Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   17   18   19   20   21   22   23   24   ...   89

 
66 
1 ) bakalavriat ( tibbi t
əhsilə aid deyil); 
2 ) magistratura ( tibbi t
əhsilə aid deyil); 
3 ) doktorantura . 
         Az
ərbaycan  Respublikasında  təhsil dünyəvidir. 2005 -ci 
ild
ən Avropa Boloniya prosesinə  qoşulmuşdur.  Ali  təhsildə 
kredit sistemi t
ətbiq olunur. 
  
 
Suallar 
1.Az
ərbaycan  Respublikasında  təhsilin məqsədi nədən 
ibar
ətdir? 
2.Ölk
ədə  təhsilin məqsədini həyata keçirmək üçün 
hansı sənədə istinad olunur və təhsil dili hansı dıldır? 
3.Sistem  n
ədir  və  təhsil sistemini hansı  elementlər 
yaradır? 
4.Az
ərbaycan  Resoublikasında  təhsil sisteminin 
quruluşu necədir? 
5.Körp
ələr evi ilə  körpələr evi –uşaq  bağçasının  hansı 
ümumi v
ə fərqli cəhətləri mövcuddur? 
6.Az
ərbaycan  Respublikasında  təhsil  quruculuğu  hansı  
prinsipl
ərə istinadən inkişaf edir?  
7.T
əhsildə humanistlik və demokratiklik nədən ötrüdür? 
      8.T
əhsildə  bərabərlik, mililik  və  dünyəvilik  prinsipini 
nec
ə izah etmək olar? 
 9.T
əhsildə keyfiyyətlilik və səmərəlilik prinsipləri bir –
birini nec
ə tamamlayır? 
 10.  Varislik,  v
əhdətlilik və dinamiklik  təhsilə nə kimi 
fayda ver
ə bilər? 
 11.T
əhsildə liberallıq və inteqrasiya nəyə xidmət edir? 
 12.Az
ərbaycanda təhsil quruculuğu prinsiplərinin təhsil 
alanlara verdiyi imkanlar n
ədən ibarətdir? 
 13. Az
ərbaycan 
Respublikasında 
təhsil və 
t
əhsilalmanın hansı formaları var? 


 
67 
 14. Az
ərbaycan  Respublikasında  mülkiyyət növünə 
gör
ə təhsil ocaqları neçə növə ayrılır? 
 15.Az
ərbaycanda təhsil müəssisələrinin tipləri 
 16  Az
ərbaycan  Respublikası    hansı  tarixdən  Boloniya 
t
əhsil prosesinə qoşulmuşdur? 
 
 
 
 
Ədəbiyyat 
           1.Az
ərbaycan  Respublikasının  Təhsil  Haqqında 
Qanunu. Bakı, Hüquq ədəbiyyatı,  2009. 
           
2.İbrahimov F.N., Hüseynzadə R.L. Pedaqogika (I cild). 
Bakı, Mütərcim,2013. 
           3.
Paşayev  Ə.X., Rüstəmov  F.A.  Pedaqogika.  Bakı, 
Nurlan, 2007. 
           4.
Sadıqov  F.B. Pedaqogika. Bakı, Adiloğlu, 2009. 
           5.M
ərdanov M.C. Azərbaycan təhsili  yeni  inkişaf 
m
ərhələsində. Bakı, Çaşıoğlu, 2009. 
 
      
 
 
 
 
 
 


 
68 
 
 
 
 
8. Didaktika. T
əlim prosesi. Mənimsəmə prosesinin 
quruluşu 
       
          Plan  
1.Didaktika, onun mövzusu v
ə inkişafı 
2.M
ənimsəmə  prosesinin  quruluşu və təlimin  əsas  
ünsürl
əri  (komponentləri)    
3.T
əlimin mahiyyəti  və vəzifələri 
 
          1.Didaktika, onun mövzusu  v
ə  inkişafı.  Didaktika 
yunanca  öyr
ədirəm  deməkdir.  Bu termin təlim və  təhsil 
n
əzəriyyəsi  tarixində  ilk dəfə  alman  alimi  dilşünas  və  ana 
dilind
ə  təlimin tərəfdarı  olan  Volfranq Ratke  (1571  -1635)  
t
ərəfindən öyrətmək məharəti, sonradan isə  çex pedaqoqu Yan 
Amos Komenski  (1592  -1670) t
ərəfindən  hamıya  hər  şeyi 
öyr
ətmək məharəti mənasında işlədilmişdir. Didaktika pedaqoji 
elmin mühüm bir sah
əsini təşkil edir. Bəşəriyyətin əldə etdiyi 
bilikl
əri böyüyən nəslə  öyrətmək  yollarını,  insanın  bilik  və 
bacarıqlara yiyələnməsi prosesinin qanunauyğunluqlarını aşka-
ra çıxarır. Onun obyekti təlim və təhsil prosesidir. Mövzusu isə 
t
əlim və  təhsilin  qanunauyğunluqlarını,  müəllimin öyrətmək, 
şagirdin öyrənmək  fəaliyyətinin qarşılıqlı  əlaqəsini, səmərəli 
yollarını müəyyənləşdirməkdir. 
 
Başqa  elm  sahələrində  olduğu  kimi,  didaktikanın 
yaranması və inkişafı da cəmiyyətin inkişafı ilə bağlı olmuşdur. 
İlk vaxtlar, yəni qədim və orta əsrlərdə uşaqlara təlim verməyə 


 
69 
dair m
əsləhət və  göstərişlər  hazırlanmış  və  bunlar nəsildən  –
n
əslə  keçərək  sonralar  didaktikanın  yaranması  üçün  müəyyən 
z
əmin təşkil etmişdir.    
Didaktikan
ın bir elm kimi əsasını böyük çex pedaqoqu 
Yan Amos Komenski 
qoymuşdur.  Onun “Böyük didaktika” 
kitabı  bu  sahədə  ilk  sanballı  əsərdir. Komenski bu əsərdə  bir 
çox didaktik prinsipl
ər, qayda və  metodlar irəli  sürmüşdür. 
Pedaqogika tarixind
ə sinif –dərs sistemi onun adı ilə  bağlıdır. 
O, d
ərsi əyaniliklər əsasında şüurlara təsir edərək qurmağı tələb 
edirdi. Bu t
ələb orta əsr məktəblərində kök salmış doğmatik tə-
lim
ə  qarşı  yönəlmişdi.  Komenskinin təlim nəzəriyyəsi didak-
tikanın sonrakı inkişafına qüvvətli təsir göstərdi. 
XVIII –X1X 
əsrlərdə didaktikanın bir elm kimi inkişa-
fında Jan Jak Russonun (Fransa), İohan Henrix Pestalotsinin 
(İsveçrə),  Adolf Disterveqin  (Almaniya) böyük xidmətləri 
olmuşdur. Onlar uşağın zehnini kütləşdirən feodal təhsil siste-
min
ə  qarşı  kəskin  etiraz  etmiş,  təlimdə  şagirdlərin fəallığını, 
müst
əqilliyini,  müşahidəçiliyini, zehni qabiliyyətlərini  inkişaf 
etdirm
əyi tələb etmişlər. 
Rusiyada müt
ərəqqi pedaqogikanın inkişafında V.Q,Be-
linski,  A.İ.Gertsen,  N.Q.Çernışevski    N.A.Dobrolyubovun 
böyük  xidm
ətləri  olmuşdur.  Onlar gənc nəsli aciz, korazehin 
böyüd
ən çarizm məktəblərini kəskin tənqid edərək, təhsilin 
m
əqsədini  insanı  həyata  hazırlamaqda  görürdülər.  Onların 
fikrinc
ə, təlimin məzmunu və  metodları  uşaqların  müstəqil 
fikrini oyatmağa xidmət etməlidir. 
Didaktkanın bir elm kimi formalaşmasında görkəmlı rus 
pedaqoqu v
ə  psixoloqu  Konstantin  Dmitriyeviç  Uşinskinin 
xüsusi xidm
əti  olmuşdur.  Rus  pedaqogikasının  atası  sayılan 
K.D.Uşinski  təlim nəzəriyyəsinə, o cümlədən ibtidai təlim və 
ana dilinin t
ədrisi metodikasına qiymətli yeniliklər gətirmişdir. 
Onun t
ərtib etdiyi  dərs kitabları (“Vətən dili”, “Uşaq aləmi” və 
s.) didaktik –metodik fikrin göz
əl nümunəsidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə