Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   11   12   13   14   15   16   17   18   ...   89

 
47 
naqişə  yarana bilər. Müəllimə rəğbəti olmayan şagirdlər onun 
heç bir t
ələbinə  əməl etmək istəmirlər. Xüsusən yeniyetməlik 
dövrnüd
ə  belə  hallar  çox  baş  verir.  Müəllimin pedaqoji 
s
əriştəsizliyi,  yaş  dövrlərini nəzərə  almaq  bacarığı  və  düzgün 
yanaşma  tərzinin  olmaması  keçid  dövrünü  yaşayan 
yeniyetm
əni özündən çıxarır və hörmətsizlik halları baş verir. 
Odur ki, mü
əllim öz əməli fəaliyyətində dərs dediyi şagirdlər 
üçün örn
əyə  çevrilməli,  humanistliyi,  xeyirxahlığı,  yüksək 
m
ədəniyyəti ilə özünü onlara sevdirməlidir. 
 
   
           3.  Mü
əllimlik  peşəsinə  verilən  tələblər.  Müəllimlik, 
ç
ətin, mürəkkəb, lakin xeyirxah sənətdir. Əldə qələm tutan hər 
bir şəxs müəllimdən dərs almış, həyata pərvazlanmışdır. Azər-
baycanın tanınmış maarifçilərindən və klassik müəllimlərindən 
olan M
əhəmməd  Tağı  Sidqi  bu  barədə  demişdir:  Məktəb bir 
cism
ə bənzər ki, onun ruhu müəllimdir.
 
Respublika Mü
əllimlərinin  X1  Qurultayında  cənab 
Heyd
ər  Əliyev  demişdir:  Azərbaycan müəllimlərinin bir 
m
əqsədi,  bir  amalı  olmalıdır:  Azərbaycanı  çiçəklənən,  inkişaf 
ed
ən, firavan, qüdrətli bir dövlətə çevirməyə qadir, müstəqillik 
ideyalarına sadiq, özünü Vətənin azadlığı naminə fəda etməyə 
hazır  olan,  yeni  təfəkkür tərzini qavrayaraq müasir tələblərə 
cavab ver
ən  sağlam  əqidəli, milli ruhlu nəsil  yetişdirmək  (1 
oktyabr 1998-ci il). 
Pedaqoq v
ə  psixoloqların  qənaətinə  görə  müəllimlik 
peşəsinə aşağıdakı tələblər verilir:   
1.
İctimai-siyasi  tələblər.  Buaya müəllimin  ideyalılığı, 
möhk
əm əqidəyə malik olması, hadisələrə vətəndaş mövqeyin-
d
ən yanaşa bilməsi, həyatda fəal mövqe tutması və s. daxildir. 
 2.Sosial-psixoloji,  
şəxsi və etik pedaqoji tələblər. Bu-
raya  pedaqoji  işə  maraq göstərmək, tərbiyənin cəmiyyətdəki 
rolunu düzgün anlamaq v
ə qiymətləndirmək, böyüməkdə olan 
n
əslə qayğı ilə yanaşmaq, özünə və başqalarına tələbkar, prin-


 
48 
sipial, 
ədalətli və mədəni  olmaq, etik normalara əməl etmək və 
s. daxidir. Bunlara  ümumi t
ələblər də deyə bilərik. 
3.Pedaqoji v
ə  psixoloji tələblər.  Buraya  təlim-tərbiyə 
materiallarını  qarşıya  qoyulmuş  məqsədin tələblərinə  uyğun 
seç
ə  bilmək, sistemləşdirmək və  şagirdlərin  imkanlarına 
uyğunlaşdırmaq,  şagirdlərin yol verə  biləcəyi səhvi, 
m
əktəblinin müəyyən situasiyalarda özünü necə  aparacağını 
əvvəlcədən görə  bilmək  bacarığı,  yaranmış  vəziyyətdən 
m
əharətlə  çıxmaq,  işi  planlaşdırmaq,  şagirdlərin qəlbinə  yol 
tapa bilm
ək,  özünü  şagirdlərə  sevdirmək,  şagirdlər  arasında 
düzgün münasib
ətlər tərbiyə  edə  bilmək, valideyn və 
ictimaiyy
ətlə  dil tapa bilmək, pedaqoji mərifətə  malik olmaq, 
yeri g
ələndə  gülməyi, hirslənməyi bacarmaq və  s.  daxildir. 
Bunlara xüsusi t
ələblər də deyə bilərik. 
Xüsusi t
ələbə  müvafiq olaraq müəllim  aşağıdakıları 
bacarmalıdır:  
 -
şagird şəxsiyyətini layihələndirməyi, materialı şagird-
l
ərin imkanına uyğunlaşdırmağı (konstruktiv bacarıq); 
-  münasib
ətləri  nizama  salmağı  (kommunikativ 
bacarıq); 
-  pedaqoji prosesin n
əzəri  əsaslarını  bilməyi  (qnostik 
bacarıq); 

şagirdlərin fəaliyyətinə  düzgün rəhbərlik etməyi 
(t
əşkilatçılıq bacarığı); 
4. 
İxtisas  və  metodik  hazırlıq.  Buraya  müəllimin 
ixtisasına dair elmi mənbələri  müntəzəm izləməsi, yenilikləri  
d
ərindən və mükəmməl öyrənməsi, ondan təlim məqsədi üçün 
bacarıqla  istifadə  etməsi,  metodikanı  bilməsi və  özünün  də 
me
todik yaradıcılığa malik olması kimi məsələlər daxildir. 
Qeyd edil
ən bütün bu keyfiyyətlərə hansı müəllim nail 
ola bil
ər? – sualı verilərsə, onda bunun konkret cavabı belədir: 
Zahiri görk
əmi, həyata  baxışları,  danışıq  tərzi, dərin biliyi, 
h
ərtərəfli zəkası, əxlaq təmizliyi,  yüksək mənəviyyatı,  dünya-


 
49 
görüşü,    ədalətliliyi    ilə  fərqlənən müəllim  bu keyfiyyətlərə 
nail ola bil
ər. 

əllim öz sənətinə vurğunluğunu ictimai borc  səviy-
y
əsinə qaldırmalıdır. Məsələyə bu mövqedən yanaşdıqda qeyd 
etm
ək olar ki, pis uşaq yoxdur, pis tərbiyəçi var  fikri yerində 
deyilmişdir. Elm çoxdan sübut etmişdir ki, uşaq həm psixoloji, 
h
əm də fizioloji cəhətdən sağlamdırsa, onu oxuyub öyrənməyə, 
faydalı  iş  görməyə  ruhlandırmaq  olar.  Elə  hallar olur ki, 
m
əktəbə  böyük sevinclə  gələn,  sinifdənxaric tədbirlərə  maraq 
göst
ərən məktəblinin həvəs və marağı müəllim tərəfindən sön-
dürülür. Bu v
əziyyəti müəllimin səriştəsizliyi, öz fənnini mü-
k
əmməl bilməməsi, dərslərini yüksək səviyyədə  qura bilmə-
m
əsi, şagirdlərin fərdi -psixoloji xüsusiyyətlərindən baş çıxar-
maması  yaradır.  Belə  müəllimlərin  şagirdlərində  həm təlimə, 
h
əm də hər şeyə biganəlik yaranır, əsəbi vəziyyət özünü biruzə 
verir. Onlar m
əktəb həyatında  fərəhli,  ümid  doğuran  heç  nə 
görmürl
ər.  
Əsl müəllim isə ilk gündən şagirdlərin sevinc və fərə-
hin
ə  səbəb  olmalı,  onların  qəlbində  həyat  eşqini  artırmalı, 
oxuyub-öyr
ənməyə həvəs yaratmalı, öz qüvvələrinə inam hissi 
formalaşdırmalıdır.  Məhz bu yolla məktəbi, təlim və  tərbiyə 
işini sevinc, ilham mənbəyinə çevirmək olar. 
Əsl müəllim fərdi ideallarını ictimai ideallarla birləşdirə 
bilm
əlidir.  Əsl  müəllim  şagirdlərin  mənəvi  ehtiyaclarını 
görm
əyə  qabil  yaradıcı,  yenilikçi  şəxsiyyət  olmalıdır.  Uşağın 
şəxsiyyətinə  hörmət  etməli  və  tələbkarlığını  azaltmamalıdır.  
V
ə uastad pedaqoq Y.A. Komenskinin o şey ki, müəllimə qa-
ran
lıqdır, şagird üçün zülmətə çevrilə  bilər fikrini unutmadan 
daim öz üz
ərində çalışmalıdır. 
       
           Suallar 
1.Tarixi  şəxsiyyətlər müəllim və  müəllimlik sənəti 
haqqında nə söyləmişlər? 
2.Sokrat, mü
əllimin səhvi haqqında nə demişdir? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə