Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   54   55   56   57   58   59   60   61   ...   89

 
188 
             
4.Ağlı səciyyələndirən əlamətlər hansılardır? 
             
5.Müasir  elmi  pedaqogikamızda  tərbiyə  işinin  məz-
mununa hansı istiqamətlər daxildir? 
             6.
Əqli tərbiyə nə üçün lazımdır? 
             7. N
ə üçün  ağıl ağıldan üstündür? 
             
8.Əgər  insanların  ağıl  imkanları  fərqlidirsə, zəif  ağlı 
inkişaf etdirmək    olarmı? 
             
9.Əqli tərbiyədə əsas istinad nöqtəsi nədir? 
            10.Elm v
ə təhsil insanı necə ağıllı edə bilər? 
            
11.Ağıl nəyə əsaslanır? 
            12.T
əfəkkürün hansı növləri vardır? 
            
13.Əqli tərbiyənin vəzifələri nədən ibarətdir? 
            
14.Əqli tərbiyə vasitələri hansılardır? 
            
15.Hansı  təlim  metodları  əqli  –zehni qabiliyyətləri 
inkişaf etdirə bilir? 
            
16.Hansı sinifdənxaric iş növləri idrak fəallığını,     zeh-
ni qabiliyy
ətləri, nəticə olaraq əqli inkişafı stimullaşdırır? 
 
              
Ədəbiyyat 
             
1.Abbasov  A.N.,  Əlizadə  H.Ə.  Pedaqogika.  Bakı, 
Renesans, 2000. 
             
2.Ağayev Ə.Ə. Azərbaycan ictimai –pedaqoji fikrində 
şəxsiyyətin formalaşması problemi. Bakı, Avropa, 2005. 
             3.B
ədəlova Ə.S. Azərbaycan xalq pedaqogikası. Bakı, 

əllim, 2009. 
              4.Mollayeva E
.Ə. Gender tərbiyəsi: tarixi, nəzəriyyəsi 
v
ə müasir problemləri. Bakı,  Elm və təhsil, 2013. 
             5. 
Mehrabov A.O. Şagird  intellektinin inkişafı. Bakı, 
Müt
ərcim, 2006. 
             6.Hüseynzad
ə  R.L.,  İsmayılova  M.C.,  Tərbiyə  işi  və 
onun metodikası.Bakı, ADPU, 2012.           
            7
.İbrahimov 
F.N.,Hüseynzad
ə 
R.L.Pedaqogika(II 
cild).
Bakı,Mütərcim, 2013. 


 
189 
            8
.Kazımov  N.M.,  Həşimov  Ə.Ş.  Pedaqogika.  Bakı, 
Maarif, 1996. 
            9
.Talıbov Y.R., Ağayev Ə.Ə. və başqaları. Pedaqogika. 
Bak
ı, Maarif, 1993. 
 
           
 
 
 
 
 
 
 
 
 
 
 
        
5. Əxlaq və mənəvi tərbiyənin vəzifələri və məzmunu 
          Plan 
          1.
Əxlaq  və  mənəvi tərbiyə anlayışları 
          
2.Əxlaq və mənəvi tərbiyənin vəzifələri 
          
3.Əxlaqi  -mənəvi  tərbiyə işinin məzmunu 
          


 
190 
          1.
Əxlaq  və  mənəvi tərbiyə anlayışları.  Əxlaq ictimai 
şüurun formalarından biri olub insanın mənəvi simasını, özünə, 
başqalarına, əməyə, bütünlükdə cəmiyyətə münasibətini müəy-
y
ən edən keyfiyyətlərin, prinsip  və  qaydaların,  normaların 
m
əcmusudur.  O,  insanların  yaşamaq  uğrundakı  çoxəsrlik 
mübariz
əsi  gedişində  meydana gəlmişdir.  Və  tarixin bütün 
dövrl
ərində  insanlar  arasındakı  münasibət özünü əxlaqda 
büruz
ə vermişdir. Din meydana gələndən sonra əxlaqa qüvvətli 
t
əsir göstərmiş,  bir    sıra    davranış    normalarının 
formalaşmasında həlledici  rol oynamışdır.           
C
əmiyyət  inkişaf  etdikcə  yeni psixologiya, yeni 
v
ərdişlər  yarandıqca  müvafiq  olaraq  əxlaqi keyfiyyətlərdə  də 
d
əyişiklik baş verir. Bu həyati qanunauyğunluqdur. Mütərəqqi 
c
əmiyyətdə  əxlaq  insanlar  arasında  sevgini,  əməkdaşlığı, 
dostluğu,  xeyirxahlığı,  sadəliyi, təvazökarlığı,  qarşılıqlı  yardı-
mı, əməksevərliyi və s. müsbət keyfiyyətləri əhatə edir. Məhz 
bu  xüsusiyy
ətlərinə  görə  mənbələrdə  qeyd edilir ki,  əxlaq 
insanla
r arasında mədəni davranış qaydalarıdır. 
           
Əxlaq insan cəmiyyətinin mədəni inkişafının nəticəsidir, 
y
əni o, bir günə  yaxud bir neçə  ilə  başa  gəlməmişdir.  İbtidai 
icma dövründ
ən başlayaraq min illər boyu inkişaf yolu keçmiş, 
c
əmiyyətlə bərabər formalaşmış və yetkin insan ağlının tələblə-
rind
ən təzahür  etmişdir.  Onun  ilkin  yaranışının  bünövrəsində 
r
əftar qaydaları dayanmışdır.Yəni əxlaq tərbiyəsinin bünövrəsi 
r
əftar qaydalarına əməl etməklə qoyulmuşdur. Tədricən adət -
ənənələr  əmələ  gəlmiş,  böyüyən nəsildən onlara əməl etmək 
t
ələb  olunmşdur.  Həyat tərzi  inkişaf  etdikcə  qaydalar möh-
k
əmlənib əxlaq normalarına çevrilmiçdir.  
           B
əs  mənəvyyat  nədir?
   
Niy
ə  görə  biz  əxlaq tərbiyəsi  
ifad
əsi
 
il
ə  yanaşı mənəvi  tərbiyə ifadəsini  də  işlədirik?
  
Onla-
rın ümumi, yaxud fərqli cəhətləri varmı? 
           Professorlar  
F.İbrahimov  və    R.Hüseynzadəyə  görə, 
əxlaq ictimai, mənəviyyat isə fərdi kateqoriyadır. Çünki əxlaq 
c
əmiyyətdə davranış modellərinin  məcmusudur.   Mənəvi tər-


 
191 
biy
ə  isə  qəlb tərbiyəsi  ilə  bağlıdır.  Mənəviyyat  insanın  daxili 
al
əmini, xarakterini, insanlara, ətraf aləmə, hadisələrə  müna-
sib
ətini  əks  etdirir.  (Bax.Pedaqogika (dərslik) II cild. Bakı, 
Müt
ərcim, 2013. səh.287, 291).  
          Dig
ər mənbələrə  görə,  əxlaq Xəlq Edənin xəlq etdik-
l
ərində görmək istədiyi mənəvi dəyərlərin cəmidir.            
          
Bir sıra mənbələrdə  isə onlar eyniləşdirilir. 
          Az
ərbaycan  xalq  pedaqogikasına  gəldikdə  isə,  xalqımız 
üçün 
əxlaq  və  mənəviyyat  ailədən  başlanır  və  bütövlükdə 
c
əmiyyət daxilində ədəb -ərkan, abır, həya, ismət, iffət demək-
dir v
ə bu ifadələrin arxasında sayı –hesabı bilinməyəcək qədər 
insani d
əyərlər  dayanır.  Həmin dəyərlər  zəngin mənəviyyatın 
t
əzahürüdür və  mənəviyyatlı  adamlar  əxlaqlı  adamlardır.  Elə 
bu s
əbəbdən də xalqımızın anlamında mənəvi tərbiyə ilə əxlaq 
t
ərbiyəsi eyni mənada qəbul olunur;  böyüməkdə  olan nəslin 
şüuruna  hiss  və  duyğularına,  davranışına  sistemli,  məqsəd-
yönlü, müt
əşəkkil təsir göstərməklə  onları  böyüdüb  ərsəyə 
g
ətirmək, meydana çıxarmaq başa düşülür.  
         Bütün bu fikirl
əri    ümumiləşdirərək  əxlaqı  dərin köklü, 
möht
əşəm gövdəli  bir  ağaca  bənzədə  bilərik ki, onu  insanın 
ill
ər boyu öyrənib  əxz  etdiyi    sayız  –hesabsız    mənəviyyat  
meyv
ələri bəzəyir.  Qorxulu hal odur ki, əxlaq ağacında çürük 
meyv
ələr ola... 
           Onu da qeyd ed
ək ki, əxlaq çox mühim insani keyfiyyət 
olduğu üçün onunla xüsusi elmetika elmi məşğul olur. 
           
            
2.Əxlaq  və  mənəvi    tərbiyənin vəzifələri.  Əxlaq 
t
ərbiyəsinin ilkin vəzifəsi insanda mənəvi şüur yaratmaq, onun 
sözü il
ə əməlinin vəhdətini təmin etməkdir. Burada Zərdüştilik 
t
əliminin  xeyir fikir, xeyir söz, xeyir əməl  tezisini  yadımıza 
salaq. Üç m
ərhələ; onun birinci mərhələsi xeyir fikirdir.  Yəni 
əxlaqi şüur. Uşaqda əxlaqi şüurun bünövrəsi ailədə qoyulmalı, 
m
əktəbdə  inkişaf  etdirilərək  daha  da  formalaşdırılmalıdır. 
Əlbəttə, yenə  də  valideynlərlə  əlbir fəaliyyət zəminində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə