Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə31/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

 
Язизхан Танрыверди 
 
 
94 
adi  dərəcədə  güclü,  qüvvətli  mənasında  işlənən  ―ker‖  kökü  ilə 
əlaqələndirir, ―ay‖ ünsürünün isə ―adam, insan‖ mənası verdiyi-
ni göstərir (80-277). Müəllifin etimoloji təhlili inandırıcıdır. Bu 
təhlili əsas götürsək, rus dilindəki ―qəhrəman‖ anlamlı ―герой‖ 
sözü  ilə    türk  mənşəli  ―gəray‖  sözü  fonetik,  həm  də  semantik 
baxımdan  eyni  yuvada  birləşər:  fonetik  baxımdan  gəray  – 
герой  (g→q,  ə→e,  a→o  səs  əvəzlənmələri  mümkündür), 
semantik baxımdan gəray (qeyri-adi dərəcədə güclü, qüvvətli), 
герой  (qəhrəman,  igid).  Hər  iki  vahidin  leksik  mənası  igidlik 
xəttində birləşir. 
Qədim  türk  dilində  igid,  kişi  mənasında  işlənən  ―ər‖ 
sözünün  türk  dillərində  ―ə:r//e:r//ar//ər//er//ir//ey//e://ə//yer// 
hə://rə‖  (157-322)  fonetik  variantlarında  işlənməsini,  F.Cəlilo-
vun  ―ər‖  sözünü  Avropaya  aparan  macarlar  onun  hersoq 
(knyaz)  derivatını  slavyan  və  german  dillərinə  ötürmüşdür, 
alman dilindəki herr (knyaz), latın dilindəki erus//herus (knyaz) 
sözlərinin  kökündəki  er//her  sözü  həmin  dillərə  daha  qədim 
dövrdəki  kontaktda  keçmişdir  fikrini  (186-141)  və  başqa  dilli 
mənbələrdə, o cümlədən yunan mənbələrində ―ar‖ əsaslı vahid-
lərin  qar  (Qarpak),  har  (harpaq),  ar  (Arpak)  (44-269)  fonetik 
variantlarda  qeydə alınmasını nəzərə alsaq, ehtimal etmək olar 
ki,  ―gəray‖  və  ―герой‖  sözlərinin  ilk  hissəsi  türk    mənşəli 
―ar//ər‖  vahidinin  derivatlarıdır.  ―Gəray‖  sözü  müasir  ədəbi 
dilimizdə apelyativ kimi arxaikləşmişdir. 
Minbaşı.  Antroponimikamızda  az  müşahidə  olunur. 
―Minbaşı‖ titulu (Səfəvilər dövründə yaranan tituldur) əsasında 
yaranan bu antroponimin  apelyativi titul kimi  arxaikləşmişdir. 
Lakin  titul  yaradıcılığında  iştirak  edən  say  anlamlı  ‖min‖  və 
çoxmənalı ―baş‖ sözləri müasir ədəbi dilimizin lüğət tərkibində 
işlənməkdədir. 
Oqtay. Apelyativi barədə müxtəlif fikirlər vardır. O.Mir-
zəyev  göstərir  ki,  qədim  türk  dilində  ―oq‖  və  ―tay‖  sözlərinin 
birləşməsi  ―həmnəsil‖,  ―nəsildaş‖,  ―eloğlu‖  mənasını  verir 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
95 
(122-175). B.Abdullayev araşdırmalarda ―Oqtay‖ antroponimi-
nin ―ağ dayça‖, ―hakim‖, ―hökmdar‖ kimi izah edildiyini göstə-
rir  (4-43).  T.Hacıyev  ―oq‖  sözünü  ―doğma  ana‖,  ―tay‖  sözünü 
isə ―yoldaş‖ və ―kimi‖ mənalarında izah edir (173-278). 
Göründüyü  kimi,  ―Oqtay‖  antroponiminin  apelyativinə 
müxtəlif istiqamətlərdən yanaşılmış və türk mənşəli vahid kimi 
izah  edilmişdir.  ―Oqtay‖  antroponimindəki  ―oq‖  və  ―tay‖ 
vahidləri  müasir  ədəbi  dilimiz  baxımından  arxaik  sözlər  hesab 
edilir.  Əlavə  edək  ki,  ―tay‖  sözü  ―tay-tuş‖,  ―tay  olmaq‖  kimi 
ifadələrdə qorunmaqdadır. 
Ozan.  Antroponimikamızda  az  təsadüf  olunan  vahidlər-
dəndir. Apelyativi müasir ədəbi dildə işlənmir. ―Ozan‖ apelya-
tivi  dilimizdə  vaxtilə  işlənmiş  arxaik  ―şaman‖,  ―yanşaq‖  və 
müasir ədəbi dilimizdəki ―aşıq‖ sözlərinin sinonimidir. 
Tamerlan.  Hibrid  antroponimdir.  ―Tamer‖  sözü  ―dəmir‖ 
sözünün  türk  dillərində  işlənən  qədim  forması  ilə  səsləşir. 
―Teymur‖  antroponimindəki  ―teymur‖  apelyativi  də  ―dəmir‖ 
sözünün qədim və müasir türk dillərində işlədilən forması olub, 
temir-teymur-dəmir  kimi  dəyişilmişdir‖  (4-51).  ―Lan‖  isə  fars 
mənşəli  topal,  axsaq  anlamlı  ―ləng‖  sözünün  fonetik  tərkibcə 
dəyişmiş variantıdır. ―Tamerlan‖ – Teymurləng, Topal Teymur 
kimi  izah  olunmalıdır.  Çünki  Teymur  tarixi  şəxsiyyət  olsa  da, 
―Teymurləng‖  ləqəbi  ilə  tanınmışdır.  Deməli,    ―Tamerlan‖ 
antroponimi  ―Teymurləng‖  antroponimi  əsasında  yaranıb, 
semantikasında igidlik motivini əks etdirir. 
Aydındır ki, ―Tamer‖, ―Teymur‖, ―Dəmir‖ kimi antropo-
nimlərin əsasında bərk metal adı ifadə edən vahid durur. Həmin 
söz əsasında yaranmış antroponimik vahidlər qazax (Temurtas, 
Temirxan  və  s.),  başqırd  (Timertaş),  özbək  (Oytemir),  qırğız 
(Temirbek, Temirxan) və başqa türk xalqları antroponimikasın-
da işləndiyi kimi, gürcü (Temuri) və rus (Timur, Timur-Kutluq, 
Timuryazev) (34-274-275) antroponimikasında da işlənməkdə-
dir. 


 
Язизхан Танрыверди 
 
 
96 
Tanrıverdi,  Tarverdi.  Mürəkkəb  quruluşlu  bu  antropo-
nimlərin birinci komponenti ―tanrı‖ və həmin sözün fonetik tər-
kibcə dəyişmiş variantı olan ―tarı‖ allah anlamlı arxaik sözdür. 
Həmin  antroponimlərdəki  ―ver+di‖  vahidi  isə  müasir  ədəbi 
dilimizdə eynilə işlənməkdədir. 
Tarxan.  Qədim  türk  dilində  bəy,  feodal,  imtiyazlı  silk 
mənalarında işlənib. Müasir ədəbi dilimizdə mühafizə olunmur. 
Timurçin. Bu antroponimdəki ―timur‖ sözü müasir ədəbi 
dilimizdə ―dəmir‖ şəklində işlənir. ―Çin‖ isə igid mənalı vahid 
olub, ədəbi dilimizdə arxaikləşmişdir. 
Tokay.    ―Tokay  vuran,  toxunan  kişi,  ər‖  (8a–275)  kimi 
izah edilmişdir. Ədəbi dilimizdə vur, döy anlamlı ―tok‖, ―tokı‖ 
feli  toqquş,  toqquşma  sözlərində  mühafizə  olunmuşdur.  ―Ay‖ 
ünsürü isə ―adam‖, ―insan‖ anlamlı olub, müasir ədəbi dilimiz-
də arxaikləşmişdir. 
Tural.  Apelyativini  təşkil  edən  vahidlər  müasir  ədəbi 
dildə  işlənsə  də  (tur//durmaq/+al//almaq)  –  fel+fel),  leksik  və 
morfoloji  cəhətdən  analitik  qavranmır  (173-278).  Ona  görə  də 
apelyativi arxaikləşən vahidlər sırasına daxil etmişik. 
Topçubaşı.  Antroponimikamızda  əsl  şəxs  adı  kimi  az 
işlənir,  daha  çox  familiyalarımızda  müşahidə  edilir.  Məsələn, 
Topçubaşov. Bu antroponimin apelyativi titul kimi arxaikləşsə 
də, həmin titulu təşkil edən ―top, topçu‖ və ―baş‖ sözləri müasir 
ədəbi dilimizdə eynilə işlənməkdədir. 
Umud,  Umur.  Hər  iki  antroponimin  apelyativini  təşkil 
edən ―ummaq‖ feli daha çox danışıq dilində və dialektlərimizdə 
müşahidə olunur. 
Xaqan.  Apelyativi  müasir  ədəbi  dildə  işlənmir.  Xan,  ha-
kim  anlamlı  titul  kimi  qədim  türk  dilində  işlənmişdir.  Orxon-
Yenisey  abidələrində  ―kağan‖  fonetik  variantında  müşahidə 
edilir  (115-6).  Xaqani  (XI  əsr  Azərbaycan  şairi  Əfzələddin 
Xaqani) təxəllüsünün  ―xaqan‖ hissəsi  də  qeyd etdiyimiz titulla 
bağlıdır (4-56). 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə