Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   13   14   15   16   17   18   19   20   ...   89

 
54 
il
ə yanaşı, müəllim-müəllim, müəllim-valideyn münasibətlərini 
d
ə stimullaşdırır.  
Demokratik 
əməkdaşlığın  öz  prinsipləri  vardır.    Bu, 
prinsipl
ər  uşaqların  sağlam  maraqlarının  yerinə  yetirilməsinə 
imkan  yaratmaq,  on
ları  əməyə  məhəbbət ruhunda tərbiyə  et-
m
ək,  əməyi sevdirmək,    özünütəhsil  və  özünütərbiyə  ruhu 
aşılamaq, fərdi xüsusiyyətlərə, fərdi maraqlara diqqətlə yanaş-
maqdır.   

əllim-şagird  münasibətlərinin  tənzimlənməsinin  ən 
mühüm vasit
ələrindən biri dərsdir. Bu cəhətdən dərs şagirdlərin 
t
əfəkkürünü  fəaliyyətə  gətirən,  biliklərə  çatdıran  mühüm 
prosesdir.  D
ərsin  səmərəli  təşkili  müəllimlərin  şagirdlərlə 
qurduğu  ünsiyyətdən  asılıdır.  Bacarıqlı  müəllim  ünsiyyət 
zamanı  şagirdlərin  idrak  fəaliyyətinə  üstünlük  verir,  təlim 
metodlarından  düzgün  və  yerli-yerində  istifadə  edir.  Bu da 
ist
ər-istəməz  şagirdləri  təlim  prosesinin  subyektinə  çevirir, 
əməkdaşlığı və ən başlıcası mənimsəməni asanlaşdırır.    
            Bel
ə bir sual yaranır: Valideynlərin öz övladının təlim 
v
ə tərbiyəsini etibar etdiyi müəllim necə şəxsiyyətdir?  O, hansı 
hün
ərin sahibidir?  Nələrə qadirdir?  Onun belə yüksək etimad 
qazanmasının səbəbi nədir? 
Şübhəsiz, cavab belədir:  Müəllimin  yüksək ləyaqəti, 
nümun
əvi  əxlaqı,  cəmiyyətin hər bir üzvünə  diqqətli və  qay-
ğıkeş,  etik  –estetik dəyərlərin  mükəmməl bilicisi və  təbli-
ğatçısı,  savadlı,  öyrətməyi və  tərbiyə  etməyi bacaran ustad 
şəxsiyyət olması.  
            M
əhz bu xüsusiyyətlərə  görə  müəllimin cəmiyyətdəki 
mövqeyi m
əktəbdə  tutduğu  vəzifə  ilə  deyil,  gördüyü  işin 
keyfiyy
əti ilə müəyyənləşir. Gənc nəslin təlim və tərbiyəsinin 
müv
əffəqiyyətlə həyata keçirilməsi müəllimdən, onun pedaqoji 
s
əriştəsindən  asılıdır.
 
Pedaqoji f
əaliyyət zamanı müəllim bir neçə məqsəd və 
v
əzifəni yerinə yetirir. O cümlədən: 


 
55 
1. C
əmiyyətin sosial sifarişindən yaranan ilkin məqsəd 
v
ə vəzifələr. 
2. Konkret sinifl
ə bağlı məqsəd və vəzifələr. 
Pedaqoji f
əaliyyətin məqsəd və  vəzifələri  şagird  şəx-
siyy
ətinin  inkişafını  təmin etmək üçün çox vacib olan öyrə-
diciliyi, t
ərbiyələndiriciliyi,  inkişafetdiriciliyi  əhatə  edir. Bu, 
is
ə əsl yaradıcılıq prosesidir.  
Pedaqoji f
əaliyyətin məqsədindən irəli gələrək yerinə 
yetiril
ən vəzifələrin nəticələri çox zaman dərhal deyil, sonradan 
m
əlum olur. Məsələn, təlimin nəticələri müəyyən qədər tez 
t
əzahür edir. Deyək ki, hansısa mövzu bu gün tədris olunduqda 
onun öyr
ənilməsinin keyfiyyət göstəricisi növbəti dərsdə 
m
əlum olur. Amma tərbiyənin nəticələri gec üzə çıxır.   

əllimin pedaqoji fəaliyyətinin digər mühüm kompo-
nenti şagirdlərə təsir etməklə bağlı vasitələri seçmək və tətbiq 
etm
əkdən ibarətdir. Bu zaman müəllimin  qarşısında  üç  sual 
dayanır: 
1) o, n
əyi öyrədir? 
2) kimi öyr
ədir? 
3) nec
ə öyrədir? 
Birinci halda mü
əllim müvafiq təlim materialı üzərində 
bir müt
əxəssis olaraq diqqətlə  işləməlidir. Mövzunun həm 
elmi, h
əm də  pedaqoji yönümlərini özü üçün 

əyyənləşdirməlidir.  
İkinci hal şagirdlərlə bağlıdır; müəllim kimi öyrədəcək, 
hazırladığı mövzunu kimlərə çatdıracaq? Bu sualların cavabını 
q
ətiləşdirmək üçün həm bütövlükdə  sinfi, həm də  sinifdəki 
ayrı-ayrı  şagirdləri  yaxşıca  tanımalıdır.  Pedaqoji  proses üçün 
çox mühüm olan bu h
əlqəni müəllim heç vaxt  unutmamalıdır. 
T
əcrübə  göstərir ki, nəzəri cəhətdən  çox  hazırlıqlı  müəllimlər 
kimi öyr
ətmək? sualını nəzərə almadıqda müvəffəqiyyətsizliyə 
uğrayırlar.  
Üçüncü hal  mü
əllimin metodiki hazırlığı və şagirdləri 
öyr
ətməsi ilə bağlıdır. Bunu unutmaq həm  müəllimin hazırlıq 


 
56 
keyfiyy
ətini, həm də  şagirdləri fərdi və  kollektiv  tanımanın 
faydasını heçə endirir. Ona görə də necə öyrətməyi bacarmaq 
t
əqdirəlayiqdir. Elmi-pedaqoji və  elmi-metodik  ədəbiyyatda 
bunun  ümumi y
olları
 
göst
ərilir;  amma  ümumi istiqamətdən 
əlavə, hər mövzu konkret  yanaşma  tələb edir. Bəzən eyni 
mövzunu eyni mü
əllim bir sinifdə  bir  cür,  başqa  sinifdə  ayrı 
cür t
ədris etməli olur. Ona görə  də  müəllim hər dəfə  növbəti 
d
ərsə hazırlaşarkən Nəyi öyrətmək? Kimə öyrətmək? və Necə 
öyr
ətmək?  sualını  özünə  verməli,  işləyəcəyi sinfi göz önünə 
g
ətirməlidir.   
Pedaqoji 
əməyim mahiyəti  yalnız  müəllimin  uşaqlara 
münasib
ətindən  deyil,  eyni  zamanda  şagirdlərin müəllimə 
münasib
ətindən  asılıdır.  Müəllim  uşaqlara  bilik,  bacarıq  və 
v
ərdişlər  aşılamaqla  kifayətlənmir, habelə  uşaqlarda  mənəvi 
keyfiyy
ətlər də formalaşdırır. 

əllimin  əməyi  konkret vaxta və  məkana  sığışmır. 
Ona gör
ə də iki yerə bölünür: 1) saatla tənzim olunan; 2) saatla 
t
ənzim olmayan. 
Saatla t
ənzim olunan  vaxt müəllimin sinifdəki 
f
əaliyyətini əhatə edir.  
Saatla t
ənzim olunmayan  vaxta  isə  onun məktəbin 
ictimai h
əyatında,  tədbirlərdə  iştirakı,  öz  üzərində  işləməsi, 
yazıların yoxlanılması, valideynlərlə, ictimaiyyətlə əlaqəsi və s. 
daxildir.  Bunlar  mü
əllimin  fəaliyyət məkanını  müvafiq ola-
raq d
əyişir, vaxtı isə  çərçivədən çıxarır. 

əllim əməyinin bir xüsusiyyəti də ondan ibarətdir ki
t
əlim sahəsindəki  əməyinin nəticəsini  tez  yoxlayıb  müəy-
y
ənləşdirmək olur, tərbiyə  sahəsində  bu, çətindir. Tərbiyənin 
n
əticələri gec üzə  çıxır;  bu  da  tərbiyənin mürəkkəb dialektik 
proses olması ilə səciyyələnir. 

əllim  öz  əməyini təhlil və  təshih etməyi bacar-
malıdır. Həyat daim inkişafda olduğu üçün cəmiyyətdə mənəvi, 
siyasi, iqtisadi d
əyişikliklər baş verir. Məktəb də cəmiyyətin bir 
parçasıdır və demək, həmin dəyişikliklərin nəticələri məktəbdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə