Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   52   53   54   55   56   57   58   59   ...   89

 
182 
             
İnsan onu əhatə edən mühitlə təmasda olur və müxtəlif 
adamlarla ünsiyy
ətə  girir. Bu prosesdə  onun  əqli qabiliyyəti 
formalaşır.  Həmin prosesdə  iki istiqamət diqqəti cəlb edir: 
1)
əqli  inkişaf;  2)əqli tərbiyə.  Bu iki istiqamət    arasında  incə 
f
ərq var.  
 
Əqli  inkişaf  yalnız  müəllim və  tərbiyəçinin məqsəd-
yönlü r
əhbərliyi altında deyil, eyni zamanda uşağı  əhatə edən 
bütün 
ətraf mühitin təsiri  altında  baş  verir.
 
Əqli  inkişaf 
prosesind
ə insan onu əhatə edən mühitlə təmasda olur və müx-
t
əlif adamlarla ünsiyyətə girir, onun əqli və təfəkkür qabiliyyəti 
formalaşır.  
          T
əcrübə göstərir ki, əqli inkişaf məntiqi düşüncənin nəti-
c
əsidir; bu da təfəkkürdəki inkişafın göstəricisidir. Təfəkkürün 
inkişafı  isə ağlın inkişafı deməkdir. Təsadüfi deyil ki, alman 
pedaqoqu  Adolf    Disterveq 
yazırdı ki, uşaqlara fikirləri deyil, 
fikirl
əşməyi öyrətmək  lazımdır.  Bilikləri deyil, bilikləri  tapıb 
öyr
ənməyi öyrətmək lazımdır. Ağlın inkişafı müstəqil düşüncə 
t
ərzi  ilə  bərabər, mühitdən,  ağıllı  olmağını  istədiyimiz insana 
ağıllı təsirdən də asılıdır.
 
            
Əqli tərbiyə  böyüməkdə  olan nəslin təfəkkürünü və 
ağlını  inkişaf  etdirmək üçün sistemli, məqsədyönlü və  planlı 
şəkildə  həyata  keçırilən pedaqoji təsirdir.  Tərif olaraq desək, 
Əqli tərbiyə  müəllim və  tərbiyəçinin rəhbərliyi  altında 
şagirdin  əqli qüvvələrinin və  təfəkkürünün məqsədyönlü 
inkişaf  etməsi,  onlarda  elmi  dünyagörüşünün  formalaşması 
prosesidir. 
           
O,  idrak  prosesini  inkişaf  etdirir.  İnsanın  kamilləşmə-
sind
ə, dünyagörüşünün formalaşmasında, mənəvi yetkinliyində 
çox böyük rol oynayır;  təfəkkür hadisələri ilə bağlı məsələləri 
özünd
ə birləşdirir. Bu da fərdi
  
düşüncə  və şüurlarda üzə çıxır, 
insanların
 
f
əallığını təmin edir.  
            B
əzi mənbələrdə  əqli tərbiyə  anlayışı    ağıl  tərbiyəsi, 
zehni t
ərbiyə  kimi də işlədilir.
 
Əqli səciyyələndirən əlamətlər 
bunlardır: görəcəyi işin, deyəcəyi sözün nə ilə nəticələnəcəyini 


 
183 
qabaqcadan  düşünmək,  öz  nöqsanını  görmək, etiraf edib 
düz
əltməyə  səy göstərmək,  yumşaq  və  məntiqli  danışmaq, 
daim t
əmkinli,  səbirli və  bilikli  olmaq,  seçdiyi  peşənin 
zirv
əsinə ucalmağa çalışmaq. 
 
         
2.Əqli  tərbiyənin    başlıca    vəzifələri.  Əqlin    (ağlın, 
zehnin)  hansı   göstəricilər  əsasında inkişaf etməsi  haqqında  
elmi  fikirl
ər yekdil deyil, müxtəlifliklər var. Onlardan  ən 
ağlabatanı öyrənməyə qabillik anlayışıdır. Ən sadə təzdə desək, 
y
əni insan öyrənməyə qabil olarsa, əqli cəhətdən yaxşı inkişaf 
ed
ər. Bəzi tədqiqatlara görə, insan beyninin fəaliyyəti 120 
funksiyaya  ayrılır.  Onlardan  26-sı  müvəffəqiyyətlə  oxuyub 
öyr
ənmək üçün həlledici əhəmiyyət daşıyır. İnsan özü və ətraf 
al
əm haqqında bilikləri isə 13 kanal vasitəsi ilə alır və yaddaşa 
ötürür.  Onlar  hansılardır?    -görmə,  eşitmə, iybilmə, dadbilmə, 
lamis
ə, temperatur, ağrı, tarazlıq, hərəki, titrəmə və s. Bu ka-
nallar vasit
əsi ilə beynə ötürülən informasiya insanın intellek-
tual -
əqli və zehni inkişafına kömək edir. 
           
Ağıl  beynin  məhsulu olan təfəkkürə  əsaslanır.  Əqli 
t
ərbiyə  təfəkkür  əməliyyatlarını  təcəssüm etdirir. Təfəkkür 
cism v
ə  hadisələrin mahiyyətinin,  onlar  arasında  əlaqə  və 
aslılıqların  insan  şüurunda  ümumiləşmiş  inikasından  ibarət 
olan  idrak prosesidir.T
əfəkkür insanlara mənsubdur.  İnsan 
m
əhz təfəkkür sayəsində  gerçəkliyi daha dərin, tam və  dəqiq 
d
ərk edir.Təfəkkürün aşağıdakı növləri vardır: 
 
 
 
m
əntiqi təfəkkür, mücərrəd təfəkkür, tənqidi təfəkkür, 
n
əzəri təfəkkür, texniki təfəkkür, dialektik təfəkkür, bədii 
t
əfəkkür,  əyani-əməli təfəkkür,  əyani-obrazlı  təfəkkür  və  s.  
On
lar  hamısı  bir  –biri  ilə  əlaqəlidir  və  şagirdlər  arasında 
m
əqsədyönlü,  mütəşəkkil, fasiləsiz və sistemli aparılan təlim –
t
ərbiyə  işləri  onların  inkişafını  təmin edir.  Təfəkkür növlə-
rind
ən bir neçəsinin xüsusiyyətinə diqqət yetirək: 
            -Obyektiv gerç
əkliyin düzgün inikas etdirilməsi  ilə 
əlaqədar olan təfəkkürə  məntiqi təfəkkür  deyilir. Məntiqi 


 
184 
t
əfəkkür köhnə  biliklərlə  yeni biliklər  arsında  sıx  bağlılığın 
yaradılması şəklində təzahür edir. 
            -Müc
ərrəd təfəkkür  zamanı  fikri  fəaliyyət  əsasən 
ümumi v
ə  mücərrəd məhfumlara istinad edir. Mücərrəd 
t
əfəkkür sayəsində  təbiətin, cəmiyyətin,  insanın  özünün 
inkişafının  ümumi  qanunauyğunluqlarını  ümumiləşdirmək 
mümkündür. 
            -
Əyani-əməli təfəkkür cism və hadisələrin dərk edilməsi 
il
ə  əlaqədar, yəni  əşyalar  üzərində  praktik fəaliyyətlə  bağlı 
t
əfəkkür növüdür. 
           T
əfəkkür insanlara məxsus mürəkkəb psixi  proses 
hesab  olunur.  Lakin  o  hamıda  eyni  səviyyədə  olmur. Çünki 
insanların təfəkküründə bir sıra fərdi xüsusiyyətlər mövcuddur. 
Bu f
ərdi xüsusiyyətlər ağlın keyfiyyətində daha qabarıq təzahür 
edir. Buray
a ağlın müstəqilliyi, tənqidiliyi, çevikliyi, genişliyi, 
d
ərinliyi, fikrin sürəti daxildir. Qeyd olunan bu keyfiyyətlər 
şagirdlərin təfəkkürünün fərqli cəhətlərə  malik  olduğunu 
göst
ərir və təlim-tərbitə prosesində onları nəzərə almaq təlabatı 
doğurur.  Təfəkkür növlərinin  sırasına  ümumiləşmiş  təfəkkür, 
kateqoriyal t
əfəkkür, nəzəri təfəkkür, induktiv təfəkkür, deduktiv 
t
əfəkkür, alqoritmik təfəkkür, reproduktiv təfəkkür, produktiv 
t
əfəkkür və sistemli təfəkkürün adını əlavə edə bilərik. 
          
Əqli tərbiyə və əqli inkişafa nail olmaq üçün bir sıra fikri 
əməliyyatları  uğurla  aparmaq  yollarını 
 
şagirdlərə  öyrətmək 
lazımdır.  Onlar  cism  və  hadisələri fikrən hissələrə  bölməyi 
(t
əhlil, analiz), hissələrdən  tama  doğru  irəliləməyi (tərkib, 
sintez), cism v
ə hadisələrin oxşar və fərqli cəhətlərini müəyyən 
etm
əyi (müqayisə), cism və hadisələrin xüsusiyyətlərini fikrən 
h
əm  ayırmaq,  həm də  birləşdirə  bilməyi (ümumiləşdirmə) 
bacarmalıdırlar. Fikri əməliyyatlara həm də mücərrədləşdirmə, 
konkretl
əşdirmə və sistemləşdirmə (təsnifat) daxildir.
 
          T
əfəkkürün yüksək səviyyədə  inkişaf  etməsi üçün hök-
m
ən  əqli keyfiyyətlərin  -ağlın  müstəqilliyinin, dərinliyinin, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə