Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   71   72   73   74   75   76   77   78   ...   89

 
241 
keçiril
ə  bilər. Sinifdənxaric və  məktəbdənkənar  iş  növləri isə 
çoxdur v
ə onların hər birindən məqsədəmüvafiq şəkildə istifadə 
etm
ək mümkündür. Lakin ən sərfəlisi obyekti görüb müşahidə 
etm
ək, müstəqil nəticələrə  gəlməkdir;  təbiət gəzintiləri, 
ekskursiyalar, s
ənaye müəssisələri və kənd təsərrüfatı yerlərinə 
ge
dişlər bu sıradadır. Məktəbdaxili şəraitdə isə dünyanın məş-
h
ür  kanallarının,  qismən də  öz  kanallarımızın  çəkib  nümayiş 
etdirdiyi müvafiq t
əbiət verilişlərinə həm kollektiv, həm də ev 
tapşırığı  şəklində baxmaq, sonra müzakirələr, söhbətlər, disput 
v
ə diskussiyalar keçirmək faydalıdır. 
           
Şagirdlərin ekoloji mühitlə  canlı  ünsiyyəti bir neçə 
istiqam
ətdə qurula bilər: 
          1.T
əbii, insan əli dəyməmiş ekoloji mühitə səyahət. 
          2.Üz
ərində  qayğı  hiss  olunan  gözəlliklər məskəninə 
gediş.  
          
3.İnsaların maddi mənafe naminə həm qoruduqları, həm 
d
ə bərbad vəziyyətə qoyduqları yerlərə gediş. 
          
4.İnsanların  bərbad vəziyyətə  salıb  tərk etdikləri yerləri 
görüb müşahidə etmək.  
          
5.Havanı, suyu, yağmuru və son illər diqqəti çəkən fəsil 
d
əyişkənliyini  müşahidə  etmək,  yaşlılarla  söhbətdə  bulunmaq 
v
ə s.   
          
İstər ibtidai, istərsə  yuxarı  siniflərdə  ekoloji  mühiti  
görüb  müşahidə  etmək niyyəti  ilə  keçirilən hər ekskursiya üç 
m
ərhələdə aparılsa ( 1.Təbii vəziyyətində olan; 2.Qayğı göstə-
ril
ərək daha da gözəlləşdirilmiş;  3.İnsan əli ilə bərbad vəziy-
y
ətə düşmüş yerlərə gediş), sonra nəticə sinfin yaş səviyyəsinə 
müvafiq olaraq  müzakir
ə edilsə, problemlə bağlı disput, yaxud 
müzakir
ə keçirilsə, daha səmərəli olar.  
           M
əktəbdənkənar  ekoloji  tərbiyə  işi  məktəbdənkənar 
t
ərbiyə müəssisələrinin, 
h
əmçinin kütləvi informasiya vasitələrinin
  
gördüyü  işdir.  Bu 
işdə televiziyanın xidmətləri daha güclüdür. Tele məkanda otuz 
ild
ən  artıq  mövcud  olmuş    və  böyük təlim  -tərbiyəvi  işlər 


 
242 
görmüş “Təbiəti sevənlər”, “Dərədən –təpədən” verilişləri buna 
misaldır. 
           Qeyd ed
ək ki, valideyn
,
  mü
əllim,  tərbiyəçi tandemində  
aparılan  sistemli və  müntəzəm işlər nəticəsində şagirdlər başa 
düşürlər ki, təbiətdə  baş  verən ekoloji böhran vəziyyətləri 
hökm
ən özünü cəmiyyətdə təzahür etdirir. İnsanın istər yaxşı, 
ist
ər pis əməli sanki bumeranqdır, haraya tuşlansa, gedib yenə 
özün
ə  qayıdır.  Müdriklər  demiş:    Nə  tökərsən  aşına,  o  çıxar 
qaşığına. 
 
         Suallar 
          1.Ekologiya    v
ə    ekologiya elmi  anlayışları  nəyi ehtiva 
edir? 
          
2.Ekologiya  elminin  hansı  sahələri var və  həmin 
sah
ələrdə tədqiqatlar nə üçün lazımdır? 
          
3.Ekologiyanın cəmiyyətlə nə kimi əlaqəsi var? 
          4.Ekoloji t
ərbiyə nədir və onun qarşısında hansı vəzifələr 
durur? 
          
5.Hansı ekoloji tərbiyə vasitələri var? 
          
6.Hansı fənlərin ekoloji tərbiyə imkanları daha genişdir? 
          
7.Xalq pedaqogikası materialları ekoloji tərbiyə işində nə 
kimi fayda ver
ə bilər? 
          8.Müq
əddəs  Kitabımızda  insanların  yaşayış  yeri  barədə 
n
ə deyilir? 
          
9.İslam  Peyğəmbərinin (S) ekologiya ilə  bağlı  hansı 
fikirl
əri var? 
         10.N
əyə görə Yer üzü bizim anamızdır? 
         
11.Torpağın  müqəddəsliyi barədə  qədim  Şumer  mətnlə-
rind
ə və “Avesta”da nə deyilir? 
         12.T
əbii, insan əli dəyməmiş  ekoloji  mühitə  səyahət nə 
üçün lazımdır? 
         13.Üz
ərində  qayğı  hiss  olunan  ekoloji mühitə  gediş 
şagirdlərdə hansı təəssüratları oyadar?  


 
243 
         
14.İnsaların maddi mənafe naminə həm qoruduqları, həm 
d
ə bərbad vəziyyətə qoyduqları yerlərə gedişin faydası nə ola 
bil
ər? 
        
15.İnsanların  bərbad vəziyyətə  salıb  tərk etdikləri yerləri 
görüb  müşahidə  etmək ekoloji tərbiyə  işində  nədən ötrü 
vacibdir? 
        
16.Havanı, suyu, yağmuru və son illər diqqəti çəkən fəsil 
d
əyişkənliyini  müşahidə  etmək,  həmçinin  yaşlılarla  söhbətdə 
bulunmaq şagirdlərə problemlə bağlı nə kimi fayda verər? 
 
      
Ədəbiyyat 
        
1.Abbasov  A.N.,Əlizadə  H.Ə.  Pedaqogika.Bakı,  Rene-
sans, 2000. 
        
2.Bağırov  H.S.  Davamlı  inkişafın  mahiyyəti  haqqında. 
Q
ərb Universitetinin elmi xəbərləri. 2012, № 1. 
        3. B
ədəlova  Ə.S.  Azərbaycan  xalq  pedaqogikası.  Bakı, 

əllim, 2009. 
        
4.Hüseynzad
ə R.L., İsmayılova M.C., Tərbiyə işi və onun 
metodikası. Bakı, ADPU, 2012.  
        
5.İbrahimov F.N., Hüseynzadə R.L. Pedaqogika (II cild). 
Bakı, Mütərcim, 2013.            
        6.Quran(Z.Bünyadov v
ə  V.Məmmədəliyevin tərcüməsin-
d
ə), Bakı,Azərnəşr, 1992. 
        8.Qüdr
ətov O., Qüdrətov H. Məhəmməd  Peyğəmbər: 
h
əyatı və kəlamları. Bakı, 1990. 
 
 
 
 
 
 
 
 
 


 
244 
 
 
 
11. T
ərbiyənin vasitə və metodları 
         Plan 
         1. T
ərbiyənin metod, priyom  və  vasitələri  arasında 
qarşılıqlı vəhdət 
         
2. İnandırma metodu 
         
3. Alışdırma metodu 
         4. R
əğbətləndirmə və cəzalandırma metodları 
        
         1.T
ərbiyənin metod, priyom  və  vasitələri  arasında 
qarşılıqlı  vəhdət.  Bildiyimiz kimi, metod  –  yunan sözü olub 
yol, üsul, vasit
ə deməkdir. Tərbiyə metodları müəyyən tərbiyə 
v
əzifələrini yerinə  yetirmək üçün müəllim və  tərbiyəçilərin, 
kollektivin  qa
rşılıqlı fəaliyyəti prosesində istifadə etdiyi yollar 
toplusudur. Mü
əllim bunun köməyi  ilə  şagirdlərin  şüuruna, 
h
ərəkətlərinə, davranışına, emosional – psixoloji aləminə təsir 
göst
ərərək onda mənəvi aləmin,  davranışının  formalaşmasına 
nail olur. T
ərbiyə  prosesində  məqsədə  müxtəlif yollarla 
çatmaq olar.  Şagirdlərlə əməkdaşlıq şəraitində onların gücünə, 
imkan
larına və maraqlarına istinad edərək istənilən qədər yollar 
tapmaq mümkündür. Bu yollar t
ərbiyə  metodlarıdır.  Bəzən 
hansısa  şagirdlə  bağlı  seçilmiş  metod səmərəli olmur; onda 

əllim (tərbiyəçi)  yeni  yollar  axtarıb  tapmalıdır.  Tərbiyə 
metod
larının  düzgün  seçilməsi və  düzgün tətbiq edilməsi 
pedaqoji peşəkarlığın mühüm şərtidir.  
          Mü
əllimlərin, tərbiyə edənlərin  yeni metodlar yaratması 
ç
ətindir. Amma məlum metodlardan istifadə zamanı təcrübədən 
ir
əli gələrək  yeni  yanaşma  tərzləri, təkmilləşmə  işləri apara 
bil
ərlərlər. Bu, vacibdir. Belə  yanaşma  tərzlərinə  pedaqoji 
m
ənbələrdə  priyom  deyilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə