Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   18   19   20   21   22   23   24   25   ...   89

 
70 
Didaktik fikrin inkişafında görkəmli yazıçı və pedaqoq 
Lev Nikolayeviç Tolstoyun  özün
əməxsus  yeri  vardır.  Yazıçı 
azad t
ərbiyə və təhsilin, uşaqların yaradıcı fəallığını və müstə-
qilliyini inkişaf etdirmək ideyasının tərəfdarı idi. 
B
əlli bir dövrdə    marksizm–leninizm nəzəriyyəsinin
Leninin n
əzəri irsinin də didaktik fikrə böyük təsiri olmuşdur. 
Rusiyada  didaktik  fikrin  inkişafı  həmçinin  A.V.Luna-
çarski, P.P.Blonski  v
ə  V.A.Suxomlinskinin  adı  ilə  bağlıdır. 
Onlar t
əhsilin məzmunu, politexnik təhsil, təlim  metodları, 
t
əlimdə şagirdlərin fəallıq və müstəqilliyinin inkişafı kimi mə-
s
ələlərə dair qiymətli fikirlər irəli sürmüşlər. 
Ölk
əmizə  gəlincə, Azərbaycanda pedaqoji –didaktik 
fik
rin  inkişafı  çox  qədimdir.  Azərbaycan  şifahi  xalq  yaradı-
cılığında  zəngin didaktik fikirlər  vardır.  Yazılı  ədəbiyyata 
g
əlincə,  Ə.Bəhmənyar  (XI  əsr),  N.Gəncəvi  (XII  əsr),  N.Tusi 
(XIII 
əsr),  M.Füzuli  (XVI  əsr)  əsərlərində  böyük idraki –
t
ərbiyəvi  əhəmyyətə  malik qiymətli ideyalar irəli  sürmüşlər. 
B
əziləri sırf didaktik əsərlər də yazmışlar. Ə.Bəhmənyarın “Əl 
t
əhsil”, N.Tusinin “Biliklərin mənimsənilməsinin  əsasları”, 
Ş.İ.Xətainin didaktik məsnəviləri bu qəbildəndir. 
Az
ərbaycanda  didaktik  fikrin  inkişafında  XIX  əsrin 
axırları  XX  əsrin  əvvəllərində  yaşayıb  –yaratmış  görkəmli 
maarifçi  ziyalıların  –A.Bakıxanovun,  M.F.Axundovun,  S.Ə. 
Şirvaninin, H.B.Zərdabinin, M.T.Sidqinin C.Məmmədquluza 
d
ənin  böyük xidmətləri  olmuşdur.  Onlar  milli  məktəblərin 
inkişafı,  mütərəqqi  metodların  tətbiqi, ana dili təlimi, yeni 
əlifba  uğrunda  mübarizə  aparmışlar.  XIX  əsrin  sonlarında 
Az
ərbaycan pedaqoqlarının bütöv bir nəsli –Mirzə Kazım bəy, 
Firidun b
əy  Köçərli, Rəşid  bəy  Əfəndiyev, Həbib bəy 
Mahmudb
əyov, Mahmud bəy  Mahmudbəyov, Sultan Məcid 
Q
ənizadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov  və b. həm 
m
əktəblərdə dərs demiş, həm də dərslik və dərs vəsaiti yazmış, 
metodik probleml
ərlə məşğul olmuşlar. 


 
71 
Bütün bu
nlarla  yanaşı,  Aərbycanda didaktik fikrin 
formalaşmasında  pedaqoq  alimlərin  –Mehdi Mehdizadənin, 
Əhməd Seyidovun, Mərdan Muradxanovun,  Nurəddin Kazı-
movun,  Əliheydər Həşimovun,  Bəşir  Əhmədovun, Soltan-
s
əlim  Axundovun,  Əjdər  Ağayevin  və  başqalarının    xidmət-
l
ərini xüsusilə qeyd etmək lazımdır. 
Qısa tarixi xülasədən göründüyü kimi, ta qədimdən gör-
k
əmli şəxsiyyətlər, mütəfəkirlər və maarifçilər didaktik məsə-
l
ələrə  xüsusi  diqqət  yetirmişlər. Və  keçmişin  mütərəqqi irsi 
didaktikanın inkişafında əvəzsiz rol oynamışdır. 
          Bel
əliklə, deyə  bilərik ki, didaktika təlim prosesinin 
mahiyy
ətini, məzmununu, prinsiplərini, meotodlarını və təşkili 
formalarını  öyrənən elmdir. Onun tədqiqat obyekti təhsil 
prosesidir. H
ər  bir  proses  hansısa  nəticəyə  nail olmaq üçün 
yön
əldilmiş hərəkətlərin  cəmini özündə əks etdirir. Təlim və 
t
əhsil  prosesi  şagirdlərin gerçəkliyi dərketmə  yolundakı  hərə-
k
əti ilə  bağlıdır.  Bu  zaman  şagirddə  həm  idraki, həm də 
praktik  bacarıq  və  vərdişlər  yaranır, tədriclə  inkişaf  edərək 
formalaşır.  
 
           2.M
ənimsəmə  prosesinin  quruluşu  və  təlimin  əsas 
ünsürl
əri (komponentləri).  Necə  olur ki, insan dərk  edir və 
d
ərketmənin yolu necədir?  Fəlsəfədə  bu  suala  çox  aydın  və 
m
əntiqi cavab verən nəzəriyyə  mövcuddur
 
v
ə  nəzəriyyədən 
aydın  olur  ki,  idrak  prosesi bir -biri ilə  əlaqədə  olan üç 
m
ərhələdən ibarətdir.  Yəni:  Canlı  seyrdən  (duyğulardan)  
müc
ərrəd təfəkkürə, oradan da təcrübəyə  -həyatı  dərk 
etm
əyin, obyektiv  reallığı  dərk etməyin yolu belədir.  Bu 
n
əzəriyyə  dünyada  idrak nəzəriyyəsi  (bəzi mənbələrdə  inikas 
n
əzəriyyəsi) kimi məşhurdur . 
1  -
ci  canlı  seyr  (duyğu)  mərhələsidir. Bu mərhələdə 
insan  duyğu  üzvləri vasitəsilə  əşya  və  hadisələr barədə  ilkin 
m
əlumat  alır.  Məsələn, auditoriyaya daxil olarkən görür ki, 
divardan yeni 
yazı  lövhəsi  asılıb.  O, həmin  anda  lövhənin 


 
72 
zahiri 
əlamətləri  –böyüklüyü, rəngi, təmizliyi və  digər 
əlamətləri haqqında fikir yürüdə bilər.  
2  -ci  v
əziyyətin dərk edilməsi  mərhələsidir.  Gördüyü 
əlamətlər  əsasında  lövhənin  keyfiyyətcə  necəliyini, 
əvvəlkindən nə  kimi fərqi  olduğunu,  əvəzlənməsinin səbəbini 
d
ərk etməyə çalışır. 
3  -cü is
ə  fikrin dəqiqliyi  mərhələsidir.  İnsan  lövhədə 
işləyir və bundan sonra onun haqqında qəti fikir söyləyə bilir. 
Başqa bir misal: Hansısa qrammatik (riyazi, həndəsi və 
s.) 
qaydanı  öyrənərkən  əvvəlcə  onun haqqında  ilkin  məlumat 
əldə  edirik.  Sonra  görmə  və  eşitmə  duyğularımız  vasitəsi  ilə 
t
əfəkkürümüzə ötürülən həmin məlumatı təhlil –tərkib edib qə-
na
ətə gəlirik. Nəhayət, qənaətlərimizi praktikaya tətbiq edirik; 
y
əni çalışmalar həll edirik. 
Bu bar
ədə misalların sayı həyatdakı əşya və hadisələrin 
sonsuzluğu qədərdir. 
İdrak  nəzəriyyəsi adi məişətdən  elmin  ən dərin 
qatlarınadək  insanın  istinad etdiyi yeganə  nəzəriyyədir;  çünki 
o, h
əqiqətə  doğru  gedən  əbədi prosesdir. Bütün kəşflər  (hər 
hansı  hadisənin insan tərəfindən ilk dəfə  dərk edilməsi) və 
ixtiralar  (k
əşf olunmuş bir şeyin daha da təkmilləşməsi) idrak 
prosesi n
əticəsində üzə çıxmışdır. 
Şagirdin  “kəşfi” təlim materialını şüurlu dərk etməsi və 
t
əcrübədə  sınaqdan  çıxarıb  qənaətə  gəlməsidir.  Nümunə  kimi 
misal g
ətirsək, 1)  müəllimin  verdiyi  sualı,  izahatı  dinləməsi, 
nümayiş  etdirdiyi  əyani vəsaitə  baxması,  ona  toxunması; 2) 
eşitdiyini,  yaxud  gördüyünü,  qoxuladığını,  əli ilə  yoxladığını 
t
əfəkkür süzgəcindən keçirib müəyyən fikirə gəlməsi; 3) daha 
sonra g
əldiyi fikri təcrübəyə - məsələ və misal həllinə, cümlə 
t
əhlilinə, laboratoriyada,  emalatxanada, məktəbin tədris  –
t
əcrübə sahəsində və s. işdə tətbiq etməsi, əldə etdiyi nəticə ilə 
fikrini doğrultmasıdır. 
             
İdrakın  kəşfə  doğru  aparan    mərhələləri pedaqogika 
elmind
ə  təlimin ünsürləri  adlanır.  Onlar  aşağıdakılardır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə