Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə76/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   72   73   74   75   76   77   78   79   ...   107

— Mən heç nə demirəm. Özümdən də razı deyiləm, — dilləndim. — Sənin
Tamellan, axı, məni haradan tanıyır?
— Haradan? — Mən demişəm.
— Niyə məndən xoşu gəlmir?
— Ona görə, deyəsən, mənim xoşuma gəldiyini hiss edib.
— Çox yaxşı, get məndən də de ki, onu görməyi belə heç arzulamıram.
Amma, nədənsə, narahat olmağa başladım. Ömrümdə ilk dəfə idi ki, belə
qəribə, qısqanclıqla dolu narahatçılıq keçirirdim. Yəqin ki, bu mənim xəstəliyimin
il ağrısız əlaməti idi. Belə vaxtlarda Adildən inciməsəm də qəribə, müəmmalı
sözlərindən küsərdim. Amma bu uzun çəkməzdi. Tez də özüm gedib barışardım.
Bir dəfə seminar vaxtı müəllimin gecikməsindən istifadə edib məni söhbətə
tutdu:
— Səidə, səndə dəyişiklik var!
— Həəə?
— Dəyişiklik də.
— Haradan bilirsən?
— Gözlərindən.
— Nədir o?
— Sənin sevməyə başlamağın.
— Həəə? Kimi?
— Məgər bilmirsən?
— Axı kimi? – deyə çaşqınlıqla təkrar etdim.
— Aman allah, səninlə danışmaq nə çətinmiş! — deyə o, hirslənəcəyimi
görüb, barmağını burnumun ucuna vurdu: — Zarafat edirəm, — dedi.
— Belə vaxtlarda üstünlük onun tərəfində olardı. Çünki mən indiyə qədər heç
kimdən eşitmədiyim qəfildən deyilən bu qəribə sözlərdən çaşardım. Onun «sən
sevməyə başlamısan», — deyəndə nəzərdə özünü tutduğunu bilirdim. Yəqin ki, o,
səhv etmirdi. Amma bunu üzümə vurması xoşuma gəlmirdi. Bu Adilə yaraşmırdı.
Tutarlı cavab tapa bilmədiyimdən bir müddət onu dindirməzdim. Ancaq bu uzun
çəkməzdi. Adilin hiylə anbarında nə qədər desən ehtiyatı vardı. Könlümü almaq
onunçün su içmək təki bir şey idi. Nədən danışmağı, haradan başlamağı bilirdi. Bir
də görürdüm əməlli-başlı barışmışam.
Bir dəfə aramızda belə bir söhbət oldu:
— Səidə, mən sənin haqqında bir az-çox bilmək istəyirəm.
— Necə yəni, məgər mən sənə hamısını demirəm?!
— Yox, bu elə şeylərdir ki, səndən öyrənmək istəməzdim.
Əvvəl karıxıb nə deyəcəyimi bilmədim. Sonra elə-belə, sözgəlişi:
— Yaxşı, gəl səni yaxın bir dostumla tanış edim, belə ki, istədiklərini
soruşasan.
— Dostun qəşəngdir?
— Əlbəttə!
— Gətirərsən baxarıq.
Bu söhbəti zarafat zənn etdiyimdən bir də ona qayıtmadım. Adil özü yadıma
saldı:
— Hə, sən axı, dostunu gətirəcəkdin, yoxsa tanış etməyə qorxursan?


— Həəə, niyə qorxmalıyam ki?
— Bəlkə o, mənim xoşuma gəldi.
— Gələr, gələr də, bunun nəyindən qorxmalıyam ki?!
Cavabım sərt və acıqlı səsləndi. Deyəsən o, həddini aşırdı. Özümü sakit, heç
nə olmamış kimi aparsam da sözlərindən çox incidim. Tutaq ki, lap sevirdim onu,
bunu mənə tez-tez eşitdirmək nə demək idi, axı? Sözlərindən, atmacalarından
məlum olurdu ki, ona olan münasibətimi hərçənd çoxdan başa düşüb. Bəs məni
dönə-dönə sorğu-suala tutmaq nə demək idi. Bu adi şıltaqlıq idisə, ona qətiyyən
yaraşmırdı. Məni belə şeylərlə sevgini etiraf etməyə məcbur etmək mümkün
deyildi. O, kobud və mədəniyyətsiz idi.
Nəhayət özlüyümdə Laləni Adillə tanış etmək qərarına gəldim. Burada iki
məqsəd güdürdüm. Əgər Adil mənim haqqımda doğrudan da ənsə öyrənmək
istəyirsə, nə olar qoy Lalədən soruşsun. Yox, əgər bu sözləri ona olan
münasibətimi aydınlaşdırmaq üçün deyirsə, qoy bilsin ki, kiminsə onun xoşuna
gələ bilməsinin mənə dəxli yoxdur. Əslində bütün bunların mənə necə də dəxli
vardı!
İlk görüşdə Lalə Adilin o qədər də xoşuna gəlməmişdi. İkinci görüşdən sonra
onun barəsində eləcə «pis qız deyil», — dedi. Bu sözlə də kifayətlənib daha onun
haqqında danışmadı.
Tamella isə dilindən düşmürdü. İndi, deyəsən, Adil yataqxanadan çıxıb onlara
köçmüşdü. Tamella tək yaşayırdı. Adillə münasibətində daha müstəqil idi.
Tamellanın dünyagörüşü, həyata baxışı bizimkinə oxşamırdı. Moskva həyatı onu
bir başqa cür tərbiyə etmişdi. Bizim ata-baba adət-ənənələrimiz ona yad,
yabançıydı. Tamella ilə yaşıd olsaq da Adil onun bir sıra həyati məsələlərdə xeyli
irəli getdiyini, daha ayıq, təcrübəli olduğunu, — deyirdi.
Əlbəttə, Adili də başa düşmək lazım idi. Ömrü boyu yataqxanalarda yaşayan,
ana nəvazişi, ana səliqəsi görməyən, pal-paltarını özü yuyan, xörəyinə qədər özü
bişirən iyirmi iki yaşlı bir oğlanın üzünə həyat birdən gülməyə başlamışdısa, bunun
nəyi pis idi. Adil özünə nəinki isti yuva, rahat mənzil tapmışdı, həm də indi al-
paltarını yuyub ütüləyən, vaxtlı-vaxtında ona xörək hazırlayan da vardı. İndi Adilin
geyimi də dəyişmişdi. Özünə yeni kostyum, təzə köynəklər almışdı.
Dərsdən çıxanda daha məni gözləmirdi. Dəftər-kitabını qoltuğuna vurub işcil,
məşğul adamlar kimi evə tələsirdi. Mən də özümü yığışdırmışdım. Onun kimi
biganə, soyuq görünməyə çalışırdım.
* * *
İkinci kursu başa vurmaq üzrə idik. Sonuncu imtahan günü Adil mənə
yaxınlaşıb:
— Çoxdandır görünmürsən, — dedi. Üzü allandı.
Biz hər gün görüşürdük. Bir otaqda əyləşirdik, dərs danışanda istər-istəməz
bir-birimizin səsinə qulaq asırdıq. Ancaq sözlərdəki vurğunun mənası başqaydı.
Mən onun yorğun, intizar dolu ahəngini anlayırdım. Adillə tam razıydım. Biz hər
gün görüşsək də çoxdandır bir-birimizdən xəbərdar deyildik. Lap yad adamlar kimi
gəzib dolanırdıq. Daha uşaqlar bizi əvvəlki kimi qoşa oturan, şirin-şirin danışan
görmürdülər. Daha müəllimələr də əlimizdən təngə gəlmirdi.


Lal-dinməz durub üzünə baxırdım. O, yəqin özümü bir ayrı cür aparacağımı,
onu tənə edəcəyimi gözləyirdi. Beləcə səssiz duruşumdan təsirləndiyi hiss olundu.
Üzündən sevinc, minnətdarlıq oxundu. O, bu fərəhin həqiqi mənasını dərk
etmədən, özünün nə istədiyini başa düşmədən tələsib:
— Səidə, sənə sözüm var, — dedi.
Bu sözü deyəndə əlini üzünə apardı, özü də bilmirdi, desin, ya deməsin.
Tərəddüd etdiyi aydınca görünürdü. Keçib getdiyimi görəndə arxamca tələsdi:
— Axşam mənə zəng et, — dedi. Vərəqə yazdığı telefon nömrəsini sumkama
dürtdü.
Axşam ona zəng edəndə Lalə də yanımdaydı. Laləyə Adil haqqında danışsam
da Tamella ilə əlaqədar aramızın soyuduğunu, onun başqalaşdığını deməmişdim.
Hələ mənə çox şey aydın olmadığından Lalə ilə bu barədə danışmağı özümə rəva
bilmirdim.
Nömrəni Adilin səsini eşidəndə nə üçünsə hər şey birdən-birə mənə mənasız,
boş, yersiz göründü. Ona zəng etməyim də, onun demək istədikləri də. Nəsə mənə
deyirdi ki, bu söhbət heç nəyi həll etməyəcək, əksinə artıq bir hərəkət təki məni
yalnız peşiman edəcəkdi. Ancaq geri çəkilmək gec idi. O, artıq dəstəyi
götürmüşdü. Biz dəxli olmayan şeylərdən danışırdıq. Səsim soyuq, könülsüz idi.
Onun səsi də mənə narazı adam təsiri bağışlayırdı. Söhbəti qırmaq üçün bəhanə
axtarırdım. Birdən gözüm Laləyə sataşdı. Yanımda olsa da onu tamam
unutmuşdum. Tələsik: «Lalə də buradadır», — dedim. Dəstəyi rəfiqəmə verib geri
çəkildim. Mənə elə gəldi ki, dəstəyin o tayındakı adam buna məndən az sevinmədi.
Lalənin Adillə nazla, onu çoxdan tanıyırmış kimi pıçıltılı, sirli, şıltaq səslə
danışması xoşuma gəlmədi. Bu səs mənə incik sözlər deyirdi. Çox qəribə görünsə
də bu inciklik özümün əvəzsiz dostuma qarşıydı.  «O, niyə belə edir?» —
düşünürdüm. Bu qızlar hamısı bir bezin qırağıdır. Kiməsə xoş gəlmək üçün lap
artist kimi rola girirlər. Qəribədir. Laləni təzə gözlə görürdüm. Neçə il rəfiqəlik
etməyimə baxmayaraq indi anlayırdım ki, onu pis tanıyırammış. O, dəstəyi qoyub
mənə sarı gələndə təbəssüm qonmuş çöhrəsində həm heyrət, həm də razılıq vardı.
— Hə, nə deyir?
— Səhər ikimizi də görmək istəyir. Guya mənə nəsə deyəcək.
— Sənəəə? — bir az təəccüblə, bir az da inanırmış kimi soruşdum. Adil
haqqında pis fikirləşməyə başladım: «Bun ə adamdır, dünən guya mənə sözü vardı,
bu gün də bir ayrısına vəd eləyir?» — düşündüm.
Düzdür, Adilin Laləyə onu sevdiyini deməyəcəyini bilirdim. Onların cəmi iki
görüşündən sonra belə axmaq nəticəyə gəlməyim sadəlövhlük olardı. Adilin mənə
münasibətindən də danışmayacağını bilirdim. Zənnimcə o, bu barədə hələ qəti
fikrə gəlməmişdi. Həm də arada Tamella vardı. Adil mənə ondan çox-çox razı
qaldığını deyirdi. Bir də mənə görə Adil ilk məhəbbətindən sonra bizim heç
birimizi sevə bilməyəcəkdi. Çünki o, içində gözəl nə vardısa hamısını sərf etmiş
adam təsiri bağışlayırdı. Ancaq bəzən ağıllı mühakimələrimizi bir kənara qoyub
axmaq səhvlər edirik. Əlbəttə Adillə görüşə sabah nə özüm gedər, nə də Laləni
qoyardım. Onu bir qədər gülünc, gərgin vəziyyətdə gözləməyə vadar etmək heç də
pis olmazdı. Bircə Lalənin qəribə davranışı məni çaşdırırdı. O, fikri özündə


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə