Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə29/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

 
Язизхан Танрыверди 
 
 
88 
Alp. Müasir antroponimikamızda az təsadüf olunan antro-
ponimlərdəndir.  Apelyativi  igid,  qəhrəman  anlamlı  arxaik 
tituldur. 
Araz.  Etimologiyası  ilə  bağlı  müxtəlif  fikirlər  vardır. 
N.Nəbiyev  möhtəşəm,  böyük  mənasında  yunan  mənşəli  vahid 
kimi  izah  edir  (137-9).  N.Əsgərov  ―Araz‖  hidroniminin  tarixi 
mənbələrdə  müxtəlif  fonetik  variantlarda  (Aras,  Araks,  Arras, 
Rass  və  s.)  işlənməsini  göstərməklə  bərabər,  ayrı-ayrı  tədqi-
qatçıların,  o  cümlədən  A.Axundovun  ―Araz  antroponim  mən-
şəlidir‖, A.Nikonovun ―Araz  su mənasını ifadə edir‖ fikirlərini 
verir  və  ―Araz‖  hidronimi  etnonim  əsasında  (as//az)  yaranmış-
dır  -  qənaətinə  gəlir  (84-10-12).  ―Araz‖  hidronimi  ilə  bağlı 
etimoloji  təhlillərə  əsasən  demək  mümkündür  ki,  ―Araz‖  türk 
mənşəli vahiddir və apelyativi müasir ədəbi dilimizdə işlənmir. 
Aydındır  ki,  ―Araz‖  antroponimi  hidronim  əsasında  yaranmış-
dır. Lakin ―Araz‖ hidroniminin antroponim kimi işlənmə səbəbi 
barədə  müxtəlif  fikirlər  vardır.  Məsələn,  O.Mirzəyev  yazır: 
―Vətənin  dənizi  də, dağı da, çayı  da torpağı  kimi  əzizdir. Ona 
görə biz uşaqlarımızın adını Qoşqar, Savalan, Samur qoyuruq. 
Araz  da  bu  qəbildəndir.  Bu  adı  ilk  dəfə  öz  qəhrəmanına  Ab-
dulla Şaiq verib, ―Araz‖ povesti – uşaq ədəbiyyatımızın, şübhə-
siz  ki,  ən  böyük  xadiminin  yeganə  irihəcmli  nəsr  əsəridir. 
A.Şaiq  qəhrəmanı  inqilaba  məşəqqətli  yollarla  gələn  gənc 
fəhlədir. Doğma yurdumuzda Arazdan da böyük Kürümüz var. 
Lakin  Kür  adında  nə  oğlan,  nə  də  qıza  rast  gələrsiniz.  Yəqin 
yenə ona görə ki, azərbaycanlılar birhecalı ad qoymurlar‖ (122-
27).  B.Abdullayev  isə  ―Araz‖  hidroniminin  antroponim  kimi 
işlənməsini ―Araz‖  çayının coşqunluğu ilə bağlayır (4-13). 
Göründüyü kimi,  Araz hidroniminin antroponim kimi  iş-
lənmə  səbəbi  müxtəlif  prizmalardan  izah  olunmuşdur.  ―Araz‖ 
anttoponimi  ilə  bağlı  qeyd  olunan  motivlər  nə  qədər  əsaslan-
dırılmış olsa da, məqbul sayıla bilməz. O.Mirzəyevin azərbay-
canlılar  birhecalı  ad  qoymurlar  fikri  isə  özünü  doğrultmur. 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
89 
Çünki  antroponimikamızda  Alp,  Bəy,  Xan  və  s.  kimi  türk 
mənşəli, eləcə də Veys, Qeys, Rza, Zal, Şah və s. kimi  ərəb və 
fars mənşəli birhecalı antroponimlər, az da olsa, işlənməkdədir. 
Tarixin acı hökmü iki əsrə yaxındır ki, Azərbaycan türkünü iki 
yerə  parçalayıb,  qardaşı  qardaşdan  ayırıb,  ortada  Araz  çayıdır. 
Azərbaycan türkü Arazın hər iki sahilində intizar, həsrət, kədər 
içindədir.  Nə  qədər  ki,  vahid  Azərbaycan  dövləti  yaranmayıb, 
bu  nisgil  davam  edəcəkdir.  Azərbaycan  türkü  övladına  rəmzi 
olaraq  ―Araz‖  adını  verməklə  sanki  həsrətdən,  ayrılıqdan  qur-
tarıb  doğma  qardaşına  qovuşmuş,  arzusuna  çatmış  olur.  Məhz 
bu  keyfiyyətlər  Araz  antroponiminin  yaranması  üçün  əsas  ola 
bilər. 
Babək.  Antroponimikamızda  işlək  adlar  cərgəsində  olan 
―Babək‖ antroponiminin izahı ilə bağlı müxtəlif fikirlər vardır. 
O.Mirzəyev və  B.Abdullayev Babək antroponiminin  fars mən-
şəli  söz  əsasında  yarandığını  göstərirlər  (122-38)  (4-16). 
M.Adilov  və  A.Paşayev  konkret  faktlarla  əsaslandırır  ki,  ―Ba-
bək‖  antroponimi    ―ba‖  –  böyük,  ―bək‖  –  bəy  sözlərindən  dü-
zəlmiş,  mənası  ―böyük  bəy‖  deməkdir  (10-14).  Müasir  ədəbi 
dilimizdə böyük anlamlı ―ba‖ arxaikləşmiş, vaxtilə titul funksi-
yasını yerinə yetirən ―bəy‖ vahidi isə məhdud dairədə işlənir. 
Baxşı. Apelyativi kahin, şaman, ustad, aşıq anlamlı ―baq‖ 
(bax) və adam anlamlı ―şı‖ vahidləridir. ―Baq‖ teonimi müasir 
dilimizdəki  ―baxıcı‖  sözündə  qədim  şamanizmin  izini  yaşadır 
(187-95). 
―Baxşı‖ antroponimindəki ―şı‖ qədim türk dilində işlənən 
adam anlamlı sın, sun, sin, si, se, sə, sı vahidləri ilə bir sistemə 
daxildir.  Bu  vahidlər  Ulusun,  Ursi,  Telusun  kimi  qədim  türk 
mənşəli antroponimlərin  yaranmasında iştirak  etdiyi  kimi,  türk 
mənşəli  teonimlərlə  birlikdə  antroponim  yaradıcılığında  da 
iştirak  etmişdir.  Məsələn,  kud//qud  (Kudusun),  tar//tir//dir 
(Dirsə), baq//bax (Baxşı) və s. 


 
Язизхан Танрыверди 
 
 
90 
―Baxşı‖ antroponimi türk xalqları antroponimikasında ge-
niş  yayıldığındandır  ki,  rus  familiyaları  sisteminə  də  daxil  ol-
muşdur. N.A.Baskakov ―Makşeev‖ familiyasının yaranmasında 
kahin,  şaman,  aşıq  anlamlı  bagŞu-magŞu  vahidinin  əsas  oldu-
ğunu göstərir (34-134). 
Bəy. Qədim türk dilində hökmdar, rəhbər, knyaz mənala-
rında  işlənmişdir  (71-91).  Müasir  ədəbi  dilimizdə  hörmət  mə-
nasında işlənir. ―Bəy‖ apelyativi həm türk mənşəli (Bəy, Bəylər, 
Bəybala,  Balabəy,  Bəyverdi,  Elbəy  və  s.),  həm  də  hibrid 
(Əlibəy,  Əzizbəy  və  s.)  antroponimlərin  tərkibində  işlənmək-
dədir. 
Qambay.  Müasir  antroponimikamızda  təsadüf  olunan 
mürəkkəb quruluşlu ―Qambay‖ antroponiminin hər iki kompo-
nenti  müasir  ədəbi  dilimizdə  arxaikləşmişdir.  ―Qam‖  müxtəlif  
türk dillərində cadugər, şaman, nağıl danışan mənalarında işlən-
məkdədir (4-18). ―Kitabi-Dədə Qorqud‖ dastanındakı Qam-qan 
(Kam  xan)  və  Qam-büre  (Kam  Büre)  antroponimlərindəki 
―qam‖  teonimi  müqəddəs  anlamlıdır.  Qam-büre  ―müqəddəs  – 
qurd‖ mənasındadır (187-97). ―Bay‖ titulu isə, qeyd etdiyimiz 
kimi, yalnız hörmət mənasında işlənməkdədir. 
Qalabəy.  Titullar  əsasında  yaranan  antroponimlər  siste-
minə daxildir. Müasir ədəbi dilimizdə ―qala‖ sözü işlənir, ―bəy‖ 
isə mənaca daralan sözlər sırasındadır. ―Qalabəy‖ müasir ədəbi 
dilimizdə titul kimi arxaikləşmişdir. 
Qara.  Türk dillərində  ―qara‖ apelyativi güclü, qüvvətli, 
qüdrətli, böyük və s. mənalarla yanaşı, rəng anlamlı vahid kimi 
də işlənmişdir. Müasir  ədəbi dilimizdə  yalnız sonuncu mənada 
işlənməkdədir. ―Qara‖ apelyativi  əsasında formalaşan kişi  ad-
larının yaranmasında güclü, qüdrətli, qüvvətli, böyük, qadın ad-
larında isə gözəllik məna çalarları əsas olmuşdur. 
Qoçər.  Müasir  antroponimikamızda  az  işlənən  antropo-
nimlərdəndir. ―Qoç‖ sözü danışıq dilində igid, qoçaq, döyüşkən 
mənalarında  işlənir.  ―Qoçər‖  antroponimindəki  ―ər‖  sözü  də 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə