Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   59   60   61   62   63   64   65   66   ...   89

 
205 
         -
ədəbiyyat dərslərində  xalq deyimləri, ibrətamiz kəlam-
lar, b
ədii əsərlərdə  əməkçi qəhrəmanlar;  
         -biologiya d
ərslərində  bitkilər və  heyvanlar aləminin  
göz
əlliyi,  onları    bəsləyib    yetişdirməyin  həm iqtisadi 
s
əmərəsi, həm də ekoloji və estetik faydası; 
        -kimya, r
əsmxət  dərslərində  və  digər fənlərdə  fərdi xü-
susiyy
ətlərə,  əqli, zehni, mənəvi, fiziki səviyyələrə  uyğun 
peşəseçimi yolları vardır. 
         
Şagirdlərə  peşələr haqqında məlumatların verilməsi, on-
ların istehsalat sahələrinə aparılması, peşələrlə yerindəcə tanış-
lıq,    peşələrə  göstərdikləri maraq və  meyllərin öyrənilməsi, 
lazım  gəldikdə  müvafiq məsləhətlərin verilməsi,  peşə  seçmək 
haqqında  fikrini tez-tez dəyişdirməyin zərəri barədə  dəlillərin 
g
ətirilməsi və s.  peşəyönümü işinin  vacib elementləridir.  
           
Şagirdlərin  əmək tərbiyəsi və  peşəyönümü  işində  dərs 
prosesi il
ə yanaşı, siniflənxaric işlərin də faydası çoxdur. 
 
            Suallar 
           
1.Əmək tərbiyəsinin mahiyyəti və  məqsədi nədən 
ibar
ətdir?  
           2.Böyüm
əkdə  olan  nəsillə  gənc nəslin  əməyə  hazır-
lanmasının  fərqlərləri nədədir? 
           
3.Əmək tərbiyəsinin vəzifələri nədən ibarətdir? 
           
4.Əməyin hansı mənaları vardır?  
           
5. Şagirdi psixoloji cəhətdən əməyə hazırlamaq nə üçün 
vacibdir? 
           
6.Əməyə  praktik  hazırlıqdan  məqsəd nədir və  o  hansı 
t
ələblər əsasında həyata keçirilməlidir? 
 
 
7.Əməyin  hansı  növləri var və  onların  özünəməxsus-
luğu nədən ibarətdir? 
           8.
İctimai –faydalı əmək ifadəsinin ehtiva etdiyi mənanı 
v
ə bu əməyin   mahiyyətini necə izah edə bilərsiniz? 
          
9.Şagirdlərin əsas  əməyi nədir? 


 
206 
          
10.Şagird  əməyinin düzgün təşkilində  müəllimin rolu 
n
ədən ibarətdir? 
          11.H
ər fənnin özünəməxsus  əmək tərbiyəsi  imkanları 
n
ədədir? 
          12.M
əktəbdə peşəyönümü üzrə işlər nə üçün lazımdır? 
          
13.Peşəyönümü üzrə işlərin təşkili üçün məktəbdə hansı 
imkanlar var? 
          14.Ail
ədə  əməyə  alışdırılmamış  uşağa  əməyi necə 
sevdirm
ək olar? 
          
15.Şagirdlərin  əmək tərbiyəsinin məzmunu  həm də 
m
əktəbin konkret tələbatı ilə müəyyən edilirsə, həmin konkret 
t
ələbat nə ola bilər? 
           16.
Əmək tərbiyəsi  ilə  əmək təlimi  ifadələrinin fərqi 
n
ədədir? 
         
         
 
Ədəbiyyat 
         1.
Ağayev  Ə.Ə.  Azərbaycan ictimai –pedaqoji fikrində 
şəxsiyyətin formalaşması problemi. Bakı, Avropa, 2005. 
         2.B
ədəlova  Ə.S.  Azərbaycan  xalq  pedaqogikası.  Bakı, 

əllim, 2009. 
         
3.Əliyev  P.B.,  Əhmədov H.H. Təhsil müəssisələrində 
t
ərbiyə işinin təşkili. Bakı, ABU , Təhsil, 2006. 
         4.Hüseynzad
ə R.L., İsmayılova M.C., Tərbiyə işi və onun 
metodikası.Bakı, ADPU, 2012.            
         
5.İbrahimov F.N.,Hüseynzadə R.L. Pedaqogika  (II cild) 
Bakı, Mütərcim, 2013. 
         6
.Qaralov Z.İ. Tərbiyə (prinsiplər, məzmun, metodika) (3 
cildd
ə). Bakı, Pedaqogika, 2003. 
            
        7. Estetik t
ərbiyənin vəzifələri və məzmunu 
           Plan 
           1.Estetik t
ərbiyə və onun  mahiyyəti 
           2.Estetik t
ərbiyənin məqsədi və mənbələri 


 
207 
           3.Estetik t
ərbiyənin vəzifəsi və yolları 
          
           1. Estetik t
ərbiyə və onun mahiyyəti.  Estetika təbiət, 
c
əmiyyət və    əməyin gözəlliklərinin dərk  olunması,  bədii  –
idraki  c
əhətdən mənimsənilməsi  haqqında elmdir. Estetik 
t
ərbiyə isə insanda estetik hisslərin, zövqün inkişaf etdirilməsi, 
göz
əlliyi başa düşmək, sevmək, qiymətləndirmək,  yaşatmaq və 
yaratmaq  bacarığının  formalaşdırılması  namınə  görülən  işlər 
sistemıdir.  Bu  iş,  başlanğıcını  uşağın  lap  körpə  yaşlarından 
ail
ədən götürməklə  bağçada,  məktəbdə  və  bütövlükdə 
c
əmiyyətdə  təkmilləşərək mükəmməlləşir.
 
             B
əzən estetik tərbiyə ilə bədii tərbiyəni eyniləşdirirlər. 
Əslində  həmin  anlayışlar  arasında  fərq  vardır.  Estetik  tərbiyə 
b
ədii tərbiyədən geniş anlayişdir. Bədii tərbiyə dedikdə, başlıca 
olaraq inc
əsənət  əsərləri  -  kino, teatr, musuqi, bədii  əsərlər, 
r
əssamlıq, heykəltaraşlıq və s. vasitəsi ilə aparılan tərbiyə işləri 
n
əzərdə tutulur.  Bədii tərbiyə incəsənət əsərlərini başa düşmək 
v
ə  həmin  əsərlərin təsiri ilə  ruhən  yaşamaq  qabiliyəti forma-
laşdırmaq  deməkdir.  Estetik  tərbiyə  isə  geniş  anlayışdır  və 
b
ədii tərbiyəni də əhatə edir. O həm incəsənət əsərlərinin, həm 
d
ə  təbiətdəki, həyatdakı,  məişətdəki  -insanların  davranışların-
dakı, geyimindəki, nitqindəki, münasibətlərindəki  və s. gözəl-
likl
ərin təsirini nəzərdə tutur. 
           Müt
əxəssislər estetik tərbiyə  problemindən  danışarkən 
qeyd edirl
ər ki, estetik tərbiyə  anlayışını,  bu  anlayışa  verilən 
t
ərifi, habelə estetik tərbiyənin prinsiplərini, vasitə və yollarını 
bilm
ədən  təlim -tərbiyə məşğələlərini estetik –emosional əsas-
larda qurmaq mümkün deyil.  
            B
əzi müəllim və  tərbiyəçilər, digər ixtisas sahibləri 
estetikanı –gözəllik, estetik tərbiyəni gözəllik tərbiyəsi, gözəllik 
haqqında elm, incəsənət vasitəsi  ilə  tərbiyə  anlamında    başa 
düşürlər. Professor Vidadi Xəlilov bu düşüncə tərzinin kökün-
d
ən səhv  olduğuna  münasibət bildirərək  yazır  ki,  məgər 
h
əyatda  -ətraf aləmdə,  əmək, təhsil, məişət proseslərində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə