Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə15/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

 
Язизхан Танрыверди 
 
 
46 
nümunələr  müasir  ədəbi  dilimizin  orfoqrafiyası  deyil, 
orfoepiyası baxımından normal hesab edilir. 
―Annax‖  sözü  müasir  dialekt  və  şivələrimizdə,  o  cüm-
lədən Şəmkir şivəsində ―qanacaq‖, ―mərifət‖ mənasında işlənir 
(16-377).  Müasir  ədəbi  dilimizdə  ―anlaq‖  sifətinin  əsası  olan 
―anlamaq‖ sözü başa düşmək, qanmaq, düşünmək, dərk etmək; 
duymaq, sezmək, hiss etmək; bir şeyin haqqında müəyyən fikri, 
baxışı  olmaq  mənalarında  işlənməkdədir  (14-109).  Həmin 
sözün  ziddini  təşkil  edən  anlamaz  sözü  qanmaz,  mərifətsiz, 
şüursuz,  qanacaqsız,  kobud  mənalarını  ifadə  edir  (16-109). 
Buradan da belə məlum olur ki, ―anlamaz‖ sözü ―qanacaqsız‖, 
―mərifətsiz‖, ―qanmaz‖, ―şüursuz‖ mənalarını, ―anlayan‖  sözü 
isə    ―başa  düşən‖,  ―qanacaqlı‖    mənalarını    bildirir.  Deməli, 
―Annax‖  antroponiminin  semantikasında  yüksək  mənəvi  key-
fiyyətlər  –  anlayan,  alicənab,  başa  düşən,  mərifətli  kimi  mə-
nalar  vardır.  Təbii  ki,  bu  keyfiyyətlər  onun  antroponim  kimi 
işlənməsinə səbəb olmuşdur. 
Aslan.  Güclülük,  qorxmazlıq,  qüvvətlilik,  çeviklik  key-
fiyyətlərinə  malik  olan,  metaforik  səciyyəli  bu  antroponimin 
tarixi  qədimdir.  Orxon-Yenisey  abidələrində  Arslan  Külüq 
Tiriq (72-140), ―Kitabi-Dədə Qorqud‖ dastanında Qağan Aslan 
(103-103) kimi işlənmişdir. XII əsr Eldəgiz hökmdarı da bu adı 
daşımışdır (Qızıl Arslan) (19-109). Bu antroponim türk xalqları 
antroponimikasında  müxtəlif  fonetik  variantlarda  işlənir. 
Məsələn,  qazax  dilində  Arıstan,  Arısbek  (90),  qırğız  dilində 
Arstan, Arıstan, Arslan (104), özbək dilində Arslan, Arslonbek 
(35),  tatar  dilində  Arıslan  (194)  və  s.  Əlavə  edək  ki,  türk 
xalqları antroponimikasında geniş yayılan ―Aslan‖ antroponimi 
rus tarixi mənbələrində  və folklorunda Ruslan, Eruslan, Aslan, 
Oslam kimi işlənmişdir (31-200). 
―Aslan‖  zooleksemi  folklorumuzda  həmişə  məğrurluq 
rəmzi ifadə etmişdir. Məsələn, ―Kitab‖da: 
 Güni gəldi, kafər başın kəsdürəyin səniŋ çün 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
47 
Aslan adım saqlardım səniŋ içün (103-70). 
Göründüyü kimi, ―aslan‖ sözü igidlik mənasını ifadə edir. 
Bu  da  onun  antroponim  yaradıcılığında  iştirakına  səbəb  ol-
muşdur. 
Antroponimikamızda Aslan//Arslan adı ilə bərabər, onun-
la sinonimlik təşkil edən Əsəd, Heydər (ərəb mənşəli) adları da 
işlənməkdədir.  Bu  sistemə  fars  mənşəli  ―şir‖  sözü  əsasında 
formalaşan  antroponimləri  də  aid  etmək  olar.  Məsələn,  Şirzad 
(fars),  şirəli  -  şir  (fars)  +  əli  (ərəb),  Şirxan  –  şir  (fars)  +  xan 
(türk) və s. 
Bağdad.  Azərbaycan  antroponimləri  sistemində  ―Bağ-
dad‖ qadın adı kimi, az da olsa, işlənməkdədir. Bu adın Bağdad 
(İraqın paytaxtı) toponimi əsasında yaranmasına şübhə yoxdur. 
Əvvəla,  hər  iki  vahid  eyni  səs  sisteminə  malikdir.  Digər  tə-
rəfdən,  toponim  əsasında  yaranmış  antroponimlər  türk  antro-
ponimləri sistemində xüsusi  yer tutur. ―Bağdad‖ adını kişilərin 
yox, məhz qadınların daşıması isə gözəlliyin arzu olunması ilə 
bağlıdır.  Bizcə, buna səbəb ―Bağdad  gözəli‖ ifadəsinin,  yaxud 
Bağdad  toponiminin  folklorumuzda  ―Gözəllər  diyarı‖ 
mənasında işlənməsidir. 
 
Zülfünü bağda dara,  
Bağda yu, bağda dara. 
Bir yaxşı həmdəm üçün  
Ərzrum gəz,  Bağdad ara. 
 
Azərbaycan dilçiliyində ―Bağdad‖ toponiminin etimologi-
yasına  az  diqqət  yetirildiyini  nəzərə  alaraq,  aşağıdakı  izahın 
verilməsini vacib hesab edirik. 
Assuriya  hökmdarı  II  Sarqonun  (e.ə.721-105)  ―təntənəli 
yazı‖larından  məlum  olur  ki,  o,  Mannanın  bir  sıra  şəhərlərini 
dağıdır,  hökmdarları  məhv  edir,  uişdişli    Baqdattinin  dərisini 
soyur (21-11). 


 
Язизхан Танрыверди 
 
 
48 
Bağdad şəhərinin əsasının 762-ci ildə Abbasilər dövründə 
qoyulduğunu (137-13), uişdişli Baqdattinin isə Assuriya hökm-
darı  II  Sarqonun  dövründə  (e.ə.721-705)  Uişdişli  ərazisində 
yaşadığını,  Cənubi  Azərbaycanın  Marağa  bölgəsinə  daxil  olan 
həmin ərazi ilə İraqın paytaxtı Bağdad şəhəri arasındakı coğrafi 
yaxınlığı,  antroponimlərin  toponim  yaradıcılığında  fəal  iştira-
kını,  Baqdatti  adının ilk daşıyıcısı olan şəxsin  məşhurluğunu, 
Baqdatti  antroponimi  ilə  Bağdad  toponiminin  səs  kompleksi 
baxımından yaxınlığını nəzərə alsaq Bağdad toponimi Baqdatti 
antroponimi əsasında yaranmışdır – fikrini söyləmək mümkün-
dür. 
Y.Yusifov  Manna  hökmdarı  Baqdatti  adını  izah  edərkən 
həmin  antroponimin  ―baqda‖  ―boqda‖  sözü  əsasında  yarandı-
ğını, -tti şəkilçisinin isə -lı
4
 ilə sinonimlik təşkil etdiyini göstə-
rir  (99-146).    Bu  da  arxaik  türk  antroponimləri  sistemindəki 
teonim  əsasında  formalaşan  ―Baqlu‖  (164-69)  antroponimi  ilə 
bir  xətdə  birləşir.  N.Nəbiyev  araşdırmalarda  ―Bağdad‖  adının 
―Allah verdi‖ mənasında  izah olunduğunu qeyd edir (137 - 13). 
Göründüyü kimi, Baqdatti, Baqlu və Bağdad antroponimi 
―baq‖  teonimi  əsasında  formalaşmışdır  və  semantik  tutum 
baxımından bunların arasında ciddi məna fərqi nəzərə çarpmır. 
Həmin  teonimin  mənşəyi  ilə  bağlı  fikir  müxtəlifliyinə  müna-
sibət  bildirən  F.Cəlilov  ―Baq‖  teoniminin  slavyan,  yaxud  İran 
mənşəli deyil, türk mənşəli olduğunu qədim türk dili faktları ilə 
əsaslandıraraq göstərir ki, qədim Ön Asiya izoqlosu olan ―Baq‖ 
teonimi  sonralar  tanrı  anlamında  ―Baq‖  (Mannada),  ―Baqa‖ 
(Midiyada), ―Bağa‖, ―Bayat‖ (türk dillərində), ―Bağa‖ (İran dil-
lərində),  ―Boq‖  (slavyan  dillərində),  ―Bhaqa‖  (qədim  hind 
dilində)  şəklində işlənmişdir (187-94). 
Becan.  Müasir  antroponimikamızda  o  qədər  də  işlək  ol-
mayan ―Becan‖ antroponimi dastanlarımızda, o cümlədən ―Ki-
tabi-Dədə  Qorqud‖  (Baybican)  və  ―Abbas  və  Gülgəz‖ 
dastanlarında  (Becan)  müşahidə  edilir.  Ə.Dəmirçizadə  bir  sıra 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə