Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə37/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

 
Язизхан Танрыверди 
 
 
116 
b)  Bərk  cisimlərin  adı  əsasında  düzələn  kişi  adları: 
Aydəmir  (―ay‖  sözü  ilə  birlikdə  işlənmişdir),    Altun,  Altuntaş, 
Bəydəmir,  Dəmir,  Daşdəmir,  Gümüş,  Poladxan  (hibriddir  – 
―polad‖  fars  mənşəlidir).  Tamerlan  (hibriddir  –  ―lan‖  ləng 
sözünün fonetik tərkibcə dəyişmiş variantıdır, fars mənşəlidir), 
Teymur, Teymurçin və s. 
Yuxarıda  qeyd  etdiyimiz  antroponimlər  türk  xalqları  an-
troponimikasında  müxtəlif  fonetik  variantlarda  işlənməkdədir. 
Məsələn, qazax antroponimikasında Aytemir, Altınboğa, Akpo-
lat, Bekbolat, Kümisbek, Taskara, Taskoja, Temirtas, Tastemir, 
Temirpolat  və  s.),  qırğız  antroponimikasında  (Baybolat, 
Baytemir,  Damir,  Gümüşbek,  Taşkara,  Altınboy,  Temirxan, 
Temirkun və  s.), özbək  antroponimikasında (Oytemir, Kumuş-
boy,  Temir, Taşboy, Taştemir, Xantemir  və s.),  başqırd  antro-
ponimikasında  (Taştemir,  Timertaş və s.). 
Müqayisələrə  əsasən  demək  mümkündür  ki,  Azərbaycan 
antroponimikasında  balta,  buğa,  qara,  qoca  apelyativləri  daş, 
dəmir,  altun  apelyativləri  ilə  birlikdə  kişi  adlarının  yaranma-
sında iştirak etməmişdir. 
2.  Toponimlər  əsasında  düzələn  kişi  adları:  Bakı,  Bakı-
xan,  Elturan  (―Turan‖  türklərin  yaşadığı  yer  mənasında  işlən-
mişdir), Turan, Gəncə, Göyçə, Təbriz və s. (oykonimlər əsasın-
da yaranmışdır),  Araz, Arazbəy, Arazxan, Xəzər və s. (hidro-
nimlər əsasında yaranmışdır), Altay, Qafqaz, Qoşqar və s. (oro-
nimlər əsasında yaranmışdır). 
Toponimik  vahidlər  əsasında  düzələn  antroponimlərin 
yaranmasında böyüklük, ucalıq, əzəmət, vüqar, coşqunluq və s. 
xüsusiyyərlər əsas götürülmüşdür. 
3.  Dini-mifoloji  məzmunlu  sözlər  əsasında  yaranan  kişi 
adları:  Baxşı,  Baxış,  Qudulu,  Kutlu  (Qutlu),  Kutluq  (Qutluq), 
Kudusun, Dirsə, Durğut (Turqut), Ocaqverdi, Ocaqqulu, Tanrı-
xan,  Tanqı,  Tanrıverdi,  Tarıverdi,  Tariyel,  Tarxan  (Tərxan), 
Çələbi və s. Dini-mifoloji apelyativlər əsasında formalaşan kişi 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
117 
adları  hibrid  antroponimlər  sistemində  də  müşahidə  edilir. 
Məsələn,  Allahverdi  (―allah‖  ərəb,  ―verdi‖  türk),  Allahverən 
(―allah‖ ərəb, ―verən‖ türk), İmamverdi (―imam‖ ərəb, ―verdi‖ 
türk), Xudaverdi. Burada onu da qeyd edək ki,  ―allah‖ anlamlı, 
―xuda‖  lüğətlərdə  fars  mənşəli  söz  kimi  izah  edilir.  F.Cəlilov 
isə  həmin  sözü  türk  mənşəli  ―qut‖  teonimi  ilə  əlaqələndirir 
(127-99).  
Yuxarıda  qeyd  olunan  türk  mənşəli  antroponimik  vahid-
lərin  formalaşmasında  (dini  məzmunlu  ―ocaq‖  sözü  əsasında 
formalaşan  ―Ocaqverdi‖,  ―Ocaqqulu‖  antroponimləri  istisna 
olunmaqla) ―baq‖, ―qut‖ və  ‖tar‖ teonimlərindən istifadə olun-
muşdur.  Həmin  teonimlər  türk  xalqları  antroponimikası  və 
toponimikasında da mühafizə olunur. Burada bəzi türk xalqları 
antroponimləri sistemindəki  ―baq‖, ―qut‖ və ―tar‖ teonimli  an-
troponimləri qeyd etməklə kifayətlənirik. Qazax antroponimləri 
sistemində:  Bağaşar,  Bağıbay,  Baykuttı,    Kutıbay,    Kuttık,  
Tənyberqən,  Tarxan  və  s.,  qırğız  antroponimləri  sistemində 
Baqış, Baqışbek, Bakıy, Tariel, Tarxan və s.  
Bununla  bərabər,  Azərbaycan  antroponimikasında  ərəb 
dilinə  məxsus  Məhəmməd  (təriflənmiş),  Əhməd  (şanlı,  şöh-
rətli),  Əli  (yüksək,  uca),  Həsən  (gözəl,  göyçək),  Rza  (razılıq 
edən),  Mustafa  (seçilmiş),  eyni  zamanda  islam  dini  vasitəsilə 
antroponimikamıza daxil olmuş yəhudi mənşəli İbrahim (xalqın  
böyük  atası),  Süleyman  (sakit,  dinc),  Yusif  (―o  yığır,  o  əlavə 
edir‖,  gözəl),  Yaqub  (―o  dabandan  yapışır‖,  tərəfdar,  məs-
ləkdaş)  və  s.  antroponimlər  ilkin  mənalarına  görə  gözəllik 
məzmunlu  adlardır.  Lakin  antroponimika  tariximizdə  onların 
uzun müddət yaşamalarına səbəb məhz həmin adları tarixən din 
nümayəndələrinin  daşıması  olmuşdur.  Bu  tip  vahidlər 
antroponimikamızda VII-VIII əsrlərdən - ərəb işğalından sonra 
işlənməyə başlamışdır. 
Göründüyü kimi, Azərbaycan antroponimikasındakı  dini-
mifoloji məzmunlu ərəb və yəhudi antroponimləri türk mənşəli 


 
Язизхан Танрыверди 
 
 
118 
dini  antroponimlər  qədər  işlək  funksiyadadır.  Əlavə  edək  ki, 
islam  dini  nə  qədər  güclü  olsa  da,  türk  xalqları  digər  adları 
kimi,    dini-mifoloji  məzmunlu  milli  antroponimlərini  də 
əsrlərdən-əsrlərə ötürməyi bacarmışdır.  
4.  İstək  və  arzu,  hiss  və  həyəcanla  bağlı  olan  kişi  adları: 
Ağaverdi, Adıgözəl,  Adışirin  (hibriddir – ―şirin‖  fars mənşəli-
dir),  Annax,  Bulduq,  Duraxan,  Dursun,  Elbəy,  Elbəyi,  Elnur 
(hibriddir – ―nur‖ ərəb mənşəlidir). Eloğlu, Elxan, Elçin, Yara-
şıq, Yaşar, Yüksək, Minyaşar, Sevindik, Sevdik, Sevdim, Sön-
məz, Tapdıq, Ümid (Umud), Ucal, Xangəldi, Şahsevən (hibrid-
dir – ―şah‖ fars mənşəli tituldur) və s.  Bu sistemə müsbət mo-
tivli Qoca, Uğur, Uruz (Aruz), Usan və s. antroponimləri də da-
xil etmək olar. M.Çobanov qeyd olunan müsbət  motivli  antro-
ponimlərdən  ―Qoca‖antroponimini  yaş  mənasını  ifadə  edən 
antroponimlər  cərgəsinə  daxil  edir  (180-39).  T.Januzakov  isə 
Kojabay,  Kojabek,  Erğoja,  Eskoja  və  s.  antroponimlərdəki 
―koжa‖  (qoca)  apelyativinin  usta,  mirzə,  bəy,  varlı,  cənab 
mənasını ifadə etdiyini və ərəb mənşəli vahid olduğunu göstərir 
(90 – 95). Əvvəla, qeyd edək ki, müasir ədəbi dilimizdə ―qoca‖ 
sözü  yaş  mənasını  ifadə  etsə  də,  onun  antroponim  kimi  işlən-
məsində  hörmətli,  ağsaqqal  mənası  əsas  olmuşdur.  Çünki  heç 
kəs yaş mənasını ifadə edən ―qoca‖ sözündən ad kimi  istifadə 
etməz.  İkincisi,  T.Hacıyev  tədqiqatçıların  ərəb-fars  mənşəli 
hesab etdiyi ―qoca‖ sözünün geniş etimoloji təhlilini vermiş və 
faktlarla sübut etmişdir ki, müxtəlif fonetik variantlarda işlənən 
―qoca‖ sözü türk mənşəlidir. Müəllif ―Azərbaycan  dilinin yazı-
ya  qədərki  izləri  haqqında‖  adlı  məqaləsində  yazır:  ―...cənab‖, 
―möhtərəm‖ mənasında işlənən qədim dravid sözü hwoja düz-
gün olaraq qoca – hoca - xoca sözü ilə əlaqələndirilir. Lakin bu 
ərəb-fars  mənşəli  sayılır,  halbuki  qoca//xoca  şəkillərində  türk 
dillərində  işlənən  bu  sözün  mənası  həmin  dravidcədəkinə 
tamam uyğun gəlir: qocaya – ağsaqqala həmişə hörmət olunur. 
Deməli,  bu  söz  qədimdə  -  patriarx  dövründə  yüksək  titul 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə