Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   58   59   60   61   62   63   64   65   ...   89

 
202 
sur
ətləri”, “Folklorumuzda əməyə  və  əməkçi insanlara müna-
sib
ət”  mövzularında  ədəbi  axşamlar,  yaxud  kütləvi tədbirlər 
keçirm
ək olar. Qeyd edək ki, kütləvi tədbirlər təkcə  bir fənn 
istiqam
ətində deyil, müxtəlif fənn müəllimlərinin  birgə təşki-
lat
çılığı  ilə  də  hazırlanıb  keçirilə  bilər.  Əmək  mövzusu  hamı 
üçün  qaçılmaz  olduğuna  görə  belə  tədbirlərə  bütün  şagirdlər 
yaşına və gücünə müvafiq şəkildə cəlb edilməlidirlər.  
          Valideynl
əri tərəfindən həmişə  əzizlənmiş  şagirdlər də 
var ki, onlar 
əməkdən qorxurlar. Müəllimlər, sinif rəhbərləri 
bel
ə  şagirdləri  əməyə  alışdırmaq  üçün  onların  valideynləri ilə 
d
ə iş aparmalıdırlar. 
          
Şagirdlərin  əməyə  münasibətinin evdə  düzgün təşkil 
olunmasında  müəllim valideynlərə  kömək etməlidir. Onun 
tövsiy
əsi ilə gün rejimi qurulur, şagirdin dərsdən sonrakı vaxtı 
t
əlim əməyinə, özünəxidmət əməyinə, məişət əməyinə, istirahət 
v
ə  əyləncəyə  bəs edəcək tərzdə  bölünür.  Heç  şübhəsiz, hər 
ail
ənin  və  şagirdin  fərdi xüsusiyyətlərindən  aslı  olaraq  sinif-
d
əki şagirdlərin gün rejimi müxtəlif ola  bilir. Övadlarını ərkö-
yün b
əsləmiş valideynlərlə iş isə bir qədər də artıq zəhmət tələb 
edir.  
            M
əişət  əməyi valideynlərin uşaqları xırda məişət əmə-
yin
ə  cəlb etməsidir.  Bu,  otağın,  həyət-bacanın  səliqəyə  salın-
ması  ilə  bağlı  kiçik  tapşırıqlar,    toyuq-cücəyə, qoyun-quzuya 
baxmaq v
ə s. xırda təsərrüfat işləri ola bilir.
 
          Özün
əxidmət əməyi məişət əməyinin bir hissəsi olmaqla 
adamın  öz  şəxsi  ehtiyaclarını  ödəməsinə  yönələn  əməkdir. 
Ail
ədə  uşağın  yatağını,  pal-paltarını  səliqəyə  salması,  ayaq-
qabısını  silib  təmizləməsi,  yuyunub  daranması,  çantasını  yığ-
ması  özünəxidmət  əməyidir. Bu əməyin  əsası  ailədə  qoyulur, 
m
əktəbəqədər tərbiyə müəssisələri və təhsil ocaqlarında davam 
etdirilir.  Uşaq  özünəxidmətə  alışdırılıarkən  ona  aşılanmalıdır 
ki, özün
əxidmət təkcə ailədə, məktəbdə davam edən həyat tərzi 
il
ə  bitmir; ömürböyu davam edir, bütün fəaliyyət sahələrində 
mövcuddur v
ə  hər kəsdən tələb olunan zəruri keyfiyyətlərdən 


 
203 
biridir.  Əməyin bu növünə  gigiyenik  qaydalar,  şəxsi  əşyaları, 
d
ərs və  iş  ləvazimatlarını  təmiz və  səliqəli saxlamaq və  s. 
aiddir. Özün
əxidmət  əməyi ictimai-faydalı  əməyin ilk mərhə-
l
əsidir. Şagirdin, tələbənin, işçinin bilavasitə özü, iş yeri, ailəsi, 
ümum
ən, onu əhatə edən mikromühitlə bağlıdır. 
         
əllim həm məişət, həm də  özünəxidmət  əməyi ilə 
bağlı  tövsijə  və  məsləhətlərini  gənc valideynlərdən  əsirgəmə-
m
əlidir. Onlara həyati misallar və müdrik şəxslərdən kəlamlar 
nümun
ə  gətirməklə  əməyin həyati  əhəmiyyət  daşıdığını  başa 
salmalıdır. 
           M
əhsuldar  əmək,  yaxud  şagirdlərin istehsal əməyi 
maddi s
ərvətlər  yaradılmasına  yönəldilən və  yeri gəldikdə 
haqqı ödənilən əməkdir. Şagirdlərin məktəbyanı sahədə məhsul 
yetişdirmələri, məhsul  yığımında  iştirak  etmələri  əməyin bu 
növün
ə aiddir. Bu əmək növü  şagirdləri ümumxalq işinə alış-
dırmaqda, zəhmət adamlarına hörmət hissi doğurmaqda, onları 
istehsal kollektivl
əri, qabaqcıl əmək adamları ilə tanış etməkdə,  
maddi s
ərvətlər  yaradılması  üçün  təlimin məhsuldar  əməklə 
birl
əşdirilməsində mühüm pol oynayır. 
           
İctimai–faydalı əmək maddi gəlir xatirinə deyil, insanlıq 
namin
ə görülən əməkdir. Şagirdlərin xeyriyyəçilik fəaliyyəti, o 
cüml
ədən məktəbdə,  yaşayış  yerlərində  keçirilən iməcliklər, 
yaşıllıqların,  mədəniyyət abidələrinin  qorunması  naminə 
görül
ən  işlər, qocalara, tənha və  xəstə  adamlara mənəvi və 
fiziki yardım edilməsi və s. əməyin bu növünə aiddir. 
          Düzgün t
əşkil olunmuş əmək tərbiyəsi sayəsində şagird-
l
ər dərk edirlər ki, onların maddi və mənəvi ehtiyaclarını yüz-
l
ərlə başqa adamlar ödəyirlər. Deməli, insanın  əxlaqi keyfiy-
y
ətləri, onun mənəvi mədəniyyəti, həyata, insanlara, təbiətə 
baxışları, dünyagörüşü əməkdə, cəmiyyətdə mövcud olan qar-
şılıqlı münasibətlər prosesində təşəkkül tapır. 
                
 
             4
.Şagirdlərin peşəyönümü işi. Peşə xalq təsərrüfatının 
bu v
ə ya digər  sahəsinə aid bilik, bacarıq və vərdişlərə yiyələn-


 
204 
m
ə və həmin sahədə fəaliyyət göstərmək üçün qazanılmış əmək 
bacarıq və qabiliyyətləridir. Əmək tərbiyəsinin mühüm vəzifə-
l
ərindən biri gənc nəslə  şüurlu  syurətdə  peşə  seçməyi öyrət-
m
əkdir. Valideynlərin, yoldaşların  Böyüyəndə nəçi olacaqsan? 
sualına uşaqların hərəsi bir cür cavab verir. Çünki oyuncaqları, 
baxdıqları filmlər, oxuduqları kitablar, gəzintilər, ailədə böyük-
l
ərin sənəti  onlarda  peşə  və  sənət seçmək barədə  müxtəlif 
arzular  yaradır.   İllər keçdikcə, arzular dəyişir. Sonuncu sinfə 
g
əlib çatana qədər bir şagird neçə -neçə sənətin, peşənin adını 
ç
əkir. Bu səbəbdən də  məktəbdə  peşəyönümü üzrə  sistemli, 
m
əqsədyönlü iş aparılması vacibdir. Bu istiqamətdə müəllimin, 
sinif r
əhbərinin fəaliyyəti ona yönəlməlidir ki, şagird peşəni öz 
istedad, qabiliyy
ət və bacarığına görə seçsin. Ən əsası seçdiyi 
peşə gələcəkdə ona fərəh versin, bu sənətlə ailəsinə, cəmiyyətə 
layiqinc
ə kömək göstərə bilsin. 
             M
əktəbdə  şagirdlərlə  peşəyönümü  işləri  əsas etibarilə 
üç istiqam
ətdə aparılır: 
             1) 
peşə maarifi (məktəblilərin müxtəlif peçələrlə tanış 
edilm
əsi); 
             2) 
peşəyönümü tərbiyəsi (peşələrə marağın yaradılması, 
inkişaf etdirilməsi və möhkəmləndirilməsi; 
             3) 
peşəyönümü üzrə  məsləhətlər  (şagirdlərin fərdi 
meyll
ərinin, psixofizioloji imkanlarının diqqətlə öyrənilməsi və 
onlara köm
ək göstərilməsi). 
 
M
əktəbdə  peşəyönümü üzrə  aparılan  işlər nəticəsində 
şagirdlər müxtəlif peşələr, hər bir peşə sahəsində əmək fəaliy-
y
ətinin məzmunu, bu və ya digər peşənin insana verdiyi tələb-
l
ərlə  tanış  olurlar.  Peşələr barədə  məlumat və  məsləhətlər  şa-
girdl
ərə, yeri gəldikcə, həm təlim prosesində, həm də  sinif-
d
ənxaric tədbirlərdə verilir. 
           
Peşəyönümü  işi  aparmaq  üçün  əmək təlimi dərsləri 
müst
əsna  imkanlara malikdir. Digər fənlərin də  hər birinin 
spesifik  xüsusiyy
ətlərindən  irəli gələn imkanlar mövcuddur. 
M
əsələn: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə