Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   66   67   68   69   70   71   72   73   ...   89

 
226 
           Ail
ədə  iqtisadi tərbiyə  üzrə  aparılan  iş  məktəbdə  elmi 
əsaslarda davam etdirilir. Təbii ki, tədris müəssisəsində 
aparılan  iqtisadi  tərbiyə  işi  ailələrdə  aparılan  işə  və  orada 
veril
ən  anlayışlara  da  istinad  edir.  Şagirdlər birinci sinifdən 
başlayaraq tədriclə qıtlıq, işsizlik, bazar, pul, qiymət, mübadilə 
v
ə s. kimi anlayışlarla tanış olurlar. Həmin anlayışlar müxtəlif 
münasib
ətlərlə  orta və  yuxarı  siniflərdə  təkrarlanır  və 
möhk
əmləndirilir.  Bununla  yanaşı,  5  -6 siniflərdə 
m
əhsuldarlıq, rəqabət, bazar iqtisadiyyatı  kimi  yeni anlayışlar  
öyr
ənirlər. Bu anlayışlar da sonrakı siniflərdə təkrarlanır. 7 -8 
sinifl
ərdə  şagirdlər  tələb və  təklif, gəlirin  bölüşdürülməsi, 
ümumi  milli istehsal  
kimi  yeni  anlayışlar  haqqında  məlumat 
əldə  edirlər. Nəhayət,  yuxarı  siniflərdə  inflyasiya, deflyasiya 
(t
ədavüldə olan kağız pulların miqdarının azaldılması), maliyyə 
siyas
əti,  iqtisadi  artım,  iqtisadi sabitlik  və  s. kimi mürəkkəb 
anlayışları  öyrənirlər. Həmin  anlayışlar  da  təkrarlanmaqda 
davam edir. Bel
əliklə, gənc nəslin ilkin iqtisadi təsəvvür və 
anlayışlar zəminində iqtisadi tərbiyəsi formalaşır. Bu, fənlərin 
t
ədrisi və sinifdənxaric işlərin təşkili və keçirilməsi prosesində 
baş  verir.  Həmçinin, kütləvi informasiya vasitələri və  həyati 
faktlar işə yardımçı olur.       
          
M
əktəbdə  təlim fənlərindən hər birinin bu və  ya digər 
d
ərəcədə iqtisadi tərbiyə imkanları vardır. Ədəbiyyat fənninin, 
xüsus
ən, folklor nümunələrinin iqtisadi tərbiyə  imkanları 
çoxdur.  Xalqın  iqtisadi  tərbiyə  ilə  bağlı  fikirləri folklor 
nümun
ələrində lazımınca toplanmışdır.  
          Dinimiz is
ə  birmənalı  şəkildə  nə  xəsisliyi, nə  də  israf-
çılığı qəbul etmir; amma qənaətcilliyi dəyərləndirir. 
           N
əzərə  alsaq  ki,  xalq  pedaqogikası  təcrübədən yaran-
mışdır,  demək, bu gün təcrübəli ailələrin  övladlarına  verdiyi 
t
ərbiyə, onun da içində  iqtisadi tərbiyə  görk  olası  pedaqoji 
işdir.  Pedaqoji  kollektivlər ailələrlə  əlbir  iş  şəraitində  həmin 
t
əcrübədən də səmərəli istifadə etməli, böyüyən nəsli faydalan-
dırmalıdırlar. 


 
227 
             
            3.Hüquq t
ərbiyəsinin mahiyyəti və vəzifələri. Hüquq 
ərəb sözüdür, mənası  haqq söz  deməkdir. Hər  bir  insanın 
yaşamaq,  işləmək, təhsil almaq və  digər  hüquqları  vardır.  Bu 
haqqı insanlara  əvvəlcə Yaradan, sonra onun yaşadığı dövlətin 
Konstitusiyası  verir.  Azərbaycan  Respublikasının  Konstitusi-
yası  ölkə  vətəndaşlarına  təhsil  hüququ,  yaşamaq    hüququ, 
istirah
ət hüququ, əmək hüququ, mənzil toxunulmazlığı hüququ, 
v
ətəndaşlıq  hüququ,  sağlamlığın  qorunması  hüququ,  seçmək 
hüququ, seçilm
ək hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, 
b
ərabərlik hüququ, şəxsi toxunulmazlıq hüququ, ana dillindən 
istifad
ə hüququ, şərəf və ləyaqətin qorunması hüququ və digər 
hüquqlar verir. 
           Dem
ək, hüquq və  onun  normaları  dövlət tərəfindən 

əyyənləşdirilir.  Bu  normalara  riayət edilməsi məcburidir. 
Onların  pozulması  halları  dövlət tərəfindən cəzalandırılır.  Bu 
real
lığı  hər birimiz, o cümlədən gənc nəsil  yaxşı  bilməli və 
yadda saxlamalıdır. Ona görə də böyüməkdə olan nəslin hüquq 
t
ərbiyəsi vacibdir.               
           Hüquq t
ərbiyəsi gənc nəslin öz hüquq və  vəzifələrini 
bilm
əsi, ondan istifadə etməklə yanaşı, üzərinə düşən vəzifələri 
d
ə  yerinə  yetirməsi, qanunun tələblərini gözləməsi, birgəya-
şayış  qaydalarına  hörmət etməsi sahəsində  aparılan  işləri 
n
əzərdə tutur. Həmçinin hüquq tərbiyəsi dedikdə məktəblinin 
şəxsiyyətinə  mütəşəkkil, mütəmadi, məqsədyönlü və  planlı 
şəkildə  təsir göstərilməsi  əsasında  onda  hüquqi  şüur  və 
hüquq m
ədəniyyətinin  formalaşdırılması,  qanuna  hörmət 
hissinin, c
əmiyyətə  zidd  hallara  qarşı  dözülməzlik 
münasib
ətlərinin yaradılması başa düşülür. 
            Hüquq t
ərbiyəsinin  məzmununa  gəlincə,  Azərbaycan 
Pespublikası Konstitusiyasının nəzərdə tutduğu hüquqlar, azad-
lıqlar və vəzifələr hüquq tərbiyəsinin  məzmununu təşkil edir. 
              Az
ərbaycan  Respublikası  Konstitusiyasının  ölkə  və-
t
əndaşlarına  hansı  hüquqları  verdiyindən  danışdıq.  Nəzərə 


 
228 
alsaq ki, azadlıq da hüquqdur onda aşağıdakıların azadlıq hüqu-
qumuza daxil olduğunu görərik: fikir və söz azadlığı, vic dan 
azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradı-
cılıq azadlığı və s. 
            V
ətəndaşların  əsas vəzifələrinə  gəlincə  isə, onlara 
aşağıdakılar aiddir: Vətənə sədaqət, dövlət rəmzlərinə hörmət, 
v
ətəni müdafiə, tarix və  mədəniyyət abidələrinin  qorunması, 
ətraf mühitin qorunması, vergilər və başqa dövlət rüsumlarının 
öd
ənilməsi, qanuna   zidd  işlərin  icrasına  yol  verilməməsi, 
m
əsuliyyət və s. 
            Hüquq t
ərbiyəsi ilə məşğul olan hər bir şəxs ölkəmizdə 
q
əbul olunmuş hüquqların, azadlıq və vəzifələrin nədən ibarət 
olduğunu bilməlidir. Bundan sonra o bildiklərini böyüyən nəslə 
öyr
ədə bilər. 
           G
ənc nəslin hüquq tərbiyəsi ailədən başlamalıdır. Vali-
deynl
ər qanunlara, hüquq normalarına hörmət etməklə  övlad-
larına  nümunə olmalıdırlar. Sonra hüquq tərbiyəsi  işi bağçada 
v
ə  məktəbdə  davam  etdirilməlidir. 
            Hüquq t
ərbiyəsinin vəzifələri aşağıdakılardır: 
           1.G
ənc nəsildə hüquq və hüquq normalarına dair anlayış 
yaradılması. Onlara hüquqları ilə bərabər, vəzifələrinin də  başa 
salınması.         
           2.
İstər məktəb daxilində, istərsə də cəmiyyətdə daim hü-
quq  normalarına  əməl edilməsinin  vacibliyi və  həyati  əhə-
miyy
ət daşıması barədə qəti və dolğun qənaət yaradılması. 
 
           
3.Qanunçuluğa  inam  yaradılması  və  qanunçuluğun  po-
zul
ması hallarına qarşı barışmazlıq   hissinin tərbiyə edilməsi.  
           4.
Asayiş keşikçilərinin funksiyalarının başa salınması və 
h
əmin şəxslərə, onların əməyinə hörmət hissinin  aşılanması .
 
           
5.
Şagirdlərin ailə hüququ, nigah haqqında qanunçuluğa 
dair bilikl
ərlə tanış edilməsi, onların ailə həyatına hazırlanması. 
             
            4.Hüquq t
ərbiyəsinin həyata keçirilməsi  yolları.  
Hüquq t
ərbiyəsi işində müxtəlif yollardan istifadə etmək olar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə