Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   10   11   12   13   14   15   16   17   ...   89

 
44 
          Böyük dövl
ət  xadimi, Türkiyəni azadlığa çıxarmış Mus-
tafa  Kamal  Atatürk  c
əhalətin, geriliyin aradan qaldırılmasında 

əllimin  öhdəsinə  böyük  vəzifələr  düşdüyünü  göstərərək 
demişdir: …Milləti azad edənlər yalnız və yalnız müəllimlərdir. 

əllimdən,  maarifdən  məhrum  bir  millət  hələ  millət  adını 
daşımağa  layiq  deyildir.  Ona  adi  kütlə  deyirlər.  Bir  kütlənin 
mill
ət ola bilməsi üçün mütləq yaxşı müəllimlərə möhtacdır.
 
Görk
əmli pedaqoq S.M.Qənizadə müəllim şəxsiyyətini, 

əllim  əməyini  bu  cür  qiymətləndirmişdir:  Müəllimin  evi 
kitabxanadır, istirahəti dəftər yoxlamaqdır, nəğməsi uşaqların 
s
əs-küyüdür, qazancı el məhəbbətidir. 
Ulu önd
ər Heydər  Əliyev  cənabları  isə  demişdir:  Mən 
yer üzünd
ə müəllimdən yüksək və şərəfli ad tanımıram.
 
Bu k
əlamlardan  aydın  olur  ki,  müəllimlik  olduqca 
şərəfli, məsuliyyətli və çətin sənətdir. O, xüsusi səriştəli adam-
lar t
ələb edir ki, belə  adamlar öz həyatlarını  gənc nəslin 
t
ərbiyəsinə həsr edir, müxtəlif zamanlar arasında əlaqə yaradır, 
yer üzünün 
əşrəfi sayılan insanı yetişdirirlər.
 
 Dem
əli,  müəllim  sadəcə  olaraq  intellektual  şəxsiyyət 
deyil, 
yaradıcı  ziyalıdır.  Bəstəkar,  yazıçı,  rəssam,  heykəltaraş 
insan  zövqünü  cilala
yıb sahmanladığı kimi, müəllim də idrakı 
t
ənzimləyir; hiss və əqlin vəhdəti zəminində təfəkkürü pərvaz-
landırır. 
Pedaqoji 
əməyin  mahiyyəti  təkcə  müəllimin  uşaqlara 
münasib
ətindən  deyil,  eyni  zamanda  şagirdlərin  müəllimə 
münasib
ətindən  də  asılıdır.  Müəllim  uşaqlara  yalnız    bilik, 
bacarıq  və  vərdişlər  aşılamaqla  kifayətlənmir,  həmçinin 
onlarda  m
ənəvi  keyfiyyətlər  də  formalaşdırır.  Bu zaman 
onların  yaş  xüsusiyyətlərini, ailə  mühitlərini nəzərə  alır. 
Dem
əli, müəllim təlim –tərbiyə verdiyi uşaqların ailələri ilə də 
ünsiyy
ətdə olur, yeri gəldikcə valideynlərə də tövsiyələr verir, 
onları pedaqoji cəhətdən maarifləndirir;  və müəllimlik yeganə 
əmək sahəsidir  ki,  işi  görən  özü  öz  əməyini  qiymətləndirir. 


 
45 
Y
əni müəllim uşaqlara  verdiyi biliyin nəticəsini özü  yoxlayıb 
d
əyərləndirir. 
Bütün bunlar mü
əllimin cəmiyyətdə nüfuzunu, mötəbər 
sima olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, qədim yunan filo-
sofu  Platondan  atasını,  yoxsa  müəlimini  çox istədiyini  soruş-
muşdular. O, belə demişdi: Atam məni göydən yerə endirmişdi, 

əllimim yerdən göyə qaldırdı. 
 
 2.Mü
əllimin pedaqoji mərifəti.  Pedaqoji elmi nəzəri 
c
əhətdən gözəl bilmək  hələ  mərifətli müəllim olmaq   deyil. 
Pedaqoji m
ərifət müəllimin dərs  dediyi  şagirdlərə, pedaqoji 
kollektivd
ə  ünsiyyətdə  olduğu  şəxslərə,  valideynlərə  düzgün 
yanaşma  tərzidir. Bu tərzi bilməyən müəllim elmi-pedaqoji 
m
ənbələri nə  qədər  çox  oxumuş,  nəzəri cəhətdən nə  qədər 
hazırlıqlı  olmuş  olsa  da,  təcrübi fəaliyyətdə  özünü  doğrulda 
bilmir. 
Şagirdlərlə 
ünsiyy
ətində 
münaqişə 
yaranır, 
valideynl
ərlə  əlaqəni tənzimləyə  bilmir, kollektivdə  nüfuzu 
olmur. Görk
əmli  rus  pedaqoqu  K.D.Uşinski  bu  barədə 
demişdir: Tərbiyəçi pedaqogikanın nəzəriyyəsini nə qədər yaxşı 
öyr
ənmiş olsa da, pedaqoji mərifəti olmayınca heç vaxt yaxşı 
praktik -t
ərbiyəçi olmayacaq. 
         T
əcrübə göstərir ki, pedaqoji ünsiyyət pozulduqda peda-
qoji f
əaliyyətin  əsas məqsədinin həyata keçməsinə  maneələr 
yaranır. Müəllimlə şagird arasında münaqişə baş verir.  
 
Pedaqoji m
ərifətin aşağıdakı komponentləri var: 
 
1. Mü
əllimin öz şagirdlərinə qarşı ağıllı məhəbbəti. 
 
2. H
ər bir şagirdin şəxsi ləyaqətinə hörmət göstərməsi. 
 
3. Sad
əlik, təbiilik, səmimilik və xeyirxahlıq. 
 
4. 
İşgüzarlıqla pedaqoji mərifətin vəhdəti. 
 
Bu komponentl
ərin hər birinə doğru -dürüst əməl olun-
ması  şagirdlərin fərdi xüsusiyyətlərini dərindən öyrənməyə, 
onların bilik və bacarıqlarını üzə çıxarmağa, davranış və ünsiy-
y
ətlərinə  obyektiv nəzarət etməyə, kollektivdə  səmimiyyətin 
olmasına şərait yaradır. 


 
46 
 
Şagird  hər gün məktəbə  gələrkən müəllimin onun 
f
əaliyyətini qiymətləndirməsini gözləyir. Burada söhbət yalnız 
d
ərs soruşub, jurnala qiymət yazmaqdan getmir: daha geniş və 
h
ərtərəfli qiymətləndirmə nəzərdə tutulur. Bu, sözlə, baxışla da 
ola bil
ər. Ola bilər  ki, həmin gün müəllim  hansısa  şagirddən 
d
ərs  soruşmasın,  amma  onun  ümumi  fəaliyyətini, davamiy-
y
ətini, səliqəsini  xoş  sözlərlə  qeyd etsin. Bu da qiymətlən-
dirm
ədir və şagirdə qol -qanad verir, onu ruhlandırır. Eləcə də 
hazırlığı zəif olan, dərsə gecikən, səliqəsizliyə yol verən şagirdi 
t
əhqir etmək,  danlayıb  yoldaşları  qarşısında  alçaltmaq  yol-
verilm
əzdir. Belə  münasibət hər  şeydən  əvvəl müəllimi 
kiçildir. Ən yaxşı və rahat yol hörmət və tələbkarlıq prinsipləri 
əsasında  davranaraq  həqiqəti üzə  çıxarmaq  və  həmin  şagirdə 
köm
ək etməkdir. Belə  yanaşma  bütün  sinif  kollektivinin 
əhvalına xoş təsir göstərir, şagirdlərdə müəllimin onların dostu 
v
ə xeyirxahı olduğuna inam yaradır.  
            Pedaqoji m
ərifəti olmayan müəllimlər sinifdə şagirdlərə 
valideynl
ərinin imkanı  və  vəzifəsi  baxımından  yanaşırlar. 
İmkanlı  valideynin  övladına  xüsusi  diqqət göstərir, yüksək 
qiym
ət  yazırlar.  Bu  yanaşma  tərzi qəti  şəkildə  yolverilməzdir 
v
ə  müəllimin özünü hörmətsiz edir. Unutmaq olmaz ki, 
sinifd
əki hər uşaq kimliyindən asılı olmayaraq bir dünyadır və 
h
əyat bu gün müəllimin rəhbərlik etdiyi 45 dəqiqədən ibarət 
deyil. Şagirdlər gələcəyə bilik və bacarıqla bərabər, müəllimlə 
bağlı xoş təəssürat aparmalıdırlar. 
 
Ad
ətən  şagirdlər tələbkar və  onların  mənliyinə  toxun-
mayan, onları sevən  müəllimlərini sevirlər. Belə müəllimlərin 
şagirdlərin bilik səviyyəsini və davranış tərzini düzgün qiymət-
l
əndirməsi  onların  gələcək fəaliyyətinə  düzügün istiqamət 
verir. 
 
T
əcrübə  göstərir ki, müəllimin pedaqoji mərifəti onun 
pedaqoji f
əaliyyətində həlledici rol oynayır. 
 
Pedaqoji ünsiyy
ətin  pozulması  və  pedaqoji mərifətin 
gözl
ənilməməsi nəticəsində  müəllimlə  şagirdlər  arasında  mü-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə