Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   51   52   53   54   55   56   57   58   ...   89

 
179 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
         4.Müasir dövrd
ə tərbiyə işinin məmunu. Əqli tərbiyə 
 
         Plan 
         1.Tarixd
ə kamil  insanın yetişdirilməsi problemi  
         2.Müasir dövrd
ə tərbiyə işinin məzmunu, əqli inkişaf 
v
ə əqli tərbiyə anlayışları 
         3
.Əqli tərbiyənin başlıca vəzifələri 
         4
.Əqli tərbiyənin vasitə və yolları 
         
         1.  Tarixd
ə  kamil insanın  yetişdirilməsi problemi, 
t
ərbiyə  işinin  məzmunu,  əqli  inkişaf  və  əqli tərbiyə 
anlayışları.  Kamil insanın yetişib formalaşdırılması problemi 


 
180 
əsrlər  boyu  xalqımızın  və  bütün  dünya  xalqlarının  önəm 
verdiyi ümd
ə  problemlərdən  olmuşdur.  Nağıl  və 
dastanlar
ımızda  qəhrəmanlar  xeyirxahlıq  edir,  şər qüvvələrə 
qarşı  əzmlə  vuruşur,  vətənini qoruyur, mərd,  qayğıkeş,  cəsur, 
əməksevər  insanlar  olaraq  hamının  gözündə  ucalırlar.  Bunun 
s
əbəbi  odur  ki,  xalq  öz  övladlarını  müdrik,  qüvvətli, 
əməksevər, hüquq və  vəzifələrini  başa  düşüb  əməl edən 
görm
ək istəmişdir.  Ona  görə  də  dünyaya gələn körpənin 
ah
əngdar inkişaf etməsi qayğısına qalmışdır. Azərbaycan xalq 
pedoqigikasında  əsrlər boyu insanın  formalaşmasında  əqli, 
əxlaqi –mənəvi, əmək, estetik, fiziki, ekoloji, iqtisadi və hüquq 
t
ərbiyəsi  işinə  önəm  verilmişdir.  Bu,  xalqımızın    böyüməkdə 
olan  n
əslin  kamil  şəxsiyyət  olaraq  yetişməsi üçün gördüyü 
t
ərbiyə işlərinin istiqamətləri –bir cəm halında  məzmunudur.
 
          
Lakin  dünyanın  hər yerində  belə  olmamışdır.  Məsələn, 
an
tik dövr filosofları tərbiyə işinin məzmununa əmək və əmək 
t
ərbiyəsi  anlayışını  daxil  etmirdilər.  Çünki  onlar  quldarlıq 
c
əmiyyətinin  ideoloqları  idilər.  Onların  fikrinə  görə,  əməklə 
quldarların övladları deyil,  danışan alətlər -qullar məşğul ol-
malı  idilər; qul isə  insan deyil, əmək aləti kimi 
d
əyərləndirilirdi. 
          
Tarix inkişaf etdikcə məntiqi olaraq yeni tələbatlar, yeni 
qanunauyğunluqlar  doğurur.  O  cümlədən ictimai  -iqtisadi 
formasiyalar, siyasi quruluş dəyişdikcə tərbiyənin məzmunu da
 
d
əyişir.  Elmi pedoqogika bu dəyişikliyə  olduqca həssasdır  və  
t
ərbiyənin məzmununda zamanın tələbindən, siyasi quruluşdan 
aslı  olaraq  həmişə  müəyyən dəyişiliklər edir. Məsələn, bir 
zamanlar v
ətəndaşı  olduğumuz  Sovetlər  ölkəsində  ateizm 
t
ərbiyəsi, beynəlmiləl tərbiyə işi çox aktual idi. O zaman yaşa-
mağa  yer  verdiyimiz  nankor  qonşuların  törətdiyi fəlakət  –
müharib
ə, qaçqın, köçgün dalğası, itirilən torparqlar, şəhid ruh-
ları  qarşısında  indi beynəlmiləlçilkdən danışmağa söz  tapmaq 
ç
ətindir.  


 
181 
           Müst
əqillik  şəraitdə  tərbiyə  işinə  yeni nəzərlə  baxmaq, 
g
ənc nəslin milli mənlik  şüurunun  formalaşdırılması,  milli 
l
əyaqət  hissinin  inkişaf  etdirilməsi  qayğısına  qalmaq  daha 
vacibdir. Bir vaxt öz mill
ətini sevmək millətçilik hesab olu-
nurdu; halbuki heç d
ə belə deyil. Milli mənliyi, milli ləyaqəti 
olmayan 
şəxs  sözün həqiqi mənasında  beynəlmiləlçi ola 
bilm
əz.  Öz  xalqını,  vətənini sevməyən  adam  heç  vaxt  başqa 
xalqı və milləti sevməz. 
           Ateizm
ə gəlincə,  bir vaxt Allah və din əleyhinə  “tər-
biy
ə”  işi aparılırdı. Əgər buna tərbiyə demək olardısa; çünki 
real v
ə  mütləq Həqiqət  Olan  danılırdı.  Hətta  Allahsızlar  
c
əmiyyəti vardı.  
          
Dünyanın  bütün ağıllı və müdrik simaları bilirlər ki, din 
insanların həyatda düzgün tərbiyə  almasına, zəngin mənəviy-
yat sahibi o
laraq ucalmasına istiqamət  verən   Ilahi yoldur. Və 
dinl
ər içərisində  ən mütərəqqisi  İslam,  Səmavi Kitablar içəri-
sind
ə  endirildiyi  kimi  qorunub  saxlandıqına  görə  ən 
mük
əmməli  “Quran”dır.  Hədislərində  Yer üzünə  bir müəllim 
olaraq gönd
ərildiyini deyən  İslam  Peyğəmbərinin  (S)  
k
əlamları  isə  “Quran” ayələri ilə  yanaşı  bütün  insanların 
ruhuna, m
ənəviyyatına  işıq  salan  Nurlu  Çıraqdır. 
Müst
əqilliyimizi  əldə  etdikdən sonra böyüyən nəslin təlim və 
t
ərbiyəsində dini müddəa və kəlamlardan yerli –yerində istifadə 
olunur.  
 
 
    
            2.Müasir dövrd
ə  tərbiyə  işinin  məzmunu,  əqli 
inkişaf  və  əqli tərbiyə  anlayışları.  Hazırda  Azərbaycan 
m
əktəbində  tərbiyə  işinin  məzmununa  aşağıdakı  tərbiyə 
istiqam
ətləri daxildir: əqli tərbiyə,  əxlaqi  –mənəvi tərbiyə, 
əmək tərbiyəsi,  fiziki tərbiyə,  estetik tərbiyə,  ekoloji tərbiyə, 
iqtisadi t
ərbiyə  və  hüquq tərbiyəsi.  Hər tərbiyə  istiqamətinin 
özünün is
ə çox sayda şaxələri və qolları var. Bu mənada, əxlaqi 
-m
ənəvi tərbiyənin bütün həyati parametrləri  əhatələməsi 
xüsüsi vurğulanmalıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə