226
Karo pəncərəni açdı. Stulu çəkib onun qabağında oturdu. Bir yaralı qoluna
baxdı, bir bağçaya. O, yalnız
insanlara deyil, yaşıl, ətirli bağçaya, çiçəkli ağaclara
da nifrət elədi, çünki güllələr onların dalından atılıb Karonu yaralamışdı.
Karo çox otura bilmədi. Dərdinin üstünə dərd qoyulmuş adamlar kimi
dərindən köksünü ötürüb yerindən qalxdı və stolun arxasına keçib öz-özünə
danışmağa başladı:
- Ah, qırmızılar!.. Qırmızılar gəlirlər Zəngəzura! Yox, yox! Erməni torpağı
Qızıl Orduya, bolşeviklərə təslim olmayacaq! Zəngəzurun general-qubernatoru
Karo Hamparsumyan qırmızılarla axırıncı damla qanına kimi vuruşacaqdır!..
Karo yerində otura bilmədi. Nə üçünsə otaqdan çıxmaq
istərkən, Mesrop
tələsik içəri girib dedi:
- Xmbapet Njde gəlib.
- Necə? Njde? – Karo cavab gözləmədən, tez otaqdan çıxdı.
Karo Hamparsumyanın əmri ilə gündüz saat on iki radələrində şəhərin
meydançasına toplanmış Gorus camaatı Qaregin Njdenin gəlməsini gözləyirdi.
Njdenin gəlişinə rəsmiyyət, böyük məna və təntənəli bir şəkil vermək üçün
hərbi hissədən gətirilmiş bir bölük əsgər də meydançanın
bir tərəfində nizamla
dayanmışdı.
Bir neçə dəqiqədən sonra Njde, Karo, Samvel, Mesrop və onların dalınca
Aşot gəldi. Camaat onları çox soyuq qarşıladı. Əl çalan, «yaşasın Njde» deyən,
sevinən, gülən olmadı. Ancaq bölük komandirinin əmri ilə əsgərlər bir neçə dəfə
«Ura! deyə qışqırdılar.
Karo Hamparsumyan əvvəldən hazırlanmış tribunaya qalxıb dedi:
- Camaat! Möhtərəm xmbapet Njde şəhərimizə təşrif gətirib. Mən onun
haqqında bir neçə söz deməyi özüm üçün şərəf bilirəm. Cənab Njde Naxçıvanın
Guznut kəndində anadan olmuşdur. Keşiş oğludur. Ömrünü hərbi qulluqda
keçirmişdir. Rus ordusunda zabit olduğu zaman böyük iyidliklər göstərmişdir.
Bolqarıstanda vuruşmuşdur. Daşnak firqəsinin fəal üzvlərindəndir. Cənab
Xatisovun sağ əlidir. Daha nə deyim… İndi özü sizinlə danışacaq. – Karo üzünü
Njdeyə tutub dedi:
- Cənab xmbapet, buyur!
Hərbi geyimli, orta boylu, bədəncə o qədər də kök olmayan, orta yaşlı Njde
tribunaya qalxdı. Karo, Mesrop, Samvel və tribunanın yanındakı bir neçə nəfər əl
çaldı.
Əhali tərəfindən belə soyuq qarşılandığına Njde bir qədər pərt oldu. O,
əvvəlcə camaata göz gəzdirdi, sonra sağ əlini yuxarı qaldırıb dedi:
- Gorus əhli, erməni qardaşlar! Mən, Qaregin Njdenin adını Ermənistanda
eşitməyən bir adam yoxdur. Siz də eşidin və üzümü görün.
Bundan sonra mən
həmişə sizin içinizdə olacağam. Mən gəlmişəm ki, Zəngəzuru möhkəmlədəm.
Ermənistanı sarsılmaz qalaya çevirəm. Mən gəlmişəm ki, Gorus, Sisyan, Kafan
kəndlərində və mis mədənlərində yolundan azan kəndlilərin, fəhlələrin cəzasını
verəm. Bəli, mən bu gündən Zəngəzurun hakimiyəm. Ölkədə hər şey mənim
ixtiyarımda, sərəncamımdadır. Hər kəs mənim əmrimə tabe olmalıdır.
227
Erməni qardaşlar! Sizi başa salım ki, vəziyyət bir il, ya bir ay bundan
qabaqkı təkin deyil, bizim üçün, erməni hökuməti üçün ağırdır.
Bir tərəfdən,
kommunistlər, partizanlar kəndlərdə iğtişaşlar salır, üsyanlar yaradırlar. Yoxsulları,
acları öz erməni hökumətinin üstünə qaldırırlar. İkinci tərəfdən, üstümüzə Qızıl
Ordu gəlir. Daxili və xarici düşmənlərimiz bizim milli hökumətimizi yıxmaq
istəyirlər. Amma bu onların xam xəyalıdır. Erməni milləti öz hökumətini dişi-
dırnağı ilə saxlayacaqdır. Camaat, belədir ya yox?
Mesropla Samvel sanki bir ağızdan: «Elədir!» dedilər. Onlardan başqa heç
kəs dillənmədi. Hətta Karo da bir söz demədi. O, Njdenin gəlməsindən razı deyildi,
çünki vəzifəsi əldən gedəcəkdi. İndiyə kimi ona tabe olan ölkədə, bundan sonra
hökmranlıq eləməyə ixtiyarı olmayacaqdı…
Njde sözünə davam elədi:
- Mən daxili düşmənlərlə – kommunistlər və partizanlarla bacararam. Ancaq
hal-hazırda Dağlıq Qarabağda general Dronun qoşunları ilə vuruşan Qızıl
Ordunu
Zəngəzura buraxmamaq üçün əhali mənə kömək eləməlidir. Eləcəyəksinizmi?
Gorusa oğlunu görməyə gəlmiş Baqrat qabağa yeriyib dedi:
- Bəli, eləyəcəyik. Bizim hökumət nə desə, can-başla yerinə yetirəcəyik.
Qoyun, mal, taxıl – nə istəsə rədd eləməyəcəyik… Oğlum da hökumət
qulluqçusudur…
Njde üzünü tribunanın yanındakılara tutub soruşdu:
- Bu danışan kimdir?
Samvel tez cavab verdi:
- Əngələvidli Baqrat Xaçaturyandır. Milli Şuranın üzvüdür. Mənim atamdır.
- Əngələvidli Baqratın sözündən xoşum gəldi. Görünür ki, kişidə qanacaq və
milli düşüncə var… Sağ ol, Baqrat!..
Qırxıq saqqal, yekə bığ, yekə qarın bir adam düz tribunanın qabağına gəlib
dedi:
- Mənim pulum, dükanım cənab Njdeyə lazım olsa, qurbandır…
Njde onun kim olduğunu soruşdu.
- Tacirdir. Milli Şuranın üzvüdür, - deyə Karo cavab verdi.
Njde ona da «sağ ol!» deyib sözünə davam elədi:
- Görürsünüzmü, hökumətini, millətini istəyən adam bunlar kimi olar… Mən
arxayınam ki, əhalinin köməyi ilə Zəngəzurda bir düşmənin nəfəs almasına imkan
verməyəcəyəm…
Bir qoca kişi adamların arasından çıxdı, tribunaya tərəf gedib dayandı. Əlini
gözünün üstünə qoyub Njdeyə diqqətlə baxdı və dedi:
- Əvvəla, salaməleyküm, ikinci, mənim yüz yaşım var,
özüm də
bostançıyam. Üçüncü, qardaş oğlu… - O, sözünü qurtarmamış yerlərdən gülüş
səsləri ucaldı. Kimsə dedi:
- Abel kişi, yaxşı danış, o qardaş oğlu deyil, xmbapetdir.
Abel heç kəsə fikir vermədən sözünə davam elədi:
- Üçüncü, dedin ki, böyüksən. Nə deyirik, ol. Üzümüz çox böyüklər görüb,
qoy səni də görsün. Amma,
qardaş oğlu, de görək, biz əlsiz-ayaqsızlara nə
köməklik eləcəyəcəksən? Axı hökumət gərək öz rəiyyətinin qeydinə qalsın. – Abel
çəliyinə dayanaraq, sağ ayağını yuxarı qaldırdı: - Görürsən, barmaqlarımı daş,