Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   72   73   74   75   76   77   78   79   ...   89

 
245 
           Priyom (t
ərz)  metod deyil, metodun  komponenti, 
hiss
əsidir. Bir metodun daxilində  bir neçə  priyom ola bilər. 
M
əsələn, müəllim vətənpərvərlik mövzusunda söhbət apardığı 
zaman nitqini t
əsirli etmək,  şagirdlərin vətənə  olan sevgisini 
daha da artırmaq, onlarda doğma  yurdu qorumaq, onun rifahı 
namin
ə  çalışmaq  tələbatı  formalaşdırmaq    üçün  nümunələrə 
müraci
ət edir, Milli Qəhrəmanları və onların hünərlərini yada 
salır, bəii əsərləri, film və tamaşaları və buradakı əsas obrazları 
xatırladır,  tərbiyəvi vəziyyətlər  yaradır.  Bütün  bunlar 

əllimin müraciət etdiyi  priyomlardır.  Deməli, priyom 
metodun t
əsir dairəsini daha da genişləndirir. 
T
ərbiyənin priyomlarını aşağıdakı qruplara ayırmaq olar: 
          
1.Şagirdlərdə  müsbət xüsusiyyətlərin    inkişafına  yönəl-
dil
ən priyomlar. 
 
2.  Şagirdlərdə  mənfi xüsusiyyətlərin  ləngidilməsinə 
yön
əldilən priyomlar. 
          H
ər iki qrup priyom tərbiyə edəndən uşaqları fərdi olaraq 
yaxşı  tanımağı,  onların  hiss  və  duyğularına,  ağıl  və 
düşüncələrinə bələd olmağı tələb edir.  
 
Birinci  qrup  priyomlara  xahiş,  nəvaziş,  məktəbli üçün 
əziz olan hisslərə  əsaslanmaq, onun kədərinə, sevincinə  şərik 
olmaq, h
əvəsləndirmə, təəssüf və s. daxildir. 
         
İkinci  qrup  priyomlara  xəbərdarlıq,  tənbeh, məzəmmət, 
eyham,  t
ənqid, partlayış  və s. daxildir. Tərbiyə prinsiplərindən 
danışarkən dediyimiz kimi bir daha qeyd edək ki, partlayış A.S 
Makarenkonun  yaratdığı tərbiyə yollarından biridir. O, yerinə 
gör
ə, prinsip, priyom, metod ola bilir; tərbiyəsində qüsur olan 
uşağın,    el  dili  ilə  desək, yerbəyerdən  başının  üstünü  almaq, 
ona yanılış addım atmağa aman verməməkdir. 
          Metodlar yeri g
ələndə  priyoma, priyomlar isə  metoda 
çevril
ə  bilr. Bu incəlikləri  bilmək və  ondan səmərəli istifadə 
etm
ək pedaqoji ustalığın keyfiyyətinə dəlalət edir. 
          T
əcrübə sübut edir ki, yaxşı və yaxud pis metod yoxdur. 
T
ərbiyə  prosesində  metodu  düzgün seçmək məsələsi var. 


 
246 
Metodun düzgün seçilm
əsi ən optimal, əlverişli, az enerji sərf 
etm
əklə məqsədə  aparan yolu tapmaq deməkdir. Metod seçimi 
aşağıdakı səbəblərlə şərtlənməlidir: 
         
1.Qarşıda duran tərbiyəvi işin məqsəd və vəzifələri ilə. 
         
2.Şagirdlərin yaş xüsusiyyətləri ilə. 
         3.T
ərbiyəvi təsir  olunması  nəzərdə  tutulan kollektivin 
formalaşması səviyyəsi ilə. 
         
4.Şagirdlərin fərdi xüsusiyyətləri ilə. 
         5.T
ərbiyə şəraiti ilə 
         6.T
ərbiyə vasitələri ilə. 
         7.T
ərbiyə üçün vaxtla. 
         8.T
ərbiyə prosesindən gözlənilən nəticə ilə. 
         Mü
əllimin pedaqoji səriştəsi zəif  olanda  seçilmiş  metod 
fayda vermir. M
əsələn, müəllim  əmək tərbiyəsi niyyəti ilə 
şagirdləri məktəbyani  sahədə ağaclara qulluq eləməyə aparır. 
Amma  bağda  məlum  olur  ki,  işləmək  üçün  lazımi  alətlər 
yoxdur. Bu cür hazırlıqsız iş müəllimi nüfuzdan, şagirdləri isə 
h
əvəsdən salır. Ona görə də müəllim başladığı işi uğurla axıra 
çatdırmalıdır.  Yalnız  bu  zaman  tərbiyəvi təsir məqsədyönlü 
n
əticə  verər,  şagirdlərdə  məsuliyyət hissi yaranar, görülən  işi 
sona çatdırmaq vərdişi formalşar. Müəllimin isə nüfuzu artar. 
         
Qarşıya  qoyulan    məqsədə  uyğun  olaraq  seçilmiş  hər 
hansı  tərbiyə  metodunun tətbiqində  müxtəlif  vasitələrdən 
istifad
ə  edilir. Vasitə  priyomdan  geniş  anlayışdır.  Və  tərbiyə 
vasit
ələri olduqca çoxdur. Müxtəlif  əyaniliklər, o cümlədən 
vizual v
ə audiovizual materiallar, kitablar, fotolar, şifahi xalq 
ədəbiyyatı  nümunələri, xəritələr, sxemlər, laboratoriya və  
t
əcrübə sahəsi işləri,  sözün qüdrəti, oyun, idman və s.
 
t
ərbiyə 
işinə  xidmət edən  vasitələrdir. Ümumiyyətlə, tərbiyə  işinin 
metodikasında istifadə olunan nə varsa, hamısı vasitədir. 
        
 
T
ərbiyə  işinin  gedişindən  asılı  olaraq  vasitə  metoda 
çevril
ə  bilir; eləcə  də  tərsinə  metod vasitəyə  çevrilir. Bunsuz 
mümkün deyil, metod vasit
əsiz  tətbiq  edilə bilməz. Həmçinin 
biz mü
əyyən məqamlarda metodlara vasitə  deyə  bilirik. 


 
247 
M
əsələn,  uşaqlara  alışdırma  metodu  vasitəsi  ilə  əməyi sevdi-
rirk. Onu müxt
əlif tapşırıqlar, həvəsləndirmələr yolu ilə əməyə 
alışdırırıq.Yaxud  hansısa  nöqsana  yol  veribsə, cəzalandırma 
metodu il
ə  qüsurunu düzəldirik.  Buradan  aydın  olur  ki, 
t
ərbiyənin vasitə  və  metodları  arasında,  eləcə  də  metodların 
özl
ərinin  arasında qarşılıqlı əlaqə var. Onlardan biri digərinin 

ərisində  mövcuddur, biri digərinə  yardımçıdır  və  nəticənin 
reallaşmasına kömək edir.  
         Pedaqoji 
ədəbiyyatda tərbiyə  metodlarının  təsnifatı 
müxt
əlifdir.  Onları  aşağıdakı  kimi  ümumiləşdirə  bilərik:   
inan
dırma  metodu,  alışdırma  metodu  rəğbətləndirmə  və 
c
əzalandırma metodları. 
               
           
2.İnandırma metodu (buna  -şüura, ağla idraka təsir 
göst
ərən metodlar da  deyilir).  Şagirdlərdə  zəruri müsbət 
keyfiyy
ətlər  formalaşdırmaq  üçün  onların  şüuruna,  hisslərinə, 
irad
əsinə  müxtəlif vasitələrlə  təsir göstərilir; tərbiyə  edənin  
m
əqsədyönlü, sistemli və  müntəzəm fəaliyyəti nəticəsində 
şagirdlərdə inam, həmin inam zəminində isə müsbət keyfiyyət-
l
ər  yaranıb  formalaşır.  Ona  görə  də  bu metod  inandırma 
metodu adlan
ır.  
           
İnandırmanın  vasitələri çoxdur və  o, müxtəlif mərhə-
l
ələrdən keçir. Uşağın şüuruna, ağlına, idrakına müsbət təsirlər 
ail
ədən başlamalıdır; ona görə də birinci mərhələ ailə mühitidir. 
Ail
ə  mühitində  uşaqlara  müsbət keyfiyyətlər öncə  böyüklərin 
şəxsi nümunəsindən sirayət  edir.  Tarixin  uzaq  qatlarında 
uluların  dediyi  Qız  anadan  görməyincə  öyüd almaz,  oğul 
atadan görm
əyincə süfrə yaymaz , Eyülərlə otur –dur ki, sən də 
eyü olasan  sözl
ərində  inandırmanın  hikməti var.  Ailədə 
uşaqlara nağıllar söylənir, öyüd –nəsihət verilir, onlar müxtəlif 
cizgi filml
ərinə  baxırlar,  yaşıdlarından  görüb  –götürürlər. 
Lakin  bütün  baxılanlar,  görülüb  –götürülənlər müsbət 
d
əyərlərlə  zəngin olmaya bilər. Ona görə  də  uşaqlara  daim 
n
əzarət  olunmalı,  suallarına    başdansovdu deyil, nəyin pis, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə