Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   65   66   67   68   69   70   71   72   ...   89

 
223 
olunmaq) tövsiy
ə  olunur. Səxavətlilik bəyənilir, amma 
israfçılığın ziyan gətirdiyi diqqətə çatdırılır. 
          Bu bar
ədə Qurani –kərimə  istinad edərək deyə bilərik ki, 
Yer üzünd
əki nemətlər ondan istifadə edənlərin sayı qədərdir, 
bu t
ənasübdə yaradılıb. Əgər kimsə israfçılıq edirsə, deyək ki, 
su kranını açıq qoyub onu boş –boşuna axıdırsa, kiminsə, hansı 
canlınınsa,  bitkininsə  haqqını  kəsir.  Heç  düşünməsin ki, evdə 
t
ək özüdür, həytində  bağı,  tövləsində  mal  –qarası  yoxdur. 
Yranan nem
ət yer üzündəkilərin hamısınındır, bir ailənin və ya 
bir n
əslin yox. 
          
İqtisadi tərbiyə ilə bağlı Müqəddəs Kitabımızda deyilir: 
         -Qohum  -
əqrəbaya da, miskinə  də  (pulu  qurtarıb  yolda 
qalana), müsafir
ə də haqqını ver. Eyni zamanda mal –dövlətini 
d
ə  əbəs yerə  sağa  –sola səpələmə  (“Əl  –İsra”    surəsi, 26 –cı 
ay
ə). 
         -N
ə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq 
et. Yoxsa, qınanarsan, həm də peşman olarsan (29 -cu ayə). 
         Mövzu il
ə  bağlı  İslam  Peyğəmbərinin (S) bir neçə 
k
əlamına diqqət yetirək: 
        -
İbadət  yetmiş  qapıdır  (qismdir),  bunlardan  ən üstünü 
halal yolla ruzi qazanmaq üçün çalışmaqdır. 
        -
Tanrı  rəhm  etsin  o  kişiyə  ki,  halal  yolla  qzanır,  təmiz 
niyy
ətlə yoxsullara pay verir, yaman günləri üçün də saxlayır. 
        -Q
ənaətə riayət edən yoxsul olmaz. 
        -
Kim bahalaşsın deyə satdığı məhsulu ümmətimdən  qırx 
gün gizl
ədib saxlasa və  sonra onu sədəqə  olaraq versə, belə 
s
ədəqə qəbul olunmaz. 
       -Ç
əkinin  başqasından  borc  almaqdan, çünki borc adamla 
bah
əm gecələyən dərddir, kədərdir,  sıxıntıdır,  fikirdir;  
gündüzl
ər isə adamı alçaldandır. 
        
Xalq  pedaqogikasının  tədqiqi də  göstərir ki, gənc nəslə 
əməyi sevdirmək və iqtisadı tərbiyə vermək məqsədi ilə  əsrlər 
böyu müxt
əlif üsullardan istifadə  edilmişdir.  Bunlardan  ən 
m
əqsədəmüvafiqi əyani göstərmə, fəaliyyətə cəlb etmə olmuş-


 
224 
dur ki, o da sonda müdrik k
əlamlarla ümumiləşdirilərək sırğa 
edilib böyüy
ən və gənc nəslin qulağından asılmışdır.  Məsələn: 
Saxla  samanı,  gələr  zamaı.  Saxla  gönü, gələr  günü.  Artıq 
tamah  baş  yarar.  Bağ  salan  barın  yeyər.  İşləyən inci tapar
işləməyən  yandan  baxar.  Cavanlıqda  zəhmət çəkən  qocalıqda 
möhn
ət çəkməz. Çay həmişə selinti gətirmir. Sel həmişə kötük 
g
ətirmir.  Qara  gün  üçün  ağlamaq  gərəkdir.  Qonşuya  ümid 
olan şamsız yatar. Bir buğda əkməsən, min buğda biçməzsən və 
s. 
           Bu nümun
ələr hamısı iqtisadi tərbiyənin nə qədər vacib 
olduğunu, İlahi Məqamdan tövsiyə edildiyini, bəşəri məqamda  
çalarları  ilə  nəsilbənəsil ötürülməsinin zəruriliyini sübut edir. 
Onu da qeyd ed
ək ki, qənaətcillik xəsislik deyil,  iqtisadiyyatın  
əsaslarından  biridir,  xalq  dili  ilə  desək,  ayağı  yorğana  görə 
uzatmaqdır. Xəsislik, acgözlük, başqasının malına göz dikmək, 
israfçılıq və digər bu kimi əlamətlər isə  iqtisadi vəziyyətə xələl 
g
ətirən əxlaqi qüsurlardır. 
       
 
İqtisadi  tərbiyənin  vəzifəsi  iqtisadiyyatla  bağlı  keyfiy-
y
ətləri gənc nəslə  aşılamaqdır.  Sahibkarlıq,  təsərrüfatçılıq, 
q
ənaətcillik,  israfçılıq,  büdcə, ailə  büdcəsi, mübadilə, pul, 
qazanc, g
əlir, borc, xərc, məhsuldarlıq, bazar, qiymət, rəqabət,  
iqtisadi böhran, xalq 
əmlakına və başqalarının yaratdığı maddi 
v
ə  mənəvi sərvətlərə  qayğılı  münasibət  və  s. iqtisadi anla-
yışlardır. Bu anlayışların məna və fikir tutumu böyüməkdə olan 
n
əslə  aşılandıqda,  həmin istiqamətlərdə  bilik,  bacarıq  və 
v
ərdişlər verildikdə iqtisadi tərbiyə alınır.
 
            
İqtisadi  tərbiyənin  vəzifələrini  aşağıdakı  kimi 
s
əciyyələndirə bilərik: 
           
1.İqtisadi  biliklər verməklə  şagirdlərdə  iqtisadi  şüur 
formalaşdırmaq. 
           
2. İnkişafın iqtisadi qanunauyğunluqları barədə təsəvvür 
yaratmaq. 
           3.Maddi s
ərvətlərə  qənaətcilliklə  yanaşmaq  səyi 
formalaşdırmaq. 


 
225 
           4.Sahibkar  –kollektivçi keyfiyy
ətləri, təsərrüfatçılıq 
bacarıqları aşılamaq. 
           5.H
ər  bir  şagirdin  iqtisadi  mədəniyyətə  yiyələnməsinə 
nail olmaq. 
           6.Xalq 
əmlakına, ictimai mülkiyyətə, o cümlədən tədris 

əssisələrinin əmlakına qayğılı münasibət aşılamaq. 
          7.Ölk
ənin  iqtisadı  siyasətini  düzgün  anlamaq  bacarığı 
formalaşdırmaq. 
          8.Ail
ə həyatında və cəmiyyətin inkişafında iqtisadiyyatın 
rolu bar
ədə təsəvvürlər yaratmaq. 
 
            
2.İqtisadi tərbiyənin sistemi. Tərbiyənin digər sahələ-
rind
ə olduğu kimi, iqtisadi tərbiyə də ailədən başlanır; ümum-
t
əhsil məktəbinin bütün pillələrində, həmçinin dərsdənkənar 
t
ədbirlərdə davam etdirilir. Təcrübəli valideynlər öz övladlarını 
iqtisadi t
ərbiyə  cəhətdən həyata  hazırlayırlar.  Bəzən ailə 
büdc
əsi barədə müzakirə, ailə üzvləri arasında fikir mübadiləsi 
el
ə aparılır ki, vəziyyətdən uşaqlar da hali olurlar. Onlarda qə-
na
ətcillik, israfçılığa yol verməmək, maddi nemətlərin qədrini 
bilm
ək, iqtisadi firavanlığın əmək prosesindən keçməsi barədə 
ilkin t
əsəvvürlər yaranır. 
          Ail
ə büdcəsinin necəliyindən bütün ailə üzvlərinin xəbəri 
olduqda bir sıra xoşagəlməz hallar da aradan qalxır. Bəzi ailə-
l
ərdə  imkanlar nəzərə  alınmadıqda,  ailə  üzvlərindən hər han-
sının, məsələn qadının tələbi gəlirdən üstün olduqda münaqişə 
başlanır. Tələbi yerinə  yetirmək üçün ailə borca düşür, yaxud 
ifrat q
ənaət tərzinə  keçır.  Həmçinin  ata  israfçı  olursa,  ana 
ç
ətinliklə üzləşir və yenə ailənin dolanacağında iqtisadi böhan 
yaranır.  Bunlar  uşaqların  gözü  qarşısında  baş  verir;  əsassız 
t
ələblərin həyata keçdiyini gördükdə  onlar da belə  israfçı 
t
ələblər ruhunda böyüyə bilərlər. Ona görə də böyüklər diqqətli 
olmalı,  ailə  iqtisadiyyatını  düzgün  idarə  etməli, övladlarına 
nümun
ə  olmalı  və  evin içində  düzgün iqtisadi tərbiyənin 
bünövr
əsini qoymalıdırlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə