Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə32/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
97 
Xəzər.  Hidronimik  vahidlər  əsasında  yaranan  antropo-
nimlər  sırasına  daxildir.  Tədqiqatlarda  ―Xəzər‖  hidroniminin 
etnonim  əsasında  yarandığı  göstərilir  (69a–31-32),  (84-7), 
(190-16). ―Xəzər‖ apelyativ kimi ədəbi dilimizdə işlənmir. 
Çingiz.  ―Dəniz‖  sözünün  qədim  fonetik  şəkli  ―tenqiz‖, 
ondan  da  qədimi  ―çingiz‖  olmuşdur  (173-279).  ―Dəniz‖  sözü-
nün ən qədim forması olan ―Çingiz‖ sözü müasir ədəbi dilimiz-
də ―dəniz‖ anlamlı leksik vahid kimi qavranmadığından apelya-
tivi arxaikləşən vahidlər sırasında izah etmişik. 
 
             Apelyativi arxaikləşən qadın adları   
 
Ağabacı.  ―Ağa‖  titulu  arxaikləşmiş,  bacı  apelyativi  isə 
müasir  ədəbi  dilimizdə  eynilə  işlənməkdədir.  Ağa  titulu  kişi 
adlarının yaranmasında daha çox iştirak etmişdir. 
Bəyim.  Apelyativi  bəy  qadını,  bəy  arvadı,  bəy  qızı  kimi  
izah  edilir.  Müasir  ədəbi  dilimizdə  arxaikləşmişdir.  Antropo-
nimikamızda  Ağabəyim,  Bəyimxanım,  Bəyimbacı  kimi  antro-
ponimlərin tərkibində işlənməkdədir. 
Gərəkməz.  Bu  antroponim  qız  lazım  deyil,  gərək  deyil 
mənasındadır. ―Gərəkməz‖ antroponimindəki ―gərək‖ sözü mü-
asir  ədəbi  dilimizdə  ədat  kimi,  -məz
2
    şəkilçisi  isə  müzarenin 
inkarı  kimi  işlənməkdədir.  Lakin  ədəbi  dilimizdə  müzarenin 
inkarı ―gərək‖ ədatının sonunda işlənmir və bu funksiya gərək 
deyil, gərək olmaz kimi analitik formalarla ifadə olunur. 
Oysandıq.  Antroponimlərimizlə  bağlı  nəşr  olunan  lüğət-
lərdə  qeydə  alınmayıb.  Dialektlərimizdə  (qərb  qrupunda)  mü-
şahidə  olunur.  Qız  uşağının  arzulanmaması  ilə  bağlı  olaraq 
yaranan Qızqayıt, Qızbəs, Yetər və s. kimi antroponimlərlə bir 
sistemə  daxildir.  Oysandıq  –  yəni  qorxduq,vahiməyə  düşdük 
mənasındadır. ―Oysanmaq‖ vahidi ədəbi dilimizdə deyil, yalnız 
dialekt və şivələrdə müşahidə olunan arxaik vahidlərdəndir. 


 
Язизхан Танрыверди 
 
 
98 
Tomris.  Apelyativi  müasir  ədəbi  dilimizdə  işlən-
mir.  ‖Tomris‖  antroponimi  həyat  verən,  nəsil  artıran,  bərəkət 
gətirən mənalarında izah edilmişdir (122–221). 
Tuğra.  Apelyativi  qədim  türk  dilində  əmrlərin,  rəsmi 
sənədlərin  əvvəlindəki  monoqram  və  ya  xətt  mənasında 
işlənmiş (4-53), müasir ədəbi dilimizdə isə arxaikləşmişdir. 
Taybəs.  Antroponimikamızda  az  müşahidə  olunan  ad-
lardandır.  Qız  uşağının  çox istənilməməsi,  çox  arzulanmaması 
ilə bağlı olaraq motivləşən adlar sırasına daxildir. Taybəs, yəni 
daha bəsdir, daha qız uşağı olmasın mənasını verir. ―Bəs‖ sözü 
ədəbi  dilimizdə,  daha  anlamlı  ―tay‖  sözü  isə  danışıq  dili  və 
dialektlərimizdə işlənir. 
Usandıq.  Qız  uşağının  doğulması  çox  arzulanmayan 
ailələrdə  verilən  xarakterik  adlardandır.  ―Usandıq‖  apelyativi 
yorulduq, bezdik, cana doyduq, zara gəldik mənalarını bildirir.  
Həmin  anlamlı  ―usanmaq‖  vahidi  ədəbi  dilimiz  baxımından 
arxaik hesab olunur. 
Xanım.  ―Xan  qadını‖  mənasında  izah  edilən  ―xanım‖ 
titulu  müasir  ədəbi  dilimizdə  yalnız  hörmət  mənasında  işlənir 
və həmin mənada da  təklikdə, eləcə də digər vahidlərlə birlikdə 
qadın  adlarımızın  yaranmasında fəal  iştirak etmişdir. Məsələn, 
Xanım,  Ayxanım,  Anaxanım,  Balaxanım,  Balacaxanım, 
Başxanım, Bəyimxanım, Bircəxanım, Böyükxanım və s.  
Xatın. Qədim türk dilində qadın, xanım, arvad mənasında 
işlənmişdir.  Müasir  ədəbi  dilimizdə  işlənməsə  də,  dialektlə-
rimizdə qadın, arvad, adam mənasında ―xatınşı‖ kimi işlənmək-
dədir. Məsələn, ―Doqqazda xatınşılar döyüşür (86-23). 
Apelyativi arxaikləşən antroponimlərin təhlili göstərdi ki, 
kişi adlarının apelyativi funksiyasında iştirak edən aqşin (böyük 
qurd), alp (igid), baxşı (―bax‖, baq teoniminin fonetik variantı; 
―şı‖ insan anlamlı vahid), qur (dağ), domrul (həyat verən, nəsil 
artıran),  çin  (güc,  qüdrət),  təkin  (şahzadə),  ər  (igid,  kişi), 
yüzbaşı (titul), gəray (qeyri-adi dərəcədə güclü adam), minbaşı 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
99 
(titul), ozan (aşıq), oqtay (oq – doğma, ana, tay –yoldaş, kimi), 
tanrı  (allah),  topçubaşı  (titul),  tok  (vur,  döy),  xaqan  (şahzadə) 
və  s.  qadın  adlarının  apelyativi  funksiyasında  iştirak  edən 
bəyim (bəy qadını), gərəkməz (gərək olmaz, gərək deyil), bikə 
(ərə  getməmiş qız), oysanmaq (qorxmaq), tomris (həyat verən, 
nəsil  artıran),  usanmaq  (yorulmaq,  bezmək)  və  s.  vahidlər 
müasir ədəbi dilimizin  lüğət tərkibində işlənmir. 
 
 
Apelyativi müasir ədəbi dildə 
işlənən antroponimlər 
 
Dilimizdəki antroponimlərin, demək olar ki, hamısı apel-
yativ mənalı leksik vahidlərdir. Məsələn, əlvan sözünün apelya-
tiv  mənası  cürbəcür  rəngdə  olan  rəngarəng,  rəngbərəng,  ala-
bəzək  deməkdirsə,  onomastik  mənası  antroponim  kimi  işlən-
məsidir (60-197-198). 
Azərbaycan  antroponimik  vahidlər  sistemindəki  türk 
mənşəli antroponimlərin bir hissəsinin apelyativi  arxaikləşmiş-
dirsə də, bir hissəsinin apelyativi eynilə müasir ədəbi dilimizin 
lüğət  tərkibində  işlənməkdədir.  Belə  antroponimlər  apelyativi 
arxaikləşən  antroponimlərə  nisbətdə  çoxluq  təşkil  edir.  Bu  da 
ədəbi  dilimizin  leksikasında  türk  mənşəli  vahidlərin,  xüsusilə 
ad  bildirən  sözlərin  nisbətən  az  arxaikləşməsi  ilə  bağlıdır. 
Apelyativi müasir ədəbi dildə işlənən türk mənşəli antroponim-
ləri,  həmçinin  türk  təfəkkürü  ilə  yaradılan  və  tərkibindəki 
sözlərdən biri türk mənşəli olan hibrid antroponimləri aşağıdakı 
kimi sistemləşdirmək olar:                 
 
 
 
                        
 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə