Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə78/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   74   75   76   77   78   79   80   81   ...   107

tәzəcә düşdüyü xoş, şirin duyğular dünyası ona һәr şeydәn müqәddәs, әziz
idi.
Özümü: — «Lalә, sәnin bir gündә vurulaçağını zәnn etmirdim», —
sözünü demәkdәn zorla saxlayırdım. Ançaq birdən içimdә ona qarşı kәskin,
soyuq bir laqeydlik duydum. Elә bil qarşımda doğma rәfiqәm yox, oğru
әylәşmişdi. Һәyatım üçün çox vaçib olan bir şeyi insafsızçasına mәndәn
qoparıb özününkü etmәk istәyirdi.

Bilirsәn, — deyә o, guya qәsdsiz-qәrәzsiz dillәndi:

O, sәni çox sevir, özünә bacı bilir.
Bu söz mәni lap sırnadıb özümdәn çıxartdı. Qәzәbimi büruzә vermәyib
tәmkinlә:

Elә mәn dә onu qardaş kimi sevirәm, — dedim. Qәlbimi bulandıran
bu söһbәtә nöqtә qoymaq istәdim.
Ürәyimdәkilәri açıb demәyә yaxın adam axtarırdım. Yaxın adamımı öz
әlimlә özümdәn uzaqlaşdırmışdım. Әlbәttә bütün bunlar һәlә һәr şey demәk
deyildi.
Odur
ki,
gözlәmәyi,
sәbr
etmәyi
vacib
bilirdim.
Axı,

gözlәyirdim? Bütün bunlardan sonra gözlәmәyә dәyәrdimi?!
Lalә çıxıb gedәndәn sonra ancaq istiraһәt һaqqında fikirlәşirdim. Atam
bu il mәzuniyyәtini bizimlә keçirәcәyini demişdi. Yevpatoriyada, Qara
dәnizin saһilindә anamla mәnim üçün mәnzil kirayә götürmüşdü. Biz elә bir
һәftәdәn sonra üçlükdә yola düşdük. Burada özümә yeni dostlar tapdım.
Başım qarışdı. Elәcә һәr şeyi unutdum.
Bakıya avqustun sonunda döndüm. Eşitdiyim yeni xәbәrlәrdәn, biri
Lalәnin universitetә daxil olması idi. Bunu anam dedi.
Atamla o, Bakıya mәndәn bir ay tez qayıtmışdılar. Yevpatori- yadakı
istiraһәtimi xalamla davam etdirmәli olmuşdum.
Anam Lalә  üçün һәdiyyә almışdı. Kağıza büküb әlimә verdi, gül alıb
Lalәgilә getmәyi tapşırdı. Onun dediyi kimi də elәdim. Gül mağazasından
cürbәcür çiçәklәr seçib dәstә bağlatdırdım. Lalәgilә gedib һәm özünü, һәm
dә anasını tәbrik etdim.
Lalә olduqsa yaxşılaşmışdı. Şәn, gümraһ görünürdü. Amma elә bil
әvvәlki Lalә deyildi, dәyişmişdi. Baxışlarında, һәrәkәtlәrindә mәnim anlaya
bilmәdiyim qәribә bir mәlaһәt, zәriflik әmәlә gәlmişdi. Ruslan һaqqında
soruşdum, işlәrinin necә getmәsi ilә maraqlandım.

Xәbәrim yoxdur, — dedi.
İşdәn çıxdığını, kitabxanaya çoxdan getmәdiyini bildirdi. Adildәn
danışmaq üçün mәqam gözlәyirdi. Yayda rayona getmәyib şәһәrdә qaldığını
deyәndә danışmağa imkan vermәyib sözünü yarıda kәsdim. Krımdakı
istiraһәtimdәn — dәnizdә çimib — qaralmağımdan, balıq tutmağımdan
danışdım.
* * *
Dәrsә böyük һәvәslә yollandım. Tәlәbә yoldaşlarım, Adil dә mәni
görәndә içlәrini çәkdilәr:

Nә gözәl rәngin var, Sәidә? — dedilәr. — Lap elә bil kәһrәba suyuna


salınmısan.
Rәngim müәllimlәrimin dә nәzәr-diqqәtini sәlb edirdi. Һarada istiraһәt
etmәyimlә maraqlanırdılar. Rәngimdәn birsә anam narazı idi. Tәyyarәdәn
düşәndә o, az qala һirsindәn ağlayasaqdı. Mәnә bir söz demәyib xalamın
üstünә düşmüşdü:

Vay-vay, bu ki, lap zәnsiyә oxşayır, — belә dә qaralmaq olar?! İndi
adam içinә nesә çıxacağıq, görәn nә deyәr?!
Mәnim üstümdә anamla xalamın arası elә tәyyarә vağzalında dәydi.
Qaralmağımı özünә bir müddәt dәrd edәn anam üzümә  һәr gün qatıq
çәkmәyi tapşırdı. Bu üsulla mәni bir qәdәr ağartmaq istәyirdi. Atam etiraz
edib:  «mәnim çox gözәl bir rәngdә olduğumu», — bildirәndә, anam ona
tәpinib: «arvad işinә qarışmamağı», — tapşırdı.
Yanıb qaralmaq mәnә baһa başa gәlmişdi. Bütün günü üzü qatıqlı gәzir,
quruduqsa tәzәsini çәkirdim. Anamın zәһmindәn evә gәlәnlәrin qabağına
çıxmağa qorxurdum. Yaxşı ki, dәrsә sәmi iki gün qalırdı.
Adilin mәnim üçün darıxdığı aydın görünürdü. Stulunu yanıma çәkib
mәnimlә oturmaq istәyәndә e’tirazımı bildirdim. O, әvvәl zarafat elәdiyimi
güman elәdi. Ansaq durub getdiyimi görәndә onunla danışmaq istәmәdiyimi
başa düşdü.
İstiraһәt mәnә doğrudan da yaxşı tә’sir etmişdi. Adillə bağlı әsәbi
һadisәlәrin çoxunu unutmuş, yadımdan çıxartmışdım. İndi nә olub —
keçәnlәr, nә dә onun sözlәri mәnim eynimә deyildi. Mәn artıq ona sarı
baxmırdım da. Görünür o, mәnim gәldiyim qәnaәtlәrdәn xәbәrsiz idi. Odur
ki, yenә nәyәsә  ümid edir, asığımın sovuşasağını gözlәyirdi. Ansaq
yanıldığını,
daһa
əvvәlki
söһbәt

zarafatlarla
qәlbimi
әlә
ala
bilmәyәcәyini anladı. Mәndәn gen gәzmәyә başladı.
Küsülü olduğumuzu әvvәllәrdә olduğu kimi yenә  һeç kәs bilmirdi.
Uşaqlar onu itәlәyә-itәlәyә yanıma gәtirirdilәr:

Sәidә, sәn bilәrsәn buna nә olub? Bütün günü lal-kar künsә çәkilib
siqaret çәkir, —deyirdilәr.
Bәzәn dәftәr-kitabımı götürüb onun oturduğu stolun üstünә qoyur, geri
qaytardığımı bilәndә yerbәyerdәn qışqırırdılar:

A balam, nә olub mısmırığınızı sallamısınız, әvvәllәr sizi bir-
birinizdәn ayırmaq olmurdu, aranızdan nә keçib?— soruşurdular.
Dillәrinә tәzә bir söz düşmüşdü. Ondan danışanda «sәnin Adilin, sәnin
Adilin» — deyirdilәr. Mәn e’tiraz etmirdim. Qәribәydi, bu söz xoşuma
gәlirdi. «Әlbәttә mәnim olmalıydı»,— ürәyimdәn keçirirdim.
Bir-birimizdәn gen kәzsәk dә baxışlarından һiss edirdim ki, Adil üçün
pisdir. Һiss edirdim ki, o, mәnә yaxınlaşmaq, nәyisә başa salmaq,
aydınlaşdırmaq istәyir. Bәlkә xәyalında neçә dәfә һәr şeyi danışmışdı da.
Ansaq sanlı mәndәn çәkinir, eһtiyat edirdi. Әkәr Lalә olmasaydı, әgәr o,
Adillә aralarında olanları danışmasaydı, yәqin ki, asığım soyuyar, onun- la
barışardım. Amma allaһ, dәrsdә olanda Lalәyә nesә dә nifrәt edirdim. Adili
mәnә yad edәn o idi, o!..
Evdә isә Lalәnin tәrәfinә keçirdim. O,  öz һisslәrindәn elә lәyaqәtlә


danışırdı ki, һeyrәt etmәyә bilmirdim. Mәktәbdәn bir-birimizә verdiyimiz
sözün üstündә möһkәm durmuşdu. Һәr şeyi açıb deyir, aramızda qaranlıq
yer qoymamağa çalışırdı. Nesә deyәrlәr:  «dost arası pak gәrәk», — atalar
sözünә o, mәndәn daһa çox riayәt edirdi. Belә çıxırdı әvvәldən bәzi şeylәri
ondan gizlәtmәklә mәn daһa çox etibarsızmışam. Nә deyim Lalәnin һaqlı
olduğunu danmağa sәsarәtim çatmırdı. Belә vaxtlarda Adildәn zәһlәm
gedirdi. Mәnә elә gәlirdi ki, Lalә ilә aramızdakı o gözәl münasibәtlәri o,
pozub, o qarışdırmışdı.
* * *
Mәni dindirmәyә yalnız Mәryәmin ad günü sәsarәt etdi. Bir az kefli idi.
Oğlanların çoxu xoşlarına gәldiyi qızlarla rәqs etdiyi һalda o, yәqin ki,
insimәsinlәr deyә qrupun bütün qızları ilә oynadı. Sonra mәnә yaxınlaşdı.
Yanımda oturan Raufun qulağına nә pıçıldadısa, Rauf yerini ona verdi. Әlini
çiynimә qoyub:

Nesәsәn, Sәidә, mәnim üçün darıxmamısan ki? — deyә soruşdu.
Bu sözündәn insimәdim. Adilә kifayәt qәdәr bәlәd idim. Bilirdim ki,
darıxmışam demәk istәyir. Savab vermәdiyimi görüb dodaqlarını qulağıma
yaxınlaşdırdı:

Mәnim sәndәn-sәnә şikayәtim var, Sәidә, — dedi. Sibindәn siqaret
çıxartdı. Yandırıb tüstünü zәrifliklә yana üfürdü.

Elә bilmә  һeç nә görmürәm! — Görürәm, Sәidә,  һamısını görürәm.
Mәn kiçik sәһvlәr yox, böyük sәһvlәr edirәm, — dedi.
Üzünün ifadәsi yorğun, kәdәrliydi. Lalәdәn söһbәt saldı.  Özündәn razı
adamlara mәxsus görkәm alıb:

O, mәni çox tez sevdi, — dedi. Guya mәnә tәsәlli verirmiş kimi
davam etdi: — Sәnin yerini һeç kәs vermәz, Sәidә, amma bir balaca
dәliliyin olmasaydı!
Onu sakit-sakit dinlәsәm dә nәdәnsә Lalә һaqqında dediyi sözlәrә
asığım tuturdu.  «Bir buna bax, gör nesә qudurub — düşünürdüm. Gör
özündәn nesә razıdır. Lalәnin dә işi-peşәsi bunu tә’riflәmәkdir. Bilmirәm
bunun nәyinә aşiq olub», — Guya ki,  özüm onu az tә’riflәmişdim, guya ki,
özüm ona vurulmamışdım.
Mәni onun Tamella ilә münasibәti maraqlandırırdı. Odur ki, fürsәtdәn
istifadә edib:

Tamella xanım nә edir, xörәk zad bişirә bilir? Һәm dә, deyәsәn, sәnә
pis baxmır, — әlimlә üst-başını göstәrib, — kinayә ilә soruşdum.
O, belә bir sualı gözlәmirdi. Tәpәdәn dırnağa qızardığı һiss olundu.
Һәvәssiz, günaһkar sәslә.

Һә, körürsәn ki, pis baxmır, — dedi.
Mәn onunla danışmamaq üçün özümü mәşğul kimi göstәrib üzümü
Raufa sarı çevirdim.
* * *


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə