Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   26   27   28   29   30   31   32   33   ...   89

 
96 
5.Professorlar  Ə.Paşayev  və  F.Rüstəmovun təlimin 
qanunları haqqında nə kimi fikirləri  var? 
6.T
əlimin qanunauyğunluqları öz əksini harada tapır? 
7.Prinsp n
ə deməkdir? 
8.T
əlimin neçə prinsipi vardır? 
9.T
əlimin örədici, tərbiyəedici və inkişafetdirici prinsipi 
n
əyə xidmət edir? 
10.T
əlimin həyatla  əlaqələndirilməsi prinsipi  nə  üçün 
lazımdır? 
11.T
əlimin elmiliyi prinsipinin faydası nədədir? 
12.T
əlimdə  şüurluluq  və  fəallıq  prinsipinin  mahiyyəti 
n
ədən ibarətdir? 
13.T
əlimdə sistematiklik və ardıcıllıq nə üçün lazımdır? 
14. 
Əyanilik  təlimdə qızıl qaydadır, nəyə görə? 
15.T
əlimdə müvafiqlik nəyə xidmət edir? 
16.T
əlim prinsiplərinin bir –biri ilə  əlaqəsi  barədə 
n
ədemək olar? 
 
 
           
Ədəbiyyat 
1. Abbasov A.N, Əlizadə H.Ə.  Pedaqogika.  
Bakı,Renesans, 2000.        
2. Ağayev Ə.Ə. Pedaqogika. Bakı, Adiloğlu, 2006.          
3
.Əhmədov B.A., Rzayev R.Q. Pedaqogikadan 
mühazir
ə konspektləri. Bakı, Maarif , 1983. 
4
.İbrahimov F.N., Hüseynzadə R.L. Pedaqogika (I cild). 
Bakı, Mütərcim,2013. 
5
.İsmixanov M.A.  Pedaqogika. Bakı, BDU, 1998. 
6.H
əsənov  A.M.,  Ağayev  Ə.Ə.  Pedaqogika.  Bakı, 
Nasir, 2007. 
7.
Kazımov  N.M., Həşimov  Ə.Ş.  Pedaqogika.Bakı, 
Maarif, 1996. 
8
. Paşayev Ə. X., Rüstəmov F.A. Pedaqogika (yeni 
kurs). Bakı, Çaşıoğlu, 2000. 


 
97 
           
 
 
       
 
 
 
 
 
 
       
 
 
 
 
 
 
 
 
     
11.T
əlimin təşkili formalarının inkişaf tarixi və müasir   
                     dövrd
ə  təlimin təşkili formaları      
        
        Plan  
1.
 
Müxt
əlif tarixi dövrlərdə təlimin təşkili formaları  
2.Az
ərbaycanda təlimin təşkili formalarına qısa nəzər 
        3. Müasir dövrd
ə təlimin təşkili formaları haqqında 
 
 
        1. Müxt
əlif tarixi dövrlərdə  təlimin təşkili  forma-
ları.Təlimin səmərəsi  onun  hansı  formada  təşkilindən çox 
asılıdır.
 
Bu rosesd
ə
 
m
əqsəd, məzmun, metod və vasitələr qeyri 
–s
əmərəli formada həyata keçirilərsə, müəllim və  şagirdlərin 
f
əaliyyəti yaxşı nəticə verməz. Odur ki, müəllim təlimin təşkili 
formalarını yaxşı bilməli və düzgün tətbiq etməyi bacarmalıdır. 


 
98 
 T
əlimin təşkili formaları cəmiyyətin tələbatı və ictimai 
–tarixi t
əcrübənin təsiri ilə  formalaşır  və  inkişafla  bağlı  vax-
taşırı  olaraq  dəyişikliyə  məruz  qalır.  Müəllim bu dəyişikliyin 
mahiyy
ətini və  istiqamətləırini  yaxşı  bilməlidir. Bu, təlim 
formalarının  müasir  səviyyəsini və  inkişaf  meyllərini düzgün 
qiym
ətləndirməyə, qarşıya çıxan səhvlərdən çəkinməyə imkan  
verir.  T
əlim cəmiyyətin  inkişafına  müvafiq  olaraq  elə  təşkil 
olunmalıdır ki, təhsil alanların intellektual və mənəvi inkişafını 
t
əmin etsin. 
              Müxt
əlif   tarixi dövrlərdə təlimin təşkili müxtəlif cür 
olmuşdur  və  məktəb  inkişaf  etdikcə  onlar dəyişmişdir. Təlim 
i
şinin başlanğıc götürdüyü ilkin illərdə, eləcə də orta əsrlərdə 
t
əlim fərdi məşğələ  kimi təşkil  olunurdu.  Dərs  ilinin konkret 
başlanma vaxtı yox idi. Ona görə də hər  kəs ilin hansı ayında 
ist
əsə,  övladını  məktəbə  yazdırırdı.  Beləliklə, eyni qrupda 
müxt
əlif yaş və bilik səviyyəli şagirdlər əyləşirdilər.  
         M
əktəbdə  əksərən dini dərslər keçilirdi.  Belə  şəraitdə 

əllim  (molla,  keşiş  )  şagirdlərin  hər birinin bilik və  anlaq 
s
əviyyəsinə uyğun fərdi tapşırıqlar verir, onu necə icra etməyin 
-
oxumağın,  yaxud  yazmağın  lazım  olduğunu  izah  edirdi.  Şa-
girdl
ər  tapşırığı  sinifdə  icra edirdilər. Sonra müəllim  onların 
h
ər birindən  işin  icra  vəziyyətini  soruşurdu.  Beləliklə, 

əllimin işi şagirdlərə  fərdi tapşırıq verib onu  yoxlamaqdan 
ibar
ət olurdu.   Belə  təlim forması  səmərəsiz idi. Çünki 

əllimin öyrədici rolu məhdudlaşırdı;  qarmaqarışıq    proses 
yaranırdı. 
 
XVI -XVII 
əsrlərdə Avropada iqtisadi inkişaf gücləndi; 
şəhərlər  artdı,  ticarət və  sənaye sürətlə  inkişaf  etdi.  Savadlı 
adamlara t
ələbat çoxaldı. Məktəblərdəki fərdi təhsil sistemi bu 
t
ələbatı  ödəyə  bilmədi. Beləliklə, cəmiyyətin  inkişafı  məktəb 
islahatına  ehtiyac  doğurdu.  Ehtiyacı  ödəmək üçün Ukrayna, 
Belorusiya, Çexiya v
ə  Slovakiyada  qabaqcıl  məktəblər  fərdi 
t
əlimdən əl çəkdilər; şagirdlər bilik və yaş sıviyyələrinə uyğun 
olaraq sinifl
ərə  bölündülər. Məşğələlər cədvəl  əsasında  keçil-


 
99 
m
əyə  başlandı.  Həmin vaxt böyük  çex  pedaqoqu Y.A.Ko-
menski 
şərqi Avropadakı  bu qabaqcıl məktəblərin təcrübəsini 
ümumil
əşdirərək məşhur  “Böyük didaktika” və  “Yaxşı təşkil 
olunmuş məktəbin qanunları”  əsərində təlimin təşkilinin sinif -
d
ərs formasını nəzəri cəhətdən əsaslandırdı və özünün rəhbəri 
olduğu məktəbdə tətbiq etdi. O, təlimin təşkili yolunda böyük 
islahatlar t
əklif etdi: 
          - m
əktəbə  ilin müxtəlif vaxtlarında şagird qəbuluna son 
qoyulur; 
          -t
əlim  ilinin  sabit  başlanma    və  qurtarma  vaxtı  müəy-
y
ənləşdirilir; 
          -
şagirdlər yaş və bilik səviyyələrinə uyğun olaraq ayrı -
ayrı  siniflərdə  yerləşdirilir  və  sinfin bu tərkibi dərs ilinin 
sonunad
ək dəyişmir; 
          -t
əlim günləri saatlara (dərslərə) bölünür; 
          -d
ərslərin arasında fasilələr verilir; 
          -sabit d
ərs cədvəlinə istinad olunur; 
          -m
əktəbdə təhsilin müddəti müəyyənləşdirilir və s. 
          T
əklif məntiqə  əsaslanırdı.  Çünki  o,  müəllimin sinifdə 
bütün  şagirdlərə  eyni vaxtda izahat və  göstəriş  verməsinə, 
kollektiv m
əşğələ  aparmasına  gözəl  imkanlar  yaradırdı.  Ona 
gör
ə tarixdə ilk dəfə  sinif -dərs forması olaraq həm Avropada, 
h
əm də Rusiyada çox sürətlə yayıldı.   
 
 Lakin  XIX 
əsrin ortalarından etibarən bəzi pedaqoqlar 
yeni müdd
əalarla  çıxış  etməyə  başladılar. Məsələn, alman 
pedaqoqu 
İohann Herebart standart dərs quruluşu təklif etdi. 
Bu t
əklifə  görə,  fəndən və  mövzudan  asılı  olmayaraq  bütün 
d
ərslər eyni qaydada keçirilməli idi. Bu təklif müəllimin fəaliy-
y
ətini məhdudlaşdırır,  yaradıcılıq  fəaliyyətini heçə  endirir, 
keyfiyy
ətsiz təlim  işinə  yol  açırdı.  Ona  görə  də  tərəqqipərvər 
v
ə  təcrübəli  pedaqoqlar tərəfindən tənqid edildi. Məsələn, 
alman pedaqoqu Adolf    Disterveq,  rus pedaqoqu Konstantin 
Dmitryeviç 
Uşinski bu təklifin əleyhinə kıskin şıxış etdilər. O, 
q
əbul olunmadı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə