Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
113
Türk kişisi, türk qadını oğlunu həmişə igid, cəsur, qorxmaz,
məğlubdilməz, ağıllı görmək istəyib. Alban (türk) antroponim-
lərinin mənasından bəhs edən Q.Qeybullayev yazır: ―...qədim
türklərdə (demək, o cümlədən qədim albanlarda) oğlan uşağına
ad qoyduqda böyüyəndən sonra onun ağıllı, xoşbəxt igid, yaxşı
el başçısı, sərrast atıcı, sağlam bədənli olması arzusu əsas yer
tuturdu‖ (45-22). Xalqımızın ensiklopediyası hesab olunan
―Kitabi-Dədə Qorqud‖ dastanında advermə ənənələri ilə yanaşı,
övladı igid, qorxmaz, yenilməz görmək istəyi, demək olar ki,
hər boyda təsvir edilmişdir. Məsələn, ―Qazan bəg oğlı Uruz
bəgin, tutsaq oldığı bəyan edər, xanım hey!‖ boyunda:
Tayım Uruzı gördim, -
Baş kəsübdir, qan dökipdir,
Çöldi alubdır, ad qazanıbdır.
Qarşum ələ baqduğımda səni gördim.
On altı yaş yaşladıŋ,
Yay çəkmədüŋ, ox atmadıŋ.
Baş kəsmədiŋ, qan dökmədiŋ.
Qanlı Oğuz içində çöldi almadıŋ (103 – 69).
Deməli, müasir antroponimikamızda Aslan, Tural, Qorx-
maz, İgid və s. kimi adların mövcudluğu təsadüf deyil, tarixi
ənənəni yaşatmaqdır.
Gözəlliklə bağlı olan qadın adları xalqımızın təfəkkür
süzgəcindən keçmiş, cilalanmış, eybəcərlik və rəzilliklərdən
uzaq olan adlardır. Əlbəttə, gözəlliklə bağlı olan adların seçil-
məsində konkret varlıq və mənəvi anlayışlara münasibət , este-
tik zövqün və ya estetik hissin müxtəlifliyi də mühüm rol
oynayır. Məsələn, biri övladı üçün qiymətli daş-qaş adı olan
―almaz‖, digəri gözəlliyi ilə hamını heyrətdə qoyan ―maral‖,
başqa birisi mənəvi anlayışla bağlı olan müsbət keyfiyyətli
―yaxşı‖ apelyativindən qadın adı kimi istifadə edir. Yuxarıda
Язизхан Танрыверди
114
qeyd etdiyimiz kimi, bu, estetik qiymətləndirmənin, estetik
zövqün müxtəlifliyi ilə bağlıdır. Maraqlıdır ki, bu cür gözəl ad-
ların çoxu məhz qadın adlarıdır. Bu, xalqımızın qadını həmişə
gözəl görmək istəyi, zövqü ilə bağlıdır. Təsadüfi deyildir ki,
qadını gözəl görmək istəyi ―Kitabi-Dədə Qorqud‖ dastanında
obrazlı şəkildə ifadə edilmişdir:
Bərü gəlgil,
başum bəxti, evüm təxti!
Evdən çıqub yüriyəndə səlvi boylum!
Topuğında sarmaşanda qara saçlum!
Qurulu yaya bəŋzər çatma qaşlum!
Şadlıq, sevinc və hörmət əlamətli apelyativlər də gözəl-
liyi, xüsusən də mənəvi gözəlliyi ifadə edir. Antroponimika
tariximizdə bu cür apelyativlər həmişə əsas götürülmüşdür.
Antroponimlərlə bağlı mövcud tədqiqatlardakı leksik-se-
mantik qrupları, eyni zamanda antroponimlərin leksik-seman-
tik baxımdan qruplaşdırılması üçün müəyyənləşdirdiyimiz me-
yarları əsas götürsək, türk mənşəli antroponimləri aşağıdakı ki-
mi sistemləşdirmək olar.
a) Türk mənşəli kişi adlarının leksik-
semantik qrupları
1. İgidlik, cəsurluq, məğrurluq, möhkəmlik, böyüklük və
s. motivli kişi adları. Bu tip antroponimləri aşağıdakı yarım-
qruplara bölmək olar.
a) Zoonimlər əsasında düzələn kişi adları. Bu yarımqru-
pa daxil olan kişi adlarını iki yerə bölmək olar: heyvan adları
əsasında düzələnlər, quş adları əsasında düzələnlər.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
115
1) Heyvan adları əsasında düzələnlər. Ağ buğa
.
,
Aqşin,
Asparux, Aslan, Arslan, Baybura, Barsbəy, Buğa, Buğac,
Buğra, Toğanyürək və s. Hibrid antroponimlərimiz sistemində
də heyvan adları əsasında düzələn antroponimlər vardır. Məsə-
lən, Şiraslan, Şirxan (―şir‖ fars dilində aslan anlamlıdır),
―Əmiraslan (―əmir‖ ərəb mənşəlidir) və s. Heyvan adları əsa-
sında düzələn antroponimlər türk xalqları antroponimikasında
da xüsusi yer tutur. Məsələn, özbək antgroponimləri sistemində
(Arslan, Arslonbek, Buri, Бурибой, Burikul və s.), qazax antro-
ponimləri sistemində (Arıstan, Arıskali, Bekarıstan, Bori,
Böribay, Baybort və s.), qırğız antroponimləri sistemində (Ars-
tan, Arslanbay, Borubay, Borukul...) və s.
2) Quş adları əsasında düzələnlər. Ağ Sunqur, Alp
Toğrul, Qara Sunqur, Qartal, Ərtoğrul, Tərlan, Toğrul, Laçın və
s. Buradakı Tərlan və Laçın antroponimləri qadın adı kimi də
işlənir. ―Laçın‖dakı cəsurluq, məğrurluq, ―tərlan‖dakı sürətli
uçuş kişi adları, həmin varlıqlardakı zahiri gözəllik əlamətləri
isə qadın adlarının motivləşməsi üçün əsas olmuşdur.
b) İgidlik, məğrurluq, böyüklük mənalı sözlər əsasında
düzələn kişi adları: Aza, Azak, Azay, Alay (Halay), Alp, Alov,
Arbak, Atlıxan, Babək, Böyük, Böyükağa, Budaq, Qaya, Qı-
lınc, Qara, Qarabəy, Qaraxan, Qaçay, Qorxmaz, Qoçər, Qoçu-
bəy, Qoşun, Daşqın, Dəniz, Dönməz, Elbir, Elyanar, Erbasan,
Erisin, Erkin, Ərbay, Ərol, İgid, Yağıçı, Yağıbasan, Yalçın,
Yaralan, Yenilməz, Gəray, Orxan, Orduxan, Ötkəm, Səgrək,
Təpər, Tokay, Tural, Ulubab,
Uluğ bəy, Uran, Uru, Ursi və s.
Göründüyü kimi, antroponimikamızda igidlik apelyativli
türk mənşəli kişi adları üstünlük təşkil edir. Qeyd olunan
antroponimlərin əksəriyyət müasir antroponimikamızda işlənir.
.
Q e y d. Antroponim kimi arxaikləşən vahidlərin mənası və işlənmə tarixi
əvvəlki səhifələrdə izah edilmişdir.