
ələrə  belə  tərbiyə  verən sadə, qocaman əmək  adamlarını, 
M.Ə. Sabirin əzən və öldürən satiralarında təəssübünü çəkdiyi 
z
əhmətkeşləri misal gətirmək kifayətdir ki, əməyin mahiyyətini 
d
ərk edək.  
           
Əməyin mahiyyəti  ondadır  ki,  insanı  ucaldır;  çünki 
insan onun say
əsində kimsəyə əl açıb xəcalətə düşmür, maddi 
nem
ətlər istehsal edir, özünün, ailəsinin  rifahını  yaxşılaşdırır, 
yaşadığı cəmiyyətin inkişafına səbəb olur. Əməksevər adamlar 
pis 
əməllərdən  uzaq  olurlar.  Əməyin belə  misilsiz mahiyyəti 
böyüm
əkdə  olan nəslin  əməksevər,  əməyə  məhəbbət ruhunda 
t
ərbiyə  olunması  məqsədini  aktuallaşdırır    və    vəzifələrini 
doğurur. 
            M
əktəbdə  əmək tərbiyəsinin məqsədi əməyə məhəbbət 
v
ə əmək adamlarına hörmət aşılamaq, şagirdləri müasir sənaye 
v
ə kənd təsərrüfatının, tikintinin, nəqliyyatın, xidmət sahəsinin 
əsasları ilə tanış etmək, onlarda əmək vərdişləri və bacarıqlarını 
fo
rmalaşdırmaq,  şüurlu  surətdə  peşə  seçməyə  sövq  etmək  və 
ibtidai 
peşə hazırlığı verməkdən ibarətdir.   


 
198 
           M
əqsədə çatmaq üçün görülən işlər isə  müxtəlif  vəzi-
f
ələri  yerinə  yetirməlidir.
  
Əmək tərbiyəsinin  vəzifələrini  iki 
qrupa ayırmaq olar: 
 
          1.Böyüm
əkdə  olan  nəslin psixoloji cəhətdən  əməyə 
hazırlaması: 
         -onlara 
əməyin həyati əhəmiyyətini başa  salmaq;  
         -
əxlaqi keyfiyyətlin formalaşmasında əməyin rolunu izah 
etm
ək;  
         -
əməyə məhəbbət, əmək adamlarına hörmət aşılamaq; 
         -
əməkdə iştirak etmək arzusunu formalaşdırmaq; 
          -
əməyin sosial mahiyyətini dərk etdirmək; 
          -
əmək nəticəsində  yaranmış  məhsullara  qayğılı  münasi-
b
ət tərbiyə etmək; 
          -
əməyə yradıcı münasibət formalaşdırmaq; 
          -
ələbaxım,  tənbəl,  tüfeyli  şəxslərə  qarşı  barışmazlıq 
hissl
əri tərbiyə etmək; 
          2. G
ənc nəslin əməli cəhətdən əməyə hazırlanması: 
          -özün
əxidmət, məişət, ictimai -faydalı fəaliyyət sahələri 
üzr
ə adi əmək bacarıqları aşılamaq; 
          -
əmək mədəniyyətinin əsaslarını formalaşdırmaq; 
          -
əməyə dair verilən biliklərdən əmək prosesində istifadə 
etm
ək bacarığı aşılamaq; 
          -politexnik bilikl
ərə yiyələndirmək; 
          -müasir s
ənayenin əsasları, aqrotexnika, kənd təsərrüfatı 
texnik
ası  və  bunların  hamısında  kompüter  texnologiyasından  
istifad
ə haqqında ilkin təsəvvür və biliklərə yiyələndirmək; 
          -
peşə seçimində kömək göstərmək və s. 
             
2.Əməyin  mənaları.  Tərbiyənin digər komponent-
l
ərindən fərqli olaraq əməyin bir çox mənaları vardır. Tərbiyə 
işi  ilə  məşğul  olan  hər kəs həmin mənaları  həm özü bilməli, 
h
əm də tərbiyə etdiyi şəxslərə öyrətməlidir. Onlar hansılardır? 
        
     
1.Əməyin iqtisadi mənası.  İnsana  həyatda vacib olan 
bütün maddi v
ə mənəvi nemətlər əməyin məhsuludur. İqtisadi 
inkişaf əməkdən asılıdır. Əmək, zəhmət olmayan yerdə iqtisadi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə