Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə35/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

 
Язизхан Танрыверди 
 
 
110 
xüsusi lay təşkil edir. Afad Qurbanovun hesablamalarına görə, 
Azərbaycan    antroponimik  vahidlər  sistemində  1000-ə  qədər 
kişi,  1200-ə  qədər  qadın  adı  işlənir  (60-171-180).  Azərbaycan 
antroponimik  vahidlər  sistemindəki  həmin  adlardan  neçəsinin 
türk mənşəli və alınma olması dəqiqləşdirilməyib. Təxmini he-
sablamalarımıza  görə,  Azərbaycan  antroponimik  vahidlər  sis-
temində 900-ə qədər türk mənşəli və hibrid apelyativli əsl şəxs 
adı vardır (təqdim etdiyimiz siyahılara əsasən). Bunlardan 700-
dən  çoxu  müasir  antroponimikamızda  işlənir,  200-ə  qədəri  isə 
arxaikləşmiş  vahidlərdir.  Arxaik  antroponimlərin  hamısı  türk 
mənşəli apelyativlər əsasında formalaşmışdır. Müasir Azərbay-
can  ədəbi  dilinin  antroponimik  vahidlər  sistemindəki  701  əsl 
şəxs  adından  544-ü  türk  mənşəli  apelyativ  (274-ü  kişi,  270-i 
qadın), 157-si isə (83-ü kişi, 74-ü qadın) hibrid (qovuşuq) apel-
yativlidir. Deməli, Azərbaycan antroponimik vahidlər sistemin-
dəki  təxmini  müəyyənləşdirilmiş  2200  əsl  şəxs  adından  700-
dən  çoxu  türk  mənşəli  və  hibrid  apelyativli,  qalanları,  yəni 
1500-ü  isə  alınmadır.  Buradan  belə  görünə  bilər  ki,  müasir 
Azərbaycan antroponimikasında əsl şəxs adlarının üçdə bir his-
səsi  türk  mənşəlidir.  Amma  nəzərə  almaq  lazımdır  ki,  Azər-
baycan  antroponimik  vahidlər  sistemindəki  ərəb,  fars,  qismən 
də  rus  və  Avropa  mənşəli  antroponimlərin  bir  hissəsi  dilimizə  
birbaşa  ad  kimi  daxil  olsa  da,  bir  hissəsi  həmin  dillərdən,  xü-
susən  də    ərəb  və  fars  dillərindən  ədəbi  dilimizə  daxil  olmuş 
apelyativlər  əsasında  azərbaycanlı  (türk)  təfəkkürü  ilə  yaradıl-
mışdır.  Məsələn,  Azərbaycan  antroponimik  vahidlər  sistemin-
dəki  Vüqar,  Dərya,  Əsgər,  İnqilab,  İntiqam,  Nazir,  Maarif, 
Zabit,  Zəfər  və  s.  kimi  kişi  adları;  Arzu,  Vəfa,  İradə,  Xoşgül, 
Həqiqət,  Hicran  və  s.  kimi  qadın  adlarının  apelyativi  ərəb  və 
fars  mənşəli  olsa  da,  Azərbaycan  antroponimləridir.  De-
yilənlərə    M.Çobanovun  ―Azərbaycan  dilində  fars  mənşəli 
―gül‖ sözü əsasında 312 əsl şəxs adı düzəlmişdir‖ (180-22) fik-
rini  də  əlavə  etsək,  Azərbaycan    antroponimik  vahidlər  siste-


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
111 
mindəki  antroponimlərin  üçdə  bir  hissəsi  yox,  yarıdan  çoxu 
milli adlardır - qənaətinə gəlmək mümkündür. 
 
 
Türk mənşəli antroponimlərin  
leksik-semantik qrupları 
 
Azərbaycan  antroponimləri  leksik-semantik  baxımdan  
qruplaşdırılarkən onlara müxtəlif istiqamətlərdən yanaşılmış və 
fərqli  bölgülər  müəyyənləşdirilmişdir.  Lakin  antroponimlərin 
leksik-semantik  xüsusiyyətlərinə  görə  qruplaşdırılmasında 
fərqli  cəhətlər  özünü  göstərsə  də,  qruplaşdırma  üçün  əsas  gö-
türülən meyarlar, demək olar ki, uyğun məxrəclərdə birləşir. 
Türk mənşəli Azərbaycan antroponimləri leksik-semantik 
xüsusiyyətlərinə görə qruplaşdırılarkən xalqımızın maddi varlıq 
və  mənəvi  anlayışları  qiymətləndirmə  baxışı,  ictimai-sosial 
həyata münasibəti,  dünyagörüşü, etnoqrafiyası,  istək və  arzusu 
kimi məsələlər nəzərə alınmalı, qruplaşdırma meyarı kimi əsas 
götürülməlidir.  
Antroponim  yaradıcılığı  üçün  əsas  götürülən  apelyativ-
lərdə nə qədər müxtəliflik olsa da, onlar müəyyən bir istiqamət-
də birləşir. Belə ki, türk mənşəli kişi adlarında igidlik, cəsurluq, 
böyüklük və s.,  qadın adlarında isə gözəllik və gözəllik çalarlı 
apelyativlər  üstün  mövqedədir.  Əlbəttə,  türk  mənşəli  kişi  və 
qadın  adlarının  formalaşmasında  digər  apelyativlər  də  iştirak 
etmişdir.  Lakin  antroponimikamızda  igidlik  və  gözəllik  çalarlı  
adlar  çoxluq  təşkil  edir.  Əlavə  edək  ki,  antroponimlərdəki 
motivlər yalnız arzu olunur və denotatla heç bir əlaqəsi yoxdur. 
―Gözəl‖ adına malik olan adam əslində gözəl olmaya da bilər. 
Lakin  çirkin  bir  şəxs  haqqında  gözəldir  deməzlər  (biz  burada 
tək-tək halları – nəzakəti, etikanı və s. nəzərə almırıq). Bu, bir 
daha  göstərir  ki,  xüsusi  ad  kimi  ―Gözəl‖  yalnız  adlandırır  və 
heç  bir  əlamət  bildirmir,  ümumi  ad  kimi  işlənən  ―gözəl‖  isə 


 
Язизхан Танрыверди 
 
 
112 
müəyyən 
əlamət 
və 
keyfiyyət 
bildirir 
(38-213). 
Antroponimlərdəki  şərtilik  aşağıdakı  misralarda  poetik  şəkildə 
ifadə olunur. 
 
Düzdür körpəliyindən 
Uşaq ad alsın gərək. 
Ad veririk biz bəzən 
Əzvaylara – Mehriban. 
Qorxaqlara – Qəhrəman 
İdbar insana – Mələk, 
Çirkin insana – Çiçək 
Cəllad insana – Adil 
Nadan insana – Aqil 
Bəzən də çirkin adda 
Rast gəlirik ilahi
Gözəl-göyçək qadına, 
Belə olur həyatda 
Çox zaman bənzəməyir 
İnsanlar öz adına. 
                                              (Ə.Kürçaylı) 
 
Qeydlərdən bir daha aydın olur ki, antroponimlər fərqlən-
dirmə,  kimliyi  müəyyənləşdirmə  xüsusiyyətinə  malik  olsa  da, 
şərti xarakter daşıyır. Lakin antroponimlər şərti olsa da, burada 
antroponim  yaradıcılığı  üçün  seçilən  apelyativin  mənası  əsas 
götürülməlidir  (xoşagəlməz  antroponimlər  və  onların  apel-
yativləri istisna təşkil edir). 
Əksər  xalqların  antroponimikasinda  olduğu  kimi,  Azər-
baycan  antroponimləri  sistemində  də  müsbət  apelyativlilik 
qabarıqdır.  Məsələn,  babalarımız  qız  uşağı  üçün  ad  seçərkən 
qarğa,  sərçə  deyil,  məhz  göyərçin,  turac,  tərlan,  yaxud  oğlan 
uşağı  üçün  meymun  deyil,  məhz  aslan  apelyativindən  istifadə 
etmişlər.  Bu,  türk  estetik  duyumunun  zənginliyi  ilə  bağlıdır. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə