Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə83/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   79   80   81   82   83   84   85   86   ...   107

HEKAYƏLƏR


173
DÜNYASINI DӘYİŞMİŞ ADAM
Hamı kimi o da bu gün işdәn tez çıxmışdı. Amma yoldaşları Hәmidi
son mәnzilә yola salmağa getmişdilәr, o, isә evә gәlmişdi.
Yas yerinә getmәkdәn xoşu gәlmirdi. Xüsusәn dә meyid qaldırılan
günü. Ağı, ağlaşma sәsinә dözümü yox idi. Gedәndә dә peşiman qayıdardı.
Bir neçә gün özündә olmazdı. İndi dә onun üçün getmәdi. Hәm dә, deyәsәn,
Hәmidin atasız qalan uşaqlarının üzünә baxmağa ürәk elәmirdi. Bir dә onun
orada olub-olmamasının da indi heç mәnası yox idi. Hәmiddәn, iş
yoldaşlarından savayı orada kimi tanıyırdı ki. Hәmidlә dә ki,  «qanlı-bıçaq»
idilәr. Münasibәtlәrini işdә  һamı bilirdi. Lap yüz il bundan sonra ömr
elәsәydilәr dә barışmadlılar.
...İştaһası yox idi. Deyәsәn, çox ağlamışdı, başı möһkәm ağrıyırdı.
Divanda oturmuşdu, televizora baxırdı. Amma һeç nә eşitmir, һeç nә
görmürdü. Yaş onu boğurdu.

Yaxşı, az ağla, — guya belә ürәyiyanan çıxmısan?!
Otaqda tәk olmasına baxmayaraq birdәn Hәmidin sәsini eşitdi. Amma
diksinib elәmәdi. Bunu gözlәyirmiş tәki sәs gәlәn tәrәfә çevrildi. Hәmid
işdә olduğu tәki indi dә stolun o başında onunla üz-üzә oturmuşdu. Sәsi dә
elә  һәmişәki kimi barışmaz, asıqlı idi. Amma üzü gülürdü... Hәmid nesә
sevimliydi! Buna baxmayaraq Nazilә ağladığı üçün pәrt oldu. Tez әllәrini
üzünә aparıb aramsız axan yaşlarını silmәk istәdi. Siddilәşdi, tәrs-tәrs
Hәmidə baxdı:  «Özün üçün yox, belә qәfil qırılan ömrün üçün ağlayıram»,
— demәk istәdi. Amma alınmadı. Yaş onu boğurdu, dili dә söz tutmurdu.
Hәm dә yaxşı ki, demәdi. Torpağa keçәsәk gündә Hәmidin ürәyinә dәymәk
istәmәdi. Onsuz da, tәklikdә, başqalarının yanında o qәdәr bir-birilәrinin
ürәyinә dәymiş, bir-birilәrini tәһqir etmişdilәr ki, bәs edәrdi! Bir dә izdiһam
yığışan, ana-basısı, arvad-uşağı ağlaşan evdәn, büküldüyü ağ kәfәnin
arasından әrinmәyәrәk işdәki qiyafәsindә bir neçә dәqiqәliyә sivişib çıxan
Hәmid dә Nazilәnin yanına elә belә gәlmәmişdi, axı! Bu, ayrılığın özündәn,
bu sorğulu dünyada dәrk edib, edә bilmәdiklәrimizdәn, qәfil başlayan külәk
tәki, şıdırğı yağan yağış tәki, dünyaya elә indisә gәlmәsinә baxmayaraq,
dodaqlarını tәrpәdәrәk gözüyumulu anasının әmsәyini axtaran uşağın
һәrәkәti kimi təəssüblü olmayan, һәm dә son dәrәsә tәәssüblü, һeyrәtli,
qәribә, gözlәnilmәz idi.
Bilirdi ki, Hәmid onu son mәnzilә yola salmaması üçün mәzәmmәt
etmәyә, giley-güzara gәlmәyib. Hәmid belә şeylәri dәrk etmәkdә ağıllı idi.
Yaxşı bilirdi ki, mafә dalınsa dost da gedәr, düşmәn dә. Ağlayan da olar,
ağlamayan da. Bir dә o dünyaya köçәnlәrin içәrisindә, kim, axı, yas
günündә kәfәnini yırtıb onu istәmәyәnlәri öz matәmindәn qovmuşdu ki,
Hәmid də qovaydı.
Nazilә onu da yaxşı bilirdi ki, mafәsinin dalınsa bu gün kimin gedib
getmәmәsinin dә Hәmid üçün bir elә fәrqi yox idi. O, dost tanışlarını


174
sağlığında sınamışdı. İndi onların nә mәyus olanı, nә olmayanı, nә yananı,
nә yanmayanı Hәmidin eyninә deyildi. Matәm günündә Hәmidi Nazilәnin
evinә çәkib gәtirәn başqa arzu, başqa tәmәnnaydı. Onu bu dünyada bir
Hәmidin özündәn, bir dә Nazilәdәn başqa һeç kәs başa düşmәzdi.
Ançaq Hәmid istәmirdi Nazilә ağlasın. Bu qızın gözündәn onun
xatirinә bir gilә yaşın tökülmәmәsi üçün Hәmidin ixtiyarı özündә olsaydı
kәfәni yırtıb oturardı. Onda Nazilәnin әvvәlki biganәliyi, qәddarlığı, buz
soyuqluğu özünә qayıdasaqdı. Nazilә onun üçün ağlayırdı ki, Hәmid
ölmüşdü, daһa Hәmid yox idi. Hәmid sağ olsaydı, ağlamazdı, axı, Nazilә!
Ağ, gözәl üzünә yaraşan qıvrım qara saçlarını әrklә silkәlәyib onun asığına
ürәyi istәmәyәn kişilәrin dә üzünә gülәrdi...
Әvvәllәr, münasibәtlәrinin yaxşı vaxtlarında o, belә şıltaqlıqlar etmirdi.
Evli, әl-qolu bağlı, çarәsiz bir adamın ona vurulduğunu bildiyindәn özünü
nesә sadә aparırdı. Başını aşağı salıb sıqqırını çıxartmadan ona tapşırılan işi
sәliqә ilә görürdü. Basarığına, biliyinә söz ola bilmәzdi. Onda nöqsan
tapmaq çәtindi.
Hәmid onda һeç nöqsan da axtarmırdı. Axı, Nazilә onun bu yeknәsәk,
göysüz sәһra tәki uzanıb gedәn һәyatını özü dә  һiss etmәdәn çöldә, aranda
yaşıl otları, zәrif çiçәklәri dillәndirәn baһar tәki gәlmişdi. Hәmidin divarları
üstünә gәlәn, pәnsәrәlәrindәn qәmgin mәzar daşları, qәbirüstü mәrmәrlәr
görünәn, qara döşәmәsinin parketlәri qopmuş tәmirsiz, soyuq iş otağı sanki
birdәn-birә isinib qızınmışdı. Günәş işığı- nı ovus-ovus әlәyәn pәnsәrәlәr
üzünә gülürdü. Daһa nә mәzarlığın, nә dә pәrişan daş abidәlәrin xofu onu
basmırdı. Sanki otağında һeyvalar, alçalar çiçәklәmiş, söyüdlәr saç uzatmış,
iydәlәr açmışdı. Bu qızın doymaq mümkün olmayan baһar tәravәtli әtri
otağı dәyişmiş, әfsunlamışdı.
Sәһәrin açılmasını, iş gününün başlamasını Hәmid һәr gün nesә
intizarla, nesә  һәsrәtlә gözlәyirdi. Budur, tәbiәt onun otağında uşaq kimi
«gizlәnpaç»,  «qaçdı-tutdu» oynayır. Budur, tәbiәt onun otağını sevinslә,
sirlә, mösüzә ilә bәrabәr, һәm də kinayәylә, amansızlıqla doldurmuşdur.
Qızı daһa kimә qısqanmırdı: otağa gәlib-gedәnlәrә, işi düşәnlәrә, dost-
tanışlarına, zәng edәnlәrә...
Qısqanslıq onu tanınmaz etmişdi. Soyuqqanlı, tәmkinli Hәmid dәyişib
sodlaşmış, dözülmәz olmuşdu. Lazım gәldi, gәlmәdi, yerinә düşdü, düşmәdi
qızın һәr işinә qarışırdı.  Özü dә  һiss etmәdәn onun gününü göy әskiyә
bükmüşdü. Nәinki kişilәri, һәtta xoşlamadığı qadınları da onun stolu
yanında lәngimәyә qoymurdu. Hamını özü yola salmağa çalışırdı. Qızın
әtrafına çәkdiyi çәpәr gündәn-günә genәlirdi.
Ansaq Nazilә dә Nazilәydi. Ona tәzyiq göstәrmәk elә dә asan deyildi.
Hәmid ağ elәdiksә Nazilәnin dә  һövsәlәsi tükәnirdi. Bir gün sәs-sәdaları
otağı bürüdü. Buna bәndmiş kimi Nazilәni işdә gözü götürmәyәn arvadların
çiçәyi
çırtladı.
Qızın
һaqqında
olmayanları
da
quraşdırıb
yaymağa
başladılar. Hәmid dә onların tәrәfinә keçdi. Nazilә  һaqqında day nәlәr
demirdilәr. Qız һeç kәslә küsü saxlamadan һamıdan keçib, һamını bağışladı.
Birsә Hәmiddәn keçmәdi, birsә onu bağışlamadı. Hәmidin insafsızlığı,


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə