Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə75/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   71   72   73   74   75   76   77   78   ...   107

saçlarını bir addımlıqda görürdüm. Hər yan onun gözləri kimi mavi rəngdəydi.
Mən elə bil mavi rəngli xoşbəxtliklər içərisində üzür, üzür, üzürdüm…
Deyirlər doğma o adamlardır ki, qan qohumluğun olur. Ancaq mən deyərdim
ki, qanla qohum olmayan doğmalar da var. Bax, Adil mənim üçün belə
doğmalardan idi. O, bütün meyllərində, arzularında, fikirlərində mənə yaxın idi.
Mən
onu
tapmışdım.
Müxtəlif
kəndlərdən,
şəhərlərdən
gələn,
müxtəlif
müəllimlərdən dərs alan müxtəlif təbiətli uşaqların arasından… Mənə elə gəlirdi ki,
Adili institutdan deyil, lap balacalıqdan tanıyırdım. Onunla bir otaqda böyümüş,
bir müəllimlərdən dərs almış, bir havanı udmuşam.
Mən onunla nələrdən danışmır, nələri müzakirə etmirdim. Baxdığımız
filmləri, oxuduğumuz kitabları, qəzetlərdə gedən məqalələri, adamların söz, iş,
hərəkət və söhbətlərinə qədər…
O məndən cəmi iki yaş böyük idi. Həyat təcrübəsi də məndən cəmi iki il artıq
idi. Ancaq onunla söhbətlərdə özümün sadəlövh və təcrübəsiz olduğumu hiss
edirdim. Görən niyə Adil belə çox bilirdi?! Dediyinə görə onu ikinci sinifdə ikən
kənddən şəhərə — internat məktəbinə gətirmişdilər. Səkkiz yaşından tək yaşamağa
başlamışdı. Müxtəlif adamlarla, həyatın müxtəlif üzüylə qarşılaşmış, çox şey
görmüş, çox sarsıdıcı hadisələrin şahidi olmuşdu. Mənə deyirdi ki, bir az ehtiyatlı
olum, heç kimə bələd olmamış inanmayım, gözlənilməz, qəribə hadisələrdən
çaşmayım, həyatın üzünə dik baxmaq üçün cəsarətli, dəyanətli olum. Onun
sözlərindən bir şey anlamasam da başa düşürdüm ki, bütün bunları mənə xətrimi
istədiyimdən deyir. Yəqin bu xasiyyətlə nə vaxtsa büdrəyə biləcəyimdən qorxurdu.
Odur ki, məni indidən həyata hazırlayırdı. Xoşbəxtlikdən qrup qızlarının heç biri
Adillə maraqlanmırdı. Mənim üçün seçilən, başqalarından çox-çox fərqlənən Adil
onlara görə adi bir oğlan idi.
* * *
Elə xəstəliklər var ki, gizli, ağrısız başlayır. Nə vaxt yoluxduğunu, necə
yoluxduğunu bilmirsən. Üstü açılanda da ki, gec olur. Nə dava-dərman kömək
eləyir, nə həkimlərin səy-cəhdi. Eləcə sağalmaq ümidi ilə yaşayırsan…
Mənim ona məhəbbətim yəqin gizlicə, ağrısız doğulmuşdu qəlbimdə. Nə
sevdiyimi, nə də özümün belə bir mərəzə tutulduğumu zənn edirdim. Həyat mənim
üçün göy qurşağı rəngindəydi. Məktəbdə olduğu kimi qrupda da mənimlə bərabər
addımlayırdı, həm də nə arxada qoya bilir, nə də irəliyə keçə bilirdi.
Adəti üzrə məni hər gün dayanacağa qədər ötürürdü. Bir gün avtobusumun
dayanmasına baxmayaraq məni əyləşməyə qoymayıb bir az çox saxlamağa çalışdı.
Hava qaranlıq idi. Ağacların gecə fənərlərinin işığında əmələ gələn kölgələri
üzümüzdə əks olunur, belə ki, məni yaxşı görməkdə ona mane olurdu. Bu
dəqiqələrdə heç nə düşünmürdüm. Səhərki dərslərimin çox olmasını nəzərə alıb
evə tələsirdim. Dərsdə onun qulaq-başını dəng eləmişdim ki, daha danışmağa
heyim
qalmamışdı.
Əməlli-başlı
yorulmuşdum.
Müəllimlər

əlimizdən
bezmişdilər, bizə tez-tez irad tuturdular:  «Səidə oradan dur, qabağa keç. Adillə
otura bilmirsən, çox danışırsız», yaxud «Adil, lövhəyə bax, cümlələr lövhədə
yazılıb, Səidənin üzündə yox» və sairə…


Onun gözləri üzümdə, çiynimdən şəlalə təki üzüaşağı belimə, sinəmə tökülən
saçlarımda gəzirdi. Onun beləcə qəribə baxışlarını tez-tez öz üzərimdə hiss
edirdim. Bu baxışlar xoşuma gəlmirdi. Onlarda nəsə başqa məna, çağırış vardı. Bu
nəzərlər sanki mənim fikirlərimi, iradəmi, əl-qolumu bağlayırdı. Mən özümə
oxşamayırdım. Bu nəzərlərin altında nədənsə əvvəlki kimi sərbəst, şən, coşğun,
müstəqil ola bilmirdim. Belə vaxtlarda o, mənə yad, tanınmaz görünürdü. Mən
özümü necə aparmaq lazım olduğunu bilmədiyimdən sıxılırdım. Az qalırdı
əllərimlə gözlərini bağlayıb, bir də belə baxsa çıxıb gedəcəyimi, — deyəm. İndi də
ayrılmaq üçün bəhanə gəzirdim. O isə əksinə nəsə mühüm bir şey deməyə
hazırlaşırdı. Yəqin onun mənə demək istədikləri tez idi. Avtobusdan gözümü
qopara bilməməyim də hələ bu söhbətə hazır olmadığımı deyirdi.
Nəhayət o, üzümü aydın görmək üçün əlimdən yapışıb məni bir qədər işıqlı
yerə çəkdi. Asanlıqla tabe olsam da içimdə qəribə bir etiraz duydum. Bu etiraz
üzümdə, baxışlarımda öz ifadəsini tapdımı, tapmadımı onun da xəbər tutduğundan
əmin oldum.
— Nə isə, yaxşı, istəyirsən, get, — deyəndə səsində həvəssizlik və kədər
vardı. Xətrinə dəyəcəyimdən qorxduğum üçün bir qədər fəal dilləndim:
— Sən axı, mənə nəsə demək istəyirdin? O:
— Boş şeydir, — dedi. — Avtobus qalxır, keç əyləş.
Mən tərsliyimə saldım:
— Yox, deməsən getməyəcəm! — Yerindən dəbərən avtobusa gözucu da
baxmadım.
O, gülümsündü. Mənim tərsliyimə bələd idi. Sözlərim ona məzəli gəldi. Həm
də mən indi özümə oxşayırdım. Əvvəlki dilli-dilavərliyim qayıtmışdı. Bu onu
əyləndirirdi. Birdən şən səslə:
— Bilirsən, Səidə, məni evləndirmək istəyirlər, — dedi.
— Həə? Kiminlə?
— Anam kənddən birisini tapıb.
— Nə olar, — dedim. Dayanacağa sarı baxdım. Avtobus gəlməmişdi. Birdən
cavabımda saxtalıq duydum. Odur ki, tələsik dilləndim:
— Tez deyil hələ? — O, bir anlığa özünü itirdi, ancaq tez də cavab tapdı:
— Tez deyəndə bəlkə bir-iki il nişanlı qaldıq.
Mən nə deyəcəyimi bilmədiyimdən susurdum. Amma daxilən onun belə tez
evlənmək fikrinə düşməyindən narazı idim. Sonralar başa düşdüm ki, o, mənim
hisslərimi bilmək, sözlərinin necə təsir doğuracağını yoxlamaq istəyirmiş. Heç bir
qız, filan yox imiş!
O vaxt məndən nəsə öyrənmək əlbəttə müşkül iş idi. Çünki mən özümdən
hələ baş açmırdım. Nə istədiyimi bilmirdim. Bilmədiyim şeylər barədə də
danışmaq mənim təbiətimə yad idi. Ancaq o, dinc durmurdu. Mənim dünyamı alt-
üst etmək, orada nələr baş verdiyindən xəbərdar olmaq istəyirdi.
Bir dəfə tənəffüs vaxtı guya zarafat edirmiş kimi:
— Bilirsən, Səidə, Tamella adlı qız səninlə savaşmaq istəyir, — dedi.
— Tamella kimdir? — soruşdum.
— Mənim dostumdur, çox yaxşı qızlardan biridir. Siyasi məsələlərdən,
incəsənətdən də başı çıxır. Yoxsa elə bilirsən sənə çatan olmaz, bir nüsxəsən?


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə