Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   2   3   4   5   6   7   8   9   ...   89

 

 
 
 
          
 
 
 
 
 
 
 
 
                                  
 
 
 

ə l i m 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

           
1.Pedaqogikanın obyekyi, predmeti, məqsəd və vəzifələri. 
Əsas pedaqoji anlayışlar. Müxtəlif dövrlərdə tərbiyə 
v
ə təhsilin, pedaqoji elmin inkişafına  bir nəzər 
       
         Plan 
         
1.  Pedaqogikanın  obyekti,  predmeti,  mövzusu, 
m
əqsədi 
         
2. Pedaqogikanın əsas anlayışları və vəzifələri 
         3. Q
ədim  dövrlərdə tərbiyə və təhsilin, pedaqoji elmin 
inkişafına bir nəzər  
  
            
1.  Pedaqogikanın  obyekti,  predmeti,  mövzusu, 
m
əqsədi. Pedaqogika yunanca payda və qoqos sözlərinin bir-
l
əşməsindən əmələ  gəlib  uşaqötürən deməkdir. Qədim Yuna-
nıstanda varlıların uşaqlarını məktəbə ötürənlərə  paydaqoqos  
deyirdil
ər. Zaman keçdikcə bu söz daha geniş mənanı – yəni, 
uşağı  tərbiyələndirmək, öyrətmək, inkişaf etdirmək mənasını 
əhatələmiş  və  elmi anlam olaraq pedaqogika  şəklində  işlən-
mişdir.  Pedaqogika  elminin  inkişafı  sübut  etmişdir  ki,  təkcə 
uşaqlar deyil, yaşlıların da pedaqoji rəhbərliyə ehtiyacı vardır. 
Lakin bu q
ənaət çox qədimlərdə deyil,  XX əsrin ortalarından 
etibar
ən, son onilliklərdə hasil edilmişdir. 
 
    H
ər bir elmin  obyekti    predmeti  olur. Pedaqogika 
el
minin  obyekti  insandır.  Lakin  insan  həm də  psixologiya
sosiologiya, etika, estetika, anotomiya v
ə  bir  sıra  başqa  elm-
l
ərin də  obyektidir. Bəs fərq nədədir? Fərq bu elmlərin  pred-
metind
ədir.  Yəni  psixologiya  insanda  baş  verən psixi xüsu-
siyy
ətləri, estetika insanların gözəlliyə münasibətini, anatomiya 
nsanın  bədən üzvlərinin  quruluşunu  və  inkişaf    xüxusiyyət-
l
ərini öyrənir.  Bu  baxımdan  pedaqogikanın  predmeti  insanın 
t
ərbiyəsi və  təlimidir. Beləliklə, deyə  bilərik ki, pedaqogika  
insan v
ə  onun tərbiyəsi  haqqında  elmdir;    elə  pedaqogikanın  


 

mövzusu  da budur. Y
əni pedaqogika təlim, tərbiyə, təhsil və 
adamların əqli inkişaf məsələlərini öyrənir.   
          
Onun  başlıca  məqsədi  pedaqoji  prosesin  qanunauyğun-
luqlarını aşkara çıxarmaqdan ibarətdir. 
 
     
         
2.Pedaqogikanın əsas anlayışları və vəzifələri.  Hər bir 
elmin özün
əməxsus anlayışları ( kateqoriyaları ) vardır. Bu gün 
pedaqoji anlayışlar çoxdur. Onlardan ən əsası təlim, tərbiyə və 
t
əhsil,  nəticə  olaraq  inkişaf  anlayışlarıdır.  Pedaqoji 
ədəbiyyatda alimlərin  bu  anlayışlara  verdikləri tərifləri 
ümumil
əşdirərək, aşağıdakı kimi ifadə etmək olar:  
         T
əlim  müəllim və  şagirdlərin  qarşılıqlı,  məqsədyönlü 
f
əaliyyətidir. Təlim prosesində  şagirdlər müəllimin rəhbərliyi 
altında bilik, bacarıq və vərdişlərə yiyələnir, tərbiyə olunurlar. 
T
əlim təhsil almaq vasitəsidir.         
        T
ərbiyə  şəxsiyyətin məqsədəmüvafiq və  mütəşəkkil 
formalaşması prosesidir. Tərbiyə prosesində tarixən qazanılmış 
sosial t
əcrübə  yaşlı nəsil tərəfindən gənc nəsillərə ötürülür və 
onlarda 
davranışla əlaqədar olan mənəvi keyfiyyətlər məqsəd-
yönlü,  planlı,  mütəşəkkil  şəkildə  formalaşdırılır.  Prosesdə 
müxt
əlif tərəflər  –valideynlər, müəllimlər, tərbiyəçilər, icti-
maiyy
ət nümayəndələri  iştirak  edir.  Pedaqogikada həm  dar,  
h
ən də  geniş  mənada tərbiyə  ifadələri  işlədilir.  Dar  mənada 
t
ərbiyə  insanda hər  hansı  bir  keyfiyyətin  formalaşmasına 
yon
əlmiş  cəhddir.  Geniş  mənada tərbiyə  isə  şəxsiyyətə 
müt
əşəkkil, məqsədyönlü və  planlı  təsirlərin bütün növlərini 
n
əzərdə tutur.  
         T
əhsil bəşəriyyətin əldə etdiyi biliklərə yiyələnmə prose-
sinin n
əticəsidir. Təhsil sayəsində  gənc nəsil elmi biliklərərin 
sistemin
ə  yiyələnir,  onun  dünyagörüşü,  əxlaqı  -mənəvi key-
fiyy
ətləri, yaradıcılıq qabilliyyəti formalaşır.  
 
Pedaqoji proses  
əllim və  şagirdlərin  qarşılıqlı  – 
davamlı fəaliyyətidir. Onun təşkilində  məqsəd → fəaliyyət → 
n
əticə  komponentləri vardır. 


 

 
Bel
əliklə,  pedaqogika böyüyən nəslin təlimi,  tərbiyəsi 
v
ə  təhsili  haqqında  elmdir.  Mütəşəkkil və  sistemli  şəkildə 
aparılmış təlim, tərbiyə və təhsilin, ümumən pedaqoji prosesin 
n
əticəsi  isə  inkişafdır. 
 
Pedaqogikanın  anlayışlarından  irəli gələn  vəzifələr   
aşağdakılardır:  
        -
Yeni insan şəxsiyyətinin hərtərəfli və  ahəngdar inkişafını 
t
əmin edən pedaqoji prosesi tədqiq  etmək. 
        -
Şəxsiyyətin  formalaşmasının  qanunauyğunluqlarını 
aşkar etmək. 
        -Mü
əllimlərin tərbiyə və təhsil fəaliyyətinin nəzəriyyə və 
metodikasını işləyib hazırlamaq. 
        -
Qabaqcıl  pedaqoji  təcrübəni ümumiləşdirib  həyata 
keçirm
ək. 
        -Mü
əllimləri pedaqoji  nəzəriyyələrlə, təlim, tərbiyə 
metodları və priyomları ilə təmin etmək. 
        -G
ənc nəslin təlim, tərbiyə, təhsil sisteminin zəruri məsə-
l
ələrini işləmək, ümumibəşəri  və milli təlim, tərbiyə, təhsil nə-
z
əriyyəsini  xalqımızın  tərbiyə  ənənələri  əsasında  inkişaf 
etdirm
ək. 
 
 
   3.Q
ədim dövrlərdə tərbiyə və təhsilin, pedaqoji elmin 
inkişafına  bir  nəzər.  Tarixi  inkişaf  prosesində  ibtidai icma 
quruluşu quldarlıqla əvəz olundu. Eramızdan əsrlərlə  əvvəl ilk 
d
əfə olaraq Şərqdə böyük dövlətlər, şəhərlər, məktəblər əmələ 
g
əldi. Bu sırada qədim Çin, Misir, Babil, Şumer... o cümlədən 
Az
ərbaycanın adını çəkə bilərik. 
 
Q
ədim Çində həm ibtidai, həm də  yuxarı dərəcəli dini 
s
əciyyəli məktəblər  olmuşdur.  Həmin məktəblərdə  böyük 
yazıçıların və şairlərin əsərləri, əxlaq və fəlsəfə, bəzən nücum 
(astponomiya)  elmi öyr
ədilirdi. Bu məktəblərdə  hakim 
uşaqlarına oxuyub – yazmağı heroqliflər vasitəsilə öyrədirdilər. 
Q
ədim Çinin yüksək mədəniyyəti və xüsusilə heroqlif  yazıları 
öz t
əsirini qonşu xalqlara da göstərmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə