Əzizə Cəfərzadə



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə80/101
tarix25.08.2018
ölçüsü2,69 Mb.
#64115
1   ...   76   77   78   79   80   81   82   83   ...   101

www.vivo-book.com 

 

431 



cavan Ģaһ, müxtҽlif biçimli, qızıl vҽ qaĢ-daĢ iĢlҽmҽli bҽzҽk 

Ģeylҽrinҽ, demҽk olar ki, ötҽri baxdı; samur xҽzlҽrini seyr 

etdi. Ҽli ilҽ, xҽzinҽyҽ aparmaq iĢarҽsi verdi. Hacı Salman 

xüsusi qiymҽti olan bir neçҽ ҽĢyanın ustası, sҽnҽtkarlığı 

һaqqında mҽlumat verҽndҽn sonra dedi: 

 – ġaһım, һҽrҽmsaraya keçirilmiĢ qırx xas kҽniz dҽ bura 

daxildir. Ġçlҽrindҽ rҽqqasҽ, xanҽndҽ var. Meyil etdiyiviz 

vaxt nҽzҽr salarsınız, birini bҽyҽnsҽniz bҽxtiyar ollam. 

 – Çox gözҽl. Ġndi isҽ... – Yenҽ dҽ Ģaһın gizli iĢarҽsi ilҽ 

xidmҽtçilҽr xonçaları götürüb çıxdılar. Nҽdim vҽ zҽnci kölҽ 

dҽ otağı tҽrk etdi. ġaһ һacı ilҽ tҽkbҽtҽk qaldı. 

 

Hacı Salman Ģaһın sual ifadҽ edҽn baxıĢlarını tutub sözҽ 



baĢladı; amma elҽ bil ki, altı ay evvҽl deyil, elҽ dünҽn, bҽlkҽ 

dҽ, bir saat ҽvvҽl ayrılmıĢdılar vҽ 

һacı da yarımçıq kҽsilmiĢ sözünü davam etdirirdi; 

 – Qiblҽgaһım, elçilҽri yerinҽ sҽdҽmҽsiz-zadsız çatdırdım. 

Sҽlim Konyada idi deyҽn, yolumuzu elҽ Konya bazarına 

saldıq. Sarayda elçinizi böyük eһtiramla qҽbul etdilҽr. 

 



www.vivo-book.com 

 

432 



ġaһın üzündҽn isteһzalı tҽbҽssüm keçdi. «Ҽlbҽttҽ, 

fҽtһlҽrimizin, zҽfҽrlҽrimin sorağı qulağına çatmamıĢ deyil. 

Ҽlbҽttҽ, indi özünü qoһum sanır». 

Hacı isҽ sözünҽ davam edirdi: 

 

 – Bir neçҽ ay elçilҽri sarayda qonaq saxlayacaqlar. Cavabını 



sonra göndҽrҽcҽklҽr. DüĢündüm ki, karvanı bu qҽdҽr boĢ-

bekar saxlamaqdansa, qulluğuna qayıdım. Növbҽti 

sҽfҽrimdҽ onlar da iĢlҽrini bitirib namҽlҽrini almıĢ olsalar, 

özümlҽ gҽtirrҽm. 

ġaһın üzündҽ kҽdҽr buludları görünmҽyҽ baĢladı; 

 

 – Bҽs Sivas ҽһvalatı doğrudurmu? Qiyasҽddini gördünmü? 



 

 – Tҽҽssüf ki, Ģҽxsҽn özünü görҽ bilmҽdim, Ģaһim. 

Ġnzivadaydılar. Onlar qҽribҽ bir surҽtdҽ Ҽlҽviliklҽ 

BҽktaĢiliyi bir yerҽ salıblar. Orada Ġbraһim adlı bir dҽrviĢ 

qırx nҽfҽr baĢqa dҽrviĢlҽ birlikdҽ ciһad bayrağı qaldırıb. Bu 

adla da Sҽlimin zülmündҽn cana gҽlmiĢlҽri qҽlyana gҽtirib. 

Qiyasҽddin özü vҽ qırxları Ҽrzurum ҽtҽklҽrindҽ böyük 



www.vivo-book.com 

 

433 



kaһada inzivaya çҽkiliblҽr. 

 

Ҽlbҽttҽ, һacı Salman karvanında gizli tapĢırıqla gҽlҽn 



Ġbraһimdҽn bixҽbҽr idi. Onun el içindҽ yayılmıĢ Ģair-dҽrviĢ 

Ġbraһim olduğunu bilmirdi. Odur ki, bu cavan dҽrviĢ 

һaqqında baĢqa bir söz demҽdi. ġaһ da cavanın gҽliĢindҽn 

xҽbҽrsizdi, deyirdi: 

 

 – Ġbraһim kimilҽrdҽn müqҽyyҽd olmaq lazımdır, hacı 



adamlarına de ki, һҽmiĢҽ onda göz olsunlar. Yeddi gün 

qabağı görmҽyҽn arvaddan, yeddi gün irҽlini görmҽyan 

kiĢidҽn ev olmaz. ġair isҽ yeddi, bҽlkҽ dҽ yetmiĢ il irҽlini 

görür. Sözün gücü böyükdü. Tҽҽssüf ki, qabaqlar 

Ģairlҽrimizin çoxu fars dilindҽ yazıb, sözlҽrinin el-camaat 

içindҽ kҽsҽri olmayıb, çünki baĢa düĢülmҽyib. Ġbraһim isҽ 

eĢitdiyimҽ görҽ bizim üçün indilikdҽ Rumda bir dünya 

qoĢunun iĢini görür. Onun sözünü eĢidib, һҽyҽcana gҽlҽn, 

dҽstҽlҽrҽ qoĢulanların һaqqında dҽrviĢlҽr dҽ mҽnҽ deyiblҽr. 

 

Söz var kҽsdirҽr baĢı, 




www.vivo-book.com 

 

434 



Söz var kҽsҽr savaĢı, 

Söz var ağulu aĢı 

Bal ilҽn qaymaq edҽr. 

 

O, danıĢdıqca, һacı Salman misraları һafizҽsinҽ һökm 



elҽyirdi. Hacı Salman bir ibadҽt, bir dua kimi oxuyacaqdı bu 

sözlҽri. Hҽr yerdҽ, һҽr mҽnzildҽ, karvan dincҽ dayananda 

baĢına yığılanlara Ģaһın kҽlamlarından az oxumamıĢdı, az 

danıĢmamıĢdı. Vҽ һҽlҽ çox danıĢacaqdı. Ҽcҽl baĢının üstünü 

alanacan. 

Hacı Salman ҽyildi, Ģaһın önündҽ yeri vҽ «Ģirvani»sinin 

ҽtҽyini öpdü, duakarcasına ҽllҽrini qaldırıb cavanbҽxtin 

zҽfҽr qılıncının kütҽlmҽmҽsi üçün dua etdi vҽ mҽlumatına 

davamla söylҽdi: 

 

Qırxlar bir deyil, beĢ deyil, һҽr qırxa mҽnsub abdalın 



özünün dҽ bir qırxı, һҽr qırxın özünҽmҽxsus üç yüz arҽni 

var. DҽrviĢlik böyüyüb bütün güney Rumu ağzına alıb, sҽnin 

bir iĢarҽnҽ bҽnddilҽr, padĢaһım! 

 



www.vivo-book.com 

 

435 



 – Bu biqeyrҽt Sҽlim cҽngҽ dҽvҽtimi qҽbul elҽmir... 

 – Qorxur, saһibqran, sҽnin zҽfҽr qılıncının Ģöһrҽti bütün 

dünyaya yayılıb. Hҽr yerҽ gedirsҽn, söһbҽt sҽndҽn gedir. 

Sҽni zamanın Meһdisi adlandırırlar. Xüsusҽn Ġbraһimin 

ҽĢarı bütün Rumda bu babҽtdҽn çox iĢlҽr görür. Onun 

nҽfҽslҽri, cürҽtimi ҽfv eylҽ, qiblҽgaһım, sҽninkilҽrdҽn 

seçilmir. 

 

 – Qaraman tҽrҽflҽrdҽ nҽ var? 



 – Hҽr yer mҽğĢuĢluqdu, һökmdarım, sҽnin bircҽ «һҽ» 

demҽyinin intizarındadırlar. 

 

Söһbҽt xeyli uzandı. ġaһ rҽqibinin qüvvҽsi, silaһ növlҽri vҽ 



özünü maraqlandıran baĢqa mҽsҽlҽlҽr barҽsindҽ һacı 

Salmandan soruĢur, һacı da bütün görüb eĢitdiklҽrini 

danıĢırdı. Hacı Salman yeni gҽlҽn «firҽng sҽfiri» һaqqında 

bildiklҽrini vҽ müĢaһidҽ etdiklҽrini һökmdara demҽyi 

unutmadı. 

 

ġaһ һacı ilҽ söһbҽtindҽn xeyli mҽmnun qalmıĢdı. Hҽr iki 




www.vivo-book.com 

 

436 



tҽrҽf bir-birindҽn razı ayrılanda gün günortaya çatmıĢdı. 

 

ġaһ bilmirdi ki, qarĢıda onu Sultan Sҽlim sarayına çox yaxın 



olan ҽrҽnlҽrdҽn birinin elçisi – Ģair dҽrviĢ 

Ġbraһimlҽ görüĢ gözlҽyir. 

 

* * * 


 

ġҽһҽrҽ çatanda Ġbraһim karvandan ayrıldı. 

Münasibҽtlҽrindҽki bütün qҽribҽliklҽrҽ baxmayaraq ona 

Aytҽkinlҽ vidalaĢmaq ağır gҽlirdi. Qız qızlığını bilirdi, 

indicҽ bu ağır ayrılıq, bu ҽbҽdiyyҽt qarĢısında o aciz, yazıq 

bir görkҽmdҽydi. Ġstҽyirdi ki, desin: «Mҽn oğlan deyilҽm!» 

Mҽn o xҽsis qocanın kölҽsiyҽm. Mҽni bu һacı Salman tacir 

onun vҽsiyyҽtilҽ malından, ҽĢyasından biri kimi qҽbul edib, 

qul bazarında satacaq; pulunu da onun külfҽtinҽ verҽcҽk. 

Pulun yox – alasan mҽni. Yerin-yurdun bҽlli deyil ki, 

aparasan, gizlҽdҽsҽn mҽni. Yersiz-yurdsuz, ҽlҽvi dҽrviĢin 

nҽyi var? Amma bu az ömrümdҽ dünyada çox Ģey 

görmüĢҽm. Çox üzlҽr... çox gözlҽr... tҽkcҽ sҽn... tҽkcҽ sҽn... 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə