Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   67   68   69   70   71   72   73   74   ...   89

 
229 
Bu sıraya hüquqla əlaqədar dövlət sənədlərinin öyrənilməsini
f
ənlərin  yaratdığı  imkanları,  sinifdənxaric  işləri daxil etmək 
olar.  
             Dövl
ət sənədlərinin  öyrənilməsi yolu ilə hüquq tərbi-
y
əsi  işində  ən önəmli  olanı    məktəblərimizdə  “Azərbaycan 
Respublikası Konstitusiyasının əsasları”  fənninin tədris olun-
masıdır.  Bu  fənn  şagirdlərə  cəmiyyətdəki  öz  hüquqlarını 
öyr
ətməklə  yanaşı,  üzərlərinə  düşən vəzifələrdən xəbər 
tutmaqda da köm
ək edir. Nəticədə  hər bir məktəbli bilr ki
hüquqlarsız vəzifələr, vəzifələrsiz hüquqlar yoxdur. Ölkəmizin 
əsas Qanunu – Konstitusiyamız vətəndaşların hüquqlarını elan 
edir v
ə onların həyata keçirilməsinə təminat verir. Hər bir şəxs 
öz hüquqları ilə tanış ola və müxtəlif səviyyələrdə bu hüquq-
ların qorunmasını tələb edə bilər. 
            B
əzən  hüquqlarını  bilməmələri səbəbindən    ayrı–ayrı 
v
ətəndaşların  hüquqları  tapdalanır,  aldanırlar.  Lakin  hüquqi 
anlayışı olanlar öz hüquqlarını tələb etmək imkanı qazanırlar. 
Unutmaq olmaz ki, dövl
ət bu və ya digər hüququ elan etməklə 
yanaşı, müvafiq vəzifələr də müəyyənləşdirir. Məsələn, milliy-
y
ətindən, cinsindən, ictimai vəziyyətindən  asılı  olmayaraq, 
ölk
əmizdə hamının təhsil almaq hüququ vardır. Lakin vətəndaş 
bu hüquqdan istifad
ə etməklə bərabər, üzərinə düşən vəzifələri 
d
ə  bilməlidir. O, təhsil  aldığı  müəssisəsinin daxili nizam–
intizam  qaydalarına  riayət etməyə, dərslərə  müntəzəm davam 
etm
əyə, müvəffəqiyyətlə oxumağa borcludur.  
           “Az
ərbaycan  Respublikası  Konstitusiyasının  əsasları”  
f
ənnindən  əlavə, digər ümumtəhsil fənlərinin, o cümlədən 
ədəbiyyat, Azərbaycan tarixi  və s. hüquq tərbiyəsi  imkanları 
vardır.  Hər bir fənn müəllimi müvafiq tədris  materiallarında 
h
əmin imkanları görüb nəzərə almalı və işini də həmin yöndə 
qurmalıdır. 
            Sinifd
ənxaric  işlər  çoxçeşidlidir;  buraya  həm hüquq 
t
ərbiyəsi imkanları olan fərdi işlər, həm qrup halında, həm də 
kütl
əvi şəkildə keçirilən işlər aiddir. Müvafiq məktəbdənkənar 


 
230 
t
ərbiyə  müəssisələri ilə  birlikdə  keçirilən tədbirlər də  buraya 
daxildir.  
           Probleml
ə  bağlı    aşağıdakı  istiqamətlərdə  sinifdənxaric 
işləri misal gətirmək olar:  
          -
hüquq pozuntusuna yol vermiş məktəblilərlə  fərdi iş;  
          -hüquq mövzusunda divar q
əzetlərinin  hazırlanması, 
foto-stendl
ərin tərtibi, “Gənc hüquqşünas” dərnəyi  və s. qrup 
işləri;   
          -sonradan müzakir
ə  olunmaqla müvafiq teatr və  kino 
tamaşalarına kollektiv  baxış, müvafiq bədii  əsərlərin müzaki-
r
əsi,  oxucu konfransı, diskussiyalar, viktorinalar və s. kütləvi 
i
şlər;  
          -
polis  uşaq  otaqları  və  digər hüquqi orqanlarla əlbir 
şəkildə yol hərəkəti qaydalarının öyrədilməsi, hüquqi tədbirlər 
keçirilm
əsi və s. kimi birləşmiş işlər.  
          T
ədris ili boyunca məktəbdə hüquq tərbiyəsi yönümlü bu 
v
ə digər iş formalarından istifadə etmək vacibdir.  
 
H
əm təlim zamanı, həm də sinifdənxaric işlərdə hüquq 
t
ərbiyəsi yönündən  ən  faydalı  vasitələrdən biri də  xalq peda-
qogikası  materiallarıdır.  Bu materiallar məktəbliləri hüquqa 
daha  yaxın  olmağa,  ona  əməl etməyə,  onunla  qorunmağa 
istiqam
ətləndirir. Məsələn,  ”Evlər evlər vəkili deyil”  atalar 
sözü  insanı  öz  problemini  müstəqil həll etməyə, kənar müda-
xil
ələrdən qaçmağa səsləyir. “Döymə taxta qapımı, döyməyim 
d
əmir  qapını”,  ”Söymə  nökər  atamı,  söyməyim bəy  atanı” 
k
əlamları isə öz hüquqlarını müdafiə etməyə istiqamətləndirir. 
Bağışlanmaz    cinayətlərə  xitam verilməsi üçün buyurulur: 
”Qisas qiyam
ətə qalmaz”, “Qanı qan ilə yuyarlar”, ”Tökülən 
qan  yerd
ə qalmaz”  və s. 
 
Münaqişələrin barışla,  sülh  yolu  ilə  tamamlanmasının  
mümkün  olacaqı  təqdir  üşün    isə  xalqın  təklifi belədir:  Qanı 
qanla yumayıblar, qanı su ilə yuyublar, Dinc başa qapaz dəy-
m
əz, İgid basdığını kəsməz”. Bu tipli atalar sözləri təsadüfdən 
tör
əmiş hadisələrə görə intiqam deyil, barış məsləhət görür.   


 
231 
            H
ər zaman düzlük, doğruçuluq,  haqq-ədalət  tərəfdarı 
olan xalq böyüm
əkdə  olan nəslə  hüquq və  vəzifələrini  başa 
salark
ən demişdir: “Doğruya zaval yoxdur”,  “Ən böyük biclik 
düzlükdür”,  ”Düz 
əyrini kəsər”,  “İstəyirsən dinc olasan, dinc 
otur”,  
“İnsaf  dinin yarısıdır”   və s. 
 
 
             Suallar 
            1.Böyüm
əkdə  olan nəslə  iqtisadi tərbiyə  nə  üçün 
lazımdır? 
            
2.İqtisadi tərbiyənin hansı vəzifələri var? 
            
3.Hansı iqtisadi anlayışlar vardır? 
            4.Ail
ədə iqtisadi tərbiyə necə aşılana bilər? 
            5.Ail
ədə iqtisadi tərbiyə necə  korlana bilər? 
            
6.İqtisadi tərbiyədə sistem nədir? 
            7.M
əktəbdə  iqtisadi tərbiyə  işini  hansı  istiqamətlərdə 
aparmaq mümkündür? 
            8.Dinimiz iqtisadi m
əsələlər barədə nə deyir? 
             
9. Xalqımız iqtisadi məsələlər barədə nə deyir? 
             10.Hüquq t
ərbiyəsinin mahiyyəti nədədir və  nə  üçün 
lazımdır? 
             11.Hüquq t
ərbiyəsi zəminində  gənc nəslə  nələr öyrə-
dilm
əlidir? 
             12.Az
ərbaycanda məktəblilərin  hansı  hüquq  və 
v
əzifələri var? 
             13.Az
ərbaycan  Respublikasının  Konstitusiyası  fənninə 
əsasən şagirdlərə hansı hüquqları öyrətmək olar? 
             
14.Hüquqi azadlıqlar hansılardır? 
             15.Hüquq t
ərbiyəsinin hansı vəzifələri var? 
             16.M
əktəbdə  hüquq tərbiyəsi  işi  hansı  yollarla  həyata 
keçiril
ə bilir? 
             
17.Xalq  pedaqogikası  insan  hüquqları  barədə  nə 
fikird
ədir? 
          
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə