Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   55   56   57   58   59   60   61   62   ...   89

 
192 
(t
ərbiyədə vahidlik). İkinci və üçüncü mərhələ xeyir söz, xeyir 
əməldir.  Yəni yüksək  əxlaqi  şüurdan  irəli gələn sözlə  əməlin 
v
əhdətidir. Unutmamalıyıq ki, əxlaqi şüur nümunəvi davranışın, 
sözl
ə əməl birliyinin təməl daşıdır. 
             
Əxlaqi  -mənəvi  şüuru  yaratmaq  üçün  müəllim bütün 
imkan v
ə  vastələrdən səmərəli istifadə  etməlidir. Tərbiyə 
prinsipl
ərindən  bacarıqla  faydalanmalı,  sinifdənxaric  oxu və 
sinifd
ənxaric  iş  növlərinə  önəm verməlidir.  
            Lakin 
iş əxlaqi -mənəvi şüuru yaratmaqla tamamlanmır. 
M
ənəvi  şüur  mənəvi adət və  vərdişə  çevrilməlidir. Yüksək 
m
ənəvi şüuru olan insanın mənəvi hissləri də olmalıdır. Demək, 
əxlaq tərbiyəsinin  ikinci  mühüm vəzifəsi insanda mənəvi adət 
v
ə hisslər formalaşdırmaqdır.   
             M
ənəvi şüur ağıldan, mənəvi hisslər isə ürəkdən qida-
lanır.  Mükəmməl mənəvi  şüurla  mükəmməl mənəvi hissin, 
duyğunun vəhdəti sağlam əqidə deməkdir ki, bu da mükəmməl 
əxlaqdır. 
             Mü
əllim  əxlaq tərbiyəsi yönündən  gördüyü  işin  nəti-
c
əsini müəyyənləşdirmək üçün şagirdlərinin ailəyə, cəmiyyətə
yoldaşlarına,  məktəbə, ictimai mülkiyyətə, təbiətə... müna-
sib
ətini  müşahidə  etməli, müəyyən etdiyi qüsurlari 
yub
anmadan aradan qaldırmağa çalışmalıdır. 
 
              
3.Əxlaqi –mənəvi tərbiyə işinin məzmunu.  Əxlaqi –
m
ənəvi  tərbiyə  işinin məzmununa  milli mənlik  şüuru  və  milli 
l
əyaqət, vətənsevərlik, yurdsevərlik, mərdlik, halallıq, düzlük və 
doğruçuluq, dostluq və  yoldaşlıq, sadəlik və təvazökarlıq, hu-
manizm, 
əməksevərlik və əməyə vicdanlı münasibət, cəmiyyətdə 
özünüidar
ə və rəftar qaydaları  və s. daxildir. 
             Milli m
ənlik  şüuru  və  milli ləyaqətə  millətin  varlığı, 
m
ənəviyyatı, dili, xarakteri, adət  -ənənələri, psixoloqiyası, mə-
d
əniyyəti bütövlükdə  həyatın  bütün  sahələri daxildir. Ləyaqət 
h
ər bir şəxsin öz mənini dərk etməsidir. Əxlaq tərbiyəsinin ən 
vacib t
ələblərindən biri və  birincisi böyüyən nəsildə  milli 


 
193 
m
ənlik şüuru və ləyaqət hissi  tərbiyə  etməkdir. Hər bir uşaq 
lap kiçik yaşlarından mənsub olduğu millətin dilini mükəmməl 
bilm
əli, adət - ənənələrə müvafiq böyüməli, tarixini,   coğrafi-
ya
sını  öyrənməlidir. Tərbiyə  edən  şəxs  uşağın  mənəviyyatını 
milli ruhla z
ənginləşdirməlidir. Şagird başa düşməlidir ki, onun 
m
ənsub  olduğu  xalq  tarix  etibarilə  dünyanın  bir  çox  xalq-
larından qədimdir. Mərdlik, qəhrəmanlıq, düzlük, doğruçuluq, 
halallıq səhifələri ilə dolu keçmişi var. Bu dəyərləri hər bir şəxs 
qoruyub 
öz varlığında yaşatmalı, gələcək nəsillərə ötürməli, ən 
əsası dünyaya təbliğ etməlidir.              
           Bir müq
əddəs kəlamda deyilir ki, vətəni sevmək iman-
dandır.  Nəyə  görə? Cünki,Vətən  əcdadımızın  mədfəni,  övla-
dımızın  məskənidir. Dünyadan gedənlərimizi  torpağa  tapşır-
maqla biz h
əmin yerə  rişə  atırıq;  lap  qədim mədfənlər  (dəfn 
yerl
əri, qəbristanlıqlar) isə artıq bizim kökümüzdür. Biz bu kök 
üstünd
ə  dayanıb,  ondan  qüvvə  alıb  yaşayırıq.  Xalqımız  bu 
bar
ədə deyir: Ana kimi yar olmaz, vətən kimi diyar, Qürbət  ha-
ra, qüdr
ət hara?,  Dağ  yeri – duman  yeri, yurd yeri  - güman  
yeri  v
ə  s. 
           H
ər bir insan üçün vətən dünyaya gəldiyi, gözünü açdığı 
evd
ən  başlayır.  O,  yaşa  dolub  həyatı  dərk etdikdə  mənəvi 
şüurundakı  vətən  doğulduğu  kənd, bögə,  ölkə, dünya boyda 
olur. V
ətənin  torpağı,  suyu,  havası,  otlarının  rayihəsi,  baharı, 
yayı,  qışı,  insanları  bənzərsizdir, müqayisəolunmazdır.  Ona 
gör
ə  də  müqəddəsdir.  Onu  qorumaq  imandandır.  Hər bir 
t
ərbiyə  edənin borcudur ki, həm təlim  materiallarının,  həm 
sinifd
ənxaric işlərin, həm də həyati faktların köməyi ilə uşaq və 
g
əncləri yurduna, vətəninə məhəbbət bəsləmək, onu qorumaq, 
yaşatmaq ruhunda tərbiyə etsin. 
             
Əxlaqi məziyyətlərdən biri də mərdlikdir. Mərd sözü-
nün h
ərfi mənası  kişi  deməkdir. Müəyyən məqamlarda mərd 
adamlara  kişi  adam  deyirik.  Mərd adam öz mənəvi keyfiy-
y
ətləri  ilə  ideala,  əlçatmaz zirvəyə  çevrilir. Mərd adamlara 


 
194 
m
əxsus keyfiyyətlərdən biri düzlük və doğruçuluqdur. Düzlük 
insanın  gördüyü  işlə,  doğruçuluq  danışdığı  sözlə  bağlıdır. 
Əvvəldə  dediyimiz kimi, sözlə  əməlin vəhdəti iki mənəvi 
amilin yüks
ək əxlaqi dəyrə çevrilməsidir. Lap kiçik yaşlarından 
uşağa öyrətmək  lazımdır  ki,  Sözün düzünü demək hünərdir, 
Doğruya zaval yoxdur, Hiylə ilə iş görən, möhnət ilə can verər, 
Düz 
əyrini kəsir və s. 
          
Bu  sırada  biz  həm də  halallıqdan  danışmalıyıq.  Halal 
yaşamaq,  halal  yolla  ruzi  qazanmaq  mənəvi  paklığın,  təmiz 
əxlaqın  zirvəsidir.  Əməyində  və  davranışında  halallığı  əsas 
götür
ən şəxs özü doğru, sözü düzgün, nəfsi təmiz, əməlləri düz, 
yalandan uzaq olan adamdır. Halallığı ilə fərqlənən şəxs ancaq 
xeyir 
işlər görür. Halal adam heç vaxt haqqı  nahaqqa satmır. 
Halal adam 
əməksevər  olur,  əməyə  vicdanlı  münasibət  
b
əsləyir. 
          
Əməksevərlik,  əməyə, ictimai mülkiyyətə  vicdanlı  mü-
nasib
ət tərbiyəsi müasir mərhələdə daha çox vacibdir. Hələ də 
m
əktəblərdə  insan  əməyinin məhsulu olan ictimai mülkiyyətə 
qayğısız münasibət özünü göstərir. Bunun səbəbi ailədə, mək-
t
əbdə  insan  əməyinə  sayqı,  vicdanlı  yanaşma  tərzinin  aşılan-
mamasdır.  Məktəbdə  əmək tərbiyəsi  işi  elə  qurulmalıdır  ki, 
kimin övladı olmasından aslı olmayaraq hamı əməyi sevsin və 
başqalarının  əməyinə, zəhmət çəkib  yaratdıqlarına  vicdanlı 
münasib
ət bəsləsin. Unutmaq olmaz ki, vicdan əxlaqın təzahü-
rüdür. Vicdanlılıq mənəviyyatlılıq deməkdir. 
         H
əmçinin dostluqda sədaqətlilik  və  təmənnasızlıq,  yol-
daşlıqda etibarlılıq, insanlara münasibətdə humanist, qayğıkeş, 
canıyanan,  sadə,  təvazökar olmaq  da  əxlaqi    məziyyətlərdir  
v
ə  özünə  mənəviyyatlıyam  deyən hər bir insanda olmalıdır. 
        
Paxıllıq, yalan danışmaq, böhtan atmaq, satqınlıq, ikiüz-
lülük, qeyb
ət, qorxaqlıq, iradəsizlik, etibarsızlıq, intizamsızlıq, 
pis v
ərdişlərə aludəçilik, pintilik, israfçılıq, xəsislik, tənbəllik, 
xudbinlik, özünd
ən  müştəbehlik,  lovğalıq,  riyakarlıq  və  s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə