Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   61   62   63   64   65   66   67   68   ...   89

 
211 
          N
əhayət,  cəmiyyətin özü də bir mənbədir. Onun estetik 
çalarlarını belə qruplaşdırmaq olar: 
           a) insani  münasib
ətlər; 
           b) m
ənəviyyat və əxlaq; 
           c) 
əmək; 
          Qeyd etdiyimiz bu m
ənbələr ruhun mənəviyyatın  qida-
lanması,  ilahi  və  ali insani  duyğularla    zənginləşməsi    üçün  
inkarolunmaz  v
ə  analoqsuz  ünvanlardır. 
 
          3.Estetik t
ərbiyənin vəzifələri  və yolları.  Şəxsiyyətin 
ah
əngdar inkişafının   mühüm amillrindən biri olmaqla estetik 
t
ərbiyənin vəzifələri  çoxşaxəlidir;  əvvəldə  qeyd etdiyimiz 
kimi, o, şagirdləri bədii -emosional cəhətdən inkişaf etdirməklə 
m
əhdudlaşmır.  Həm də  onların  əxlaqi  –mənəvi,  əqli, fiziki, 
ekoloji, ideya –siyasi bilik v
ə bacarıqlarını kamilləşdirir.  
         Elmi  –pedaqoji 
ədəbiyyatda estetik tərbiyənin vəzifələri 
müxt
əlif ifadə tərzləri ilə  qeyd  edilir, amma ümumi məntiq, 
t
əxminən, eynidir. Ona görə də həmin fikirləri ümumiləşdirərək  
dey
ə bilrik  ki, estetik tərbiyənin vəzifələri aşağıdakılardır: 
         1.T
əbiətdə, incəsənətdə və ictimai münasibətlərdə gözəl-
liyi qavrayıb mənimsəməkdə, başa düşməkdə  uşaqlara kömək 
etm
ək. 
         2.Göz
əllik  əlamətlərini məktəblilərin həm mənəviy-
yatında,  həm də  görkəmində  inkişaf  etdirmək.  Bu  baxımdan 
onlara m
ənəvi gözəlliyin nə olduğunu dərk etdirmək, davranış, 
zahiri görk
əm və geyim estetikasının mahiyyətini  anlatmaq. 
        
3.Şagirdlərə təkcə gözəlliyi duyub dərk etməyi yox, həm 
d
ə onu yaşatmağı və inkişaf etdirməyi, insanı əhatə edən aləmə 
göz
əllik gətirmək qabiliyyətini təlqin etmək. 
        4.Eyb
əcərliyə, qeyri –estetik  davranış  tərzlərinə, məişət 
xoşagəlməzliyinə və incəsənət əsərlərindəki estetik nakamilliyə 
qarşı dözümsüzlük tərbiyə etmək. 
        5.H
əqiqi gözəllikdən zövq almağı, onun mahiyyətini başa 
düşüb qiymətlən dirməyi, mühakimə yürütməyi öyrətmək. 


 
212 
        
6. Şagirdlərin  bədii  ifaçılıq və bədii yaradıcılıq qabiliy-
y
ətlərini inkişaf etdirmək  və s. 
          Bu v
əzifələri yerinə yetirmək üçün
 
imkan v
ə  yollar çox-
dur. 
Əvvəla,  bütün fənlərin estetik tərbiyə  imkanları  mövcud-
dur. 
İkincisi, sinifdənxaric və məktəbdənkənar tədbirlər rənga-
r
əng estetik tərbiyə  imkanları  yaradır.  Müəllimlərin  şəxsi nü-
mun
əsi, məktəbin zövqlə tərtib olunmuş interyer və eksteryeri 
is
ə imkanları səmərəli reallaşdırmaq üçün  yollar  açır. Onları 
üç bölm
əyə ayırmaq olar: 
           1.T
əbiət mənbələri vasitəsi  ilə  estetik tərbiyə  işləri 
aparmağın yolları: 
          a) s
əmavi mənbələrdən istifadə  baxımından:  uşaqlara 
müst
əqil  müşahidələr  aparmağı  tapşırmaqla    və  efir  –ekran 
ma
terialları, ədəbi –bədii, təsviri sənət nümunələrindən istifadə 
yolu  il
ə; 
         b)yerüstü m
ənbələrdən istifadə  baxımından:  təlim 
ekskursiyaları,  gəzintilər,  şagirdlərin müstəqil  müşahidələri 
yolu il
ə; 
         
c)sualtı  mənbələrdən istifadə  baxımından:  ekran 
materiallarından istifadə yolu ilə; 
          
2.  İncəsənət  əsərləri vasitəsi  ilə  estetik tərbiyənin 
yolları: 
          a) musiqinin  dinl
ənilməsi,  ardınca  təəssüratların  bölüş-
dürülm
əsi, müəllimin izahat və istiqamətverici söhbətləri yolu 
il
ə; 
         b)r
əsm, heykəltəraşlıq,  dekorativ  –tətbiqi sənət nümunə-
l
ərinin seyr edilməsi və müzakirə edilməsi yolu ilə; 
         c)poeziya nümun
ələrinin  aktyorların,  müəllimin, gözəl 
diksiyası  olan  şagirdlərin  ifasında  dinlənilməsi və  sonradan 
t
əəssüratların  bölüşdürülməsi,    sözün, dilin ecazkar qüdrəti 
bar
ədə söhbətlərin aparılması yolu ilə; 
         d)teatr v
ə kino tamaşalarına kollektiv baxış və sonradan 
müzakir
ə və təhlil aparılması yolu ilə;  


 
213 
         
e)memarlıq  və  inşaat  abidələrini  canlı  müşahidə, yaxud 
onlar
ı  təsvir edən tablolara, efir -ekran  materiallarına  tamaşa-
dan sonra söhb
ət –müzakirə aparmaq yolu ilə; 
          3.C
əmiyyətin  özünün  yaratdığı  imkanlardan  istifadə 
vasit
əsi ilə
 
estetik t
ərbiyə işləri aparmağın yolları: 
         a)insani münasib
ətlər mövzusunda həyati faktlara  istinad 
ed
ərək  diskussiya  axşamları  keçirmək,söhbətlər, müzakirələr 
aparmaq yolu il
ə; 
         b)m
ənəviyyat və  əxlaq  mövzusunda həyati  faktlara  
istinad ed
ərək sinifdənxariç tədbirlər keçirmək yolu ilə
         c)
əmək, əməyin qüdrəti, misilsiz gözəllik mənbəyi olması 
bar
ədə həyati faktlara  istinad edərək söhbətlər,  müzakirələr və 
müvafiq sinifd
ənxaric tədbirlər aparmaq yolu ilə; 
          Görülm
əsi vacib olan bu işlərin əsas yolu isə bütün fən-
l
ərin tədrisi prosesindən, həmçinin sinifdənxaric və  məktəb-
d
ənkənar  işlərdən keçir.  Və  hər bir müəllim öz fəaliyyətində 
ondan s
əmərəli istifadə etməyə borcludur.   
 
          Suallar 
          1.Estetika il
ə estetik tərbiyənin fərqi nədədir? 
          2.Estetik t
ərbiyə nədir və onun  mahiyyəti nədən ibarət-
dir? 
          3.Estetik t
ərbiyənin məqsədi nədir? 
         4.Estetik t
ərbiyənin digər tərbiyə istiqamətlərinə nə kimi 
t
əsiri ola bilər? 
         5.Estetik t
ərbiyənin hansı mənbələri var? 
         6.Estetik t
ərbiyənin təbiət mənbələri  hansı  qruplara 
ayrılır? 
         
7.İncəsənət mənbələrini necə qruplaşdırmaq olar? 
         8.Estetik t
ərbiyə  mənbəyi olaraq cəmiyyət barəsində  nə 
dem
ək olar? 
         9.Estetik t
ərbiyənin qarşısında hansı vəzifələr durur? 
         10.M
əktəbdə estetik tərbiyə işinin hansı imkanları var? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə