Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   2   3   4   5   6   7   8   9   10   ...   89

 
21 
mişdir.  Lakin  tədriclə  onlardan  ayrılaraq  fəaliyyətini müstəqil 
elm olaraq davam etdirm
əyə başlamışdır. İnkişaf edərək elə bir 
h
əddə  çatmışdır  ki,  özünün  tərkib hissələri, yəni bütöv bir 
sistemi, sah
ələri yaranmışdır.  Onların  sayı  20  –yə  yaxındır: 
körp
əlik  pedaqogikası,  məktəbəqədər tərbiyə  pedaqogikası, 
m
əktəb pedaqogikası, texniki peşə məktəbi pedaqogikası, orta 
ixtisas m
əktəbi  pedaqogikası,  ali  məktəb  pedaqogikası, 
əlahiddə pedaqogika (surdopedaqogika -lal və kar, oliqofreno 
pedoqogika   -
ağıldan kəm, tiflopedaqogika  -kor, loqopediya -
nitqi qüsurlu uşaqlarla məşğul olur), əmək -islah pedaqogikası, 
h
ərbi  pedaqogika,  istehsalat  pedaqogikası,    mədəni  -maarif 
pedaqogikası,  müqayisəli pedaqogika, ailə  tərbiyəsi pedaqo-
gikası, Azərbaycan xalq pedaqogikası və  s. 
 
            Suallar 
           
1.Pedaqogikanın mənbələri hansılardır və həmin 
m
ənbələrin elmi faydası  nədən ibarətdir? 
            2. Pedaqoji proses dedikd
ə nə başa düşürsünüz? 
            3.Pedaqoji s
ənədlər hansılardır?  
            4.Mük
əmməl  bir  sistem  yaratmış  pedaqoji  elmlər  
toplumunda  h
ər elmin özünəməxsus işi nədən ibarətdir? 
            5.Ümumi pedaqoji  prosesin n
əzdində  əlahiddə pedaqo-
gikaya hansı səbəblər    ehtiyac yaradır? 
6. Əlahiddə pedaqogikanın hansı istiqamətləri var?  
7. Pedaqogika hansı elmlərlə əlaqəlidir və nəyə görə? 
8. T
ədqiqat metodu nə  deməkdir və  pedaqogikanın 
hansı tədqiqat metodları var? 
9. Qabaqcıl təcrübənin öyrənilməsi metodu nə üçündür? 
            
10.  İnduktiv  və  deduktiv  metodların  xüsusiyyətləri 
n
ədən ibarətdir? 
 
 
          
Ədəbiyyat 


 
22 
1.Abbasov  A.N.,  Əlizadə  H.Ə.  Pedaqogika.  Bakı, 
Renesans, 2000. 
2.Ağayev  Ə.Ə,  Talıbov  Y.R.,İsayev  İ.N,  Eminov  A.İ. 
Pedaqogika. Bakı, Adiloğlu, 2006. 
           3.B
ədəlova  Ə.S.  Azərbaycan xalq  pedaqogikası.  Bakı, 

əllim, 2009. 
           4. 
Əhmədov B.A, Rzayev  A.Q.  Pedaqogikadan 
mühazir
ə konspektləri.Bakı, Maarif, 1983. 
           
5.İbrahimov F.N., Hüseynzadə R.L. Pedaqogika (I cild). 
Bakı, Mütərcim, 2013. 
           
6. İsmixanov M.A. Pedaqogika. Bakı, BDU, 1998. 
           7.
Kazımov  N.M.,  Həşimov  Ə.Ş.  Pedaqogika.  Bakı, 
Maarif, 1996. 
           8. 
Paşayev  Ə.X,  Rüstəmov  F.A.  Pedaqogika.  Bakı, 
Nurlan, 2007. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3. Şəxsiyyətin inkişafı və tərbiyəsi haqqında müxtəlif 


 
23 
konsepsiyalar 
 
        Plan 
         1. 
Şəxsiyyətin inkişafı anlayışı 
         
2. Şəxsiyyətin inkişafı haqqında nəzəriyyələr: 
         
a) şəxsiyyət və irsiyyət  
         
b) şəxsiyyət və mühit 
         
c) şəxsiyyət və tərbiyə 
         
d) şəxsiyyətin inkişafında qoşa amillər 
          
         1. 
Şəxsiyyətin inkişafı anlayışı.  Hələ qədim zamanlardan 
insanın  inkişafı,  fərdi xüsusiyyətlərinin yaranma səbəbləri 
müt
əfəkkirləri düşündürmüşdür. Onlar daim bu suallara cavab 
tapmağa çalışmışlar: 
-
Axı necə olur ki, doğularkən heç nəyi bacarmayan fərd 
böyüy
əndə çox şeyə qadir olan şəxsiyyətə çevrilir ?  
         -Nec
ə olur ki, eyni ailədə, eyni məktəbdə tərbiyə almış iki 
uşaq müxtəlif xarakterli insanlar kimi formalaşır ?  
Bu suallara cavab axtarmazdan 
əvvəl  inkişaf  anlayışı 
üz
ərində dayanaq: Həyata  gəldiyi  ilk gündən insanın yaşayı-
şında kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verir. Kəmiyyət 
d
əyişiklikləri  insanın  fiziki,  anatomik  –fizioloji  inkişafı, 
keyfiyy
ət dəyişikliyi  isə  psixoloji və  sosial  inkişafı  kimi 
d
əyərləndirilir.  İnsanın  bir  şəxsiyyət  kimi  inkişafı  həm də 
daxili v
ə  xarici, idarə  olunan və  idarə  olunmayan  amillərin 
t
əsiri  altında  həyata keçir. Həmin amilləri bioloji (irsi) və  
sosial  (mühit  v
ə  tərbiyə  ) amillər  kimi  qruplaşdırırlar.  Ona 
gör
ə  də  insanın  inkişafı  deyərkən üç mühüm əlamət nəzərdə 
tutulur: 
a) fiziki, anatomok – 
fizioloji inkişaf; 
b) 
psixoloji inkişaf; 
c) 
sosial inkişaf;  yəni insanın bir vətəndaş və şəxsiyyət 
kimi yetişməsi. 


 
24 
Fiziki inkişaf  digər varlıqlarda da  mövcuddur və insan 
inkişafın  bu  yönümü  ilə  qeyri  -adilik kəsb etmir, sadəcə 
böyüyür. 
Psixoloji  inkişafa  insanın  idrak  prosesinin,  duyğu-
larının, qavrayış və təsəvvürünün, hafizə və təxəyyülünün, diq-
q
ətin, nitq və təfəkkürün, hisslərin və iradənin, psixi xassələrin 
nec
ə təşəkkül tapması daxildir. 
 
Sosial inkişaf  insanın cəmiyyət həyatına daxil olması 
il
ə  başlayır.  İnsan  cəmiyyətdə  iştirak  edir,  konkret  adamlarla, 
kollektiv üzvl
əri ilə  ünsiyyətdə  olur,  ətrafda hadisələrin necə 
getdiyini müşahidə edir. İnsanın sosial inkişafı onda keyfiyyət 
d
əyişmələrinin  formalaşması  prosesidir.  Ona  görə  də  biz 
insanın  inkişafından  danışarkın  şəxsiyyət  ifadəsini  işlədirik. 
Elmi – pedaqoji 
ədəbiyyatda şəxsiyyətə belə tərif verilir:  Fərdi 
psixoloji xüsusiyy
ətlərə  malik
 
olan, c
əmiyyətdaxili vəzifələri 
yerin
ə  yetirən  və  müəyyən ictimai –  tarixi dövrdə  yaşayan 
konkret  insana  
şəxsiyyət  deyilir. 
         
İnsan  dünyaya  bioloji  varlıq  kimi  gəlir, lakin ictimai 
varlıq kimi özünün fərdi həyatı, fəaliyyəti prosesində uzun və 
mür
əkkəb yol keçərək yetkinləşir. 
 
Pedaqogika v
ə psixologiya elmində şəxsiyyətin inkişafı 
v
ə tərbiyəsi ilə bağlı üç əsas istiqamətdə fikir yürüdülür: 
1.Bioloji istiqam
ət.  
2.Sosioloji istiqam
ət.  
3.Biososioloji istiqam
ət.  
          Bioloji istiqam
ətin tərəfdarları  iddia edirlər  ki,  uşağın 
davranışında nə varsa, anadan olarkən özü ilə gətirir. 
        Sosioloji istiqam
ətin nümayəndələri iddia edirlər ki, uşaq 
bioloji varlıq kimi doğulsa da həyatda ünsiyyətdə olduğu sosial 
qrupların ona təsiri ikarolunmazdır. Ona görə də uşaq tədriclə 
sosiallaşır (cəmiyyətin ruhuna uyğunlaşır). 
        Biososioloji  istiqam
ətin nümayəndələri  iddia edirlər ki, 
bioloji v
ə  psixi  (duyğu,  qavrayış,  təfəkkür) proseslərə  sahib 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə