Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   19   20   21   22   23   24   25   26   ...   89

 
73 
qavrama, anlama, möhk
əmlətmə, tətbiqetmə. Yəni mənimsəmə 
prosesinin quruluşu  bu ünsürlərlə bağlıdır. 
      Qavrama  -
şagirdlərin  təlim prosesində  yeni fakt və 
hadis
ələr  haqqında  məlumat kəsb etməsidir.  Təlimin qavrama 
m
ərhələsi idrak nəzəriyyəsinin  canlı  seyr  mərhələsidir;    yəni 
şagird bu mərhələdə hansısa elmi mlumatı eşidir, yaxud əyani 
vasit
ələrlə  görür, təlimin həyatla  əlaqələndirilməsi nəticəsidə 
ilkin t
əəssürat əldə edir. 
      Anlama  -idrak n
əzəriyyəsinə  uyğun  olaraq  qavranılan  
bilikl
ərin mücərrəd təfəkkürə  ötürülməsi, orada saf –  çürük 
edilm
əsi mərhələsidir. Bu mərhələdə qavrama prosesində əldə 
edil
ən təsəvvürlər  anlayışa  çevrilir.  Yəni müəyyən qənaətə 
g
əlinir. 
     T
ətiqetmə - möhkəmlətmə -idrak nəzəriyyəsinin təcrübə 
m
ərhələsidir. Onun vəzifəsi qavrama və  anlama prosesində 
qazanılmış  bilikləri  şagirdlərin hafizəsində  uzun müddət sax-
lamağı təmin etməkdən  ibarətdir. Müəllimin təlim prosesində 
apardığı  çalışmalar, təkrarlar  verilmiş  biliklərin uzun müddət 
yadda saxlanılmasını təmin edir. Bir sıra fənlərdən mövzuların 
(m
əsələn, tarix, ədəbiyyat,  coğrafiya  )  öyrənilməsi bu mərhə-
l
ədə tamamlanmamış olur. Lakin elə fənlər də var ki, şagirdin 
öyr
əndiyini təcrübədə, yaxud əməkdə  tətbiq etməsi öyrəndiyi 
bilikl
ərin  onun  yaddaşında  daha  yaxşı  qalmasına  kömək  edir.  
Fizika, kimya, biologiya, 
əmək və s . fənlər bu qəbildəndir. 
Bel
əliklə, qeyd edə bilərik ki, şagirdlərin bilik, bacarıq 
v
ə vərdişlərə yiyələnmə prosesi idrak yolu ilə həyata keçirilir. 
Şagird əvvəlcə bilikləri qavrayır, sonra onu anlayıb dərk edir, 
daha  sonra  t
ətbiq edir, nəhayət,  onu zehnində möhkəmlədir . 
Bütün bu çoxpill
əli prosesin əsasında  isə    motiv      maraq 
dayanır.  
Motiv 
latınca  hərəkətə  gəlmək, istələmək mənasını 
verir. Motiv iki cür olur: 1)daxili  motiv;  2)xarici motiv.   
Daxili motiv 
şagirdin  özünün  biliyə  həvəsi, idraki 
marağının olmasıdır. 


 
74 
Xarici motiv öyr
ədənin şagirdi həvəsləndirməsi, hərə-
k
ətə gətirməsi, onu psixoloji cəhətdən məlumatlanmağa, öyrən-
m
əyə təhrik etməsidir. 
Daxili motivin olub –
olmamasından  asılı  olmayaraq 

əllimin materialı qavramaq üçün şagirdlərdə psixoloji hazır-
lıq –motiv (motivasiya) yaratması vacibdir. Çünki şagirdin öy-
r
ənmə motivi olmasa, heç bir idraki nəticə əldə etmək mümkün 
deyil. 
            
 
            3.T
əlimin mahiyyəti və vəzifələri.  Təlim -bilik, baca-
rıq  və  vərdişlərin, habelə  dünyagörüşünün  verilməsi və  mə-
nims
ənilməsi prosesidir. Bildiyimiz kimi, hər bir proses irəliyə 
doğru  hərəkəti ifadə  edir. Təlim  prosesi  şagirdlərin idrak 
yolunda
kı  hərəkəti ilə  bağlıdır.  O,  biliksizlikdən biliyə  doğru 
inkişaf edir.   
Müxt
əlif  tarixi dövrlərdə  cəmiyyətin tələbindən  asılı 
olaraq t
əlim prosesinin üç tipi özünü göstərmişdir:  
          
1.Doğmatik  təlim. Orta əsrlərdə mövcud olmuşdur, me-
xaniki yaddasaxlamaya 
əsaslanır. 
         
2.İzahlı  -illüstrativ təlim.  Hafizə  və  təfəkkürə  əsaslanır. 
XIX 
əsrin axırlarından yaranmışdır. 
        3.Müasir t
əlim.  Şşagirdlərin idrak müstəqilliyinə,  şüurlu 
v
ə jaradıcı fəaliyyətinə əsaslanır. 
         Göründüyü kimi, t
əlim mahiyyət etibarilə  ayrı  -ayrı 
zamanlarda c
əmiyyətin  inkişaf  səviyyəsi və  tələbatından  asılı 
olmuşdur. Bu gün də belədir. Bugünkü təlim mahiyyət etibarilə 
inkişaf  etmiş  dünyanın  tələblərinə  müvafiq Azərbaycan 
v
ətəndaşı yetişdirir. 
         T
əlim üç başlıca vəzifəni (funksiyanı) yerinə yetirir:  
          a) öyr
ətmək;  
          b) t
ərbiyə etmək;  
          
c) inkişaf etdirmək.       
          a) T
əlimin 
əsas vəzifəsi öyrətmək, 
t
əhsil 
verm
əkdir.Təlim prosesində şagirdlər    


 
75 
ayrı -ayrı fənlər üzrə proqramda nəzərdə tutulan bilik, bacarıq 
v
ə vərdişlərə     yiyələnməlidirlər. Təlimin  öyrədici vəzifəsinin 
m
əzmununa aşağıdakılar daxildir: 
         -
şagirdləri elmi biliklərlə silahlandırmaq;  
         -müxt
əlif  fənlər üzrə bilik, bacarıq və vərdişlər aşılamaq;  
         -ümumt
əhsil bacarıq və vərdişləri formalaşdırmaq.  
         b)T
əlimin tərbiyəedici vəzifəsi təlim prosesində şagirdləri 
t
ərbiyə  etməyi  nəzərdə  tutur. Böyüyən nəsil mənəvi keyfiy-
y
ətlərə,  elmi  dünyagörüşünə  yiyələnməli, yüksək ideya 
inamına  malik  olmalıdır.  Bu  zəruri keyfiyyətlərin 
yaranmasında təlim əvəzsiz vasidədir. 
   c)T
əlimin  inkişafetdirici  vəzifəsi  şagirdlərin ümumi 
inkişafının, psixi proseslərin təşəkkülünü nəzərdə tutur. Şagird 
bilik, bacarıq və vərdişlərə yiyələndikcə onun diqqəti, hafizəsi, 
nitqi, t
əfəkkürü və digər psixi prosesləri inkişaf edir. 
     
 
   Suallar 
  1.Didaktika    v
ə  onun  əsasının  qoyulması  tarixi  nə 
vaxtdan başlanır? 
  2.
İdrak  nəzəriyyəsi nədir? 
  3
.İnsanın  nəyisə  dərk etməsi  hansı  mərhələlərdən 
keçır?   
  4.Motiv n
ədir? 
  5.T
əlim  və omun mahiyyəti nədən ibarətdir? 
  6.Q
ədim dövrlərdən indiyədək yaranmış  hansı təlim 
tipl
əri mövcuddur? 
  7.
Doğmatik təlim, onun qüsuru ilə yanaşı, faydalı 
t
ərəfi barədə nə demək olar? 
  8.
İzahlı –illüstrativ təlim nə vaxtdan  mövcuddur  və 
doğmatik təlimdən fərqi nədədir? 
  9.Müasir t
əlimin istinad nöqtəsi nədir, onda doğmatik 
v
ə izahlı -illüstrativ təlimin  ünsürləri mövcuddurmu? 
  10.T
əlimin hansı  vəzifələri var? 
  11.T
əlimin öyrədici vəzifəsi dedikdə nə başa düşürük? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə