Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   7   8   9   10   11   12   13   14   ...   89

 
34 
m
ərhələlər var. Məsələn, məktəbə  getmək  yaşına  qədər insan 
üç m
ərhələdən keçir:  
         
1) Çağalıq dövrü (0-1yaş ).  
         2) Körp
əlik dövrü (1–3 yaş).  
         3) M
əktəbəqədər dövr (3–6 yaş).  
         M
əktəbəqədər dövr də  özlüyündə  mərhələlərə  bölünür. 
Bunlararın  hər birinin öz  yaşama tərzi  olmalıdır.  Məhz bu 
s
əbəbdən də tarix boyu dahi mütəffəkirlər, pedaqoqlar müdrik 
insanlar şəxsiyyətin təlim – tərbiyəsində yaş dövrlərini nəzərə 
almağı  vacib  saymış  və  əldə  etdikləri həyati təcrübə  əsasında 
h
əmin dövrlərləri müəyyənləşdirməyə çalışmışlar. 
 
 Böyüm
əkdə  olan nəslin təlim–tərbiyəsində  yaş  dövr-
l
ərinin nəzərə  alınması  elmi  pedaqogikadan  çox  –  çox  əvvəl 
olmuşdur.  Bütün  qədim xalqlar kimi Azərbaycan  xalqı  da 
insanın  böyüyərək mərhələ  -  mərhələ  necə  dəyişdiyini  müşa-
hid
ə  etmiş,  həm onun poetik dillə  təsvirini  vermiş,  həm də 
m
ərhələlərini göstərmişdir. 
 
 
Bir yaşımda çiçəyə bənzər idim.  
 
 
Yaş yarımda dördayaqlı yeridim. 
 
 
İki yaşda su istərəm, içərəm,  
 
 
Bacı, qardaş  bir  -birindən seçərəm. 
 
 
Üç yaşımda döndüm açılmış gülə,  
 
 
Açılmayan dilim döndü bülbülə. 
 
 
Dörd yaşımda  ovsarımı çeynərəm,  
 
 
Bir saat da bir yerd
ə dincəlmərəm.  
 
 
Beş yaşımda coşub -daşıb çağlaram. 
 
 
Altı yaşda yaşıdımla oynaram. 
           
Sonrakı misralarda veniyetməliyin, cavanlığın və pillə -
pill
ə  gələn  yaşadolma  dövrlərinin  özünəməxsus  əlamətləri  
bel
ə təsvir edilir: 
                      On dördünd
ə sevda yenər başına, 
                      
On beşində  yavan girər duşuna. 
                      
Çünki yetdin iyirmi dörd yaşına, 
                      Boz –
bulanıq axan selə bənzərsən. 


 
35 
                      Otuzunda k
əklik kimi səkərsən, 
                      
İgidlik eyləyib qanlar tökərsən. 
                     
Qırx yaşında əl haramdan çəkərsən, 
                    
Sonası ovlanmış gölə bənzərsən. 
                    
Əlli yaşda əlif qəddin əyilər
                    
Altmışında ön dişlərin tökülər. 
                    
Yetmışındə qəddin, belin bükülər, 
                    
Karvanı kəsilmiş yola bənzərsən. 
                    S
əksənində sinir yenər dizinə, 
                    D
oxsanında qubar qonar gözünə. 
                    
Koroğlu der: çünki yetdin yüzünə, 
                    
Uca dağ başında kola bənzərsən. 
          Bu  vücudnam
ədə  yaşa  görə  inkişafın  təqdim edilmə 
t
ərzinə  və bütün xalq pedaqogikası materialarında (folklorda) 
yaşdan bəhs edilən məqamlara diqqət yetirsək görərik ki, xalq, 
şəxsiyyətin  inkişaf  mərhələlərinin bölgüsündə  vahid qərarlı 
deyil. M
əsələn, qəti  şəkildə  demir ki, yeniyetməlik dövrü bu 
yaşdan bu yaşa qədərdir; fikri aşağıdakı sözlərdən istifadə yolu 
il
ə  ümumi  şəkildə  təqdim edir:  çağa,  bəbə, tifil, südəmər, 
körp
ə,  uşaq,  yeniyetmə, cavan, gənc,  yaşlı,  sinli,  ahıl  və  s. 
Burada böyük m
əntiq  var.  Çünki,  inkişaf  fərdidir.  Hamı  eyni 
vaxtda m
ərhələdən  -mərhələyə  adlamır.  Və  elm bu günədək 
sübut etm
əmişdir ki, çağalıq, körpəlik, cavanlıq, qocalıq məhz 
hansı ildə, və ya gündə, hansı saatda, anda qurtarır. Ona görə, 
elmin özünün d
ə bölgüləri şərtidir. 
 
Xal
q yaş dövrü incəliklərini nəzərə alaraq tərbiyə işini 
çox erk
ən vaxtda  başlamağı  tövsiyə  edir.  Çünki,    “Qırxında 
öyr
ənən gorunda çalar”. Hər  yaş  dövrünün  psixoloji xüsusiy-
y
ətlərinə  görə  yanaşma  tərzi seçməyi də  məsləhət  görür.  
“Uşaqla beş yaşa qədər şah kimi,  beş yaşdan on beş yaşadək 
nök
ər kimi, on beş yaşdan sonra dost kimi rəftar et”. 
 
H
ər  yaşın  öz  səviyyəsi,  qavrayışı,  düşüncəsi  vardır. 
Müt
əfəkkir  simalar  bu  xüsusdan  çıxış  edərək  yaş  dövrlərini 
konkretl
əşdirməyə  çalışmışlar.  Onların  sırasında  Platon,  Aris-


 
36 
totel, Nizami, Füzuli,  Komenski, Russo v
ə başqalarının adını 
ç
əkmək olar. 
 
Aristotel  (e.
ə. 384 -322)  yaş  dövrlərini yeddi -yeddi 
olmaqla üç qrupa  bölmüşdür  və qeyd etmişdir ki, ruhun bitki, 
heyvan v
ə  insan ruhu olmaqla üç əlaməti var. Həmin 
əlamətlərə  uyğun  olaraq  insanda  fiziki,  əxlaqi və  insani 
keyfiyy
ətlər inkişaf edir. Beləliklə: 
1)  0    -
7  yaşadək dövrü bitki  dövrü, həmin dövrdəki 
t
ərbiyəni fiziki tərbiyə
2)  7    -
14 yaşadək dövrü  heyvani dövr, iradə tərbiyəsi 
dövrü ; 
3)14  -
21 yaşı kamillik dövrü, bu dövrdəki tərbiyəni isə 
əqli tərbiyə dövrü adlandırmışdır. 
         Nizmi G
əncəvidə  də yaş bölgüləri  belədir. O, oğlu Mə-
h
əmmədə üç dəfə  nəsihət yazmışdır.  Hər  nəsihətin tarixi mü-
vafiq yaş dövrlərinə düşür (7, 14, 21) və həmin yaşda oğlunun 
n
ə iş görməli olduğu nəsihət edilir. Bununla da Nizami təlim -
t
ərbiyə  işində  konsentrizm  ideyasını  irəli  sürmüşdür.  Diqqət 
yetir
ək:  
I  n
əsihətdən:  Biliyə raqib ol, dünyanı qazan  
 
             S
ən əsmanı oxu, məna alarsan,  
 
 
 
Vaxtı boş keçirmə, qələm al ələ
 
 
 
Allahın əmrilə bilik kəsb elə.  
              
 
 
(“Xosrov v
ə Şirin” də) 
          II n
əsihətdən:    Qəflətdə oynama, qeyrət vaxtıdır,  
 
 
  
İndi hünər vaxtı, şöhrət vaxtıdır. 
 
 
  Ucalmaq ist
əsən, bir kamala çat, 
 
 
  Kamala ehtiram göst
ərir həyat. 
 
 
  El
ə ki, böyüdün belədir qayda
 
 
  
Atanın adından sənə nə fayda? 
 
 
  S
əadət kamalla yetişir başa,  
 
 
  Xalqa hörm
ət elə, ədəblə yaşa. 
 
 
 
 
       (“Leyli v
ə Məcnun” da) 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə