Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə36/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
113 
Türk  kişisi,  türk  qadını  oğlunu  həmişə  igid,  cəsur,  qorxmaz, 
məğlubdilməz, ağıllı görmək istəyib. Alban (türk) antroponim-
lərinin  mənasından  bəhs  edən  Q.Qeybullayev  yazır:  ―...qədim 
türklərdə (demək, o cümlədən qədim albanlarda) oğlan uşağına 
ad qoyduqda böyüyəndən sonra onun ağıllı, xoşbəxt igid, yaxşı 
el  başçısı,  sərrast  atıcı,  sağlam  bədənli  olması  arzusu  əsas  yer 
tuturdu‖  (45-22).    Xalqımızın  ensiklopediyası  hesab  olunan 
―Kitabi-Dədə Qorqud‖ dastanında advermə ənənələri ilə yanaşı, 
övladı  igid,  qorxmaz,  yenilməz  görmək  istəyi,  demək  olar  ki, 
hər  boyda  təsvir  edilmişdir.  Məsələn,  ―Qazan  bəg  oğlı  Uruz 
bəgin, tutsaq oldığı bəyan edər, xanım hey!‖ boyunda: 
 
            Tayım Uruzı gördim, - 
            Baş kəsübdir, qan dökipdir, 
            Çöldi alubdır, ad qazanıbdır. 
            Qarşum ələ baqduğımda səni gördim. 
            On altı yaş yaşladıŋ, 
            Yay çəkmədüŋ, ox atmadıŋ. 
             Baş kəsmədiŋ, qan dökmədiŋ. 
             Qanlı Oğuz içində çöldi almadıŋ (103 – 69).  
 
Deməli,  müasir  antroponimikamızda  Aslan,  Tural,  Qorx-
maz,  İgid  və  s.  kimi  adların  mövcudluğu  təsadüf  deyil,  tarixi 
ənənəni yaşatmaqdır. 
Gözəlliklə  bağlı  olan  qadın  adları  xalqımızın  təfəkkür 
süzgəcindən  keçmiş,  cilalanmış,  eybəcərlik  və  rəzilliklərdən 
uzaq olan adlardır.  Əlbəttə, gözəlliklə bağlı olan adların seçil-
məsində konkret varlıq və mənəvi  anlayışlara münasibət , este-
tik  zövqün  və  ya  estetik  hissin  müxtəlifliyi  də  mühüm  rol 
oynayır.  Məsələn,  biri  övladı  üçün  qiymətli  daş-qaş  adı  olan 
―almaz‖,  digəri  gözəlliyi  ilə  hamını  heyrətdə  qoyan  ―maral‖, 
başqa  birisi  mənəvi  anlayışla  bağlı  olan  müsbət  keyfiyyətli 
―yaxşı‖  apelyativindən  qadın  adı  kimi  istifadə  edir.  Yuxarıda 


 
Язизхан Танрыверди 
 
 
114 
qeyd  etdiyimiz  kimi,  bu,  estetik  qiymətləndirmənin,  estetik 
zövqün müxtəlifliyi ilə bağlıdır. Maraqlıdır ki, bu cür gözəl ad-
ların çoxu məhz qadın adlarıdır. Bu, xalqımızın qadını həmişə 
gözəl    görmək  istəyi,  zövqü  ilə  bağlıdır.  Təsadüfi  deyildir  ki, 
qadını  gözəl  görmək  istəyi  ―Kitabi-Dədə  Qorqud‖  dastanında 
obrazlı şəkildə ifadə edilmişdir: 
             
Bərü gəlgil, başum bəxti, evüm təxti! 
Evdən çıqub yüriyəndə səlvi boylum! 
Topuğında sarmaşanda qara saçlum! 
Qurulu yaya bəŋzər çatma qaşlum! 
 
Şadlıq,  sevinc  və  hörmət  əlamətli  apelyativlər  də  gözəl-
liyi,  xüsusən  də  mənəvi  gözəlliyi  ifadə  edir.  Antroponimika  
tariximizdə bu cür apelyativlər həmişə əsas götürülmüşdür. 
Antroponimlərlə  bağlı  mövcud  tədqiqatlardakı  leksik-se-
mantik qrupları, eyni zamanda  antroponimlərin leksik-seman-
tik  baxımdan qruplaşdırılması  üçün müəyyənləşdirdiyimiz me-
yarları əsas götürsək, türk mənşəli antroponimləri aşağıdakı ki-
mi sistemləşdirmək olar. 
  
a) Türk mənşəli kişi adlarının leksik- 
semantik qrupları 
 
1.  İgidlik,  cəsurluq, məğrurluq,  möhkəmlik,  böyüklük  və 
s.  motivli  kişi  adları.  Bu  tip  antroponimləri  aşağıdakı  yarım-
qruplara bölmək olar. 
a) Zoonimlər əsasında düzələn  kişi adları. Bu yarımqru-
pa  daxil  olan  kişi  adlarını  iki  yerə  bölmək  olar:  heyvan  adları 
əsasında düzələnlər, quş adları əsasında düzələnlər. 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
115 
1)  Heyvan  adları  əsasında  düzələnlər. Ağ buğa
.

Aqşin, 
Asparux,  Aslan,  Arslan,  Baybura,  Barsbəy,  Buğa,  Buğac, 
Buğra,  Toğanyürək  və  s.  Hibrid  antroponimlərimiz  sistemində 
də heyvan adları əsasında düzələn antroponimlər vardır. Məsə-
lən,  Şiraslan,  Şirxan  (―şir‖  fars  dilində  aslan  anlamlıdır), 
―Əmiraslan  (―əmir‖  ərəb  mənşəlidir)  və  s.  Heyvan  adları  əsa-
sında düzələn antroponimlər türk  xalqları antroponimikasında 
da xüsusi yer tutur. Məsələn, özbək antgroponimləri sistemində 
(Arslan, Arslonbek, Buri, Бурибой, Burikul və s.), qazax antro-
ponimləri  sistemində  (Arıstan,  Arıskali,  Bekarıstan,  Bori, 
Böribay, Baybort və s.), qırğız antroponimləri sistemində (Ars-
tan, Arslanbay, Borubay, Borukul...) və s. 
2)  Quş  adları  əsasında  düzələnlər.  Ağ  Sunqur,  Alp 
Toğrul, Qara Sunqur, Qartal, Ərtoğrul, Tərlan, Toğrul, Laçın və 
s. Buradakı Tərlan və Laçın antroponimləri  qadın adı kimi də 
işlənir.  ―Laçın‖dakı  cəsurluq,  məğrurluq,  ―tərlan‖dakı    sürətli 
uçuş  kişi  adları,  həmin  varlıqlardakı  zahiri  gözəllik  əlamətləri 
isə qadın  adlarının motivləşməsi üçün əsas olmuşdur. 
b)  İgidlik,  məğrurluq,  böyüklük  mənalı  sözlər  əsasında 
düzələn kişi adları: Aza, Azak, Azay, Alay (Halay), Alp, Alov, 
Arbak,  Atlıxan,  Babək,  Böyük,  Böyükağa,  Budaq,  Qaya,  Qı-
lınc, Qara, Qarabəy, Qaraxan, Qaçay, Qorxmaz, Qoçər, Qoçu-
bəy,  Qoşun,  Daşqın,  Dəniz,  Dönməz,  Elbir,  Elyanar,  Erbasan, 
Erisin,  Erkin,  Ərbay,  Ərol,  İgid,  Yağıçı,  Yağıbasan,  Yalçın, 
Yaralan,  Yenilməz,  Gəray,  Orxan,  Orduxan,  Ötkəm,  Səgrək, 
Təpər, Tokay, Tural, Ulubab, Uluğ bəy, Uran, Uru, Ursi və s. 
Göründüyü  kimi,  antroponimikamızda  igidlik  apelyativli 
türk  mənşəli  kişi  adları  üstünlük  təşkil  edir.  Qeyd  olunan 
antroponimlərin əksəriyyət müasir antroponimikamızda işlənir. 
                                                 
.
 Q e y d. Antroponim kimi arxaikləşən vahidlərin mənası və işlənmə tarixi 
əvvəlki səhifələrdə izah edilmişdir. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə