Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə13/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

 
Язизхан Танрыверди 
 
 
40 
suyun  rəngini  deyil,  içməyə,  istifadəyə  yararlılıq  dərəcəsini 
bildirir;  2.  Ağ  və  qara  sözləri  çayın  uzun  və  ya  qısalığını 
göstərməyə  xidmət  edir.  Məsələn,  Ağ  çay  uzunluğu  68  km.  – 
Qaraçay  uzunluğu  93  km.,    Ağsu  uzunluğu  7  km.  –  Qarasu 
uzunluğu 14 km.; 3. Ağ və qara sifətləri bəzən obyekt suyunun 
şəffaf  və  qeyri-şəffaflığını  bildirir.  Məsələn,  Ağçay,  Qaraçay 
(89-30-32).  A.Qurbanov  Qara  dağ,  Qara  daş,  Qara  yazı,    Qara 
Tuğay  toponimlərinin  tərkibindəki  ―qara‖  sözünün  çoxluq 
mənasında işləndiyini göstərir (57-51). 
Qeydlərə  əsasən deyə bilərik ki, ―ağ‖ leksik vahidi oyko-
nim  və  oronimlərdə  rəng,  hidronimlərdə  şəffaflıq,  içməyə 
yararlı olmaq, qısalıq və s. məna çalarlarını bildirir. ―Qara‖ lek-
sik  vahidi  isə  hidronimlərdə  böyüklük,  qeyri-şəffaflıq,  içməyə 
yararlı olmayan və s., oronimlərdə rəng və böyüklük bildirir. 
Yuxarıda  göstərdiyimiz  kimi,  Ağgün,  Ağgül,  Ağbəniz, 
Ağca, Ağcaqız,  Ağcabəyim, Ağcabəniz, Ağcaxanım, Ağcagül, 
Ağcazər  və  s.  antroponimlərin  ilk  hissəsini  ―ağ‖  və  ―ağca‖ 
vahidləri təşkil edir. Bu cür qadın adlarımızın formalaşmasında 
―ağ‖  və  ―ağca‖  vahidlərinin  semantikasındakı  gözəllik,  saflıq, 
təmizlik,  xeyirxahlıq  və  s.  kimi  keyfiyyətlər  əsas  olmuşdur. 
Deməli,  Ağqız,  Ağcaqız  elə  qəşəng  qız,  gözəl  qız  deməkdir. 
Təsadüfi  deyildir  ki,  ―ağ‖  və  ―ağca‖  vahidləri  ―Kitabi-Dədə 
Qorqud‖ dastanında da gözəl mənasında işlənmişdir: 
                      
        Ağca yüzlü anaŋ qarşu gəlüb oğul desə
        Ağ boynında qıl orğan taqılu, deyəyinmi? (103-76) 
 
―Ağ‖ leksemi bir sıra ləqəblərimizin formalaşmasında da 
iştirak  etmişdir.  Məsələn,  Ağbaş  Kərim,  Ağbığ  Qurban  və  s. 
Belə ləqəblərin formalaşmasında iştirak edən ―ağ‖ leksemi rəng 
anlamlıdır. Yəni qadın adlarındakı gözəllik motivi burada mü-
şahidə olunmur. 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
41 
Qara, Qaraxan,  Qarabəy, Qarakişi və  başqa antroponim-
lərin yaranmasında iştirak edən ―qara‖ sözünün semantikasında 
böyüklük, güclülük, məğrurluq və s. keyfiyyətlər vardır. ―Qara‖ 
sözü  ―Kitabi-Dədə  Qorqud‖  dastanında  da  böyük  mənasında 
işlənmişdir. Məsələn:  
 
    Bəri gəlgil, arslanım oğul!  
    Qara dəŋiz kimi yayqınıb gələn kafərin ləşkəridür.  
(103-70) 
 
M.Çobanov ―qara‖ leksemli antroponimlərdə rəng bildir-
mə  xüsusiyyətini  əsas  götürür  (180-38).  H.Həsənov  da  həmin 
tip  antroponimlərin  zahiri  əlamətlə  əlaqədar  yarandığını  gös-
tərir  (174-56).  Əlbəttə,  ―qara‖  sözündə  rəng  bildirmə  xüsusiy-
yəti  vardır.  Lakin  haqqında  bəhs  etdiyimiz  antroponimik  va-
hidlərin  yaranmasında  ―qara‖  sözünün  böyüklük,  qüdrətlilik, 
güclülük kimi məna çalarları əsas olmuşdur. Bu da təsadüfi de-
yildir.  Çünki  dünyaya  gələn  oğlan  uşağını  güclü,  qüvvətli, 
yenilməz, məğrur  görmək türk psixologiyası,  türk mənəviyyatı 
üçün  həmişə  xarakterik  olmuşdur.  Qara  antroponiminin  rəng 
anlamlı ―qara‖ vahidi ilə bağlı olmadığı M.Adilov tərəfindən də 
əsaslandırılmışdır:  ―Səlcuq  hökmdarı  Qara  Arslana  verilən 
―qara‖  ləqəbi  də  ―böyük‖,  ―qüdrətli‖  mənasındadır.  ―Dədə 
Qorqud‖    dastanlarında  işlənən  Qara  xan,  Qaraca  çoban,  Qara 
Budaq adlarında da bu məna vardır (38-151). Buradan bir daha 
aydın olur ki, ―qara‖ leksemli kişi adlarımız rəng, yaxud zahiri 
əlamət əsasında yaranmamışdır. 
 ―Qara‖  leksemi  Qaratel,  Qaragöz,  Qaraqız,  Qaracaqız, 
Qarabirçək,  Qaranaz,  Qaragilə  və  s.  kimi  qadın  adlarının  mo-
tivləşməsində  də  iştirak  etmişdir.  Bu  cür  qadın  adlarının    mo-
tivləşmə  səbəbini  izah  etməzdən  öncə,  ―ağ‖  və  ―qara‖  vahid-
lərinin  bir-biri  ilə  əkslik,  ziddiyyət  yaratma  xüsusiyyətlərinə 
diqqət  yetirmək  lazımdır.  Bu  barədə  M.Adilov  yazır:  ―Qədim 


 
Язизхан Танрыверди 
 
 
42 
zərdüştlük – dualist fəlsəfəsinə görə ağ rəng müsbət qüvvələri, 
qara isə mənfi qüvvələri təmsil edirdi (qara basma,  qara qüvvə, 
günü  qara  olmaq  və  s.).  Odur  ki,  ―ağ‖  Hörmüzdün-gündüzün, 
qara  isə  Əhrimənin-gecənin  rəmzi  hesab  olunurdu‖  (8-10). 
Həmin  müəllifin  başqa  bir  fikrinə  müraciət  edək:  ―...qara  sözü 
mənfi  çalarlıqda  güclü,  şiddətli,  təsirli  mənalarını  ifadə  edir: 
qara yel, qara qış, qara azar, qara qırğın‖ (38-150). Göründüyü 
kimi, müəllif ―ağ‖ və ―ara‖ vahidlərinin bir-birinə zidd xüsusiy-
yətlərini konkret dil faktları ilə izah etmişdir. 
―Ağ‖ rəngin müsbət,  ―qara‖ rəngin isə mənfi emosiyaları 
ifadəetmə  xüsusiyyətləri  ―Kitabi-Dədə  Qorqud‖  dastanında 
daha  qabarıq  müşahidə  olunur.  Məsələn,  ―Kimüŋ  ki,  oğlı-qızı 
yoq,  qara  otağa  qondurın,  qara  keçə  altına  döşəŋ  qara  qoyun 
yəxnisindən  öginə  gətirürüŋ.  Yersə,  yesün,  yeməzsə,  tursun-
getsüŋ  -  demişdi.  ―Oğlı  olanı  ağ  otağa,  qızı  olanı  qızıl  otağa 
qondurıŋ‖  (103-34).  Rəng  anlamlı  ―qara‖  lekseminin  mənfi 
emosiyalar  ifadə etməsini də inkar etmək olmaz. 
Dilimizdə rəng anlamlı ―qara‖ vahidi gözəllik mənası ifa-
də edən bir sıra leksik vahidlərin yaranmasında iştirak etmişdir. 
Məsələn, qaratel, qaratelli, qarasaç, qarasaçlı, qarasaqqal, qara-
saqqallı,  qaragöz,  qaragözlü,  qarabuğdayı,  qaraşın  və  s.  Tərki-
bində  ―ağ‖  sözü  iştirak  edən  ağbirçək,  ağsaqqal  kimi  vahidlər 
müdriklik rəmzini ifadə etdiyi kimi, tərkibində ―qara‖ sözü işti-
rak  edən  qarabirçək,  qarasaqqal  kimi  vahidlər  də  cavanlıq, 
sağlamlıq,  gözəllik  mənalarını  ifadə  edir.  Bu,  tərkibində  ―ağ‖ 
və ―qara‖ sözləri iştirak edən vahidlərin müsbət emosiya ifadə-
etmə  xəttində  birləşdiyini  göstərir.  Qarasaç,  qaraqaş,  qaragöz 
kimi  vahidlər  poeziyamızda  da  gözəl  mənasında  işlənmişdir. 
Məsələn: 
  
                   Qaraqaş, qaragöz bir qız da asta, 
                   Yolunu gözlərəm həsrətlə dedi. 
                                                      (Məmməd Rahim) 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə