Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   4   5   6   7   8   9   10   11   ...   89

 
25 
olan insan h
əm də  təcrübə  əsasında  siyasi,  mənəvi,  əxlaqi 
baxışlara, maraq və qabilyyətlərə yiyələnir. 
        
Hazırda dünyada şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı 
müxt
əlif  konsepsiyalar  vardır.  Cəmiyyətin  qarşısında  duran 
v
əzifələri yerinə  yetirmək  üçün  kamil  şəxsiyyətlər  yetişdiril-
m
əsi hər  zaman  vacib  olmuşdur,  bu  gün  də  vacibdir. Lakin 
bunun üçün t
əkcə  bugünkü təcrübəni deyil, həm  də  tarixən 
yaranmış pedaqoji fikir və ideyaları nəzərə almaq vacibdir. 
          
2. Şəxsiyyətin  inkişafı  haqqında nəzəriyyələr:            
a) şəxsiyyət və irsiyyət. 
         Tarixin müxt
əlif dövrlərində  şəxsiyyətin inkişafı  proble-
min
ə  müxtəlif istiqamətlərdən  yanaşılmış,  həmin  inkişafda 
müxt
əlif amillərin rolu müəyyənləşdirilmişdir. 
         
Övladların  zahiri  əlamətlərinə  görə  valideynlərə  bənzə-
m
əsi əsrlər boyu filosofları, pedaqoq və psixoloqları düşündür-
müşdür.  Nəticədə  onlar belə  bir qənaətə  gəlmişlər  ki,  insanın 
bioloji varlıqdan ictimai varlığa çevrilməsində irsiyyət mühüm 
rol  oynayır.  Bu  nəzəriyyə  pedaqogika tarixində  irsiyyət 
n
əzəriyyəsi kimi tanınır. Bu nəzəriyyəyə görə, isanda nə qədər 
müsb
ət və mənfi xüsusiyyət varsa, hamısı irsən valideynlərdən 
g
əlir. Ağıl, qabiliyyət fitridir. İnsanı həyatda nələrin gözlədiyi
 
onun b
əxtindən, taleyindən, qismətindən  asılıdır.  Bu  ideya 
uzun zaman hakim sinfin 
əlində bir silaha çevrilmiş, insanları 
irsiyy
ətə  görə  dəyələndirmişlər.  Guya,  hakim  sinfin  övladları 
dünyaya hakim, z
əhmətkeşlərin  övladları  isə  zəhmətkeş  kimi 
g
əlirlər.  
          Bu bar
ədə xalqımızın pedaqoji fikirlərinə gəlincə, o, istər 
folklorun bütün janrlarında, istərsə də adət -ənənələrdə irsiyyət  
amilini daim vur
ğulayır. “Ot kökü üstündə bitər”, “Əsil itməz”, 
“Quyuya su tökm
əklə quyu sulu olmaz”,  “Qozbeli qəbir düzəl-
dir”, “N
ə  əkərsən, onu da biçərsən”  kimi xalq deyimlərində  
irsiyy
ət amilinin qabardıldığını görürük. 


 
26 
         
Hazırda  da  şəxsiyyətin  inkişafında    irsiyyətə  üstünlük 
ver
ənlər var. Qərb alimləri  B.Torndayk, C. Dyui, R.Deqal və 
başqalarının nəzəriyyələri buna misaldır. 
        Q
ədim və  orta  əsrlər Azərbaycan və  Şərq  ədəbiyyatının 
t
ədqiqi göstərir ki, əksər mütəfəkkirlər  şəxsiyyətin  formalaş-
masında  ilkin amil, bünövrə  daşı  olaraq  irsiyyəti  əsas götür-
müşlər. Bu sırada Nizamidən, Füzulidən, Marağalı Əvhədidən,  
S
ədi  Şirazidən çox sayda misallar gətirmək olar. Məsələn, 
Nizami deyir:  
 
               
Zatı pis olana üz göstərmə sən,  
 
               Qurdu b
əsləməkdən ziyan çəkərsən. 
             Yaxud: 
               Cütçü saf  tum s
əpsə torpağa əgər, 
               
Şübhəsiz, torpaqdan saf  tum göyərər. 
               ...Bilm
əmiş ki, dostunun nəcabəti, nəsli var, 
               Könül sirri incidir, etm
ə ona etibar. 
         Füzulid
ən bir qitəyə diqqət yetirək:  
 
               H
ər kimin var isə zatında şərarət küfrü, 
 
               
İstilahati – ülum ilə müsəlman olmaz. 
 
               G
ər qara daşı qızıl qan ilə rəngin etsən,  
 
               R
əngi təğyir
 
bular, l
əli – Bədəxşan olmaz. 
 
               Eyl
əsən tutiyə təlim ədayi – kəlimat, 
 
               Nitqi insan olar, amma özü insan olmaz. 
               H
ər uzun boylu şücaət edə bilməz dava
 
               H
ər ağac kim boy ata, sərvi – xuraman olmaz. 
           S
ədi isə belə deyir:  
 
              Aqib
əti qorqzadə qorq şəvəd,  
 
              G
ərçi ba adəme bozorq şəvəd. (Qurdun balası 
qurd olar; insanla bir yerd
ə böyüsə belə). 
 
XIX 
əsrin sonu, XX əsrin əvvəllərində meydana gəlmiş 
b
əzi nəzəriyyələrdə də irsiyyət həlledici amil kimi irəli sürülür. 
“Freydizm”, “İrqçilik” və “Elita” nəzəriyyələri məhz bu möv-
qed
ə  durmuşlar.  Onlar  insanların  zehni,  mənəvi, sosial fərq-
l
ərini irsi amilləri ilə izah edirlər.  


 
27 
           
b)şəxsiyyət və  mühit.  Pedaqoji fikir tarixində 
şəxsiyyətin formalaşmasında  mühit amilinə  üstünlük verənlər 
d
ə olmuş-dur. Məsələn, II minilliyin ortalarında  yaşamış hind 
şahzadəsi  Əkbər  sarayının  alimləri ilə  mübahisə  etmişdi  ki, 
insanın  insan  olması  üçün  cəmiyyətdə  yaşaması  vacibdir. 
Aliml
ər etiraz etdikdə o, belə bir eksperiment aparmışdı:  yeni 
anadan  olmuş  hind,  çin  və  benqal  uşaqlarını  valideynlərindən 
almış,  sarayda  bağlı  kamerada  saxlatmış,  insanlarla  
ünsiyy
ətdən məhrum  etmişdi.    Yeddi    ildən  sonra  uşaqlar 
yalnız heyvani səslər çıxar-mışdılar. 
          Bir Avropa alimi is
ə dünyaya yeni gəlmiş bir neçə uşaqla 
eksperiment aparıb; dayələrə tapşırıb ki, onlara lazım olan qul-
luğu  göstərsinlər, amma səslərini  çıxarmasınlar.  Dayələr belə 
d
ə ediblər. Ünsiyyətsizlikdən uşaqların ürəyi partlayıb, ölüblər!  
B
u cür faktları araşdıran bir sıra  mütəxəssislər isə belə 
n
əticəyə gəlmişlər ki, insana
 
m
ənəvi keyiyyətlər irsən verilmir
bunlar ictimai mühit v
ə tərbiyənin təsiridir. Məsələn, J.J.Russo 
“Azad v
ə təbii tərbiyə” nəzəriyyəsi (XVIII əsr) ilə bu mövqedə 
durmuşdur. O, tərbiyədə insana sərbəstlik verməyi tələb edirdi, 
m
əcburiyyətin,  qadağanın  əleyhinə  idi. Onun fikrincə,  uşağın 
şəxsiyyətinə  hörmət etmək, onun maraq və  tələbatları  ilə 
hesab-
laşmaq lazımdır. 
 
Xalqın  pedaqoji  fikirlərində  də  şəxsiyyətin formalaş-
masında mühit amilinin rolu vurğulanır. “Atı at yanına bağlar-
san, h
əmrəng olmasa da, həmxasiyyət olar”, “Dostunu mənə 
göst
ər, sənin  kim  olduğunu  deyim”  ,  “Əsl  dost  dar  gündə  ta-
nınar”,    “Hər  zamanın  bir  hökmü  var”,  “Dünya  gör  –  götür 
dün-
yasıdır”  , “Zər qədrini zərgər bilər”  ,  “Aşıq  gördüyünü 
çağırar” və s. atalar sözləri dediyimiznə sübutdur. 
c)şəxsiyyət və  tərbiyə.  Pedaqoji fikir tarixində  şəxsiy-
y
ətin formalaşmasında irsiyyət və mühitin təsirinə etiraz edərək 
t
ərbiyəyə  üstünlük verənlər də  olmuşdur. Məsələn,  quldarlıq 
dövrünün  böyük  filosofu  Platon  deyirdi:  “İnsanı  həqiqətən 
t
ərbiyə etsələr, o, ən sakit, ilahi məxluq olar. Əgər onu tərbiyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə