Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
119
bildirən söz olub və dravid dilinə türkcədən həmin titul məqa-
mında olarkən mənimsənilmişdir (171 – 33). Buradan bir daha
aydın olur ki, ―qoca‖ sözü türk mənşəlidir və onun antroponim
kimi işlənməsində yaş anlamlı ―qoca‖ sözü deyil, hörmətli,
ağsaqqal anlamlı ―qoca‖ sözü əsasdır.
5. Titul və təxəllüslər əsasında formalaşan kişi adları:
a) Titullar əsasında düzələnlər: Ağa, Ağalar, Ağası,
Ağabəy, Ağaxan, Bəylər, Qalabəyi, Yüzbaşı, Minbaşı, Topçu-
başı, Xaqan, Xan, Xanağa, Xanlar və s. Qeyd olunan əsl şəxs
adlarının motivləşməsində ikştirak edən titullar (tekin əlavə
olunmaqla) digər türk mənşəli antroponimlərin yaranmasında
da iştirak etmişdir. Məsələn, Ağababa, Ağaverdi, Ağaqardaş,
Ağadayı, Ağadadaş, Ağami (ağa-əmi), Atabəy, Ataxan, Baba-
xan, Balağa (bala-ağa), Balaxan, Bəybala, Bəydadaş, Bö-
yükağa, Qaraxan, Elbəy, Elbəyi, Elxan, Eltəkin, Xanbala, Xan-
baba, Xanəli və s. ―Ağa‖, ―bəy‖ və ―xan‖ titulları Ağabəşir,
Ağaqurban, Ağazeynal, Ağazəki, Ağayusif, Ağakazım, Ağa-
kərim, Əzizağa, Əzizbəy, Əzizxan, Əhmədağa, Xanəli, Xanəh-
məd və s. kimi hibrid antroponimlərdə də müşahidə olunur.
Yuxarıdakı sistemə əsasən qeyd etmək olar ki, titullar türk
mənşəli antroponimlərdə, əsasən, qohumluq münasibətini
bildirən sözlərlə (ata, baba, bala, qardaş, dayı, əmi), hibrid an-
troponimlərdə isə əsl şəxs adları ilə (əsl şəxs adlarından əvvəl
və sonra) işlənir.
Titulların antroponim kimi işlənməsinə və digər antropo-
nimlərdə iştirakına səbəb valideynin istəyi, arzusudur. Müəy-
yən qrup ailələr övladlarını hörmətli, adlı-sanlı, varlı, şöhrətli
görmək istədikləri üçün qeyd edilən titullardan ad kimi istifadə
etmişlər. Çünki ―...qədimlərdə ad verilməsində sözlərin titul
mənşəyinə, dini-mifoloji məzmununa xüsusi fikir verilmişdir.
İndiki Ataxan, Bəylər, Xanlar, Ağalar, Qardaşxan, Əmikişi, Ba-
bakişi, Anaxanım, Bəyimxanım, Bikəxanım, Nənəqız,
Язизхан Танрыверди
120
Banuxatun və başqa kişi və qadın adları həmin qədim ənənənin
qalığıdır‖ (172 – 135).
b) Təxəllüslər əsasında düzələnlər. Azərbaycan antro-
ponimikasında təxəllüslərin əsl şəxs adına çevrilməsi bir ənənə
şəklini almışdır. Müasir antroponimikamızda Nizami, Füzuli,
Nəsimi, Vaqif və s. kimi ərəb apelyativli (fars apelyativlilər də
vardır, lakin onların bəzilərinin daşıyıcıları daha çox şöhrətlənə
bilmədiyindən təxəllüsləri əsl şəxs adına çevrilməmişdir. Məsə-
lən, Nakam-şair, İsmayıl bəy Nakam, Növrəs-aşıq, İman Mə-
şədi Saleh oğlu Növrəs) təxəllüslər əsasında yaranan əsl şəxs
adları ilə yanaşı, türk mənşəli apelyativlər əsasında yaranan
təxəllüslərdən də istifadə edilir. Məsələn, Xaqani (Əfzələddin
İbrahim Əli oğlu), Vurğun (Səməd Yusif oğlu Vəkilov), İlkin
(Qılman İsabala oğlu Musayev) və s. Təbii ki, təxəllüsün əsl
şəxs adına çevrilməsində denotatın daha çox tanınması, xüsu-
silə milliyyəti əsas götürülür. Yuxarıda adları çəkilən yazıçılar
milliyyətcə türkdürlər və əksəriyyəti türk dünyası, eləcə də Şərq
ölkələrində hörmətlə yad edilən sənətkarlardır. Bundan əlavə,
son statistik hesablamalar təsdiq edir ki, valideynlər övladlarına
Anar, Elçin və s. kimi adları da çox verirlər. Bu cür antro-
ponimlərin intensivliyi apelyativin leksik semantikası ilə deyil,
yazıçı şöhrəti, yazıçı qüdrətinin əsas götürülməsi ilə bağlıdır.
6. Qohumluq münasibətini ifadə edən sözlər əsasında
formalaşan kişi adları. Azərbaycan antroponimləri sistemində
qohumluq münasibətini ifadə edən sözlər əsasında yaranan kişi
adlarını üç qrupa bölmək olar:
a) Yalnız qohumluq münasibətini ifadə edən sözlər əsa-
sında düzələnlər: Ata, Atalar, Atam, Ataş, Atababa, Atabala,
Baba, Babalar, Babaş, Bala, Balaqardaş, Balaəmi (bala-əmi),
Dadaş, Dadaşbala, Dədə, Dədələr, Lələ və s. Bu yarımqrupdakı
antroponimlərin apelyativlərindən ―bala‖ sözü həm kişi, həm də
qadın cinsinə, qalanları isə yalnız kişi cinsinə aid olan
vahidlərdir.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
121
Yuxarıdakı Dədə və Dədələr antroponiminin apelyativi
olan ―dədə‖ sözünün semantikasında ata mənasından başqa,
ustad, ustad aşıq mənaları da vardır. Həm də xalq içində ustad
aşıqlara ―dədə‖ deyilməsi sözün qədim titul təyinatından irəli
gəlir: ailədə və onun ardınca da cəmiyyətdə - dövlətdə ağsaq-
qal, müdrik mövqeyində dədələr dayanıblar (172-133). Deməli,
―dədə‖ apelyativindəki müdriklik, alicənablıq, yolgöstərmə
mənaları onun antroponim kimi işlənməsinə səbəb olmuşdur.
b) Kişi cinsinə aid olan sözlərlə işlənənlər: Atakişi, Ata-
moğlan, Babakişi, Baloğlan (bala-oğlan), Dədəkişi, Əmikişi,
Lələkişi və s.
c) Hibrid antroponimlərin tərkibində iştirak edənlər:
Əlibaba, Əlibala, Əliqardaş, Hüseynbala və s.
Qohumluq münasibəti bildirən apelyativlərlə kişi adları-
nın formalaşması türk xalqları antroponimikasında geniş yayıl-
mışdır. Məsələn, qazax antroponimləri sistemində: Ataxan,
Atamkul, Atanbay, Atakoja, Atakeldi, Baba, Babas, Babakoja,
Babaniyaz, Dodabay və s., qırğız qazax antroponimləri siste-
mində: Atabay, Ataşbay, Ataşbek, Atakul, Babakan, Babakul,
Bakbala, Dadabay və s., başqırd antroponimləri sistemində:
Ata, Atay, Atabay, Babaş və s. Göründüyü kimi, qohumluq mü-
nasibəti bildirən sözlərlə adyaratma türk xalqları antropo-
nimikasında xüsusi yer tutur. Bu tip antroponimlərin motivləş-
məsində hörmət, əzizləmə, emosional müraciət və s. xüsusiy-
yətlər əsas götürülmüşdür.
7. Etnonimlər əsasında düzələn kişi adları: Ağasuvar, Be-
can, Qıpçaq, Eymur, Əfşar, Oğuz (Uğuz), Özbək, Padar, Səl-
cuq, Suvar, Türk, Türkmən, Xansuvar, Cığatay, Şahsuvar (hib-
riddir - ―şah‖ fars mənşəli tituldur) və s.
Antroponimikamızda etnonimlər əsasında düzələn qadın
adları müşahidə olunmur. Türk mənşəli etnonimlər, təbii ki,
kişi adları əsasında yaranmışdır və qədim türk mənşəli kişi
adları, əsasən, igidlik, qadın adları isə gözəllik motivlidir priz-
Dostları ilə paylaş: |