Evolution of The Azerbaijani Language and Idendity



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix30.10.2018
ölçüsü1,33 Mb.
#76160
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

 

35 


Ismin çılpaq halları 

misallar 

Adlıq (nominativ) hal 



Dəniz (sözlükdə olduğu kimi) 

Təyini  (atributiv) hal  



Dəmir iradə 

Təyinlənmə hal 

Dəmir iradə 

Müraciət halı (çağırış, xitablıq, vokativ hal)  Dəniz, nə gözəlsən! 

Mübtədalıq (subjektiv) hal 

Dəniz dalğalandı. 

Xəbərlik (predikativ) hal 



Bakı, 1923-cü il. 

Təsirlik (akuzativ) hal  

Mən dəniz gördüm. 

İsmin "çılpaq" halları 



 

İsmin Hal Kateqoriyası Morfo-sintaktik Kateqoriyadır. 

İsmin  halları  sintaktik  əlaqənin  içində  təhlil  edilməlidir.  Nə  qədər  ki,  ismin 

iştirak  etdiyi  (edə  biləcəyi)  müstəqil  sintaktik  əlaqə  var,  kəskinliklə  bir  o  qədər  də 

hal  var.  Bir  sözlə,  ismin  halları  onun  iştirak  etdiyi  sintaktik  əlaqəni  göstərən 

qramatik (morfo‐sintaktik) kateqoriyadır. Hal şəkilçiləri isə həmin sintaktik birləşmələrin 

tələbinə görə, və hemin sintaktik əlaqənin mahiyyətini göstərmək üçün ortaya çıxır və ismin 

bütün həqiqi hallarını da əhatə etmir. Yəni bəzi hallar hər hansı şəkilçi ilə ifadə olunmur və 

şəkilçilər də hər zaman sadəcə hal kateqoriyasına deyil, bəzən başqa məqsədlərə də qulluq edir. 

Azərbaycan dilinə aid olan qramer kitablarında əksərən hal, mənsubiyyət ve xəbərlik 

deyə ismin üç morfo-sintaktik kateqoriyasından bəhs edilir. Bunların hər biri müəyyən 

şəkilçilərlə müşayiət olunur, ancaq onda ki, isim cümlənin mübtədası kimi çıxış edir, bunu 

sadəcə ismin adlıq halı kimi dəyərləndirirlər. Bəlkə ona görə ki, burada hər hansı  şəkilçi 

iştirak etmir. Çaşqınlıq da elə burdan başlanır.  Əgər ismin xəbərlik kateqoriyası var, nə 

üçün mübadalıq kateqoriyası yoxdur? Üstəlik bunların hamısı hal kateqoriyasından başqası 

deyildir, çünki ismin hansısa sintaktik əlaqədə iştirak etdiyini göstərir. Nə üçün yiyelik bir 

hal kimi, mənsubiyyat isə müstəqil bir kateqoriya kimi dəyərləndirilir? Bütün bunlar iki-

tərəfli əlaqələrdir: mübtəda- xəbər, yiyəlik- mənsubiyyət, subjekt, atribut… 

Bunu da qeyd etmək lazimdir  ki,  ismin  yiyəlik  forması  hər  zaman  yiyəlik 

anlamını ifadə etmir. Fikir verək: 



1 ‐ Yaşarın pulu çoxdur. 

2 ‐ Yaşarın sözü haqdır. 

3 ‐ Yaşarın sözü danışıldı. 

4 ‐ Bu kitabın yiyəsi yaşardır. 

Birinci  misal  aydıncasına  yiyəlik  anlamını  ifadə  edir:  Yaşarın  malik  olduğu  pul. 

Burada sadəcə iki tərəf var: Yaşar və onun malik olduğu pul. Ikinci misalda bir az 

yiyəlik, ancaq daha çox bir növ bağlantı anlamı var: Yaşarın danışdığı söz əlbəttə ki, 



Yaşarın  malik  olduğu  söz  anlamına  gəlməz.  Burada  da  iki  tərəf  mövcuddur.  Üçüncü 

misalda yiyəlik xüsusiyyəti daha da zəyifləmiş, və bağlantı ya nisbət anlamı olduqca 

güclənmişdir. Onu da qeyd etmək lazimdir ki, bu cümlənin mənası sadəcə iki tərəfə 



 

36 


məhdudlaşmır.  Yaşarın  sözü  ʺYaşar  haqqında  danışılan  sözʺ  deməkdir,  yəni  həm 

Yaşar,  həm  onun  haqqında  danışılan  söz,  həm  də  Yaşar  haqqında  danışanlar 

ortadadır.  Dördüncü  misalda  isə,  yiyəlik  anlamı  zatən  öz  əksinə  çevrilmişdir,  və 

birləşmənin  ikinci  hissəsinə  köçürülmüşdür.  Bütün  bunlar  göstərir  ki,  bu  növ  söz 

birləşməsinin  birinci  hissəsini  yiyəlik  durumunda  görmək  yanlış  adlandırmanın 

nəticəsidir.  İkinci  və  üçüncü  növ  təyini  söz  birləşməsi  adı  ilə  qeyd  edilən  bu  mühüm 

sintaktik  birləşmələrin  birinci  tərəfi,  başqa  dillərdə  olduğu  kimi,  ismin  genitiv  halı, 

ikinci  tərəfi  isə  ismin  mensubiyyət  halı  şəklində  təqdim  edilsə,  elmi  cəhətdən  daha 

düzgün  olar,  çünki  nisbət  qavramı  yiyəlik  qavramından  daha  genişdir,  hər  yiyəlik 

nisbətdir, amma hər nisbət yiyəlik deyil. Sözsüz ki, genitiv halın müəyyən və qeyri‐ 

müəyyən olmaq üzere iki biçimi göz önündədir. Ancaq bunları iki müstəqil hal kimi 

nəzərə almaq düzgün olmaz, çünki müəyyənlik özü müstəqil bir kateqoriyadır, necə 

ki,  təsirlik  halın  da  müəyyən  və  qeyri‐  müəyyən  biçimlərini  iki  müstəqil  hal  kimi 

görmək olmaz.  

Dedik  ki,  hal  anlayışı  sadəcə  sintaktik  əlaqənin  içində  özünü  göstərir.  İsmin 

cümlədə və birləşmələrdə mövqeyi bunlardan ibarətdir: 

1 ‐ Cümlənin baş üzvü (mübtəda, xəbər) 

2 ‐ Cümlənin ikinci dərəcəli üzvü (təyin, tamamlıq, zərflik) 

3 ‐ Cümlə üzvləri ilə bağlantısı olmayan hallar 

Bu  mülahizələr  əsasında ismin  halları aşağıdakı  cədvəldə  olduğu  kimi  təqdim 

edilə bilər: 

 

Ismin halları 



misallar 

Adlıq (leksik ya nominativ) hal 



Dəniz 

Müraciət halı (çağırış, xitablıq, vokativ) hal  Dəniz, nə gözəlsən! 

Mübtədalıq (subjektiv) hal 

Dəniz dalğalandı. 

Xəbərlik (predikativ) hal 

Bu, dənizdir. 

Tayini (atributiv) hal 



Dəmir iradə 

Təyinlənmə hal 

Dəmir iradə 

Genitiv hal (nisbət halı) 



Dənizin suyu, dəniz suyu 

Mənsubiyyət hal 

Ölkənin dənizi 

Yerlik (lokativ) hal 

Yaşar dənizdədir

Çıxışlıq (ablativ) hal 

Yaşar dənizdən çıxdı. 

Yönlük (direktiv) hal 

Yaşar dənizə getdi. 

Təsirlik (akuzativ) hal 

Mən dəniz gördüm, dənizi gördüm. 

Araclıq (instrumental) hal 



Qələmlə  yazmaq. 

Eşlik (birgəlik) hal 

Mən Yaşarla görüşdüm. 

İsmin Hallarının Geniş Tablosu 



 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə