Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   73   74   75   76   77   78   79   80   ...   89

 
248 
n
əyin  yaxşı  olduğuna  inam  yaratmaqla      düzgün,  aydın, 
m
əntiqli cavab verilməlidir. 
          Ail
ə mühiti daimi olmaqla onun üzərində qurulan  bağça 
v
ə  məktəb mühitləri də  var; ictimaiyyəti də  buraya  əlavə 
etdikd
ə inandırmanın nə qədər ciddi və geniş əhatəli olduğunu 
görürük. El
ə  buna görə  tarixdə  mütəfəkkir similar nəsihətna-
m
ələr yazmış, böyüyən nəslin müsbət  ideallar ruhunda tərbiyə 
almasına çalışmışlar. İstər nəsrlə, istərsə nəzmlə yazılmış bədii 
əsərlər  də məhz bu qayəyə -tərbiyədə inandırmaya xidmət edir.  
         
Müasir şəraitdə uşaqlarda müsbət ideallara inamı azaldan, 
h
ətta  barbarlığa,  qan  –qadaya sürükləyən vasitələr var. Bu, 
durmadan  inkişaf  edən və  zəifləri  əsarətində  saxlayan infor-
masiya -kommunikasiya vasit
ələridir. Ona görə də tərbiyə edən 
şəxs tərbiyə  etdiyini  qorumalı,  öz  şəxsi nümunəsində  inam 
nöqt
əsi olduğunu sübut etməlidir. Alimlər əbəs yerə yazmırlar 
ki, 
inandırma  metodu  dedikdə, müsbət adət və  keyfiyyətlərin 
yaradılması, davranış və xarakterdəki mənfi təzahürlərin qar-
şısının  alınması  məqsədi  ilə  müəllimin məktəblilərin  şüuruna, 
hissl
ərinə və iradəsinə təsir göstərməsi başa düşülür.                         
           
Şagirdlərin  şüur  və  davranışlarının  inkişafında  ətraf 
adamların  nümunəsi  böyük  rol  oynayır.  Tərbiyə  prosesində 
nümun
ə  təlim prosesindəki  əyanilik  kimidir.  Şagirdlərin  şüur 
v
ə  davranışına  yalnız  ətraf  adamların  nümunəsi deyil, habelə 
görk
əmli  tarixi  şəxsiyyətlərin nümunəsi güclü təsir edir. Bu 
m
ənada, görkəmli  adamların  həyatından  bəhs edən kino -
filml
ər yaxud müəllif təxəyyülününün məhsulu olan  ədəbi  -
b
ədii əsələr, film qəhrəmanları ən yaxşı nümunə vasitəsidir. 
         
İnandırma metodunun aşağıdakı vasitələri var: başa sal-
ma,dil
ə tutma, aydınlaşdırma, təlqin, öyüd–nəsihət, tövsiyə, nü-
mun
ə, söhbət, məsləhət, müzakirə, təlimat, disput, məruzə və s. 
               
           
3.Alışdırma  metodu  (buna–fəaliyyəti təşkil  edən və 
m
ənəvi  davranışı  formalaşdıran  metodlar  da deyilir). 
M
əktəblilərin şüuruna, ağlına, idrakına təsir göstərərək onlara 


 
249 
düzgün dav
ranış  mədəniyyəti  aşılamaqla,  şüurunda  müsbət 
keyfiyy
ət  toxumları  səpməklə  tərbiyə  işi  tamamlanmır.  Onlar 
inanıb  əxz etdiklərini rəftar  zamanı  eyni  səviyyədə  yerinə 
yetirm
əyə də bilərlər. Bu, təbiidir. Çünki hər şagird öz ailəsini
genini, ilkin p
ərvəriş  tapdığı  mühiti  təmsil edir. Ola bilər 
hansısa şagird inandırma metodu vasitəsi ilə əməyin gözəlliyini 
başa  düşüb,  amma  tənbəldir. Xəbərçiliyin insana ləkə  gətirən 
xüsusiyy
ət  olduğunu  anlayıb,  amma  özü  xəbərçiliyə  vərdiş-
kardır.  Onda  atalar  demiş,  Quran oxumaqla  donuz  darıdan 
çıxmayacaq;  digər metodlardan da istifadə  edilməlidir. Bu da 
m
ənəvi davranışı formalaşdıran, fəaliyyəti təşkil edən metod-
lardır ki, adına həm də alışdırma metodları deyirik.         
           
Alışdırma, məktəblilərin fəaliyyətini təşkil edən, onlarda 
ictimai  davranış  mədəniyyəti və  vərdişləri  formalaşdıran 
metoddur. O, 
ən  yaxşı  yenidəntərbiyə  vasitəsidir.  Alışdırma 
metodunun, priyom v
ə  vasitələrinin köməyi ilə  məktəbliləri 
ziyanlı vərdişlərdən uzaqlaşdırmaq, onlarda müsbət hərəkət və 
da
vranış  vərdişləri yaratmaq olur. Bu məqsədlə  tələb olunan 
yaxşı hərəkət, davranış nümunəsi dəfələrlə təkrar etdirilməlidir 
ki, v
ərdişə  çevrilsin.  Düzgün  davranış,  nəzakətli, xeyirxah 
h
ərəkət adətləri yaransın.  
           
Bacarıqlı  müəllim və  tərbiyəçilər  fəaliyyət prosesində 
h
ər zaman tərbiyəedici situasiya yaradırlar. İstər dərsdə, istərsə 
d
ə  dərsdənkənar vaxtlarda hərəkət və  davranışda  qüsura  yol 
ver
ən məktəblilər belə  situasiyalarda  davamlı  şəkildə  təkrar 
t
ərbiyə olunurlar. Məsələn, dərsdə yersiz danışırlarsa, xatırlat-
ma  edilir, s
əliqəsizliyə  görə  tələblər  verilir, kobudluq, mədə-
niyy
ətsizlik elementləri  söhbət və  ciddi nəzarət priyomları ilə 
korrekt
ə olunur. 
          Qocalara, x
əstələrə yardımçı olmaq, uşaqlara, canlı var-
lıqlara mərhəmət  duyğuları  ilə  yanaşmaq  vərdişləri yaratmaq 
üçün tapşırıqlar verilir. Belə tapşırıqların ilkin yolu müəllimin, 
sinif r
əhbərinin, bəzən bütövlükdə  pedaqoji kollektivin birgə 
iştirakı  ilə  xeyriyyə  aksiyaları  keçirməkdir. Çünki kollektiv 


 
250 
t
ədbirlərin tərbiyəvi təsiri güçlü olur və unudulmur. Belə təəs-
süratları  təzələmək isə  şagirdlərə  xoş  gəlir; onda fərdi, yaxud 
az sayda m
əktəblini əhatə edən tapşırıqlarla həmin məqamdan 
s
əmərəli  istifadə etmək lazımdır ki, mənəvi vərdişlər yaransın. 
          
Alışdırma  metodunun  vasitələri  bunlardır:  rejim,  yarış, 
oyun,idman,çalışma, təmrin, sərəncam, tələb, ictimai rəy, tərbi-
y
əvi vəziyyətin yaradılması, tapşırıq, ictimai –faydalı əmək. 
               
           4.R
əğbətləndirmə  və  cəzalandırma  metodları (buna– 
davranış  və  fəaliyyəti stimullaşdıran  metodlar  da deyilir). 
R
əğbətləndirmə  və  cəza  metodları  tərbiyə  işində  yeni məsələ 
deyil.    Xalq  pedaqogikasının  tədqiqi göstərir ki, ən 
q
ədimlərdən söhbət, öyüd, nəsihət, nümunə, inandırma, tövsiyə, 
v
əsiyyət, məsləhət, əyani göstərmə, izahetmə, alışdırma, məşq, 
t
əlqin,  yamsılama,  xahiş,  dilətutma, irad,
 
and, t
ələb, göstəriş, 
t
əkid, məcburetmə, xəbərdarlıq,  təqdiretmə,  ruhlandırma, 
t
ərifləmə,  alqış,  qorxutmaq,  hədə  -qorxu, danlaq, məzəmmət
t
ənə, ustaşilləsi,  qulaqburması,  fiziki  cəza  və  digər  tərbiyə 
metodları  mövcud  olmuşdur.  Xalq  onlardan  yerli  -yerində 
istifad
ə  etməklə  kamil  insan  yetişdirməyə  çalışmışdır.  Əzizim 
əzizdir, tərbiyəsi  ondan da əzizdir  müddəası  üzərində 
dayanaraq  t
ərbiyə  prosesinə  çox  ciddi  yanaşmış,  öyrətdiyi 
öyr
əniləndə 
r
əğbətini 
bildirmiş, 
öyrənilməyəndə 
c
əzalandırmışdır. 
          Tarix
ən ayrı-ayrı ictimai quruluşlarda fəaliyyət göstərən 
m
əktəblərdə  də  belə  olmuşdur.  Hətta kobud  fiziki cəza və  
m
ənəvi  alçaltmaya  da  yol  verilmişdir.  Humanist  pedoqogika 
bunları rədd edir, rəğbətləndirmə və cəzaya köməkçi vasitərlər 
kimi  baxır.  Şagird  yaxşı  hərəkəti üçün rəğbətləndirilməlir ki, 
sevinsin, stimul alsın, etimadı daha da doğrultmağa çalışsın; pis 
h
ərəkəti üçün narahatlıq, mənəvi əzab keçirməli, səhvini başa 
düşməli və  onu düzəltməyə  çalışmalıdır  ki,  bunun  da  yolu 
c
əzalandırmadan keçir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə