Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   53   54   55   56   57   58   59   60   ...   89

 
185 
çevikliyinin, fikrin sür
ətliliyinin və  məntiqiliyin  inkişafına 
diqq
ət  yetirilməlidir.  
          
Əqli tərbiyə yönündən qarşıda bir sıra vəzifələr durur: 
          1
.Şagirdləri biliklərlə əhatə etmək. 
          2
.Elmi  dünyagörüşü  yaratmaq,  şagirdlərdə  təbiət və 
c
əmiyyət haqqında elmi biliklər fondu formalaşdırmaq. 
          3.Zehni 
əmək mədəniyyəti aşılamaq. 
          4.
İdraki maraqlar tərbiyə  etməklə  məktəbliləri  özünü-
t
əhsilə hazırlamaq. 
 
          
3.Əqli  tərbiyənin vasitə  və  yolları.  Əqli tərbiyənin  ən 
mühim  vasit
əsi təlimdir.  O,  şagirdlərdə  zehni qüvvənin, fikri 
f
əallğın  inkişafını  təmin edir. Orta ümumtəhsil məktəblərində 
şagirdlərin  əqli tərbiyəsinə,  elmi  dünyagörüşünün,  şəxsiyyət 
bütövlüyünün formalaşmasına xidmət göstərir. Bu da intellek-
tual f
əaliyyətlə səciyyələnir. 
          
İntellektual fəaliyyət əqli əmək mədəniyyətinə yiyələnmə 
il
ə sıx bağlıdır.Əqli əmək mədəniyyəti anlayışına əqli iş rejimini 
t
əşkil etmək, müəyyən sistem yaratmaq, dəqiq və səliqəli işlə-
m
ək,  iş  yerini  və  materialları  qaydada  saxlamaq  qabiliyyətini 
aşılamaq  daxildir.  Məhz  əqli  iş  mədəniyyyəti uzun müddət 
intellektual f
əaliyyətlə məşğul olmağa imkan yaradır. 
           Müst
əqil idrak fəaliyyəti  ağlın  kifayət qədər  inkişafını, 
müst
əqil  işlə  məşğul  olmaq  üçün  bilik,  bacarıq  və  vərdişlərə 
yiy
ələnməyi, həmçinin müəyyən motivlərin olmasını tələb edir. 
Müst
əqil  işləmək  bacarıq  və  vərdişləri isə  əqli  əmək mədə-
niyy
əti  ilə  əlaqədardır.  Müstəqil  işin  səmərəliliyi onun 
düşünülmüş şəkildə təşkilindən asılıdır. 
           Müst
əqil  işləmək  bacarığına  yiylənmək  üçün  şagirdlər 
əvvəlcə bir sıra ümumi keyfiyyətlərə yiyələnməlidirlər. Bunlar 
aşağıdakılardır: 
            1.Fikri bir yer
ə toplayıb diqqətlə işləmək. 
            2
ətinlikləri qətiyyətlə aradan qaldırmaq.  


 
186 
            3
.İnkişaf  etmiş  hafizə  və  onun müxtəlif  formalarından 
(m
əntiqi, hərəki, görmə) istifadə etmək.  
           4
.Kitabla işləmək.  
           5
.Müşahidə və qeydlər aparmaq. 
           6.Özün
ə nəzarət etmək.  
            T
əlim zamanı istifadə edilən metodlardan ağlın inkişafı 
üçün 
ən əhəmiyyətlisi şagirdlərin müstəqil işlərinin təşkilidir. 
Bacarıq və vərdişlərin formalaşmasında müstəqil iş başlıca rol 
oynayır.  O,  təfəkkürü fəallaşdırır.  Müstəqil  iş  şagirdlərin  əqli 
f
əallığını  o  zaman  yüksəldir ki, onun məqsəd və  vəzifələri
praktik 
əhəmiyyəti aydın olsun və müstəqil işin priyomlarından  
(m
ənbələrlə işləmək tərzindən) xəbərdar olsunlar. 
          
Əqli qabiliyyətləri  inkişaf  etdirmək  üçün  şagirdlərin 
qarşısında problem qoyulduqda müstəqil işin səmərəsi artır; bu 
da 
problemli  situasiyadır.  Problemli vəziyyətdə  şagirdlər 
qarşıda  duran  situasiyadan  ağılla,  məntiqlə  çıxmaq,  optimal 
cavab tapmaq  üçün  t
əfəkkürlərini  hərəkətə  gətirirlər. 
          Müst
əqil işlərin bəzi priyomlarını, məsələn, dərsliklərlə, 
ensiklopediya v
ə lüğətlərlə işləməyi, plan hazırlamağı, tezislər 
t
ərtib etməyi, sitatlar gətirməyi öyrətmək  əqli qabiliyyətlərin 
inkişafı üçün vacibdir. 
           
Şagirdlərin  əqli qabiliyyətlərinin  inkişafında,  zehni 
əməyinin səmərəli təşkilində  evristik müsahibə  metodunun 
adını çəkəməmək olmaz. Bu metod da şagirdləri ağıl işlətməyə, 
veril
ən problemli suala məntiqlə cavab tapmağa təhrik edir. 
 

əllim  şagirdlərdə  idrak fəallığı  yaradarkən təlim 
mühitini el
ə  tənzimləməlidir  ki,  onlar  qarşıya  qoyulmuş 
problemin h
əllindən,  suala  cavab  tapmaqdan  zövq  alsınlar. 
Onlarda növb
əti problemli vəziyyətlərdə müstəqil işləmək üçün 
motiv yaransın. Çünki belə motivlər elmı axtarışlara emosional 
münasib
ətlər  qatır,  idraki  maraqla  sevincin  vəhdəti  şagirdləri 
əqli fəallığa sövq edir.  
         
Şagirdlərin  əqli fəallığını  inkişaf  etdirən vasitlərdən biri 
d
ə  sinifdənxaric  işlərdir.  Sinifdənxaric və  məktəbdənkənar 


 
187 
işlər  təlim  əhəmiyyəti ilə  yanaşı,  tərbiyənin bütün istiqamət-
l
ərində, o cümlədən əqli tərbiyənin inkişafında müəllimin yaxın 
köm
əkçisidir. Sinifdənxaric  işlərin növləri və  təşkili  yolları 
coxdur. 
Əqli tərbiyədən  danışarkən qeyd etməliyik ki, 
şagirdləri  yaradıcılığa,  tədqiqata sövq edən  düzğün  təşkil 
olunmuş  mütaliə,  dərnəklər,  müzakirələr, disputlar, 
diskussiyalar, debat
lar, yarışlar, viktorinalar, sərbəst söhbətlər 
çox göz
əl  əqli tərbiyə  vasitələridir.  Yaxşı  təşkil  olunmuş 
sinifd
ənxaric  iş  elmi  biliklərə  fayda verməklə  yanaşı,  əqli 
kamillik, 
əvəzsiz zövq, əxlaqi yetkinlik  təlqin edən,  idrakı, 
t
əfəkkürü hərəkətə  gətirən, fəaliyyəti məntiqi istiqamətə 
yön
əldən səmərəli vasitədir. 
          Bütün bu deyil
ənlərdən  aydın  olur  ki,  əqli tərbiyənin 
v
əzifələri çox mürəkkəbdir. Bu vəzifələr həm tədris, həm də 
sinifd
ənxaric  iş  və  mütaliə  materiallarının  seçilməsinə  ciddi 
yanaşma tələb edir. Həmçinin  şagirdlərin təfəkkürünü 
formalaşdırmaq  üçün  ən müvafiq metod və  priyomlardan 
istifad
ə zərurəti doğurur. 
         Yadda sa
xlamaq  lazımdır  ki,  əqli tərbiyə  vəzifələrinin 
h
əyata keçirilməsi yalnız təfəkkürün inkişafı ilə əlaqədar deyil. 
T
əfəkkür emosiyalara, iradəyə, diqqətə, təxəyyülə, fantaziyaya 
da istinad olunmasını tələb edir. 
            N
əhayət, əqli tərbiyənin düzgün təşkili tərbiyənin digər 
istiqam
ətlərində  (əxlaq,  əmək, fiziki, estetik, iqtisadi, ekoloji, 
hüquq) aparılacaq işlərə də stimul verir, şagirdlərin kamil insan 
kimi formalaşmasının əsas amili, bünövrə daşı olur. Ona görə 
d
ə  tərbiyənin tərkib hissələri  sırasında  əqli tərbiyə  birinci 
yerd
ə durur. 
                
                Suallar 
             1.Müasir dövrd
ə tərbiyə işinə hansı tələblər verilir? 
             2.T
ərbiyə işinin məzmunu  ifadəsi necə yaranmışdır? 
             3
.Elmi  pedaqogikanın    tərbiyə  istiqamətlərinə  dövrün 
t
ələblərinə uyğun münasibəti barədə nə demək olar? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə