Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   5   6   7   8   9   10   11   12   ...   89

 
28 
etm
əsələr və  ya  yanlış  tərbiyə  etsələr, onda kürreyi -  ərzdəki 
heyvanların  ən vəhşisi  olar”. Dahi çex pedaqoqu Y. A. 
Komenski (XVII 
əsr)
 
irsiyy
ətin  rolunu  şişirdənlərin  əleyhinə 
çıxarıq  hamının  təhsil  almağa  qadir  olduğunu  və  bu  işdə 

əllimdən, təlim və  tərbiyənin gücündən çox şeyin asılı ol-
duğunu  iddia  etmişdir.
  
Y.A.Komenskiy
ə  görə,  “hamıya  hər 
şeyi öyrətmək”  mümkündür və insan tərbiyə sayəsində insan 
olur.  
  Komenskinin müasiri ingilis filosifu Con Lokk irsiyy
ət 
n
əzəriyyəsinin  əleyhinə  çıxaraq  özünün  “Ağ  lövhə”  nəzə-
riyy
əsini irəli sürmüşdür. Bu nəzəriyyədə iddia edilir ki, uşaq 
dünyaya  şair,  həkim, qul, yaxud  ağa  kimi  gəlmir.  Ona irsən 
heç n
ə  verilmir və  beyni  ağ  lövhəyə  bənzəyir. O, “Tərbiyə 
haqqında fikirlər”  əsərində yazırdı ki, təsadüf etdiyimiz yaxşı 
v
ə  ya pis, xeyirli və  ya  xeyirsiz  insanların  onda  doqquzu 
t
ərbiyə  sayəsində  belə  olmuşdur. Onun fikirlərini  fransız 
materialistl
əri  Klod Adrian Helvetsi, Deni  Didro (XVIII əsr), 
XIX 
əsrin utopik sosiolistlərindən  Sen  Simon,  Şarl  Fürye, 
Robert  Ouen  davam  etdirmişlər.  Onların  fikrincə, tərbiyə  hər 
şeyə qadirdir, insanların xarakterindəki və zehni inkişafındakı 
f
ərqlər də tərbiyənin nəticəsidir. 
 
Dahi  rus  inqilabçı  –  demokratları  N.Q.Çernışevski, 
N.A.Dobrolyubov, V.Q. Belinski d
ə  şəxsiyyətin  formalaş-
masında tərbiyənin roluna önəm vermişlər. Lakin V.Q.Belinski   
“Ağ lövhə”  nəzəriyyəsini tənqid eərək insanın yer üzünə həm 
d
ə təbii imkanlarla gəldiyini söyləmişdir. 
 
Şəxsiyyətin  formalaşmasına  mühitin  təsiri ilə  bağlı 
faktların  elmə  məlum  olduğunu  demişik.  Lakin  elmə  bu da 
m
əlumdur  ki, iqtisadi və  mədəni  inkişafın  ən  aşağı  pilləsində 
duran xalqlara m
ənsub körpə  uşaqlar  yüksək mədəni  şəraitə 
düşüb,  lazimi  təlim  –  tərbiyə  aldıqda  onlarda  yüksək qabily-
y
ətlər  inkişaf  edir.  Məsələn:  Lomonosov  balıqçı,  Faradey 
d
əmirçi,  Şopen  mühasib,  Sabir  dükançı,  Cabbarlı  kömürçi, 
Ü.
Hacıbəyov müəllim ailəsində  anadan  olmuşlar.  Bununla 


 
29 
b
ərabər, irsiyyət  də  özünü  doğruldur.  Məsələn:  S.Vurğunun, 
R.Rzanın, Q.Qarayevin,  F.Əmirovun övladları atalarının yolu-
nu davam etdirirl
ər. 
          
Xalqımıza  gəlincə,  “Qızını  döyməyən dizini döyər”, 
“Döyülm
əyən çəltikdən aş olmaz”, “Çubuq ikən əydin, əydin; 
p
ərdi olandan sonra əyə bilməzsən”, “Böyük sözünə baxmayan 
böyür
ə -böyürə qalar”  və  s. kəlamlarla şəxsiyyətin formalaş-
masın da  tərbiyənin də  önəm daşıdığını  qeyd etmişdir. 
 
d)  şəxsiyyətin  inkişafında  qoşa  amillər.  Şəxsiyyətin 
formalaşmasına təsir edən bu amillərdən hər hansını ayrılıqda 
deyil  qoşa  şəkildə  qəbul edən  böyük  simalar  da  olmuşdur. 
Onlar irsiyy
əti inkar etsələr də mühitlə tərbiyəni, yaxud mühiti 
inkar ets
ələr də  irsiyyətlə  tərbiyəni vəhdətlə  qəbul  etmişlər. 
Pedaqogika tarixind
ə  bu,  qoşa  amillər  nəzəriyyəsi  adlanır.  
M
ə-sələn, əvvəldə qeyd etdik ki, Nizami şəxsiyyətin formalaş-
ma-
sında  irsiyyət amilini təsdiq  etmişdir.  Bununla  bərabər, 
t
ərbi-yəyə  böyük  önəm  vermişdir.  Onun  əsərlərində  əsli  – 
n
əcabəti olan böyük hökmdarlar belə  səhv  edir və  tərbiyə 
olunurlar. 
 
Az
ərbaycan və Şərq mütəfəkkirlərinin pedaqoji fikirlə-
rind
ə  bu  ideya  qırmızı xətt kimi keçir. Məsələn:  M.Füzulidə 
“Anasının Leyliyə nəsihəti” və aşağıdakı qitə dediyimizə  bariz  
nümun
ədir: 
 
        Ey xac
ə, gər qulundan oğulluq  murad  isə,  
 
        
Şəfqət gözilə bax ona, daim oğul kimi. 
 
        G
ər oğlunu dilərsən ola sahibi - ədəb,  
 
        
Əlbəttə, eylə zillətə mötad qul kimi. 
 
İslam    Peyğəmbərinə(Ə), N.Tusiyə,  K.D.Uşinskiyə, 
V.A.Suxomlinskiy
ə və başqalarına  görə, şəxsiyyəti formalaş-
d
ıran həm tərbiyədir, həm də mühit. 
 
Marağalı  Əvhədi,  Əlişir  Nəvai və  digər mütəfəkkirlər 
is
ə irsiyyətə və mühitə daha çox bel bağlamışlar. 
 
Az
ərbaycan xalq pedaqogikasına gəlincə, o, şəxsiyyətin 
formalaşmasına  hər üç amilin təsir etdiyini təkrar  –  təkrar 


 
30 
vurğulayır.  Onun fikri təcrübədən hasilə  gəldiyi üçün qətidir, 
inandırıcıdır və heç bir mübahisəyə də ehtiyac yoxdur.
 
 
El
ə buradaca qeyd etməliyik ki, ailə müstəsna məkandır 
ki, orada şəxsiyyətin formalaşmasına təsir edən hər üç amil – 
irsiyy
ət, mühit və  tərbiyə  mövcuddur. Ona görə  də  insanın 
yetişib formalaşmasında ailənin xüsusi rolu var. 
 
Dem
ək,  şəxsiyyətin  formalaşmasında  hər üç amil eyni 
d
ərəcədə rol oynayır və onların hər üçünü nəzərə almaq vacib-
dir. 
 
Suallar 
1. İnkişaf nədir? 
2. F
ərd olaraq dünyaya gələn insan hansı istiqamətlərdə 
inkişaf edib şəxsiyyətə çevrilir? 
3. Fiziki, psixoloji v
ə  sosial inkişaf nədir? 
5. Şəxsiyyət kimdir? 
6. Pedaqogika v
ə  psixologiya elmində  şəxsiyyətin 
inkişafı ilə bağlı hansı istiqamətlər var? 
7.  İrsiyyət nəzəriyyəsi  şəxsiyyətin  formalaşması  ilə 
bağlı hansı müddəanı yürüdür? 
8. Q
ədim  Şərq mütəfəkkirlərinin irsiyyətə  münasibəti 
bar
ədə nə demək olar? 
10. T
ərbiyə  nəzəriyyəsi və  tarixi  şəxsiyyətlərin tər-
biy
əyə münasibəti barədə nə deyə bilərsiniz? 
11. Platon şəxsiyyətin formalaşmasında tərbiyənin rolu 
bar
ədə nə demişdir?  
12. 
İnsan  tərbiyə  sayəsində  insan olur  fikri kimə 
m
əxsusdur?  
13. C.Lokkun  öz  n
əzəriyyəsini  “Ağ lövhə”  adlandır-
masının səbəbi nədir?  
14.  V.Q.Belinski  “Ağ  lövhə” nəzəriyyəsini nəyə  görə 
t
ənqid etmişdi?  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə