Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə46/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
145 
               
               Adım Aşıq Abbas, yerim Tufarqan, 
               Gahdan ağla, gahdan yada sal məni. 
 
Göründüyü kimi, Aşıq Abbas Təbriz şəhəri yaxınlığındakı 
Tufarqan  qəsəbəsində  anadan  olduğunu  bədii  şəkildə  ifadə 
etmişdir. Əlavə edək ki, Aşıq Abbas ―Tufarqanlı‖ təxəllüsü ilə 
şöhrətlənmiş  və  bu  gün  də  Azərbaycan  türkünün  yaddaşında 
həmin təxəllüslə yaşayır. Başqa bir fakta müraciət edək. Q.Ka-
zımov  folklor  yaddaşımızda  Qurbani  təxəllüsü  ilə  yaşayan 
sənətkarın  Qurbani  təxəllüsündən  başqa,  Dirili  Qurbani,  Dirili 
Qurban təxəllüsləri ilə də şeirlər yazdığını müəyyənləşdirmiş və 
həmin  təxəllüsə  tarixi-etimoloji,  etnolinqvistik  baxımdan 
yanaşaraq  sübut  etmişdir  ki,  XVI  əsr  Azərbaycan  şairi  (aşığı) 
Qurbaninin doğulduğu yer ―Diri‖ kəndidir (müasir Azərbaycan 
toponimləri  sistemində  oronim  kimi  işlənməkdədir.  Məsələn, 
Diri  dağı)  və  Dirili  təxəllüsü  də  həmin  ərazi  ilə  bağlıdır  (Pəri 
sənə qurban, Dirili Qurban) (101–52-53). 
Toponimlərdən  bəzən  ağrı,  kədər,  dərd  motivini  ifadə 
etmək  üçün  təxəllüs  kimi  istifadəyə  də  təsadüf  olunur.  Bu  ba-
xımdan  ―gözümü  dünyaya  bir  vaxtlar  hamının  gedər-gəlməz 
sandığı Sibirdə açmışam‖, - deyən şair Eldar Nəsiblinin ―Sibi-
rel‖ təxəllüsü onun doğulduğu yeri bildirsə də, məhz qüssə, ağ-
rı,  kədər  rəmzli  təxəllüsdür.  Bunu  şairin  qüssədolu,  qəmdolu 
şeirləri də təsdiqləyir: 
 
                              İlan vuran ala çatıdan qorxan kimi,  
                              Qorxub gizləyiblər məndən 
                              Sibirdə doğulmağımın səbəbini 
                              Qorxublar ki, birdən 
                              Qəm üstə kökləyərəm. 
                              İlhamımı, təbimi (73–9). 
 


 
Язизхан Танрыверди 
 
 
146 
c) Hidronimlər əsasında düzələn təxəllüslər: Araz (Məm-
məd Araz – XX əsr), Araslı (Həmid Məmmədtağı oğlu Araslı – 
XX  əsr), Kürçaylı (Əliağa Həsənağa oğlu  Kürçaylı  –  XX əsr), 
Xəzər (Cabir Səfərov – XX əsr) və s.  Bu cür təxəllüslərin mo-
tivləşməsində sənətkar ilhamının coşqunluğunun su, çay, dəniz 
adı ilə ifadəsi əsas olmuşdur (60–252). 
ç)  Etnonimlər  əsasında  düzələn  təxəllüslər:  Əfşar  (Sadıq 
bəy  Əfşar  –  XVI  əsr),  Qarqarlı  (Cahangir  Gözəlov  –  XX  əsr), 
Kəngərli  (Bəhruz Şirəlibəy oğlu  Kəngərli  –  XIX-XX  əsr),  Ulu 
Türk (Xəlil Rza Ulu Türk – XX əsr), Türkoğlu (Nəsirli Yaqub 
–  XX  əsr),  Türkay  (İslam  Əfdin  oğlu  Əhmədov  –  XX  əsr), 
Oğuz (Əhməd Oğuz – XX əsr). Bu cür təxəllüslərinin yaranma-
sında  türk  adını  və  ya  türk  tayfasının  adını  yaşatmaq,  həmin 
adla tanınmağı fəxrbilmə və s. keyfiyyətlər əsas ola bilər. 
d) Mənfi və müsbət emosiyalı apelyativlər əsasında düzə-
lən  təxəllüslər.  Azərbaycan  təxəllüsləri  sistemində  mənfi  emo-
siyalı  ərəb-fars  apelyativləri  əsasında  yaradılmış  təxəllüslər 
çoxluq  təşkil etsə də, türk mənşəli apelyativlərlə  bu cür təxəl-
lüslərin yaradılmasına nadir hallarda təsadüf olunur. 
Mənfi  çalarlı apelyativ  əsasında formalaşan təxəllüsə  nü-
munə olaraq ―Düşkün‖ təxəllüsünü göstərə bilirik. Bu təxəllüs-
dən  ilk  dəfə  S.Vurğun  istifadə  etmişdir.  Şair  Əlixan  Bayram 
oğlu Abbasov da ―Düşkün‖ təxəllüsü ilə şeirlər yazan müəllif-
lərdəndir. 
Müsbət  apelyativli  vahidlərdən  təxəllüs  yaratmada  geniş 
istifadə  olunmuşdur.  Məsələn,  Baxış  (Mirzə  Baxış  Nadim  – 
XIX əsr), Vurğun (Səməd Yusif oğlu Vəkilov – XX əsr), Qan-
təmir  (Qafur  Səbi  oğlu  Əfəndiyev  –  XX  əsr)  Duyğun  (Ramiz 
Duyğun – XX əsr), Elsevər (Emin Mahmudov – XX əsr), İlkin 
(Qılman İsabala oğlu Musayev – XX əsr), Yoldaş  (Soltanmə-
cid  oğlu  Əfəndiyev  –  XX  əsr),    Sanılı  (Hüseyn  Sanılı  –  XX 
əsr),  Coşqun (İsgəndər Coşqun – XX əsr)  və s. Qeyd olunan 
təxəllüslərdəki  baxış,  vurğun,  qantəmir  (xandəmir),  elsevər, 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
147 
ilkin,  yoldaş,  sanılı  (adlı-sanlı,  şöhrətli),  coşqun  apelyativləri 
tam müsbət motivlidir. 
ə)  Satirik  təxəllüslər:  Lağlağı  (Ömər  Faiq  Nemanzadə), 
Güzgü  (Məmmədəli  Manafzadə),  Kirpi  (Əjdər  Süleymanzadə, 
Qulam  Məmmədli  və  başqaları),  Qarnıyarıq,  Sancaq,  Yoldan 
keçən  (Nəsrulla  Qəmbərlinin  təxəllüsləri  olub),  Sancaq  (Cəfər 
Cabbarlı),  Hop-hop,  Boynuburuq,  Qardaşoğlu,  Qoca,  Yetim 
Qızcıq,  Qarınqulu,  Obaşdançı,  Ağlar  Güləyən,  Cingöz  bəy, 
Gözüyuxulu  və  s.  (Mirzə  Ələkbər  Sabirin  təxəllüsləridir), 
Qanacaqsız,  Əlidəyənəkli,  Qoca  zığ-zığ  və  s.  (Əli  Nəzminin 
təxəllüsləridir)  və  s.  Bu  təxəllüslər  XIX  əsrin  sonu,  XX  əsrin 
əvvəllərində  yaranan  siyasi  təxəllüslərdəndir.  ―Ola  bilsin  ki, 
bunların  içərisində  ləqəblər  də  vardır.  Amma  yadda  saxlamaq 
lazımdır  ki,  bu  kimi  köməkçi  adlar  öz  sahibini  düşməndən 
qoruyursa,  təxəllüs  hesab  olunmalıdır‖  (10-46).  Onu  da  qeyd 
etmək  lazımdır  ki,  Azərbaycanda  kommunist  rejiminin 
dağılması və keçid dövrü ilə əlaqədar olaraq Cinqoy, Cırtqoz və 
s. kimi yeni siyasi təxəllüslər də yaranmışdır. 
 
                                          


 
Язизхан Танрыверди 
 
 
148 
 
LƏQƏB VƏ AYAMALAR 
 
Köməkçi ad kateqoriyalarından biri də ləqəblərdir.  Ləqəb 
ərəb dilinə məxsus söz olub bir adamın  əsl adından başqa ona 
verilən ikinci bir ad, ayamadır (83–314). Ləqəb və ayama sözü 
C.Məmmədquluzadənin 
―Danabaş  kəndinin  əhvalatları‖ 
əsərində  də  paralel  işlənmişdir.  ―Elə  ləqəblər  var  bizim  Dana-
baş  kəndində  ki,  desəm,  uğunub  gedərsən.  Məsələn,  Girdik 
Həsən,  Dəvə  Heydər,  Yalançı  Səbzəli,  Eşşək  Muxtar,  Dovşan 
Qasım,  müxtəsər,  bu  cür  ayamalar  bizim  Danabaş  kəndində 
hədsizdir‖  (185-94).  M.Adilov  və  A.Paşayev  göstərirlər  ki, 
Azərbaycanın  müxtəlif  dialekt  və  şivələrində  ləqəb  və  ayama 
mənasında    ayalğa  (Şamxor-Şəmkir  –  Ə.T.),  nəssə  (Culfa), 
təyəlğa//təlğa (Qazax), əyəlğa, əyalğa, əlğa və s. kimi variantlar 
da  vardır  (10–47).  Bu,  bir  daha  təsdiq  edir  ki,  ləqəb  termini 
vəzifəsində müxtəlif vahidlərdən istifadə olunur, ədəbi dildə isə 
yalnız ―ləqəb‖ termini məqbul hesab edilir. 
Ləqəblər də əsas və digər köməkçi ad kateqoriyaları kimi 
fərqləndirici  və  fərdiləşdirici  xüsusiyyətlərə  malikdir.  Bu  cə-
hətlərinə görə digər ad kateqoriyaları ilə oxşarlıq təşkil etsə də, 
özünəməxsus spesifik xüsusiyyətləri olan bir kateqoriyadır. 
Şəxsin ləqəb və ayaması ilə onun keyfiyyəti, əlaməti ara-
sında  müəyyən  yaxınlıq  olur  və  demək  olar  ki,  əksər  hallarda  
məfhumla  sözün,  konkret  desək,  ləqəbin  sərhədi  bərabərləşir. 
Məsələn, gözü görməyənə ―Kor‖, üzündə çopur olana ―Çopur‖, 
ayağı  şikəst  olana  ―Topal‖  və  ya  ―Axsaq‖,  ağıldan  kəm  olana 
―Dəli‖ (müasir ədəbi dildə) və s.  
Ləqəb  və  ayamaların  yaranmasında  şəxsin  daxili  keyfiy-
yəti,  zahiri  əlaməti,  ictimai  həyatda  rolu  və  s.  əsas  olur.  Təbii 
ki,  şəxsə  ləqəb  və  ayamanı  verənlər  onun  ən  qabarıq  xüsusiy-
yətlərini əsas götürür ki, bu da mənfi  və müsbət motivli ola bi-


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə