Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   60   61   62   63   64   65   66   67   ...   89

 
208 
t
əsadüf olunan eybəcərlikləri görmək, belə  hallara  qarşı 
mübariz
ə  aparmaq  əzmini  formalaşdırmaq  estetik  tərbiyənin 
funksiyası deyilmi? 
           Estetik t
ərbiyəni  gözəllik  tərbiyəsi kimi başa düşənlər 
əslində  qüdrətli  təsir gücünə  malik olan estetik tərbiyənin 
əhatə dairəsini  məhdudlaşdırırlar. İndiki dövrdə bunu xüsusilə 
yadda  saxlamaq  lazımdır  ki,  estetik  tərbiyə  məktəblilərin 
m
ənəvi tərbiyəsinin bütün tərkib hissələri ilə  -  istər ideya –
siyasi, ist
ər əxlaqi, əmək, fiziki tərbiyə və s. ilə sıx bağlıdır və  
h
əmin tərbiyə  sahələri  arasında  üzvi  əlaqə  yaradır,  mənəvi 
t
ərbiyə işinin
  
əsasına  çevrilir. 
 
Bel
əliklə, bir daha qeyd edirik ki,  estetik tərbiyə 
h
əyatda, təbiətdə, incəsənətdə  gözəllik və  ülviliyi görmək, 
duymaq, qavramaq, düzgün başa düşmək, sevmək, qiymətlən-
dirm
ək və həyatı gözəllik qanunları əsasında qurmaq bacarı-
ğının yaranıb formalaşmasına  yönəldilmiş  tədbirlər sistemi-
dir. 
            
           2.Estetik t
ərbiyənin məqsədi və  mənbələri.  Estetik 
t
ərbiyənin insan həyatında  çox  mühüm  amil  olduğunu 
əsərlərində  sübut etməyə  çalışan  dahi  şəxsiyyətlər bu barədə 
b
əşəriyyətin ideya –mənəvi aələminə nüfuz edə biləcək kəlam-
lar söyl
əmişlər. Həmin kəlamlar  əsrlərdir  yaşayır  və  bir 
formula  anlamına  gəldiyi üçün, yəqin  ki,  daim  yaşayacaq. 
M
əsələn,  N.Q.Çernışevski  demişdir:  İnsanda  hər  şey  gözəl 
olmalıdır.  Bu  formulaya  insanın  zahiri  görkəmi, səliqə  -
sahmanı,  xasiyyəti, ünsiyyəti, məişəti,  əməyə  münasibəti və 
saymaqla bitm
əyən digər xüsusiyyətlər daxildir.
 
F.M.Dostoyevski  is
ə  fikrini belə  ifadə  etmişdir:  Dünyanı 
göz
əllik xilas edəcək. Bu formulada da istər fərdlərin, istərsə də 
c
əmiyyətlərin  şüuruna  həyatın  bütün  istiqamətlərində  nəzərə 
alınması  vacib  olan  məna yeridilir; insanda hər  şeyin  gözəl 
olması  nəticəsində  dünya  həm  bəşəri, hən də  fiziki    mənada 
eyb
əcərliklərdən, ziyanlı  əməllərdən qoruna  bilər. Gözəl insan 


 
209 
ağlı yetkin,  əxlaqı kamıl, mənəviyyatı zəngin, əməyi sevən, tək 
özünü v
ə  ailəsini  deyil,  Yaradanın  canlı  və  cansız  bildiyimiz 
bütün  yaratdıqlarını  sevən, hörmət edən,  qoruyub  yaşadandır. 
Göz
əl insan gözəllikləri görüb dəyərləndirməyi bacarmaqla 
yanaşı,  eybəcərlikləri görüb üz çevirməyən,  onları  da 
göz
əlləşdirməyə  çalışandır.  Bu,  İlahi  mənada Yaradana 
yaxınlıq,  dünyəvi mənada böyük estetik mədəniyyətdir. Elə 
estetik t
ərbiyənin  məqsədi  də  insanda estetik mədəniyyət 
formalaşdırmaqdan  ibarətdir. Bu məqsədi həyata keçirmək 
üçün    şagirdlərdə  estetik  şüur  və  estetik tərbiyə  forma-
laşdırmaq vacibdir ki, onun da komponentləri  aşağıdakılardır: 
          Estetik hiss  -
 
ən yüksək mənəvi hisslərə aid olub,
 
ətraf 
al
əmdə, ictimai münasibətlərdə,  davranışda,  müxtəlif həyat 
hadis
ələrində, incəsənət  əsərlərində  gözəllik və  eybəcərliyin, 
ülvilik v
ə  rəzilliyin, faciəvilik və  komikliyin  qavranılması 
say
əsində əmələ gələn spesifik həyəcandır. 
 
          Estetik qavrama –inikas (idrak) 
qanununa uyğun olaraq 
t
əbiətdə  və  cəmiyyətdə, o cümlədən incəsənət  əsərlərində, 
davranışda,  məişətdə  olan estetik keyfiyyətlərin duyulub 
düzgün d
ərk edilməsidir. 
         Estetik münasib
ət –estetik qavramadan sonra  qeyd edi-
l
ən estetik mənbələrə göstərilən hissi –emosional münasibətdir. 
          Estetik zövq –
estetik qavramanın nəticəsi olaraq yaranan 
hissi –
emosional duyğulardır.          
          Estetik qiym
ətləndirmə -estetik qavrama prosesi ilə bağlı 
olan qabiliyy
ətdir və  adi qiymətləndirmədən fərqli  olaraq  
estetik  mahiyy
ət  kəsb  edir. 
          Estetik f
əaliyyət – qeyd etdiyimiz komponentlərin  for-
ma
laşması  nəticəsində  yaranan  estetik  şüur  və  estetik tərbi-
y
ənin  təsiri  ilə  insanın  (məktəblinin)  ətraf aləmdə, həyat pro-
sesind
ə  gözəlliklər yaratmaq məqsədi  ilə  göstərdiyi səy və 
f
əaliyyətdir.  Demək, estetik tərbiyənin  əsasını  hissi  qavrayış 
t
əşkil edir. Biz gözəllik elementlərini gördükdə estetik qavrayış 
prosesi  baş  verir.  Gözəlliklə  ünsiyyətdə  olarkən insan valeh 


 
210 
olur, onda qeyri-adi hissl
ər  yaranır. O şadlana da bilər, kədər-
l
ənə  də,  ağlaya  da.  Estetik  hisslərin köməyi ilə  estetik maraq 
yaranır;  təbiətdən, incəsənət  əsərlərindən,  əməyin gözəlli-
yind
ən, insani münasibətlərdən və  s. maraq dolusu yaranan 
hissl
ər estetik zövqün yaranmasına səbəb olur. Nəticədə estetik 
t
ələbata çevrilir. Beləliklə, estetik zövqü olan insanlar həmişə 
göz
əliyyə  can  atır,  gözəlliyi    görüb  duymağı  və  qiymətlən-
dirm
əyi, gözəllik yaratmağı bacarırlar. 
         
 
Estetik t
ərbiyənin mənbələri çoxdur.
 
Bunların içərisində 
əsas yeri təbiət tutur və  təbiət mənbələrini belə qruplaşdırmaq 
olar: 
           a) s
əmavi mənbələr:  Səma, Günəş,  Ay,  ulduzlar,  kəh-
k
əşan,  qar,  yağış,  dolu,  duman,    külək,    göy  qurşağı,  gecə, 
gündüz, f
əsillərin dəyişməsi və s. 
          b) yerüstü m
ənbələr: bitkilər, heyvanlar, quşlar, dağlar, 
düzl
ər, dənizlər, çaylar, şəlalələr, qayalar və s.  
          
c)  sualtı  mənbələr:  dərin dəryaların  təkində  yaşayan 
canlılar  aləmi;  hansı  ki,  biz  onları  elmi  –tədqiqatların  ekran 
t
əqdimatı  vasitəsi  ilə  görürük. Bəzilərini bitkilərə, al -əlvan 
güll
ərə bənzədir, canlı olduğunu biləndə heyrətlənirik. 
          Bütün bunlar insan irad
əsindən kənar  yaranmış  gözəl-
likl
ərdir. İnsan onları ancaq görə, öz şüuru səviyyəsində qavra-
ya v
ə  dərrakəsi qədərində  heyrətlənə, qiymətləndirə  bilər. Bu 
qiym
ətləndirmə  sevinc, yaxud kədər  libasında  da  ola  bilər, 
şükranlıq  səviyyəsində  də. Necə  ki, qədimlərdə  qeyri  –adi 
göz
əllikləri görəndə  deyərdilər:    FətəbarəkAllah  əhsənül 
Xaliqin ( N
ə gözəldir, Xəlq edəninə əhsən!)! 
          Estetik t
ərbiyənin digər mənbəyi  insanın  yaratdıqları  -
inc
əsənət əsərləridir. Onları aşaqıdakı kimi qruplaşdıra bilərik: 
           a) musiqi; 
          b ) poeziya; 
          c) teatr v
ə kino; 
          d) r
əsm, heykəltəraşlıq, dekorativ –tətbiqi sənət; 
          e) mem
arlıq və inşaat abidələri və s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə