Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə74/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   70   71   72   73   74   75   76   77   ...   107

Tələbə dostlarımızla mehriban, xoşrəftar, qayğıkeş olsa da onları yaxına
buraxmırdı. Adamlarla münasibətdə onda qəribə bir ehtiyat vardı. Heç kəs onun
kim olduğunu, haradan gəldiyini bilmirdi. Hamı üçün tapmaca, başdan-ayağa sual
idi. Mənəsə gündən-günə daha çox bağlanırdı. Söhbətdən-söhbətə səmimiyyəti,
etibarı artırdı. Özüm ona suallar verib hər şeyi bilməyə can atmırdım. Bunu
zəhlətökənlik, mədəniyyətsizlik hesab edirdim. Lazım biləndə yəqin özü hamısını
danışacaqdı. Elə düşündüyüm təki də olurdu.
Bir gün Bakıda internat məktəbini qurtarmasından, universitetə daxil
olmasından ətraflı danışdı:
— Sənədlərimi alıb bu instituta verəndə atam yaman narahat oldu. Qorxurdu
əlim hər iki ali məktəbdən çıxa.
— Atan indi haradadır? — nəsə öyrənmək arzusu ilə soruşdum.
— Kənddə yaşayırlar, — cavabı ilə kifayətləndi.
Anasından isə daha çox danışırdı. Hər dəfə də həsrət dolu bir kədərlə!
— Bir dəfə gözlərimi açanda gördüm başımın üstündə oturub ağlayır.
Səbəbini soruşdum: «Çoxdandır sənin yatmağını görmürəm» — dedi.
Mənə də elə gəlirdi ki, anasından onu kimsə zorla ayırıb. Ancaq könlünə
toxunaram, — deyə soruşmağa cəsarət etmirdim. Anasının şəklini cibində
gəzdirirdi. — Şəklin yanımda olması mənə cürət, təsəlli verir, — deyirdi.
Bir dəfə onun dəftərləri arasında məhəbbət haqqında hələ  heç bir yerdə
oxumadığım gözəl bir şeirə rast gəldim. Oxuduğumu biləndə rəngi allandı.
— Sən yazmısan? — deyə elə belə, sözgəlişi soruşdum. — Onun şeir yaza
biləcəyi ağlıma gəlmirdi. O, təbiətən rasional adam idi, şairə oxşamırdı.
Cavab vermək əvəzinə vərəqi alıb əlimdən gizlətmək istəyəndə şeirin
müəllifinin onun özü olduğunu başa düşdüm. Yoxsa niyə belə canfəşanlıq
eləyirdi?! Birdən nə üçünsə ona sataşmaq istədim. Şeirin bir misrası yadımda yaxşı
qalmışdı.
— Nə üçün su olub onun dalınca axmaq istəyirsən? — dedim.
Üzündə inciklik, giley oxundu. Məni yəqin belə qanacaqsız, kobud zənn
etmirdi. Cavab vermədən dönüb getmək istədi. Mən əlbəttə zarafat edirdim. Onun
belə dəymədüşər olduğunu ağlıma gətirmirdim. Məndən küsməyinisə qətiyyən
istəmirdim. Odur ki, tez zarafatı buraxıb ciddi səslə:
— Yaxşı şeirdir, Adil, — dedim. — Yəqin kiməsə yazmısan, həə,
Səsim o qədər təsiredici idi ki, o, mənim səmimiyyətimə inanmaya bilməzdi.
Bir anlığa gözlərini qapadı. Bu barədə danışmaq onun üçün yəqin çətin idi.
Düzdür, belə incə şeyləri başa düşməkdən mən o vaxt çox-çox uzaqdım. Hətta qaş-
qabağını salladığı üçün ona gülməyim də tuturdu. Ancaq görürdüm ki, o, bütün
bunlara çox ciddi yanaşır. Odur ki, özümü ələ alıb ciddiləşdim. Axı o, mənim
dostum idi. Mənə az-çox inanırdı. Onun inamını sarsıtmamaq üçün özümü
təmkinli, ağır aparmalıydım.
Deyəsən istədiyimə nail olmuşdum. Dərsin sonunda özü mənə yan aldı.
Soruşacağımı gözləmədən ilk sevgisindən — artıq ərə getmiş qızdan danışdı. Bu
məhəbbət ondan bir hönkürtü, inilti təki qopdu. Danışarkən həyəcanlanır, səsi
titrəyirdi. Hiss olunurdu yaraları sağalmayıb, hələ də ağrı verir, onu incidirdi.
Dediyinə görə guya həmin qız olduqca dövlətli olmuş, onu da kasıblığına,


kimsəsizliyinə görə bəyənməmişdi. Nə üçünsə Adilin qızı düz anlamadığını güman
edirdim. Məncə qız onu hələ evlənmək vaxtı olmadığına görə rədd etmişdi. Ancaq
düşündüklərim barədə Adilə bir kəlmə də demirdim.
Bu söhbətdən sonra, o, gözümdə yaman dəyişdi. Adil mənim tanıdığım adi
adamlara oxşamırdı. Onda xüsusi, fərqli cizgilər var idi. O, sevməyi bacarırdı,
adama tez bağlanırdı. Qəlbən kövrək, incəydi.
Bu söhbətdən sonra Adilin də mənə münasibəti dəyişdi. Qəlbini etibar etdiyi
üçünmü, yaxud nəyə görəsə mənə böyük pərəstiş və ehtiramla yanaşırdı. Elə bil
daxilən təmizlənib yüngülləşmişdi. İndi tez-tez gülümsünür, məni görəndə
sevincinin həddi-hüdudu olmurdu.
Bir dəfə kimsə onun dəftərindən mətnin tərcüməsini köçürərkən kiçik bir
bloknot vərəqi tapdı. Adil bu vərəqdə görəcəyi işləri siyahıya almışdı. Vərəq əldən-
ələ gəzdi. Uşaqlar onu məsxərəyə qoyub gülürdülər. Dözə bilməyib vərəqi
onlardan aldım. Yazdıqlarını oxuyanda özümün də dodaqlarım qaçdı. Uğunub
gedən Məryəmə yaxınlaşıb buna bənzər siyahımı göstərdim.
— Axı, nə üçün yazırsan, məgər bilmirsən ki, partiya tarixini oxumaq,
kitabxanaya getmək lazımdır? — Məryəm ciddiləşib təəccüblə soruşdu.
— Ona görə yazıram ki, tarixi tənbəllik edib oxumaya da bilərəm. Amma
siyahıma salmışamsa, demək həvəsim oldu-olmadı, oxumalıyam. Düzdür, bu gün
görüləsi işlərimi sabaha da qoya bilərəm. Ancaq unutmaq olmaz ki, hər günün öz
tələbi vardır. Bunlara vaxtlı-vaxtında əməl edilməsə heç nəyi çatdırmaq olmaz.
Domba gözlərini key-key üzümə zilləməyindən, çiyinlərini dartmağından
görünürdü ki, Məryəm yenə heç bir şey anlamadı. Mənimsə onunla çənəboğaz
olmağa vaxtım yox idi. Məni təsirləndirən başqa şey idi. Adilin təbiətcə mənə
yaxın olması, çox oxşamasıydı. Onun elmə olan sonsuz marağı, hər şeyin
mahiyyətinə varmağı, vaxtdan səmərəli istifadə etməyi xoşuma gəlirdi. Böyük
arzularından, müəyyən məqsədə doğru can atmasından həyatda boş yerə
yaşamadığı hiss olunurdu. Bir də onun qıza, qadına münasibətində indiyə qədər
rast gəldiyim oğlan və kişilərdə olmayan təzə bir şey vardı. Bu, elmdə qadınla
kişidə fərq görməməyi idi. Başqa oğlanların «qızsan, axı, bu sənin nəyinə lazımdır,
xörəyini bişirdin, uşağına baxa bildin, bəsindir», — sözünü o, demirdi.
Adil həm də çox təmizkar idi. Geydiyi bir-iki köynəyi, yeganə kostyumu
həmişə təmiz və ütülü olurdu. Siqareti bəzən siqaretə calasa da dişləri ağ-appaq idi.
Sarışın saçları xoşuma daha çox gəlirdi. Təmizlikdən dən-dən durur, həyat
ehtirası ilə dolu üzünə çox yaraşırdı. Hərəkətlərindən, yerişindən gənclik,
sağlamlıq alov təki püskürürdü. Özümdə ona qarşı mənasını aydınlaşdıra
bilmədiyim qəribə hisslər duyurdum. Onunla yanaşı addımlayanda elə bilirdim
dünyanı mənə veriblər. Sevincim aşıb-daşırdı. Heç bir nigarançılığım qalmırdı.
Nəfəs aldığım hava da elə bil sehrli, ətirliydi. Mənə çəkisizlik, yüngüllük gətirib
göylərin ənginliyinə qaldırırdı. Mən hər şeyə o ucalıqdan baxırdım. Həyat mənə
şirin,
gözəl,
cazibədar
görünürdü.
Axşamlar
başımı
yastığa
qoymaqla
yuxulamağım bir olurdu. Mənə elə gəlirdi ki, çarpayımla birlikdə yuxunun
qanadına minib xatircəm-xatircəm səmaya yüksəlir, aylı-ulduzlu göylərdə şahin
kimi süzürəm. Şüurumun oyaq qalan hansı bir tərəfindəsə o mənə baxıb
gülümsünürdü. Səsini, pıçıltısını lap yaxında eşidir, boyunu, qamətini, dağınıq


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə