Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   63   64   65   66   67   68   69   70   ...   89

 
217 
m
ənəviyyatını  inkişaf  etdirdiyi  üçün istər  –istıməz estetik 
zövqün
ə,  dünyabaxışına  da  təsirsiz  qalmır;  əlbəttə,  burada 

əllimin, tərbiyəçinin hərtərəfli fəaliyyəti və ailələrlə əlaqəli 
işləməsi əsasdır. Fiziki tərbiyənin estetik yöndən təsiri nəticə-
sind
ə  məktəbli qida rejimini gözləməkdə,  artıq  çəkidən azad 
olmaqda, fiziki kamilliyin d
əyərini bilməkdə  başqalarından 
f
ərqlənir. O, başa düşür ki, fiziki tərbiyə sağlamlığın rəhnidir; 
sağlamlıq isə gözəllikdir. İdmanla, gimnastika ilə məşğul olan 
oğlan  və  qızların  xarici  görünüşü,  səliqəliliyi,  idman  oyunları 
zamanı hərəkətlərindəki  plastika, çeviklik, şən əhval –ruhiyyə 
bütövlükd
ə  estetik təqdimata çevrilir və  həmin gözəllik 
ətrafdakılara da sirayət edir. 
           -Fiziki t
ərbiyə əmək tərbiyəsi ilə də sıx bağlıdır. Sağlam 
v
ə qüvvətli, bədəni bərkimiş, orqanizmi möhkəmlənmiş, güclü, 
qüvv
ətli şəxs əmək fəaliyyəti ilə də yaxşı məşğul olur.  
           Bel
əliklə,  aydın  olur  ki,
 
insanın  sağlamlığını  müdafiə 
ed
ən və  möhkəmləndirən mühüm amillərdən biri fəal hərəkət 
v
ə  zəruri fiziki qüvvədir. Fiziki tərbiyənin mühüm tərkib 
hiss
əsi olan müvafiq dərslər  bu  baxımdan  çox  faydalıdır. 
M
əktəbdə  aparılan    səmərəli fiziki tərbiyə  işi  nəticəsində 
uşaqlar  düzgün  yerimək, qaçmaq, tullanmaq, üzmək, təbii 
amill
ərdən lazımi qaydada istifadə etmək vərdişləri qazanırlar. 
Ona gör
ə  də
 
m
əktəbdə  fiziki tərbiyə  işi  daim  inkişaf 
etdirilm
əlidir 
         
 
            2.Fiziki t
ərbiyənin məqsəd və  vəzifələri.  Fiziki 
t
ərbiyənin  məqsədi  fiziki cəhətdən  kamıl,  sağlam,  yaradıcı 
əməyə və ölkənin müdafiəsinə hazır olan nəsil yetişdirməkdən, 
onları  əməyə  və  fəal ictimai həyata  hazırlamaqdan  ibarətdir. 
M
əqsədə  nail  olmaq  üçün  qarşıda  konkret  vəzifələr  durur və 
onları üç istiqamətdə həyata keçirmək mümkündür; hər istiqa-
m
ətin də qarşısında öz vəzifələri durur: 
        
1)Sağlamlığa xidmət edən vəzifələr: Bu, bədəni möhkəm-
l
əndirmək, müxtəlif xəstəliklərdən qorunmaq üçün orqanizmin 


 
218 
müqavim
ətini  artırmaq,  beləliklə,  sağlamlığı  təmin etməkdir. 
El
əcə  də  ahəngdar  fiziki  inkişafa  nail  olmaq,  orqanizmin 
funksional imkanlarını genişləndirməkdir. 
        2)T
əhsilləndirici vəzifələr:  Bu, həyatda hər kəsə  lazım 
olan şəxsi və ictimai gigiyena vərdişlərinin yaradılması, fiziki 
çalışmalar  üzrə  məşğələlərin təşkili,  şagirdləri  idmanın 
müxt
əlif növlərində  iştirak  zamanı  lazım  olan  hərəkətlərə 
yiy
ələndirmək,  onlarda hərəki qabiliyyətləri inkişaf etdirmək, 
dözümlülüyü for
malaşdırmaq,  mühüm  hərəkətləri  (qaçış, 
tullanma, dırmanma, üzgü və s.) yerinə yetirməyi öyrətməkdir. 
         3)T
ərbiyəvi vəzifələr:  Bu,  şagirdlərdə  əxlaq  normalarına 
uyğun  olan  duyğu  və  şüur  formalaşdırmaq,  onlara  mənəvi  –
iradi keyfiyy
ətlər  aşılamaq,  məktəbdə  fiziki tərbiyə  işini  əqli, 
m
ənəvi, əmək və estetk tərbiyə ilə əlaqələndirməkdir. 
          Bu v
əzifələr bir –biri  ilə  vəhdətdə  həyata keçirilir və 
t
ərbiyənin ümumi məqsədinə  xidmət  edir. Ölkəmizdə  fiziki 
t
ərbiyə 
m
əktəbəqədər təhsil müəssisələrindən ali 
m
əktəblərədək təlim, tərbiyə  və  təhsil alan hər kəs üçün 
m
əcburidir.  
          
            3.Fiziki t
ərbiyənin vasitələri və  təşkili  formaları. 
Fiziki t
ərbiyə prosesində müxtəlif vasitələrdən istifadə olunur. 
Onları, təxminən, aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 
          -t
əbii amillər (su, hava, günəş, təbiət); bu amillər təbiətin 
sağlamlaşdırıcı qüvvələridir və insan orqanizminin onlara daim 
ehtiyacı  var.  Su  dərini təmizləyir, tənəffüsü  yaxşılaşdırır, 
əsəbləri sakitləşdirir.  Təmiz  hava  ciyərləri, beyni  oksigenlə 
qidalandırır.  Günəş  şüaları  mikrobları  məhv edir, orqanizmin 
müqavim
ətini artırır. Təbiətdə  isə bütün bunlarla yanaşı, digər 
çoxsaylı sağlamlıq amilləri də mövcuddur. 
          -  gigiyenik amill
ər  (rejim, səmərəli qidalanma, kollek-
tivd
əki  əhval  -ruhiyyə,  gigiyenik  şərait, mədəni  -gigiyenik 
v
ərdişlərə yiyələnmək); bu amillər də gündəlik həyatda sağlam 


 
219 
yaşamaq  üçün  hər  bir  şəxsə  vacibdir    və    izahata ehtiyac  da 
yoxdur. 
         -  fiziki amill
ər  (fiziki təmrinlər, gimnastika məşğələləri, 
oyunlar, turizm, idman v
ə  idman  yarışları);  bu amillərin 
birincisi  fiziki  t
əmrinlərdir.  Fiziki təmrinlər fiziki tərbiyə 
v
əzifələrinin həlli üçün xüsusi seçilib tətbiq edilən əsas hərəkət 
əməliyyatlarıdır.  Gimnastika məşğələləri, oyunlar, turizm, 
idman v
ə idman yarışları  isə fiziki təmrinlərin mükəmməlləş-
miş  və  xüsusi istiqamət  almış    müxtəlif  növləridir.  Fiziki 
t
əmrinlər istər oğlanlar, istərsə də qızlar üçün vacibdir.                    
           Gimnastika  bütövlükd
ə  orqanizmi və  onun  ayrı-ayrı 
sistem v
ə funksiyalarını  inkişaf etdirmək məqsədi  ilə aparılan 
xüsusi t
əmrinlərdir. Onun  müxtəlif növləri  vardır.  Buraya  
gigiyenik, idman, b
ədii, istehsalat, müalicə gimnastikası daxil-
dir. 
             Oyunlar  fiziki t
əmrinlərin  geniş  yayılmış  növüdür. 
Oyun h
əm fiziki, həm də  mənəvi tərbiyə  vasitəsidir. Oyunda 
uşaqların  orqanizmi,  fiziki  qüvvələri,  düşünmək  bacarığı 
inkişaf edir, kollektivçilik, təşəbbüskarlıq yoldaşlıq və dostluq 
keyfiyy
ətləri  formalaşır.  Oyunlar iki cür olur:  a)hərəkətli 
oyunlar;  b)idman oyunları.  
H
ərəkətli oyunlar, əsasən, ibtidai siniflərdə, idman 
oyunları isə orta və yuxarı siniflərdə keçirilir. 
           
İdman  fiziki təmrinlərin daha mürəkkəb növüdür. 
B
ədəni möhkəmlətmək vəzifəsi idmanın ayrı-ayrı növlərinin - 
yüngül  atletika,  ağır  atletika,  güləş,  üzgüçülük, futbol, 
voleybol, basketbol  v
ə s.  sayəsində mümkün olur. 
          Turizm 
doğma diyarın təbiəti, tarixi və mədəni yerləri ilə 
tanışlıq, şagirdlərin görüş dairəsini genişləndirmək məqsədi ilə 
keçiril
ən  yürüş  və  gəzintilərdir.  O,  uşaq  və  gənclərin fiziki 
dözümlülüyünü, 
ətraf aləmə  bələdliyini, sərbəstliyini təmin 
etm
əyə, kollektiv həyat və  fəaliyyət təcrübəsi  qazanmağa 
köm
ək göstərir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə